Sağlam ürək, güclü gələcək

 

Ürək sükut etməsin: Siqaret spirtin zəhərindən uzaq ol

 

Tofiq Cahangirov: Zərərli vərdişlər ürək-damar xəstəliklərinin erkən inkişafına səbəb olur

 

Ürək-damar xəstəlikləri çağımızın ən ciddi sağlamlıq problemlərindəndir həyat keyfiyyətini birbaşa təhlükəyə atır. Spirtli içki siqaret həm qısa müddətli kəskin təsir göstərir, həm uzunmüddətli perspektivdə ürək damar sağlamlığını sürətlə zədələyir. Erkən profilaktika, vərdişlərin tərgidilməsi sağlam həyat tərzi yalnız riskləri azaltmaqla qalmır, həm insan ömrünü uzadır. Mövzu ilə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Arterial Hipertenziya şöbəsinin müdiri Tofiq Cahangirovla həmsöhbət olduq, ürək-damar sisteminə təsir edən zərərli vərdişlərin profilaktika yolları uzunmüddətli sağlamlıq perspektivləri barədə danışdıq.

 

-Spirtli içkilərin mütəmadi istifadəsi ürək-damar sistemində hansı spesifik pozuntulara səbəb olur?

-Spirtli içkilərin mütəmadi istifadəsi ürək-damar sisteminə ciddi çoxsaylı zərərlər verir. Bunların spesifik formaları aşağıdakılardır:

Alkoqollu kardiomiopatiya: Etanol ürək əzələsinə birbaşa toksik təsir göstərir. Nəticədə ürək əzələsi zəifləyir, genişlənir dilatasion kardiomiopatiya (ürək boşluqlarının, xüsusilə ürək kameralarının genişlənməsi ürək əzələlərinin zəifləməsi ilə xarakterizə olunan ürək xəstəliyi)  yaranır. Bu vəziyyət ürək çatışmazlığına gətirib çıxara bilər. Əlamətlər arasında tez yorulma, təngnəfəslik, ödəm taxikardiya (ürək döyüntülərinin normadan sürətli olması halı)  var.

Aritmiyalar (ürək ritminin pozğunluqları): Spirt, hətta, bir dəfə yüksək dozada qəbul edildikdə “Holiday heart syndrome” (alkoqol qəbulundan sonra, xüsusilə bir dəfəlik yüksək dozada, atrial fibrilyasiya digər ritm pozğunluqları) adlanan vəziyyət yarada bilər. Bu zaman atrial fibrilyasiya (ürəyin yuxarı kameralarının (atrium) ritminin sürətli nizamsız olması, ürəyin normal qan dövranını pozması), ventrikulyar ekstrasistoliyalar (ürəyin aşağı kameralarında (ventrikullar) normal ritmdən kənar erkən döyüntülərin meydana çıxması) sinus taxikardiya (ürəyin normalsinusritminin sürətlənməsi, yəni sinoatriyal düyünün ritminin normadan sürətli vurması) inkişaf edə bilər. Uzunmüddətli alkoqolizm isə aritmiyaların xronik formasını artırır bəzən ölümlə nəticələnə bilən ritm pozğunluqlarına səbəb olur.

Hipertoniya (yüksək qan təzyiqi): Spirt simpatik sinir sistemini stimullaşdırır, damarlar daralır nəticədə qan təzyiqi yüksəlir. Mütəmadi içki qəbul edən şəxslərdə rezistent arterial hipertenziya (müalicəyə baxmayaraq, qan təzyiqinin hələ yüksək qalması; ən azı üç fərqli dərman preparatı ilə düzgün idarə olunmayan yüksək qan təzyiqi) inkişaf edə bilər.

İnsult infarkt riski: Spirt arterial təzyiqi, aritmiyanı aterosklerozu artıraraq işemik (beyin damarlarının tutulması nəticəsində qan axınının kəsilməsi, beyin toxumasının oksigensiz qalması ilə baş verən insult növü)  hemorragik insult (beyində qan damarlarının partlaması qan sızması nəticəsində baş verən insult növü) riskini yüksəldir, həmçinin miokard infarktına (ürək əzələsinin qanla təchizatının kəsilməsi nəticəsində hüceyrələrin ölümü; “ürək tutmasıolaraq da tanınır) səbəb olur.

Qan damarlarında aterosklerotik (damar divarlarında xolesterin yağlı maddələrin yığılması nəticəsində damarların daralması elastikliyinin azalması prosesi) dəyişikliklər: Spirt xolesterin mübadiləsini pozur, LDL –  (Low-Density Lipoprotein – “Pisxolesterin) yüksək səviyyədə olduqda damar divarlarında yığılıb tıxanmalara gətirib çıxarır.

Qısacası, spirtli içkilərin davamlı istifadəsi ürək-damar sağlamlığı üçün ciddi təhlükə yaradır həm ürək, həm qan damarları üzrə çoxsaylı problemlərə səbəb olur.

-Siqaret çəkmək ürək damarlarının funksiyasına necə təsir edir?

-Siqaret çəkmək ürək damarların normal funksiyasına bir neçə yolla mənfi təsir göstərir. İlk növbədə, endotel zədələnməsi baş verirbu, damar divarını örtən incə hüceyrə qatının (endotel) zədələnməsi deməkdir. Nəticədə damarlar elastikliyini itirir qan axını çətinləşir. Siqaret, həmçinin lipid balansını pozur, yəni xolesterin yağların normal dövranını dəyişdirərəkpisxolesterinin (LDL) səviyyəsini artırır. Eyni zamanda, siqaret tromb yaranmasını sürətləndirir, yəni qan damarlarında laxtalanma ehtimalını artırır ki, bu da infarkt insult riskini yüksəldir. Nəhayət, siqaret simpato-adrenal sistemi aktivləşdirirbu, ürəyin daha sürətli döyünməsi, qan təzyiqinin yüksəlməsi damarların daralması ilə nəticələnir. Bütün bu mexanizmlər bir yerdə ürək-damar xəstəliklərinin riskini ciddi şəkildə artırır.

-Bu iki vərdişin (spirtli içki siqaret) birgə istifadəsi infarkt riskini qədər artırır?

-Spirtli içkilərin siqaretin müntəzəm istifadəsi ürək-damar xəstəlikləri, xüsusilə infarkt (miokard infarktı) riskini ciddi şəkildə artırır. Bu iki zərərli vərdiş birlikdə istifadə olunduqda isə onların təsiri sadəcə, toplanmır, çoxaldıcı (sinergik) effekt göstərir, yəni bir-birinin mənfi təsirini gücləndirir. Araşdırmalar göstərir ki, təkcə siqaret çəkən şəxslərdə infarkt riski 2–4 dəfə, spirtli içkiləri müntəzəm istifadə edənlərdə isə bu risk 1.5–2 dəfə artır. Bu vərdişlər birlikdə olduqda: infarkt riski 5–10 dəfə arasında artır (müxtəlif tədqiqatlarda fərqli rəqəmlər qeyd olunub, lakin orta göstərici bu aralıqdadır).Gənc yaşda spirtli içki siqaretə başlayan insanlarda ürək-damar xəstəlikləri daha erkən ortaya çıxır.

-Siqaretdən imtina edən şəxslərdə damarların ürəyin bərpa prosesi hansı mərhələlərlə gedir?

-Siqaretdən imtina etdikdən sonra damarların ürəyin bərpası insan orqanizmi üçün möcüzəvi dərəcədə sürətli mərhələli şəkildə baş verir. Siqaretdən imtina etdikdən bir il sonra koronar (ürək damarlarının problemləri) ürək xəstəliyi riski 50 faiz azalır, damarlarda iltihabı proses oksidativ stress (hüceyrələrin sərbəst radikallar səbəbindən zədələnməsi) xeyli dərəcədə azalmış olur.

-Ürək tutmaları qəfil ölümlərlə bu vərdişlərin bağlılığı barədə klinik müşahidələr nələr göstərir?

-Ürək tutmaları (miokard infarktları) qəfil ölümlərlə siqaret alkoqol kimi vərdişlərin birbaşa əlaqəsi tibbi klinik müşahidələrdə güclü şəkildə sübut edilib. Bu zərərli vərdişlər həm kəskin ürək hadisələrinin yaranmasında, həm qəfil kardiak ölümün əsas risk faktorları arasında yer alır.

-Həkim kimi hansı hallarda  bu vərdişlərdən tamamilə imtina etməyi məcburi tövsiyə edirsiniz?

-Təsdiqlənmiş ürək-damar xəstəliyi olanlar, ağciyər xəstəlikləri, şəkərli diabet, qaraciyər mədəaltı vəzin xəstəlikləri, hamiləlik laktasiya dövrü, onkoloji xəstəliklər zamanı spirtli içkidən siqaretdən tamamilə imtina etmək tövsiyə olunur.

Spirt siqaret ürək-damar sağlamlığını ciddi şəkildə təhdid edir. Erkən profilaktika, zərərli vərdişlərin tərgidilməsi sağlam həyat tərzi yalnız riskləri azaltmır, həm həyat keyfiyyətini ömrü uzadır. Hər bir fərd bilməlidir ki, sağlam ürəksağlam gələcəyin, güclü nəsillərin uzun ömrün əsas zəmanətidir.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2025.- 2 sentyabr, ¹155.- S.8.