Qars–İğdır–Aralıq–Dilucu dəmiryol xətti

 

Zəngəzur dəhlizinə istiqamətlənmiş mühüm layihə

 

Xəbər verildiyi kimi, ötən ayın sonlarında Türkiyənin Qars–İğdır–Aralıq–Dilucu dəmiryol xəttinin Naxçıvan Muxtar Respublikası sərhədinə qədər uzanan birinci hissəsinin təməlqoyma mərasimi keçirilib. Tikintisi 5 il müddətinə nəzərdə tutulan infrastrukturun texniki layihəsinə əsasən, ikixətli yol tam elektrikləşdiriləcək, qatarlar uzunluğu 224 kilometr olan xəttin əsas hissələrində saatda 160 kilometrə qədər sürətlə hərəkət edəcək. Layihənin həyata keçirilməsi üçün 10 körpü konstruksiyası, o cümlədən ümumi uzunluğu 2,8 kilometr olan 3 tağvari viyadük, eləcə ümumi uzunluğu 11,3 kilometr olan 5 tunel tikiləcək. Türkiyə hissəsində 5 stansiyanın – Digör, Tuzluca, İğdır, Aralıq Dilucunun tikintisi həyata keçiriləcək. Marşrut 2030-cu ilə qədər tam istifadəyə veriləcək.

 

Türkiyə-Azərbaycan, həmçinin region

qitələrarası əlaqə baxımından çox önəmli layihə

 

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev mövzu ilə bağlı “İki sahil”ə bildirib ki, Qars-İğdır-Dilucu dəmir yolunun təməlinin qoyulması həm Azərbaycan-Türkiyə arasında əlaqələrin möhkəmlənməsinə, həmçinin Zəngəzur dəhlizinə (Tramp yolu) istiqamətlənmiş mühüm layihələrdəndir: “224 km-lik dəmir yolunun sıfırdan qurulması, elektriklənmiş  2 xətli layihənin icrası ilə bağlı verilmiş qərar, bu istiqamətdə  real işlərin görülməsi bu layihənin dərəcədə önəmli olduğunu göstərir. Həm Türkiyə, həm Azərbaycan üçün, həm region qitələrarası əlaqə baxımından çox önəmli bir layihədir

Ekspert məlumat verib ki, ilkin dəyərləndirmələrə görə, layihə illik 5,5 milyon sərnişin, 15 milyon ton yükü ötürmək gücünə sahib olacaq: “Bundan öncə keçən ilin sonu Türkiyədə elan edilmişdi ki, Divrinq-Qars, yəni Şərqi Anadoluda, Türkiyənin Şərqi ilə Qərbini əlaqələndirən mövcud dəmir yolunun Gürcüstan sərhədinə qədər 2-ci xəttin tikilməsi elektriklənməsi qərarı verilib. Qeyd olunan Qars-İğdır-Dilucu dəmir yoluna bu layihənin məntiqi ardıcıllığı kimi baxa bilərik. Burada, həmçinin gələcəyə istiqamətlənmiş işlər görülməkdədir. Azərbaycan ərazisində bu işlər son 5 ildə daha aktiv sürətdə icra olunur. Horadiz-Ağbənd layihəsi demək olar ki, tamamlanma mərhələsindədir. Gələn il istifadəyə verilməsi gözlənilir. Naxçıvan ərazisində olan dəmir yolunun təkmilləşdirilməsi, elektriklənməsi, 2-ci xəttin tikilməsi müəyyən sahələrdə yeni xətlərin tikilməsi, Ordubad-Salmanməlik stansiyaları arasında, həmçinin Dilucu-Vəlidağ sahələri yeni tikiləcək sahələrdir. Göründüyü kimi, bölgədə aktiv tikinti bumu baş verir. Bu da həm iki tərəfli, həm çox tərəfli qitələrarası bağlantı nöqteyi-nəzərindən çox vacib layihələrdir

 

Zəngəzur dəhlizinin tam reallaşması region

ölkələrinin iqtisadi əlaqələrini möhkəmləndirəcək

 

Rauf Ağamirzəyev vurğulayıb ki, burada ilkin olaraq avtomobil yolları, dəmir yolları, internet, enerji kabellərinin enerji daşıyan boru kəmərlərinin çəkilməsi nəzərdə tutulub: “Yekunda region sülh əməkdaşlıq üçün daha əlverişli, daha cəlbedici olacaq. Azərbaycan tərəfindən baxanda bizim mövcud marşrutlarımız var bu layihələr şaxələndirmə yönündə verilmiş doğru qərardır. Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların artması Azərbaycanın tranzit potensialının yüksələn reallığını göstərir. Azərbaycan bu marşrutun etibarlı dayanıqlı hissəsinə çevrilib. Bu, ölkəmizə həm iqtisadi dividendlər qazandırır, həm beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir

Ekspert əlavə edib ki, ŞƏT platforması qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı gücləndirən bir mühitdir: “Tiencin Sammitində Azərbaycan Prezidentinin çıxışı regional əməkdaşlığın yeni mərhələsinə təkan verəcək. Azərbaycanın strateji coğrafi mövqeyi müasir nəqliyyat-logistika infrastrukturuna qoyduğu sərmayələr ölkəmizi beynəlxalq daşımaların aparıcı iştirakçısına çevirir. Yaxın perspektivdə Zəngəzur dəhlizinin tam reallaşması həm region ölkələrinin iqtisadi əlaqələrini möhkəmləndirəcək, həm Avrasiya məkanında inteqrasiyanın dərinləşməsinə xidmət edəcək

 

Regionda nəqliyyat, ticarət

iqtisadiyyat üçün yeni dövrün başlanğıcı

 

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov “İki sahil”ə bildirib ki, təməli qoyulan Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu isə təkcə Azərbaycan Türkiyə üçün deyil, bütövlükdə region üçün strateji bir qazancdır: “Tarixən parçalanmış marşrutların bərpası Türk dünyası arasında körpü funksiyasını yerinə yetirəcək. Eyni zamanda, Avrasiya məkanında nəqliyyat-tranzit fəaliyyətlərini gücləndirəcək mühüm bir marşruta çevriləcək. Beləliklə, Zəngəzur dəhlizi qarşıdakı onilliklərdə regional proseslərə təsir edən əsas layihələrdən biri kimi tarixdə qalacaq.  Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir təkcə Türkiyəni Azərbaycanla birləşdirməyəcək, həm qlobal nəqliyyat ticarət yollarının əsas arteriyalarından birinə çevriləcək. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində 110 kilometrlik Horadiz-Füzuli-Ağbənd  dəmir yolu tikintisinin, 67 faizindən çoxunu başa çatdırıb. Xəttin tikintisinin 5 il müddətində tam yekunlaşması planlaşdırılıb. Dəmir yolu dəhlizinin tam gücü ilə işləməsi üçün, Türkiyə öz ərazisinə düşən 224 kilometrlik hissəni tikir, Naxçıvan sərhəddində olan, təqribən, 170 kilometrlik hissəni Azərbaycan tərəfi tikəcəkdir. Burada 150 km öncədən mövcud idi müəyyən rekonstruksiya işləri aparılacaqdır, 20 km dəmir yolu isə sıfırdan salınacaqdır. 43 kilometrlik Zəngəzur dəhlizinin tikintisi ilə bağlı məsələlər aydınlaşmaq üzrədir bütün hallarda qeyd edilən dəmir yolu tikintisi işlərinin eyni vaxtda tamamlanması planlaşdırılır. Bundan başqa, dəhliz uzun müddətdir blokada şəraitində olan Naxçıvan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradacaq

A.Əsədov qeyd edib ki, Qars-İğdır-Aralıq-Dilucu yolu bütün Türk dünyasını birləşdirən strateji bir layihənin mühüm tamamlayıcı hissəsidir: “Hansı ki, bu yol Azərbaycana, Türkiyəyə, region dövlətlərinə Qərb ölkələrinə uzunmüddətli dividendlər vəd edir. Başqa sözlə, Qars-İğdır-Aralıq-Dilucu xətti təkcə Azərbaycanı dünya ilə qovuşdurmur, həm keçdiyi ölkələrin regional əhəmiyyətini artırır, qlobal inteqrasiya proseslərini sürətləndirir. Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsi regionda nəqliyyat, ticarət iqtisadiyyat üçün yeni bir dövrün başlanğıcı kimi qəbul edilə bilər. Qlobal regional inkişafa xidmət edəcək bu layihə təkcə bölgənin, regionun deyil, ümumilikdə qitələrarası münasibətlərin inkişafında mühüm rol oynayacaq

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2025.- 5 sentyabr, ¹158.- S.7.