Bizimlə bu bölgədə
hərbi müstəvidə
heç bir qüvvə
rəqabət apara bilməz
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə
xalqa müraciət edən, Azərbaycanın
sülh, əmin-amanlıq,
təhlükəsizlik və
sabitlik şəraitində
yaşaması üçün
bütün tədbirlərin
görüləcəyini, Cənubi
Qafqazın sülh, əmin-amanlıq, əməkdaşlıq
bölgəsi olacağını
bildirən Prezident İlham Əliyev antiAzərbaycan dairələrə
xəbərdarlıqlarını da çatdırdı
2003-cü ildə Azərbaycan xalqının yekdil səsi ilə Prezident seçilən, dövlət başçısı kimi mətbuata ilk müsahibəsində «Mən məsuliyyətə də çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam» söyləyən cənab İlham Əliyevin verdiyi vədlər həyatda təsdiqini tapdı.
Sonrakı illərdə
keçirilən prezident
seçkilərində də
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyev siyasətini davam etdirən Lider İlham Əliyevə inam və etimadnın
əbədi olduğunu
yekdilliklə təsdiqlədi.
Arxada qalan 21 ildə ölkəmizin adının dünya birliyində ön sıralarda yer alması üçün
həyati əhəmiyyətli
islahatlar aparan, yeniliklərə imza atan cənab İlham Əliyev vədinə sadiq qalaraq hər bir vətəndaşın
Prezidenti olduğunu əməli fəaliyyəti,
diqqət və qayğısı ilə sübut edir. Çevik və qarşılıqlı əməkdaşlığa
əsaslanan Azərbaycan
dövlətlərarası münasibətlər sistemində
böyük zirvələrə
yüksəlir. Qlobal problemlərin həlli ilə məşğul olan ölkəmizin mövqeyi, qazandığı
nüfuz qüdrətli
dövlətlər üçün
belə örnək göstərilir.
Etnik, dini,
mədəni müxtəliflik
kimi bəşəri dəyərlərə sadiq
qalan Azərbaycanın
siyasi, iqtisadi, humanitar platforma kimi tanınması, sivilizasiyalar arası körpü rolunu oynaması çəkilən
zəhmətin, siyasi iradənin, qətiyyətin,
düşünülmüş daxili və xarici siyasətin məntiqi nəticəsidir.
Hərbi qüdrəti
ilə seçilən
Azərbaycanın «ADEX» kimi
mötəbər beynəlxalq
müdafiə sərgilərinə
ev sahibliyi etməsi ölkəmizin təhlükəsizliyinin etibarlı
təminatının göstəricisidir.
Şaxələndirmə siyasəti
əsasında formalaşan
Azərbaycanın enerji
diplomatiyası, nəqliyyat
infrastruktur layihələri
dövlətlərarası qarşılıqlı əməkdaşlığı
gücləndirməklə dünyada və bölgədə sabitliyin
qorunmasının etibarlı
qarantıdır. Azərbaycanı
xarici sərmayələr
üzrə açıq
elan edən, Xəzər dənizindən
Aralıq və Qara dənizə dəhliz yaradan, qlobal layihələri ilə maraq doğuran, beynəlxalq əhəmiyyətli çağırışları,
təşəbbüsləri dəstəklənən Prezident
İlham Əliyevin Qoşulmama Hərakatına
sədrliyi dövründə
müəllifi olduğu
təşəbbüslərin və layihələrin dəstəklənməsi diplomatik
uğurlarımıza əlavə
dividendlər qazandırdı.
Azərbaycanın dünyanın
enerji xəritəsini
yeniləyən, artıq
reallaşan Cənub Qaz Dəhlizinin seqmentlərinin nəzərdə
tutulduğu vaxtda istifadəyə verilməsi
ölkəmizə sonsuz
etimadı daha da gücləndirdi. Enerji və nəqliyyat layihələrinin
reallaşması ilə
ölkəmizə investisiya
axınının mexanizmi
təkmilləşdirildi, soğrafiyası
genişləndi. Demokratiya
yolu ilə dünya birliyinə inteqrasiya edən respublikamızda həyata keçirilən sosial islahatlar ölkə vətəndaşları tərəfindən
rəğbətlə qarşılanır.
Təhsil, səhiyyə,
mədəniyyət sahələrində
tətbiq olunan yeniliklər ölkəmizdə
insan amilinə verilən dəyər olmaqla daim diqqət
göstərilən sahələrdəndir.
Son illərin
ən böyük uğuru isə 30 il Ermənistanın işğalı altında
qalan torpaqlarımızın
azad olunması, Qarabağ və Şərqi Zəngəzur
rayonları daxil olmaqla Azərbaycan Bayrağı dalğalanan
bütün ərazilərimizdə
aparılan bərpa- quruculuq işlərinin sürətlənməsi, keçmiş
məcburi köçkünlərin
yurd yerlərinə qayıtmasıdır. 44 gün
davam edən İkinci Qarabağ müharibəsində qazanılan
Zəfər və Qarabağda aparılan qısamüddətli antiterror
əməliyyatı nəticəsində
suverenliyimizin tam bərpası Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin,
xalqımıza verdiyi
vədə sadiqliyin ifadəsi olmaqla Azərbaycanın dünya
birliyində mövqeyini
daha da möhkəmləndirdi.
Ermənistan üzərində
Zəfərimizin qazanılmasında
böyük şücaətlər
göstərən Silahlı
Qüvvələrimizin döyüş
təcrübəsi bu
gün də dünyanın tanınmış
hərbi məktəblərində
tədris edilir. Prezident İlham Əliyevin Sərəncamına
əsasən 2025-ci ilin
«Konstitusiya və Suverenlik İli» elan olunması Vətən müharibəsinin
və lokal xarakterli antiterror tədbirinin məntiqi nəticəsinə verilən
qiymətdir.
Yola saldığımız
2024-cü il ölkəmizin
siyasi həyatında da uğurlu olmuşdur. Ötən il respublikamızda keçirilən prezident seçkilərində Azərbaycan
xalqının yekdil rəyi ilə cənab İlham Əliyevin yenidən dövlət başçısı
seçilməsi xalq-iqtidar
birliyinin sarsılmazlıq
nümunəsi kimi yaddaşlarda qaldı. Bu yüksək etimad siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycanı
dünyada qüdrətli
dövlət kimi tanıdan, daim irəliyə aparan Prezident İlham Əliyevlə həmrəylik
nümunəsi idi.
Ölkə vətəndaşları
21 il ərzində ölkədə yaranan siyasi sabitliyi dəstəkləməklə, bütün
çətinliklərə siyasi iradəsi, qətiyyəti ilə qalib gələn, ərazi bütovlüyümüzü
bərpa edən Liderləri ilə qoşa addımlamağa üstünlük verdilər.
Uğurlarımıza qısqanclıqla
yanaşanlara, ölkəmizə
qarşı təxribat
kampaniyası aparanlara
bu birlik sayəsində dərs verildi. Əsassız ittihamlara qarşı həmrəylik nümayiş
etdirildi, xalqımız
bütün sınaqlardan
mətinliklə çıxdı.
Dünya güclərinin
arxa planda saxladıqları beynəlxalq
qanunlara ədalət prinsipləri əsasında
dəyər verən Azərbaycan xalqı Liderinin qətiyyəti sayəsində ayağımıza
dolaşmaq istəyənlərin
qarşısını «dəmir
yumruq» ətrafında
birləşərək aldı.
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
və Yeni il münasibətilə müraciətində ölkəmiz
və xalqımız üçün önəmli
olan hadisələri xatırlatmaqla dünyada baş verən və müharibələrin,
qarşıdurmaların, münaqişələrin
artdığı gərgin,
mürəkkəb bir
zamanda Azərbaycanın
sülh, əmin-amanlıq,
təhlükəsizlik və
sabitlik şəraitində
yaşaması üçün
bütün tədbirlərin
görüləcəyini bildirən
Prezident İlham Əliyev anti –Azərbaycan dairələrə
xəbərdarlıqlarını da çatdırdı. Önəmli hadisələri
ilə yadda qalan 2024-cü ildə baş verən mühüm hadisələri
ölkəmizin daxili və xarici siyasətinin, müdafiə
qüdrətinin məntiqi
nəticəsi adlandıran
Prezident İlham Əliyevin vurğuladığı
kimi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının inamlı
və ardıcıl həlli xalq- iqtidar birliyinin təzahürü idi: «Biz bu il
Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin
Azərbaycan-Ermənistan münasibətlərində
baş vermiş hadisələr baş verməsəydi, əlbəttə,
Ermənistan heç vaxt öz xoşu
ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında
bunu etdilər, bizim siyasi, hərbi
gücümüzü dərk
edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da
Ermənistan öz siyasətində Cənubi
Qafqazda və eyni zamanda, dünyada
yaradılmış yeni
reallıqları nəzərə
alacaq. Cənubi Qafqazda yeni reallıqları
biz yaratdıq. Vətən müharibəsi
bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası
bu reallıqları daha da gücləndirdi
və biz Cənubi Qafqazda yaratdığımız yeni
reallıqları diplomatik,
beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün
dünya yeni reallıqları qəbul edib.»
Bölgədə sülhün qorunması, Azərbaycanla Ermənistan
arasında sülh sazişinin imzalanması üçün ən böyük təhlükə
olan rəsmi İrəvanın silahlandırılmasını,
separatçıların, revanşistlərin
yeni müharibəyə
təhrik edilməsini
region üçün
ən ciddi təhlükə adlandıran
Prezident İlham Əliyev təhdidlərə
baxmayaraq ölkəmizin
təzyiqlərə cavab
verməyə hazır
olduğunu Lider qətiyyəti ilə bildirdi. Siyasi, iqtisadi böhran bataqlığında çabalayan
Ermənistanın havadarlarının
təhriki ilə sülh sazişini imzalamaqdan yayınmasını
rəsmi İrəvanın
özü üçün
böyük təhlükə
olduğunu bir daha xatırladan Prezident İlham Əliyevin vurğuladığı
kimi, bizimlə bu bölgədə hərbi müstəvidə
heç bir qüvvə rəqabət
apara bilməz: «Ona görə bir daha deyirəm,
hələ ki, gec deyil, bu
təhlükəli yoldan
geri qayıtsınlar.
Cənubi Qafqaz sülh, əmin-amanlıq,
əməkdaşlıq bölgəsi
olmalıdır. Ermənistanın
genişmiqyaslı və
sürətli silahlanması,
öldürücü silahların
tədarükü bu sülhü, mümkün
olan sülhü poza bilər. Bir şeyi də
qeyd etməliyəm, Azərbaycan, sadəcə
olaraq, bu məsələ ilə bağlı tamaşaçı
rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın,
Şərqi Zəngəzurun
viran qoyulması, Xocalı soyqırımı,
bir milyon insanımızın Ermənistanın
ucbatından qaçqın,
köçkün vəziyyətində
yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək.
Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın
işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır.
Ona görə bir daha özümə
borc bilib Ermənistan rəhbərliyinə
növbəti xəbərdarlıq
edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər.
Bir də ki, bizimlə hərbi və istənilən sahədə
rəqabət aparmaq onların iqtidarında deyil.»
Azərbaycanın hərbi büdcəsinin rekord həddə- 8,4 milyard manat səviyyəsinə
qalxması başqalarının
dilənçi payına
arxayın olan rəsmi İrəvanı
bir daha düşündürməlidir. Təbiidir ki, bütünlükdə Cənubi
Qafqaz üçün
ciddi risk olan Ermənistanın davamlı silahlandırılması
Azərbaycanın alternativ
tədbirlər görməsini
zəruri edir. Dövlət başçımızın
vurğuladığı kimi,
əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən
azı yarısı digər sahələrə,
Qarabağın, Şərqi
Zəngəzurun bərpa
edilməsinə, vətəndaşlarımızın
sosial problemlərinin həllinə yönəldiləcəkdi.
Yaranan belə
mürəkkəb şəraitə
baxmayaraq Qarabağın
və Şərqi Zəngəzurun, işğaldan
azad edilmiş bütün ərazilərini
bərpası, yol-nəqliyyat
infrastrukturunun, enerji ilə təminatın bərpası uğurla davam edir. Artıq
10 minə yaxın keçmiş məcburi köçkün doğma
torpaqlarına qayıdıb.
Bütövlükdə isə
azad edilmiş ərazilərdə 30 mindən
çox insan yaşayır, bərpa-quruculuq
işlərində fəallıq
göstərir. Gələn
il təbii ki, oraya qayıdacaq
vətəndaşların sayı
böyük dərəcədə
artacaq. «Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın
və Şərqi Zəngəzurun bərpasına
Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük
Qayıdış proqramının
icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır» sözləri
ilə ölkə iqtisadiyyatının, sənayemizin
uğurlu inkişafından
bəhs edən dövlət başçımızın
statistik rəqəmlər
əsasında sadaladığı
uğurlarımız daha
çox ürəkaçandır.
Bu il ümumi
daxili məhsul 4 , qeyri-neft sektorunda ümumi daxili məhsul 6, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən artım olub. Ölkəmizin valyuta ehtiyatları 72 milyard dollardan çoxdur. Azərbaycanın
xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir.
«İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər» söyləyən
Prezident İlham Əliyev ölkəmizdəki
davamlı inkişafın
alternativinin olmadığını
qazanılan uğurlara
istinad etməklə bildirir. Qarabağın və Şərqi Zəngəzurun bərpası,
hərbi gücümüzün
möhkəmləndirilməsi, sosial layihələrin icra edilməsi ilə yanaşı, makroiqtisadi imkanların artması inkişaf konsepsiyamızın uğurlu
nəticələridir. Yaranan
maliyyə imkanlarının
nəticəsidir ki, son illərdə dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək.
Bu layihələrə
ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.
«Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan
400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım
təxminən 14-15 faizdir.
Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin
icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı,
insanların sosial müdafiəsi daim diqqət mərkəzində
olacaqdır» sözləri
ilə verilən bütün vədlər kimi, bu ildə
də nəzərdə
tutulan islahatların, layihələrin gerçəkləşməsi
üçün etibarlı
zəmin formalaşdırıldığını
diqqətə çatdıran
Prezident İlham Əliyev ölkəmizin ev sahibliyi etdiyi
mühüm tədbirlər
nəticəsində beynəlxalq
səviyyədə qazanılan
uğurlarımızın, Azərbaycanın dünyada
möhkəmlənən mövqeyinin
daha da güclənməsinə
təsir imkanlarının
da ürəkaçan
olduğunu bildirir.
Müstəqillik tariximizdə Azərbaycanın
ev sahibliyi etdiyi ən böyük tədbirdə
- COP29 iqlim konfransında
bütünlükdə planetimiz
üçün həlli
vacib məsələlərin
müzakirə olunması,
problemlərin həlli
yollarının ölkəmizdə
müəyyənləşdirilməsi önəmli hadisə kimi tarixi əhəmiyyəti
ilə seçildi. Prezident İlham Əliyev sözü gedən müraciətində
bununla bağlı bildirdi: «Deyə bilərəm ki, bu, bizim müstəqillik
tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən
böyük və mötəbər beynəlxalq
konfransdır. Cəmi
on bir ay
ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz
gözləri ilə Azərbaycanın potensialını
bir daha gördü. 197 ölkə,
80 dövlət və
hökumət başçısı
və vitse-prezident iştirak edib. Bu, bir daha
göstərir ki,
COP29-u Azərbaycana qarşı
istifadə etmək istəyən bəzi Qərb ölkələrinin,
onların nəzarətində
olan dırnaqarası qeyri-hökumət təşkilatlarının
və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir
ay ərzində. Bu, hələ də davam edir.
COP-dan sonra da artıq iki
aya yaxındır davam edir, bizə
qarşı şər,
böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır
- Azərbaycanı qaralamaq,
Azərbaycanın imicinə
zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək
də istəmirəm.
Azərbaycan xalqı
o ölkələri yaxşı
tanıyır. Qeyri-hökumət
təşkilatları hansı
mənbədən vəsait
alır, hansı paytaxtdan göstəriş
alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik,
şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.»
Prezident İlham
Əliyevin perspektiv üçün yol xəritəsi olan xalqa bu müraciəti
də təsdiqləyir
ki, ümidlər sonsuz, siyasi iradə tükənməz,
qətiyyət yenilməzdir.
«Dəmir yumruq» ətrafında birləşən,
sınaqlardan alnı açıq çıxan
xalqımız üçün
2025-ci il də zəfərlərlə, qələbələrlə
zəngin olacaq.
Xuraman İsmayılqızı
İki sahil.- 2025.- 7 yanvar, №1.- S.3.