Qələbənin zamanı

 

44 gün, 23 saat 43 dəqiqə

 

Qədim zəngin tarixi olan Azərbaycan, əsrlər boyu bəşər sivilizasiyasına böyük töhfələr vermiş, unikal mədəniyyət, mənəvi irs təbii sərvətlərlə zənginləşmişdir. Əsrarəngiz təbiəti, əlverişli coğrafi mövqeyi strateji əhəmiyyəti sayəsində tarix boyu daim diqqət mərkəzində olmuş, müxtəlif dövrlərdə yadelli işğalçıların hücumlarına məruz qalmışdır. Lakin xalqımız heç zaman əyilməmiş, öz torpaqlarını, kimliyini, dilini milli dəyərlərini qorumaq üçün mübarizə aparmışdır.

XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan, təəssüf ki, bu dövrə torpaq itkisi ağır sınaqlarla başlamışdı. Qarabağın ətraf rayonların Ermənistan tərəfindən işğalı, minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhər kəndlərimizin dağıdılması xalqımızın yaddaşında dərin iz salmışdı. Lakin bu ədalətsiz vəziyyətlə barışmayan Azərbaycan dövləti xalqı, uzun illər diplomatik səylərlə yanaşı, güclü ordu siyasi iradə formalaşdıraraq tarixi Qələbəyə hazırlaşırdı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan şanlı Qələbə xalqımızın onilliklər boyu çəkdiyi ağrı-acılara itkilərə son qoydu. Bu Qələbə yalnız işğal altındakı torpaqlarımızın azad edilməsi deyil, həm xalqımızın qürurunun, dövlətimizin gücünün milli birliyimizin təntənəsi oldu.

Qarabağda qalmış erməni silahlı dəstələrinin 2020-ci ilin 10 noyabr Bəyanatından sonra da fəaliyyətini davam etdirməsi dövlətimizin gərginliyi azaltmaq, danışıqlar yolu ilə məsələni həll etmək reinteqrasiya prosesini təmin etmək kimi humanist yanaşmasını ön planda saxlamasına baxmayaraq, düşmənin bu çağırışlara cavab verməməsi hadisələrin daha da kəskinləşməsinə səbəb oldu. Rejimin əlindəki silah-sursatın gizli yollarla artırılması, minaların yerləşdirilməsi təxribatların təşkil olunması yalnız gərginliyin artmasına deyil, həm regionda sabitliyin pozulmasına yönəlmiş addımlar idi. Bu vəziyyət Azərbaycan dövlətini susmaqla kifayətlənməməyə, milli suverenliyini ərazi bütövlüyünü qorumaq üçün daha qətiyyətli məqsədyönlü addımlar atmağa vadar etdi. Belə ki, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatları bu düşmənçilik fəaliyyətlərini   qanunsuzluqlarını faktiki olaraq sona çatdırdı. Qısa, lakin məqsədyönlü bu əməliyyatla Azərbaycan yalnız hərbi uğurla kifayətlənmədi, həm beynəlxalq hüquq çərçivəsində öz haqqını qorudu, Konstitusiya quruluşunun tam bərpasını reallaşdırdı dövlətin suverenliyini bütün ərazilərdə təmin etdi. İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə beynəlxalq ictimaiyyətə müraciət edərək, ölkəmizin suveren ərazisində Ermənistan silahlı birləşmələrinin qalmasının hüquqa zidd olduğunu bəyan etmişdi. Rəsmi Bakı bu məsələ ilə bağlı dəfələrlə xəbərdarlıq etsə , Ermənistan rəhbərliyi bu çağırışları nəzərə almadı.

Müharibədən sonra Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində ardıcıl konstruktiv təşəbbüslərlə çıxış etsə , Ermənistan tərəfi bu prosesi ləngidir, danışıqlardan yayınırdı. 2021-ci ildən etibarən sərhədlərin delimitasiyası ilə bağlı aparılan müzakirələr tez-tez gərginliklərlə müşayiət olunurdu. Xüsusilə 2021-ci ilin noyabrında, 2022-ci ilin sentyabrında 2023-cü ilin mart-may aylarında Ermənistanın törətdiyi silahlı təxribatlar bölgədə vəziyyəti yenidən gərginləşdirirdi. Ermənistan 2020-ci il 10 noyabr tarixli Bəyanatın tələblərinə əməl etməyərək, üç il ərzində canlı qüvvəsini, hərbi texnikasını Azərbaycan ərazisindən çıxarmadı. Əksinə, Qarabağ bölgəsində yüzdən artıq tank zirehli texnika, iki yüzdən çox top artilleriya qurğusu, eləcə müasir hava hücumundan müdafiə sistemləri radioelektron mübarizə vasitələri yerləşdirmişdi. Beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, dövlətimizin suverenliyini ərazi bütövlüyünü tam bərpa etmək, eləcə davam edən təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də qısamüddətli lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Əməliyyat zamanı düşmənin əsas hərbi infrastruktur obyektləri zərərsizləşdirildi, qanunsuz silahlı birləşmələr tərksilah edildi ölkəmizin suverenliyi tam şəkildə təmin olundu. Bu addım bölgədə davamlı sülh sabitlik üçün real zəmin yaratdı. İkinci Qarabağ müharibəsindən sonra bölgədə təhlükəsizlik baxımından ən ciddi təhdidlərdən biri Ermənistan istehsalı olan minalar idi. 2021-ci ildən başlayaraq Ermənistan tərəfindən Azərbaycana qarşı məqsədli şəkildə mina terroru həyata keçirilirdi. Müharibədən sonrakı illərdə Ermənistandan Qarabağa qanunsuz şəkildə minalar gətirilir müxtəlif ərazilərdə basdırılırdı. Eyni zamanda, Qarabağda separatçıların qeyri-qanuni fəaliyyəti ölkəmizdə vətəndaş cəmiyyəti nümayəndələrinin ekologiya fəallarının ciddi narazılığına səbəb olmuşdu. Şuşa-Laçın yolunda baş tutan etiraz aksiyası bu qanunsuzluqlara qarşı ictimai iradənin vətəndaş mövqeyinin bariz nümunəsi idi. Xüsusilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, ekoloji normaların pozulması təbii sərvətlərin Ermənistana daşınması cəmiyyətin səbrini tükətmişdi. Ölkəmizin ərazisində Ermənistanın qanunsuz fəaliyyətinin qarşısını almaq məqsədilə 2023-cü il 23 aprel tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bu addım, üçtərəfli Bəyanatın müddəalarına uyğun şəkildə atılsa da, Ermənistan tərəfindən narazılıqla qarşılandı. Buna baxmayaraq, sərhəd-buraxılış məntəqəsinin yaradılması Ermənistanın Qarabağa qanunsuz silah-sursat canlı qüvvə göndərməsinin qarşısını almaqda mühüm rol oynadı bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ciddi töhfə verdi. 2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin diversiya terror hücumları nəticəsində mülki şəxslər hərbi qulluqçular şəhid oldu. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən basdırılmış minaların partlaması, Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması, həmçinin Ağdam Şuşada törədilən terror aktları ölkəmizi qətiyyətli addımlar atmağa məcbur etdi. Ermənistanın Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrinin mövqelərini möhkəmləndirməsi yüksək döyüş hazırlığı əməliyyatın zəruriliyini daha da artırdı. Bütün bu hadisələr Azərbaycanın Konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror əməliyyatına başlamasına səbəb oldu. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları bayraq qaldırmağa məcbur oldular. Azərbaycan Ordusu müasir, yüksək dəqiqlikli silahlardan istifadə edərək düşmənin mövqelərini, uzunmüddətli atəş nöqtələrini hərbi texnikasını məhv etdi. Qarabağdakı erməni sakinlərinin Rusiya sülhməramlı kontingenti vasitəsilə etdiyi müraciət əsasında atəşkəs razılaşması əldə edildi. 20 sentyabr saat 13:00-da əməliyyat dayandırıldı qeyri-qanuni silahlı birləşmələrin, həmçinin Ermənistan ordusunun tam tərksilah edilərək Azərbaycan ərazilərini tərk etməsi, bütün silah-sursat ağır texnikanın təhvil verilməsi, bu prosesin Rusiya sülhməramlıları ilə koordinasiyada həyata keçirilməsi şərti ilə tədbirlər görüldü. Azərbaycan dövləti əməliyyat zamanı humanizm prinsiplərinə sadiq qalaraq beynəlxalq humanitar hüquq normalarına tam riayət etdi. Əhalinin təhlükəsizliyi təmin olundu, tibbi sosial yardımlar göstərildi, qadınlar, uşaqlar, yaşlılar xəstələr xüsusi qayğı ilə qorundu. İctimai, sosial, tibbi, dini digər vacib obyektlərin mühafizəsi təmin edildi. Bir günlük antiterror əməliyyatından sonra, uzun illər Azərbaycanla dialoqdan yayınan Qarabağdakı erməni icmasının nümayəndələri Yevlaxda görüşmək məcburiyyətində qaldılar. Görüşdə separatçı rejimin ləğvi erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə edildi. Sentyabrın 28-də qondarmaDağlıq Qarabağ rejimi”nin rəhbəri Samvel Şahramanyan separatçı qurumun ləğvi barədə sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə Ermənistan ordusu Azərbaycan ərazisini tam tərk etdi, xunta rejimi süquta uğradı əsas separatçı liderlər həbs olundu. Azərbaycan öz dövlət suverenliyini tam şəkildə təmin etdi. Müzəffər Ali Baş Komandanımız  İlham Əliyev 2023-cü il 15 oktyabr tarixində Xankəndi, Xocalı, Xocavənd Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaldaraq, bu ərazilərin tam olaraq Azərbaycan nəzarətinə keçdiyini dövlətimizin suverenliyinin təmin olunduğunu bütün dünyaya açıq şəkildə göstərdi.

2024-cü il sentyabrın 19-da dövlət başçımız Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi barədə Sərəncam imzaladı. Bu Sərəncamla hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Sərəncamda vurğulanır: "Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".

Azərbaycanın suverenliyinin bərpa olunması ilə regionda yeni reallıqlar formalaşdı bu reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyə başladı. Bu, həm postmünaqişə dövründə ölkəmizin sülh quruculuğu, reinteqrasiya inkişaf strategiyasının uğurla həyata keçirilməsi üçün möhkəm təməl yaratdı.

Hazırda Qarabağ Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı quruculuq proqramı uğurla həyata keçirilir. İşğal dövründə tamamilə dağıdılmış kəndlər, qəsəbələr şəhərlər yenidən dirçəldilir, doğma torpaqlarımıza həyat canlılıq qayıdır. Bu torpaqlarda başlayan yeni həyat gələcək nəsillər üçün sülh inkişafın təminatıdır. Məhz bu səbəbdən, Azərbaycan Respublikasında sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd Ağdərə şəhərlərinin günü kimi təsis olunmuşdur bu günlər bölgələrin azadlığı, bərpası dövlət suverenliyinin təmin olunmasının mühüm rəmzi kimi xalqımızın tarixində əbədi yer tutmuşdur.

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2025.- 19 sentyabr, ¹168.- S.4.