Tarixi antiterror əməliyyatı

 

Əməliyyatın keçirilməsinə aparan səbəblər, hüquqi, hərbi-strateji geosiyasi aspektlər

 

Azərbaycanın Qarabağ bölgəsindən Ermənistan silahlı qüvvələrinin qalıqlarının  tərkisilah edilərək çıxarılması, törədilən genişmiqyaslı təxribatların qarşısının alınması Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi üçün 2023-cü il sentyabrın 19-da antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş bu tarixi əməliyyatla rəşadətli Ordumuz  qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.

 

Əməliyyatın keçirilməsinə aparan səbəblər

 

Üçtərəfli Bəyanat”dan sonra Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri qeyri-qanuni erməni silahlı dəstələri hələ qalmaqda idi   Ermənistan tərəfi qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə bağlı hər hansı  tədbir görmürdü. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən mütəşəkkil  şəkildə davam etdirilir,  Qarabağa hərbi sursat, hərbi təchizat silah daşınması davam edirdi. Eyni zamanda qanunsuz silahlı dəstələr tərəfindən  Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılırdı. Gün keçdikcə kəşfiyyat-diversiya qruplarının aktivliyi daha da artır, ərazi yollar sürətlə  minalanırdı. Ermənistan açıq şəkildə Azərbaycana qarşı yeni bir hərbi təcavüzə ciddi hazırlıqlar görürdü. Hadisələrin sonrakı gedişi hazırlıqların bu istiqamətdə olduğunun sübutu idi.  Belə ki, 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş verdi.

2022-ci il mart ayının 24-25-də müharibə hazırlıqlarının ermə­ni revanşizminin qarşısını almaq üçün Azər­baycan Ordusunun bölmələri Fərrux dağını tam nəzarətə götürdü. Lakin təxribatlar davam edirdi növbəti təxribat 2022-ci ilin avqust ayında baş verdi. Bu təxribata cavab olaraq  Azərbaycan Ordusunun keçirdiyiQisasəməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin strateji əhəmiyyətə malik Sarıbaba yüksəkliyi nəzarət altına alındı.

Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş verdi. Erməni  hərbi qüvvələri 2022-ci il sentyabr ayının 12-də geniş hərbi təxribata əl atmaqla Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər Laçın rayonları ərazisindəki bəzi mövqelə­ri, sığınacaqları dayaq məntəqələrini müxtə­lif çaplı silahlardan atəşə tutdular. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyəti sırasında  şəhid yaralılar oldu, hərbi mülki infrastruktura ziyan dəydi. Ermənistanın bu təxribatına  Azərbaycan tərəfi  2022-ci il sentyabr ayının 12–14-də həyata keçirilən qətiyyətli təd­birlərlə cavab verdi.

Ermənistan sərhəddə ard-arda təxribatlar törətməklə bərabər, eyni zamanda  erməni əhalisinin Ermənistanla əlaqəsi üçün nəzərdə tutulan humanitar məqsədlərə xidmət etməsi gözlənilən Şuşa-Laçın yolundan hərbi məqsədlərlə Azərbaycanın mis-molibden yataqlarından çıxarılan xammalın daşınması üçün istifadə etməyə başladı. Yolun başqa məqsədlərlə istifadəsi, təbii sərvətlərimizin talan edilib Ermənistana daşınması Azərbaycan nümayəndələrinin mədən sahələrinə baxış keçirməsinə imkan verilməməsi   2022-ci il dekabrın 12-də Azərbaycan vətən­daş cəmiyyətinin nümayəndələrinin, ekologiya fəallarının gənc könüllülərin ŞuşaLaçın yolunda etiraz aksiyasına başlamalarına səbəb oldu. Etirazçılar yolun humanitar məqsədlər xaricində  istifadə edilməməsini tələb edirdilər.  Bu aksiyalar təkcə ekoloji  narahatlıqla bağlı deyil, eyni zamanda qanunsuz hərbi iqtisadi fəaliyyətə, erməni tərəfininÜçtərəfli Bəyanat”ı pozması Azərbaycanın suveren hüquqlarının pozulmasına qarşı bir reaksiya idi. Şuşa-Laçın yolunda keçirilən ekoloji etiraz aksiyaları həm daxili ictimaiyyətin diqqətini cəlb etdi, həm beynəlxalq səviyyədə ciddi rezonans doğurdu, həm 2023-cü il aprel ayının 23-də Azərbaycanla Ermənistanı quru yolla birləşdirən Laçın yolu üzərində dövlət sərhəd-nəzarət postunun qoyulmasına ciddi təkan verdi. Laçın yolu üzərində dövlət sərhəd-nəzarət postunun qoyulması həm Azərbaycanın suveren hüquqlarının bərpası baxımından, həm Ermənistanla münasibətlərin gələcək inkişafına təsiri baxımından olduqca əhəmiyyətli idi.

Ardınca 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu.              

Bütün təxribatlara rəğmən Azərbaycan sülh çağırışları edir, müxtəlif platformalar vasitəsilə sülhün təşviqi ilə məşğul olurdu. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaqprezident”lərini seçir, qondarmaparlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

Bütün baş verənlərin fonunda 2019-cu ilin sentyabr ayının 19-da  Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən ƏhmədbəyliFüzuliŞuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslərin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının  şəhid olması  yaralanması, ordumuzun bölmələrinin minaatanlardan müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması, Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun yaralanması, həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaşın həlak olması, qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi lokal xarakterli antiterror əməliyyatına başlanılmasına səbəb oldu.

Yüksək peşəkarlıqla icra olunan əməliyyat cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçılarını bayraq qaldırmağa məcbur etdi.  Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt dərinlikdə olan mövqeləri uzunmüddətli atəş nöqtələri, eləcə döyüş vasitələri hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırdı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror əməliyyatı aşağıdakı şərtlərlə dayandırıldı:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən hərbi postlardan çıxır tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

 

Əməliyyatın hüquqi əsasları

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün suverenliyinin təmin edilməsi, vətəndaşların təhlükəsizliyinin qorunması konstitusiya quruluşunun müdafiəsi məqsədilə həyata keçirilən antiterror əməliyyatı həm milli, həm beynəlxalq hüquqa əsaslanır.

Azərbaycan Respublikasının daxili qanunvericiliyi Azərbaycanın Qarabağ bölgəsində antiterror əməliyyatı aparmağına tam  legitim hüquq verirdi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır bölünməzdir.  Bu mənada əməliyyatın Konstitusiyamızda nəzərdə tutulan Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinə istiqamətlənməsi milli qanunvericiliyimizə tam uyğundur.

Eyni zamanda insan vətəndaş hüquqlarının azadlıqlarının  təmin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələbinə görə dövlətin ali məqsədi kimi təsbit olunur. Azərbaycan dövləti bu əməliyyatla hüquq azadlıqları pozulmuş yüzminlərlə qaçqın məcburi köçkünün hüquqlarını bərpa etdi. Ata-baba yurdlarından uzaq düşən bu insanların mülkiyyət hüququ, mənzil toxunulmazlığı hüququ, təhlükəsiz yaşamaq hüququ kimi məhrum olduqları onlarla hüququn təmin olunması baxımından da əməliyyat daxili qanunvericiliyin tələblərinə tam uyğun idi.

Bu gün terrorizm müasir dünyanın ən ciddi təhlükələrindən biri olmaqla, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna vətəndaşların hüquq azadlıqlarına qarşı yönəlmiş ciddi təhdiddir. Azərbaycan Respublikası da terrorçuluğa qarşı mübarizəni milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Azərbaycan Respublikasında terroçuluğa terrorçuluğun maliyyələşdirilməsinə  qarşı mühüm hüquqi baza formalaşdırılıb, mühüm normativ sənədlər qəbul edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsi, "Terrorçuluğa qarşı mübarizə haqqında", “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının Qanunuları digər normativ hüquqi sənədlər Azərbaycanın öz ərazisində fəaliyyət göstərən qeyri-qanuni silahlı dəstələrə qarşı əməliyyat keçirməsinə tam hüquqi əsas verib.

Azərbaycan tarixi zərurət olan bu hərbi əməliyyatı keçirərkən həm beynəlxalq hüquqa söykənib. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsi (özünümüdafiə hüququ), Helsinki Yekun Aktı, Cenevre Konvensiyaları onlara əlavə protokollar,  BMT Təhlükəsizlik Şurasının qətnamələri (822, 853, 874, 884), "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiya, Avropa ŞurasıTerrorizmin qarşısının alınması haqqında Konvensiya kimi beynəlxalq sənədlər lokal xarekterli antiterror tədbirlərinin ən mühüm hüquqi istinadlarıdır.

Beləliklə, Azərbaycan öz suveren ərazisində dövlətə tabe olmayan, silahlı, təşkilatlanmış, qeyri-qanuni fəaliyyətlə məşğul olan bu fəaliyyət nəticəsində dövlət təhlükəsizliyinə, dinc əhaliyə ictimai qaydaya təhdid yaradan  qruplara qarşı daxili qanunvericiliyə beynəlxalq hüquqa uyğun olaraq antiterror tədbirləri keçirib.

 

Əməliyyatın hərbi-strateji əhəmiyyəti

 

2023cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları qeyriqanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi lokal antiterror əməliyyatı hərbistrateji baxımdan müxtəlif aspektlərə malik olmaqla, Azərbaycanın regional mövqeyinə, ordusunun döyüş qabiliyyətinə gələcək təhlükəsizlik strategiyalarına ciddi təsir göstərib.

 2023-cü ilin sentyabrında başlayan antiterror tədbirlərinin ərazinin genişliyi qeyri-qanuni dəstə üzvlərinin 10 mindən çox olmasına baxmayaraq 24 saatdan az müddətə minumum itki ilə icra edilməsi Azərbaycan ordusunun  yüksək peşəkarlıq səviyyəsinin ən mühüm göstəricisidir.   Azərbaycan Silahlı Qüvvələri  Vətən müharibəsində əldə etdiyi təcrübə ilə operativ planlaşdırma qabiliyyətini, peşəkar heyət hazırlığını, koordinasiya komanda idarəetməsini, müasir  silah sistemlərindən istifadə bacarığını bir daha nümayiş etdirdi.

Əməliyyat zamanı Azərbaycan pilotsuz uçuş aparatları (PUA) kamikadze dronlar,  yüksək dəqiqlikli raket sistemləri, elektron mübarizə vasitələri kimi müasir texnologiyalardan məharətlə istifadə etdi.

Silahlı qüvvələrin qısa zamanda düşmən mövqelərinə daxil olunması, əsas strateji nöqtələrin ələ keçirilməsi mülki əhalinin qorunması bu qüvvələrin qədər hazırlıqlı olduğunu göstərdi.

Əməliyyat zamanı mülki şəxslərin mülki obyektlərin təhlükəsizliyinə xüsusi önəm verilərək  yalnız legitim hərbi obyektlər hədəf alınıb. Mülki şəxslərin zərər görməməsi üçün yüksək dəqiqlikli silahlardan istifadə edilmiş, əhaliyə hərbi obyektlərdən uzaq durulması ilə bağlı dəfələrlə xəbərdarlıq edilmiş, beynəlxalq humanitar hüquqa tam əməl edilmişdir.

Əməliyyatın lokal xarakteri, sürətli gedişi müəyyən coğrafi çərçivədə məhdudlaşdırılması Azərbaycan Ordusunun strateji təmkinini hərbi planlaşdırmadakı dəqiqliyini göstərdi gələcək münaqişələrdə Azərbaycanın asimmetrik hibrid müharibə şəraitində üstünlüyünü təmin edəcək ciddi təcrübə oldu.

Antiterror əməliyyatı Azərbaycanın hərbi planlaşdırma, texnoloji imkanlar, milli təhlükəsizlik strategiyası regional nüfuzu baxımından dönüş nöqtəsi oldu.

 

Geosiyasi proseslərə təsiri

 

Əməliyyat onun nəticələri  yalnız hərbi təhlükəsizlik aspektində deyil, həm diplomatik münasibətlər, enerji təhlükəsizliyi, beynəlxalq hüquq, regional daha geniş geosiyasi  məkanda  güc balansı baxımından əhəmiyyətlidir.

Antiterror əməliyyatının ən mühüm geosiyasi təsiri onun regionda güc balansını tamamilə dəyişməsidir. Azərbaycanın uğurlu hərbi əməliyyatları bölgədəki status-kvonu dəyişdirdi, Ermənistanın mövqeyi zəiflədi, bu isə onun Rusiyaya Qərbə münasibətlərini yenidən nəzərdən keçirməsinə səbəb oldu. Azərbaycanın hərbi siyasi mövqeyi gücləndi, bu isə onu regionda əsas oyunçulardan birinə çevirdi. Bununla da Rusiyanın Cənubi Qafqazda mövqeləri zəiflədi bu Rusiyanın sülhməramlı kontigentinin Qarabağdan çıxması ilə nəticələndi.

Əməliyyatdan sonra  Ermənistanda geosiyasi vektor dəyişikliyi baş verdi, Rusiyadan uzaqlaşaraq  Avropa İttifaqı ABŞ ilə siyasi, iqtisadi hərbi yaxınlaşma prosesi başladı. Ermənistanın revanşist düşüncələrdən uzaqlaşaraq sülh prosesinə konstruktiv yanaşması, sülhlə bağlı təşəbbüslərə töhvə verməyə başlaması, Ermənistanın sülh masasına gətirilməsi baxımından da əməliyyatın tarixi əhəmiyyəti əvəzsizdir.

Azərbaycanın tam olaraq suverenliyini bərpa etməsi böyük qayıdışı, Qarabağın bərpası reinteqrasiya məsələlərini sürətləndirdi, Qarabağda silahlı münaqişəyə son qoydu,  Zəngəzur dəhlizinin perspektivi daha da artdı, Orta Dəhliz Çin-Türkiyə-Avropa xətti üçün təhlükəsizlik təhdidləri aradan qalxdı, Azərbaycanın enerji ehtiyatları Avropa üçün alternativ mənbə kimi daha da önə çıxdı.

Artıq Azərbaycan Avropa Asiyanın kəsişdiyi mühüm coğrafi məkanda logistik,  enerji  geosiyasi mərkəz kimi regionda sülhün təşviqi, təhlükəsizlik məsələlərində üzərinə ciddi qarantorluq öhdəlikləri götürərək regional gücdən qlobal gücə transformasiya olunacağının mesajını bütün dünyaya verir.  Çünki atiterror əməliyyatı Cənubi Qafqazda köhnə geosiyasi reallıqları dəyişdirdi, yeni bir regional düzən formalaşdırdı, Azərbaycanın hərbi uğurları onun siyasi çəkisini artırdı, Türkiyənin bölgəyə qayıdışı isə balansı dəyişdi. Rusiya, İran Qərb dövlətləri bu dəyişikliklərə uyğun olaraq yeni mövqe tutmaq məcburiyyətində qaldı.

Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün yaratdığı reallıqlara uyğun siyasi xətlə geosiyasi proseslərin mərkəzində olmaqla bərabər qlobal güc olma iddiası ilə baş verən proseslərin ən önəmli oyunçularından biridir.

 

Əjdər Əliyev,

Naxçıvan MR Ali

Məclisinin deputatı

 

İki sahil.- 2025.- 19 sentyabr, ¹168.- S.6.