Əcəmi Naxçıvani memarlığa yalnız

daş üzərində quruluş kimi baxmırdı

 

Prezident İlham ƏliyevMemar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqındaSərəncam imzalayıb. Sərəncama əsasən, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlıİki sahil”ə açıqlamasında bildirdi ki, tarix Əcəmi Əbubəkr oğlu Naxçıvani haqqında bizə əsasən onun yaratdığı möhtəşəm abidələri miras qoyub: ”Elə bu əsərlər kifayətdir ki, biz onu bəşəriyyətin ən böyük memarlarından biri kimi tanıyaq. XI–XII əsrlər Azərbaycan tarixində intibah dövrü hesab olunur. Şəhərlər böyüyür, elm, fəlsəfə, poeziya incəsənət çiçəklənirdi. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi kimi dahilərin söz sənətində yaratdıqları nümunələr, Əcəminin daşda yaratdığı şah əsərlərlə tamamlanırdı. XIII əsr mənbələri təsadüfi deyildi ki, onuşeyxül-mühəndis” – mühəndislərin başçısı adlandırırdı. Əcəmi sadəcə tikinti ustadı deyildi, o, həm fəlsəfi təfəkkürü, bədii duyumu ilə dövrünün sərhədlərini aşan yaradıcı şəxsiyyət idi”.

Milli Məclisin deputatı bildirdi ki, Əcəminin bizə gəlib çatan ilk yadigarı 1162-ci ildə inşa edilmiş Yusif Küseyr türbəsidir: ”Abidənin sadə, lakin dərin fəlsəfi məzmun daşıyan quruluşu gələcəkdə ucaldacağı şah əsərlərin xəbərçisi idi. Türbənin girişində kufi xətti ilə memarın öz adı həkk olunmuşdurbu, o dövr üçün nadir hal idi. Ən möhtəşəm yadigar isə şübhəsiz Möminə Xatun məqbərəsidir. 1186-cı ildə tamamlanan bu abidə həm monumental, həm zərif bir memarlıq incisi kimi tanınır. Onbucaqlı kompozisiyası, qızıl bölgü qanununa əsaslanan simmetriyası, kufi yazılarla bəzədilmiş ornamentləri əsrlər keçsə öz gözəlliyini qoruyub.Bu ecazkar möhtəşəm həndəsi nəbati naxışlarla bəzədilmiş türbə yalnız bir qadınınAtabəy Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə Xatunun xatirəsinə deyil, bütövlükdə qadın ləyaqətinə əbədi sevgi ideyasına ucaldılmış bir portal - keçid, mistik abidədir.

Tac-Mahalın Mümtaz Mahal xatirəsinə ucaldıldığı kimi, Möminə Xatun türbəsi Şərqdə qadına ehtiramın bədii rəmzi oldu. Akademik V.M. Alpatovun dediyi kimi, bu məqbərə Orta əsrlərin Avropa memarlığında görünməmiş klassik kompozisiya kamilliyinə malik idi”.

Millət vəkilinin fikrincə, Əcəminin yaratdığı tikililər Naxçıvanı təkcə Azərbaycanın deyil, bütün Şərqin ən möhtəşəm şəhərlərindən birinə çevirdi: “XIII əsrdə yazılmışƏcaib əd-dünyaəsərində şəhərin 250 minlik əhalisi, qalaları, məscidləri, sarayları, bağ-bağatları təsvir edilir. Araz çayının şəhərin içindən keçməsi bu mənzərəni daha da əzəmətli göstərirdi. Əcəmi bu şəhərə monumental Cümə məscidi bəxş etmişdi. Onun təsvirləri fransız səyyahlarının rəsmlərində günümüzədək gəlib çatıb. Qoşa minarəli piştağ isə sonralar bütün müsəlman dünyasında təkrarlanan memarlıq üslubuna çevrildi.

Əcəminin adı yalnız Azərbaycanla məhdudlaşmadı. Onun kompozisiya prinsipləri Yaxın Şərqin bir çox memarlarına yol göstərdi. Hətta ondan üç əsr sonra yaşamış Böyük Osmanlı memarı Memar Sinanın əsərlərində Əcəmi irsinin izi aydın görünür. Bu, təsadüfi deyildi. Çünki Əcəmi memarlığa yalnız daş üzərində quruluş kimi baxmırdı. Onun əsərləri həm bədii estetik, həm mühəndis təfəkkürünün vəhdətini nümayiş etdirirdi.

Həmsöhbətimiz daha sonra qeyd etdi ki, bu gün Azərbaycan dövləti Əcəmi irsinin qorunmasına dünyada tanıdılmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Möminə Xatun türbəsinin bərpası konservasiyası həyata keçirilir. Ən önəmlisi dövlət başçısının yeni Sərəncamı ilə Naxçıvanda böyük memarın xatirəsinə möhtəşəm abidənin ucaldılması qərara alınıb. Bu, təkcə bir sənətkara ehtiram deyil, həm Azərbaycan xalqının öz tarixinə, mədəniyyətinə dünya sivilizasiyasına verdiyi töhfələrə göstərdiyi diqqətin bariz ifadəsidir. Əsrləri aşaraq bu günə çatan abidələr yalnız keçmişin yadigarı deyil, həm milli kimliyimizin, dövlətçilik ənənələrimizin bəşəri mədəniyyətə verdiyimiz töhfələrin sübutudur”.

Millət vəkili, həmçinin bildirdi ki, Əcəmi Möminə Xatun türbəsinin üzərində bir kəlam həkk etdirmişdi: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə". Bu sözlər sanki memarın öz həyat fəlsəfəsini əks etdirirdi. O bilirdi ki, insan ömrü fanidir, amma yaradıcı dühanın əsərləri əsrlərlə yaşayacaq. Bəli, dünya qalır. bu dünyada Əcəminin daşlara həkk etdiyi poeziya, onun yaratdığı memarlıq məktəbi xalqımızın fəxarət rəmzi kimi daim yaşayacaq. Məhz bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı yalnız bir tarixi şəxsiyyətin xatirəsinə ehtiram deyil, həm Azərbaycan dövlətinin öz köklərinə, milli-mədəni irsinə, intibah dəyərlərinə sədaqətinin rəmzidir.”

 

Qvami Məhəbbətoğlu

 

İki sahil.- 2025.- 20 sentyabr, ¹169.- S.4.