Antiterror əməliyyatı: Azərbaycanın dövlət
suverenliyinin tam təmin olunmasına aparan yol
Dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün tam
bərpası, ərazilərimizdə
erməni separatizminin kökünün kəsilməsi
ilə nəticələnən
uğurlu antiterror əməliyyatının başa
çatmasından iki
il ötür. Bu əməliyyatla Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq
hüququn prinsiplərinə
hörmət edir, eyni zamanda hüquqlarını
qorumaqda heç kəsə güzəştə
getməyəcək. 2020-ci ilin sentyabr ayının
27-də başlanan Vətən
müharibəsinin böyük
Zəfərlə başa
çatması nəticəsində
Azərbaycan ərazilərinin
30 ilə yaxın davam edən işğalına son qoyuldu.
Lakin Qarabağ
bölgəsində 10 mindən
artıq Ermənistanın
qanunsuz silahlı birləşmələri qalmaqda
idi. Üçtərəfli
Bəyanata əsasən,
Ermənistanınüzərinə öhdəlik qoyulmuşdu
ki, Azərbaycan ərazisindəki bütün
hərbi qüvvələrini
çıxartsın.Ermənistanın
hərbi-siyasi rəhbərliyi
isə üzərinə
götürdüyü bu
öhdəliyi yerinə
yetirmirdi.Əksinə, Ermənistanda
revanşist qüvvələr
baş qaldırdı
və beynəlxalq himayədarları da onları Azərbaycana qarşı təxribatçı
əməllərə təhrik
etməyə başladılar.
Azərbaycan tərəfi
bu dövrdə dəfələrlə xəbərdarlıqlar
etdi, danışıqlar
yolu ilə problemin həllinə çalışdı. Ermənistan
rəhbərliyinə, onların
xaricdəki havadarlarına
və digər tərəflərə müraciət
edərək Ermənistan
silahlı qüvvələrinin
Azərbaycan ərazisində
qalmasının qanunsuz
olduğunu bildirdi.Təəssüf
ki, Azərbaycanın humanist çağırışlarının
əvəzində erməni
silahlı qüvvələri
sayını artırmaqla,
yeni silahlar alıb, təxribatlar törətməklə məşğul
idilər. Vəziyyət
o həddə çatmışdı
ki, Qarabağda separatçılar müstəqillik
iddialarından əl çəkmir, özlərinin
oyuncaq “prezident”lərini
seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin
əleyhinə bəyanatlar
verirdilər. Onlar bir tərəfdən, Qarabağın dağlıq
hissəsində mövcud
olan təbii sərvətləri talan edib Ermənistana daşıyır, digər
tərəfdən Rusiya
sülhməramlı kontingentinin
müvəqqəti nəzarəti
altında olan ərazilərə silah-sursat
daşıyırdılar. Yəni
açıq şəkildə
Azərbaycana qarşı
yeni bir hərbi təcavüzə
ciddi hazırlıqlar
aparılırdı.2021-ci ilin noyabrında, 2022-ci ilin sentyabrında və 2023-cü
ilin mart–may aylarında Ermənistan tərəfinin
törətdiyi silahlı
təxribatlar bölgədə
yeni gərginliklər
yaratmışdı.
Sakitləşmək bilməyən erməni millətçi-təcavüzkar dairələrinin qanunsuz fəaliyyətin təhlükəli
hal almasının nəticəsi idi ki, 2023-cüil sentyabrın
19-da ölkəmizin dövlət
qurumlarına məxsus
iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya
qrupları tərəfindən
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən
quraşdırılmış minaların partlaması nəticəsində polis əməkdaşları, mülki
vətəndaşlarımız və hərbi qulluqçularımız həlak
oldu və yaralandı. Eyni zamanda Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri
Rusiya sülhməramlı
kontingentinin müvəqqəti
yerləşdiyi Azərbaycan
ərazisindəki Ermənistan
silahlı qüvvələrinin
bölmələri tərəfindən
minaatanlardan və müxtəlif çaplı
atıcı silahlardan
atəşə tutuldu.
Ali Baş
Komandanın göstərişi
ilə Üçtərəfli
Bəyanatın müddəalarının
təmin olunması, törədilən genişmiqyaslı
təxribatların qarşısının
alınması, Ermənistan
silahlı qüvvələrinin
bölmələrinin tərk-silah
edilərək Azərbaycan
ərazilərindən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,
işğaldan azad edilmiş ərazilərə
qayıdan dinc əhali, habelə bərpa və quruculuq işlərinə
cəlb olunmuş mülki işçilərin,
hərbi qulluqçularımızın
təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun
bərpa edilməsi məqsədilə Silahlı
Qüvvələrimiz tərəfindən
Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı keçirildi.
Əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqaməti əhatə edirdi. Vətən müharibəsindəki təcrübəyə
əsaslanan bölmələrimizin
əsasən kiçik
qruplar halında hərəkət etməsi
nəticəsində düşmən
qəfil yaxalandı. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin birləşmələri
tərəfindən atəş
vasitələrinin yaşayış
yerlərinin yaxınlığında
yerləşdirilməsini nəzərə
alaraq yüksək peşəkarlıq nümayiş
etdirərək, beynəlxalq
hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və obyekti hədəfə almadan az müddətdə hərbi qruplaşmanı təslim olmağa məcbur etdi.Azərbaycanın
Müdafiə Nazirliyi
ərazidə olan mülki əhalini hərbi obyektlərdən
kənar durmağa və Ermənistan silahlı qüvvələrinin
birləşmələrinə dəstək olmamağa çağırırdı. Bu
barədə mobil SMS xidməti vasitəsilə
Azərbaycanın Qarabağ
bölgəsinin erməni
sakinlərinə məlumat
göndərilir, eyni zamanda səsgücləndirici
texniki vasitələrlə
əhali xəbərdar
edilir və məlumat vərəqələri
paylanılırdı.
Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng,
Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində
düşmənin dərinliyinə
doğru 5-26 kilometr irəliləyərək bütün
yolları kəsdi. Xüsusi təyinatlı bölmələrimiz bütün
istiqamətlərdə əraziyə
giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetirdilər. Beləliklə,
24 saatdan az müddətdə həyata
keçirilən antiterror
tədbirləri nəticəsində
Azərbaycan ərazisində
qanunsuz yerləşən
Ermənistan ordusu tam şəkildə tərksilah edilərək,
ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların
əsas rəhbərləri
həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər
tarixi Xankəndi, Xocalı, Ağdərə,
Xocavənd, Əsgəranda
üçrəngli bayrağımızın
yüksəldilməsi, ərazi
bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Bu gün
fəxrlə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanın
şəxsi nəzarəti
altında keçirilən
antiterror əməliyyatının
qısa müddət ərzində uğurla başa çatması peşəkarlığın və
döyüş təcrübəsinin
nəticəsidir.Əməliyyat
nəticəsində 406 kvadratkilometrlik
ərazi yad ünsürlərdən təmizlənərək
Azərbaycan Ordusunun tam nəzarəti altına alındı. Ordumuzun dəqiq zərbələri nəticəsində
düşmənin 8 tankı,
22 artilleriya qurğusu,
14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri,
9 hərbi nəqliyyat
vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş
texnikası, eləcə
də 18 min 664 atıcı silah ələ keçirildi. Ölən 310 nəfər
və yaralı 614 nəfər olmaqla düşmən xeyli canlı qüvvə itirdi.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya
sülhməramlı kontingenti
vasitəsilə müraciətini
nəzərə alaraq,
2023-cü il sentyabrın
20-də saat 13:00-da tam
atəşkəs haqqında
razılaşma əldə
olundu və lokal xarakterli antiterror əməliyyatı
dayandırıldı. Razılığa
əsasən Azərbaycan
Respublikasının Qarabağ
bölgəsində yerləşən
Ermənistan silahlı
qüvvələrinin birləşmələri,
qeyri-qanuni erməni silahlı dəstələri
silahı yerə qoydu, döyüş mövqelərindən və
hərbi postlardan çıxdı və tam şəkildə tərksilah olundu. Ermənistan silahlı qüvvələrinin birləşmələri
Azərbaycan ərazilərini
tərk etdi, qeyri-qanuni erməni silahlı dəstələri
buraxıldı. Paralel
şəkildə bütün
silah-sursat və ağır texnika təhvil verildi. Bütün bu proseslərin Rusiya sülhməramlı kontingenti
ilə əlaqələndirilmiş
şəkildə həyata
keçirilməsi təmin
edildi.
Sentyabrın 19–20-də keçirilmiş birgünlük
antiterror əməliyyatı
nəticəsində Azərbaycan
Qarabağdakı qanunsuz
separatçı rejimin
mövcudluğuna son
qoydu və özünün beynəlxalq
səviyyədə tanınmış
əraziləri üzərində
suverenliyini tam bərpa etdi. Antiterror tədbirləri zamanı hərbçilərimiz
böyük qəhrəmanlıq,
şücaət, peşəkarlıq
göstərdilər. Əməliyyatın
gündüz başlamasına
və əlverişsiz
hava şəraitində,
dağlıq-meşəlik ərazidə keçirilməsinə,
düşmən tərəfindən
uzun illər böyük mühəndislik
işləri nəticəsində
istehkamların mövcudluğuna,
düşmən mövqelərinin
təpələrdə, əlverişli
yerlərdə yerləşdirilməsinə
baxmayaraq, antiterror əməliyyatı üzrə
planda nəzərdə
tutulan tapşırıqların
icrasının qısa
zaman ərzində təmin olunmasında zabit, gizir və
əsgər heyətinin
peşəkarlığı və əvvəlki döyüş əməliyyatlarında
qazandığımız təcrübə
böyük rol oynadı.Bölmələrimizin döyüş hazırlığı,
yüksək idarəetmə
və nail olduğumuz uzlaşma sayəsində qarşıya
qoyulan bütün tapşırıqlar vaxtında
və uğurla yerinə yetirildi. Beləliklə, dünya hərb tarixində Azərbaycan Ordusu daha bir bir
nadir əməliyyat həyata keçirdi.
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun yeni bir tarixi uğuru
ilə sona çatan lokal xarakterli antiterror əməliyyatının nəticələrini
belə dəyərləndirdi:
“Sentyabr ayında keçirilmiş antiterror
əməliyyatı cəmi
bir gün, ondan da az
çəkdi. Azərbaycan
Ordusu peşəkarlıq
və qəhrəmanlıq
göstərərək, bütün
strateji yerlərə çıxaraq, qısa müddət ərzində
o əməliyyatın taleyini
həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda
yaratdıqları qondarma
rejimə də xitam verildi, o rejim də süqut
etdi, halbuki bu, qanunsuz rejim
idi. Beləliklə, biz tarixi ədaləti
bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Bu
il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan
sərhədini nəzarətə
alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın
20-də dövlət suverenliyini
tam bərpa etdik. Bununla separatçıların kitabı
bağlandı. Artıq
Azərbaycanda separatçılığa
yer olmayacaq. Azərbaycan dövləti
bu gün bütün əraziyə
nəzarət edir”.
2023 -cü ilinsentyabrında
aparılan antiterror əməliyyatından sonra
ölkəmizin təkcə
coğrafi xəritəsində
deyil, sosial və quruculuq xəritəsində də
çox böyük dəyişiklik baş verib. Artıq yeni ünvanların, yeni infrastruktur obyektlərin bünövrəsi
qoyulur. Vaxtilə erməni quldur birləşmələrinin xaraba
qoyduğu Qarabağın
və Şərqi Zəngəzurun yaşayış
məskənlərində abad
və yaraşıqlı
şəhər və
kəndlər salınır.
Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman
şəhidlərimizin, əsgərlərimizin
və zabitlərimizin,
qazilərimizin qanı
və canı bahasına işğaldan azad edildi. Xalqımız
hər zaman mübariz oğul və qızlarının
şücaətini yüksək
qiymətləndirir, bu
yolda qurban gedən şəhidlərimizin
xatirəsini uca tutur. Əbədiyyətə
qovuşan şəhidlərimiz
öz adlarını Azərbaycan xalqının
şanlı tarixinə
əbədi yazdırıb.
Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin
hərbi gücünün,
ordumuzun haqq işi uğrunda ədalətli savaşının
nümayişinə çevrildi.
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qazanılmış
Qarabağ zəfəri
xalqımızın qəhrəmanlıq
tarixinə qızıl
hərflərlə yazıldı.
Azərbaycan qalib ölkəyə, xalqımız
qalib xalqa çevrildi.
Bu gün
üçrəngli Bayrağımız
Qarabağın və
Şərqi Zəngəzurun
hər bir guşəsində - Cəbrayılda,
Füzulidə, Zəngilanda,
Qubadlıda, Kəlbəcərdə,
Ağdamda, Şuşada,
Hadrutda, Laçında,
Əsgəranda, Xocavənddə,
Ağdərədə, Xocalıda
və Xankəndidə
qürurla dalğalanır.
Prezident İlham Əliyevin rəhbərliyi
sayəsində müstəqil
Azərbaycan daha möhtəşəm gələcəyə
doğru inamla addımlayır. Azərbaycan
tarixinin ən qüdrətli dövrünü
yaşamaqla bərabər,
həm də ən möhtəşəm
zəfərinə müəlliflik
edir. Bu zəfərin memarı, böyük nailiyyətlərin
səbəbkarı isə
cənab İlham Əliyevdir. Əgər Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın
memarıdırsa, Prezident
İlham Əliyev Qarabağımızı bizlərə
qaytaran və onu yenidən gülüstana döndərəcək
qətiyyətli Lider kimi tarixdə əbədi qalacaq. Qarabağ müharibəsi
və suverenliyimizin tam bərpa edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yaranan, müəllifliyi ilə yazılan şanlı tariximizdir. Bu uğurlar belə bir həqiqətin
təsdiqidir ki, güclü lideri olan dövlət qarşısındakı bütün
hədəflərə çata
bilir. Prezident İlham Əliyevin də qeyd etdiyi
kimi, ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda
olaq, öz gücümüzü artıraq
və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz
həyatını təmin
edək. Böyük məmnunluq hissi ilə deməliyik ki, bu vəzifələrin
yerinə yetirilməsi
üçün bütün
imkanlar var. Prezident İlham Əliyevin qətiyyətli
siyasəti və xalqımızın öz
rəhbərinin ətrafında
sarsılmaz səfərbərliyi
respublikamızı qarşıdakı
hədəflərə də
layiqincə çatdıracaq.
Gülxarə TARVERDİYEVA,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
İki
sahil.- 2025.- 20 sentyabr, ¹169.- S.4.