Diplomatik uğurlarımız qitələri dolaşır
Azərbaycanın xarici siyasəti dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə
tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət əsasında
təkmilləşir
Dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun formalaşan Azərbaycanın xarici siyasəti qarşılıqlı anlaşma, bərabərhüquqluluq prinsipləri əsasında davam edir. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq respublikada bir sıra islahatlar aparan, mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd qoyan Ulu Öndər Heydər Əliyev xarici siyasətimizin bütün parametrləri üzrə inkişafına xüsusi diqqət göstərmişdi.
Həmin vəzifələrdən
biri və ən əsası Ermənistan tərəfindən
informasiya blokadasına
alınan Azərbaycanı
beynəlxalq aləmdəki
təcrid vəziyyətindən
çıxarmaq, ölkəmiz
haqqında yaradılmış
mənfi ictimai rəyi dağıtmaq və xalqımızın
haqq işini dünya ictimaiyyətinə
olduğu kimi çatdıraraq balanslı
və milli maraqlara əsaslanan xarici siyasət xəttini təmin etmək idi.
Respublikaya rəhbərliyi
dövründə diplomatik
səyləri ilə Azərbaycanın dünya
birliyinə inteqrasiyasını
bütün sahələr
üzrə sürətləndirən,
müəyyənləşdirdiyi neft strategiyasının həyata keçirilməsi
ilə xarici ölkələrdən ölkəmizə
ayrılan investisiyaların
həcmini artıran, müxtəlif ölkələrlə
əlaqələrin şaxələndirilmiş
format əsasında inkişafını ümdə
vazifə kimi qarşıya qoyan Ulu Öndər Heydər Əliyev təcrübəli dövlət
başçısı və
siyasi xadim kimi, məqsədinə nail oldu. Əminliklə
demək olar ki, 1993-2003-cü illər respublikamızda inkişafda
olan bütün sahələr kimi xarici siyasətimizin tarixinə də həlledici dövr kimi yazıldı. Məhz həmin illərdə dövlətçiliyimizin
möhkəm təməli
qoyuldu, diplomatik əlaqələrlə bağlı
strateji xətt yeni istiqamətlər üzrə müəyyənləşdirildi.
Azərbaycanın dünya
birliyinə inteqrasiyası
sürətləndirildi.
Bu siyasi
kursu uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin
dünyanın aparıcı
dövlətlər ilə
əməkdaşlığı ən yüksək səviyyədədəir. Bu
gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara
söykənən xarici
siyasəti ilə regional təhlükəsizliyin
təmin olunması istiqamətində ardıcıl
və sistemli siyasət aparır. Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm
rolu olan, dünyada sülhyaratma prosesində fəal iştirakı ilə diplomatiyası beynəlxalq
ictimaiyyət tərəfindən
dəstəklənən, mühüm
təşəbbüslərin, çağırışların müəllifi Azərbaycan
beynəlxalq münasibətlər
sistemində ön sıralarda dayanır. İkitərəfli və
çoxtərəfli əməkdaşlıq
çərçivəsində əlaqələrini və
diplomatik təmsilçilik
şəbəkəsini genişləndirir,
regionda və qlobal miqyasda milli maraqlarının, eləcə də sülh və təhlükəsizliyin təmini
məsələlərində rolunu və mövqeyini möhkəmləndirir.
Təkcə yola salmaqda olduğumuz
2024-cü ildə daxili
sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan tərəfindən qlobal çağırışlara çevik
və effektiv reaksiyaların verilməsi
ölkəmizin beynəlxalq
aləmdə nüfuzunu,
sivilizasiyalararası körpü
rolunu möhkəmləndirib.
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının (COP29) dünyada yaratdığı
xoş əhvalı nümunə gətirməklə
inamla söyləmək
olar ki, Azərbaycanın düşünülmüş
diplomatiyasının dəstəklənməsi,
ölkəmizin möhkəmlənən
siyasi, iqtisadi, humanitar platforma kimi tanınması ölkəmizə əlavə
dividendlər qazandırır.
30 ilə yaxın Ermənistanın işğalı
altında qalan torpaqlarımız işğaldan
azad edildikdən sonra Azərbaycanda keçirilən tədbirlərin
hər biri özlüyündə beynəlxalq
əhəmiyyət daşımaqla
xalqlar arasında münasibətlərin güclənməsinə
xidmət edir. Şuşada Türk Dövlətləri Təşkilatının
qeyri-rəsmi Zirvə
görüşü, «Minaların
ətraf mühitə
təsirinin azaldılması:
Təhlükəsizlik və
yaşıl gələcəyə
doğru resursların
səfərbər edilməsi»
mövzusunda 3-cü beynəlxalq
konfrans, «Bakı Prosesi» çərçivəsində
VI Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu, «İtkin düşmüş
şəxslərin taleyinin
aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin artırılması»
mözusunda keçirilən
beynəlxalq konfranslarda
ən mühüm problemlər müzakirə
olundu. NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı
Çərçivə Sənədinə
qoşulmağımızın 30-cu ildönümü ilə əlaqədar keçirilmiş
tədbirlərə və
bir sıra konfranslara ev sahibliyi edən Azərbaycanın Qoşulmama
Hərəkatında (QH) sədrliyi
diplomatik uğurlarımızdandır.
Təkcə ötən
il Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə reallaşan
4, Mərkəzi Asiya ölkələri prezidentlərinin
Azərbaycana 10 səfəri
qarşılıqlı əməkdaşlığın
məntiqi nəticəsi
olmaqla bölgədə
sabitliyin qorumasına xidmət edən xarici siyasətimizin uğurlarındandır. Dünyada
baş verən gərginliklərin, milli münaqişələrin həlli
istiqamətində sülhsevər
siyasətini davam etdirən, təmaslarını
genişləndirən, vətəndaş
qarşıdurmasına son
qoyulması istiqamətində
çağırışlar edən Azərbaycan Suriyanın ərazi bütövlüyü və
suverenliyinə dəstəyini
hər zaman ifadə edir.
Beynəlxalq aləmdə fəaliyyətini
daha geniş sferada davam etdirmək
üçün xarici
ölkələrdə diplomatik
korpusların, konsulluqların
sayının artırılması
istiqamətində aparılan
siyasət uğurla davam etdirilir. Hazırda ölkəmizin xarici ölkələrdəki
diplomatik missiyalarının
ümumi sayı 92-yə
çatıb. (69 səfirlik,
6 daimi nümayəndəlik,
9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik
ofisi). Vanuatu Respublikası Bakı şəhərində Baş
Konsulluğunun təsis
edilməsi, Kuk adaları isə diplomatik münasibətlərin
qurulması ilə bağlı müraciət
edib.
Türk Dövlətləri
əşkilatının qeyri-rəsmi
Şuşa Zirvə görüşü çərçivəsində
Qarabağ Bəyannaməsinin
qəbulu, Lənkəran
şəhərinin 2024-cü ildə Türk Dünyasının Gənclər
Paytaxtı elan edilməsi, Türk Yaşıl Baxışı
və Türk Yaşıl Maliyyə Şurasının yaradılmasına
dair Anlaşma memorandumlarının imzalanması
bölgədə birgə
yaşayış qaydalarını
gücləndirir. Misirin
paytaxtı Qahirə şəhərində keçirilmiş
İnkişaf etməkdə
olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının
(D-8) 11-ci Sammitində Azərbaycanın
yekdilliklə D-8 təşkilatına
üzvlüyə qəbulu
İslam həmrəyliyinin
nümunəsi olmaqla respublikamızın İslam
dünyasına açılan
yoludur. İşğaldan
azad edilən, geniş quruculuq işləri ilə simasını gözəlləşdirən
Laçın şəhərinin
2025-ci il üçün
MDB-nin Mədəniyyət
Paytaxtı elan olunması xarici siyasətimizə göstərilən
dəyərdir.
Azərbaycanın sədrliyi ilə keçirilən COP29-da ilkin
olaraq iqlim maliyyəsi üzrə kollektiv hədəfin müəyyənləşdirilməsi və Paris sazişinin karbon bazarları üzrə 6-cı maddəsinin
tam işlək vəziyyətə gətirilməsi
təklifinin dəstəklənməsi
ölkəmizin xarici siyasətinin uğurlarındandır.
COP29 çərçivəsində baş tutmuş Liderlər Sammitində gərgin geosiyasi mühit, iqlim dəyişmələrinə skeptik
yanaşan siyasi qüvvələrin bir çox ölkələrdə
artan təsir imkanları, inkişaf etmiş ölkələr
ilə inkişaf etməkdə olan ölkələr arasındakı
kəskin ziddiyyətlərin
aradan qaldırılması
ilə bağlı müzakirələrin aparılması
Prezident İlham Əliyevin diplomatik səylərinin nəticəsi,
dünya ictimaiyyətinə
ünvanlanan daha genişmiqyaslı çağırışıdır.
Ermənistanın işğal altında saxladıqları torpaqlarımzda
basdırdıqları minalardan
əziyyət çəkən
ölkə kimi Azərbaycan bu problemin aradan qaldırılması üçün
BMT, UNESCO, Avropa İttifaqı
(Aİ), NATO daxil olmaqla
beynəlxalq təşkilatlar
və bir sıra ölkələrlə
əməkdaşlığı genişləndirir, problemin
aradan qaldırılması
üzrə birgə fəaliyyət prinsipi üzrə dialoqu davam etdirir. Azərbaycanın və
BMT-nin birgə təşkilatçılığı ilə Zəngilan və Bakı şəhərlərində «Minaların
ətraf mühitə
təsirinin azaldılması:
Təhlükəsizlik və
yaşıl gələcəyə
doğru resursların
səfərbər edilməsi»
mövzusunda 3-cü beynəlxalq
konfrans kimi tədbirlər xarici siyasətimizin yeni istiqamətləri olsa da , mahiyyət etibarilə daha vacib problemlərin
həllində mühüm
rola malikdir.
Təbii ki,
xarici siyasətimizin ana xəttini Azərbaycanla Ermənistan
arasındakı sərhədlərin
delimitasiyası və
demarkasiya, sülh sazişinin imzalanmasıdır.
Qazax rayonunun Ermənistanın işğalı
altında olan Baqanis Ayrım, Aşağı Əskipara,
Xeyrimli və Qızılhacılı kəndlərinin
Azərbaycanın suveren
nəzarətinə qaytarılması,
dövlət sərhədinin
13 km-ə qədər
hissəsinin delimitasiya
və demarkasiyası diplomatiyamızı daha da gücləndirən, dünya birliyində böyük etimad qazanan Prezident İlham Əliyevin iradəsinin, beynəlxalq hüquqa əsaslanan məntiqli siyasətinin nəticəsidir.
COP29-un ölkəmizdə təşkil edilməsinə
qısqanclıqla yanaşan
anti-Azərbaycan dairələrin
təxribatlarının qarşısının
sistemli, ardıcıl
və məqsədyönlü
şəkildə alınmasının
nəticəsidir ki,
ABŞ, Fransa kimi dövlətlər, Aİ kimi
beynəlxalq təşkilatlar
Cənubi Qafqazla bağlı məkrli niyyətlərini həyata
keçirə bilmirlər.
Qarabağda aparılan
lokal xarakterli antiterror tədbirləri ilə bağlı Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyevin Cənub Qafqazın gələcəyi
ilə bağlı sözlərini ABŞ Dövlət
Departamentində, Avropa
Şurasında, Fransada
unutmasınlar: «Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün
dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni
cəfakeşləri bilsinlər
- nə qədər uzaq dursalar bizim
bölgəmizdən, o qədər
də bölgə rahat nəfəs alacaq və biz bunu təklif
edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin
gələcəyi sülhə,
əmin-amanlığa, inkişafa
söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi
gündəliyini güdən
və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar,
korrupsiyalaşmış siyasətçilər
əl çəksinlər
bizdən. Dünyanın
o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər
əl çəksinlər
bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar,
qanlı toqquşmalar
məkanı olmuşdur.
Yetər artıq!»
Tarixi hadisələr
də təsdiqləyir
ki, Azərbaycan xalqının iradəsini
əks etdirən xarici siyasətimizi dövlətçilik mənafeyi
baxımından təkmilləşdirən
Prezident İlham Əliyev fərqli beynəlxalq platformalarda öz sözünü qətiyyətlə söyləyir,
dediklərinin arxasında
durur və reallaşdırır. Soydaşlarımızın
Qərbi Azərbaycana
Qayıdış Konsepsiyasının
həllində, Zəngəzur
dəhlizinin açılmasında
israrlıdır.
Sözünə
imzası qədər
dəyər verən,
«Nəyi, necə, nə vaxt etmək»
müdrik kəlamı
aforizm kimi dillərdə dolaşan Prezident İlham Əliyevin «Ona görə biz güclü dövlət yaratmışıq, mən
son illərdə dəfələrlə demişdim
və bax, həyat mənim sözümü təsdiqlədi
ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən
qüdrətli Azərbaycandır
və çoxəsrlik
tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.
Bizim hazırlıq işlərinin aparılmasında
əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim
siyasətimizə böyük
inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan
xalqını əmin
etdi ki, bu inamı bizə
Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik» sözləri xarici siyasətimizin yenilməz gücü kimi məkrli niyyətlilərə
xəbərdarlıqdır.
Xuraman İsmayılqızı
İki sahil.- 2025.- 8 yanvar, №2.- S.9.