Nuru Paşanın müqəddəs

ruhu Bakı səmasında dolaşır

 

Azərbaycan xalqının tükənməz məhəbbətini qazanmış Nuru Paşa 1889-cu ildə İstanbulda anadan olub. Atası Əhməd Paşa böyük qardaşı Ənvər Paşa Türkiyədə sayılıb-seçilən hərbçilər idi. Əvvəllər Nuru Paşanın arzusu rəssam olmaq idisə, sonralar ömrünü hərbi işə bağlamalı oldu.

 

Bakını azad etməsi gənc Paşanın ilk böyük qələbəsi idi. Bu zəfər yürüşündən sonra Türkiyəyə qayıtmalı olan Nuru Paşa yeni sınaqlarla üzləşdi. Təcavüzkar Sovet hakimiyyətinin ermənipərəst rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı mübarizə aparan Nuru Paşanın təqibini Türkiyə ərazisində davam etdirdi. Daşnaklar ondan amansız qisas almağa qərar vermişdilər. Sovet rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı bolşeviklər Nuru Paşanın Azərbaycanda Sovet hakimiyyətinə qarşı fəal mübarizə aparmasından narazı qaldıqlarını bildirirdilər. Ancaq Bakı fatehi belə narazılıqlara baxmayaraq, türkçü əqidəsindən dönmədi. Əksinə, Qarabağı daşnaklardan təmizləməyə vaxtı çatmaması buna mane olan əngəllər Nuru Paşanın mənəvi fiziki gərginliyini daha da artırdı. Dolanışıq çətinliklərinin mövcudluğu onun həyatında ağrılı səhifələrdən birini açdı. Yeni şəraitdə Nuru Paşanın ailə üzvləri pərən-pərən düşmüş, özü isə hərbi işdən istefa vermişdi. O, gözlənilmədən ağır xəstəliyə tutulmuşdu.

1920-ci il sentyabrın 12-də Xəlil Paşanın Ərzurumdan Ənvər Paşaya yazdığı məktubunda Nuru Paşanın onun yanında olduğunu qeyd edirdi. Xəlil Paşa həmin məktubunda Nuru Paşanın mənəvi fiziki yorğunluqlar içərisində olduğunu, sıxıntılı günlər keçirdiyini, istirahətə ehtiyac duyduğunu nəhayət, ailə üzvlərinin maliyyə problemləri ilə qarşılaşmalı olduğunu yazırdı.

1920-ci il sentyabr ayının sonlarında Nuru Paşa Türkiyənin azadlıq mübarizəsinə qoşuldu Sarıqamış ətrafındakı döyüşlərə qatıldı. Bu döyüşə onunla birlikdə Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə daxil oldu bir daha ölkəmizə bağlılığını nümayiş etdirdi. Onun qatıldığı döyüş uğurlu oldu Azərbaycan süvari alayı sentyabr ayının sonlarında Sarıqamışı ələ keçirdi. 1920-ci ilin oktyabrında Azərbaycan süvari alayı artıq Ərzurumda idi. Tarixi ədəbiyyatda, habelə Ənvər Paşanın yazışmalarında olan məlumatlara görə 1920-ci ilin sonlarında Nuru Paşanın ordudan birdəfəlik ayrıldığını söyləmək olar.

1921-ci ilin əvvəllərindən Nuru Paşa öz biznesini qurmağa çalışırdı. O özünün emalatxanalarını qurmaqla silahların, hərbi təchizatın təmiri ilə məşğul olurdu. Aprelin 1-də Ənvər Paşaya yazdığı məktubunda bunu qeyd edirdi.

1921-ci ilin avqust ayında Nuru Paşa Ankaraya gələndə səhhətində problemlər var idi. Ənvər Paşanın yazışmalarından aydın olur ki, bir müddət sonra onun səhhəti yaxşılaşmışdır. Amma görünür, xəstəliyi ciddi idi Berlində olarkən müalicəsi ilə məşğul olmuşdu. Onun Berlinə gəlməsi 1922-ci ilin ilk aylarına təsadüf edir. Nuru Paşanın Berlinə gəlməsinin ilə bağlı olduğunu söyləmək çətindir. Çünki xəstəliyini müalicə edəndən dərhal sonra Türkiyəyə qayıtmadı bir 1923-cü ildə döndü.

O, Qafqaz xalqlarını, xüsusilə Azərbaycanı azad müstəqil görmək istəyirdi. Bakını silahlı erməni-bolşevik-menşevik-eser quldur dəstələrindən  azad etməsi ilk böyük hərbi uğuru idi.

Nuru Paşa Azərbaycan Dağıstanla əlaqələrini kəsmir bu bölgələrin Sovet işğalından azad olunması onu çox düşündürürdü. O, Ənvər Paşanın Orta Asiyada bolşeviklərlə uğurlu mübarizəsini Azərbaycan Dağıstanın Sovet işğalından qurtarılması üçün əlverişli bir zəmin kimi qiymətləndirirdi. Ona görə Nuru Paşa həm Ənvər Paşanın Orta Asiyada bolşeviklərə qarşı mübarizəsini dəstəkləyir, həm özü ora yollanaraq bu mübarizəyə qoşulmaq istəyirdi. Bunun üçün igid Paşa, hətta silah sursat hazırlanması işləri ilə məşğul olurdu. Lakin az bir müddət sonra Ənvər Paşa orada şəhid oldu Nuru Paşa yəqin elə buna görə daha Orta Asiyaya getməyi lazım bilmədi. Ənvər Paşanın şəhid olması xəbərini Nuru Paşa Berlində aldı onun bu xəbəri necə qarşıladığını söyləmək çətindir. Lakin məlumdur ki, Nuru Paşa qardaşı Ənvər Paşaya sonsuz ehtiramla yanaşırdı, böyük qardaş kimi onu nəslinin ağsaqqalı sayırdı.

Nuru Paşa Berlinə gedib dövlət orqanlarına müraciət edərək, Ənvər Paşanın Almaniyada yaşayan həyat yoldaşı Naciyə xanımın övladlarının vətənə qayıtması barədə icazə ala bilmişdi. Ermənilər hansı yollasa onun Berlində olduğunu öyrənmişdilər. O, Berlində erməni terrorçuları tərəfindən təqib olunurdu. Ermənilərə qarşı çıxdığına görə daşnaklar onu da terror ediləcək şəxslərin siyahısına salmışdılar. Ermənilər Tələt Paşa hökumətinin rəhbərlərinin fəallarının terror edilməsi üçün kütləvi surətdə fəaliyyətə başlamışdılar. Cəlladlar hər yerdə türk azərbaycanlıların tanınmış adamlarını, diplomatları, nazirləri, dövlət xadimlərini axtarır, rast gəldikləri yerdə öldürürdülər. Bu baxımdan onlar Nuru Paşanı da Azərbaycanda daşnaklara qarşı mübarizə apardığına görə qətlə yetirmək istəyirdilər. Ona görə Berlində Nuru Paşanın izinə düşə bilmişdilər. Ancaq əks tədbirlər görən ailə üzvləri təqibdən salamat qurtarmışdılar. Ailə üzvləri evin ətrafında ermənilərin pusqu qurduğunu hiss edərək səhərdən axşamadək mənzildən bayıra çıxmamışdılar. Daşnaklar niyyətlərinin ifşa olunduğunu bildikləri üçün çəkilib getmişdilər. Beləliklə, Nuru Paşanın Berlində ermənilər tərəfindən qətlə yetirilməsi baş tutmamışdı.

Təəssüf ki, Bakı fatehi Nuru Paşanın ailə həyatı da uğurlu olmadı. Bakıda olarkən Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımla evlənmək istəsə , Hacı qızını uzağa ərə vermək istəməmişdi. Sara xanıma olan sevgisini unuda bilmədiyindən, iyirmi altı il subay qalmışdı. O, yalnız 1946-cı ildə əlli yeddi yaşında evlənmiş, lakin övladı olmamışdır.

Üç il sonra bədbəxt hadisə baş verdi. 1949-cu ildə başçılıq etdiyi Sütlücə silah zavodunda on minlərlə top mərmilərinin, iki min minanın, yüz minlərlə patronun və digər partlayıcı maddələrin güclü partlayışdan həlak olmuşdur. Partlayış o qədər dağıdıcı olmuşdu ki, hətta Nuru Paşanın cəsədini belə tapmaq mümkün olmamışdı.

Ancaq onun nurlu əməlləri yaddaşımızdan çıxmır və heç şübhəsiz ki, gələcək nəsillərimiz də Bakı fatehinin müqəddəs ruhunu sevə-sevə yad edəcəklər. İnanırıq ki, Nuru Paşanın ruhu çox sevdiyi Bakının üzərində dolaşır...

 

Vəli İlyasov

 

İki sahil.- 2025.- 20 sentyabr, №169.- S.8.