Yanaşmalar fərqli olsa da
dəyişilməyən ədalət prinsipidir
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi
beynəlxalq aləmdə
mövqeyi möhkəmlənən
Azərbaycanın dünyada
baş verən hadisələrə ədalət
prinsipləri əsasında
göstərdiyi dəyərdir
Siyasi peşəkarlığı, qətiyyəti
ilə yüksəldiyi,
şəxsi keyfiyyətləri
ilə formalaşdırdığı
«liderlik şəraiti»ndə
«liderlik kapitalı»ndan
zəkası ilə istifadə etməklə perspektivi görmək istedadı, müdrikliyi, cəsarəti, inam qazanmaq qabiliyyəti, səmərəli ünsiyyət
yaratmaq bacarığı
ilə dəyərlər
sistemini zənginləşdirən
Prezident İlham Əliyev fəlsəfi dünyagörüşünə malik şəxsiyyət, təcrübəli dövlət
xadimi olduğunu artıq təsdiqləyib.
Bakıda BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP29) Liderlər Sammitinin
açılış mərasimdəki
bütün dünya ictimaiyyətini düşündürən,
planetimizin gələcəyi
üçün təhlükə
yaradan iqlim dəyişmələrinə dair
təhlili çıxışı
ilə diqqəti cəlb edən Prezident İlham Əliyev növbəti dəfə sülhsevər,
humanitar siyasətini daha geniş auditoriyadan bəyan etdi. Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu
məkanda yerləşən,
dövlətlər, müxtəlif
beynəlxalq təşkilatlar
arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərinin
müəllifi olan, Avrasiyanın enerji və daşımalar yollarını dəyişən,
məhsuldar, çoxtərəfli
əməkdaşlıq formatının
qurulması üçün
səylərini artıran
Azərbaycanın müəllifi
olduğu meqalayihələrə
artan maraq bu reallığı təsdiqləyir.
BMT-nin Nizamnaməsinə,
bu təşkilatın
Təhlükəsizlik Şurasının
30 il kağız üzərində qalmış
qətnamələrinə, beynəlxalq hüquqa uyğun siyasəti ilə Ermənistanın işğalı altında
qalan torpaqlarını
düşməndən təmizləyən,
44 gün davam edən İkinci Qarabağ müharibəsində
qazandığı Zəfərlə
ədaləti, suverenliyimizi
bərpa edən Prezident İlham Əliyevin Fransa neokolonializminə qarşı
apardığı mübarizə,
120 ölkənin yekdil
qərarı ilə dörd il ərzində
BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama
Hərəkatına uğurlu
sədrliyi, qarşılıqlı
əməkdaşlıq prinisipləri
əsasında formalaşan
Azərbaycan diplomatiyasının
beynəlxalq səviyyədə
dəstəklənməsi Lider
qətiyyətinin məntiqi
təsdiqidir. 60 ölkəni
birləşdirən İslam
Əməkdaşlıq Təşkilatında
uğurlu təmsilçiliyi,
Avropa İttifaqının
(Aİ) 10 üzvü ilə
enerji və nəqliyyat layihələri
ilə bağlı sazişlər, Strateji tərəfdaşlıq haqqında
bəyannamələr imzalayan
Azərbaycan çoxtərəfliliyin
tərəfdarı olmaqla
mədəniyyətlərarası dialoqların fəal iştirakçısı və
müəllifidir. Hazırda
Yaşıl gündəliyi
ilə diqqət çəkən Azərbaycan
Avropaya alternativ enerji, təbii qaz icracı sahəsində də öndərliyini qoruyub saxlayır və potensialını artırır.
COP29-un Liderlər Sammitində
Azərbaycana qarşı
aparılan təxribatların
heç bir əsası olmadığını
«Mənim sonuncu mesajım təxminən bir ildir ki,
boykotu təşviq edən dairələrədir.
Onlar əllərində
olan bütün alətlərdən istifadə
etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın.
Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş
72 min iştirakçımız
var. Onların sırasında 80 prezident,
vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!» sözləri
ilə bildirən Prezident İlham Əliyevin qətiyyətinin
daha bir təsdiqi dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına
verdiyi müsahibə oldu.
Bu faktları
xatırlatmaqla Prezident
İlham Əliyevin sözügedən müsahibəsinin
bir neçə epizoduna diqqət yetirək. Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı məlum həqiqətləri
Rusiya tərəfinin
«quş» və «qaz balonunun partlaması»
kimi uydurma versiyalarla ört-basdır
etməsinə etirazını
peşəkarcasına bildirən,
«Rusiya tərəfi Azərbaycandan üzr istəməli, öz günahını etiraf etməli, günahkarları
cəzalandırmalı, cinayət
məsuliyyətinə cəlb
etməli və Azərbaycan dövlətinə
və zərərçəkən
sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir»
kimi şərtlərin
yerinə yetirilməsində
israrlı olan Prezident İlham Əliyev lider qətiyyəti ilə faciənin ədalətli araşdırılmasını tələb etdi. Ritorikadan kənar bu cür iradə
və mövqe nümayişi yalnız güclü liderlərə
xas xüsusiyyətlərdir.
Yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində
yuxarda xronika kimi sadalanan məsələlərə daha
geniş, liderə xas təmkinlə aydınlıq gətirən
Prezident İlham Əliyev Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycanın təmsil olunduğu təşkilatlarla əməkdaşlığını
beynəlxalq və regional sülhə töhfə kimi dəyərləndirdi. COP29-u siyasi
motivlər səbəbindən
boykot cəhdlərini
təbii fəlakətlərə,
milli münaqişələrə,
terrorlara, iqlim dəyişikliyinin yaratdığı
fəsadlara qarşı
mübarizənin qarşısına
çəkilən sədd
təxribat adlandırdı:
«Bu, olduqca gözlənilməz idi. Hesab edirəm ki, bu tədbirə
ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin
biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, siz də
qeyd etdiyiniz kimi, bəzi ölkələr, xüsusilə
də Fransa əlindən gələni
edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan
aldığım məlumata
görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə
edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin
qarşısını almaq
üçün hətta
belə vasitəyə
də əl atılmışdır. Lakin
bu da uğursuz
oldu. Səksən dövlət və hökumət başçısı
Bakıya səfərə
gəldi və bu, bir daha
Azərbaycanın etibarlı
tərəfdaş olduğunu
nümayiş etdirdi.»
Göstərilən qətiyyətin
məntiqi nəticəsi
isə COP29-un Azərbaycan
diplomatiyasının uğur
hekayəsi adlandırılması,
10 il ərzində tərəflərin karbon bazarı ilə bağlı dalana dirənən Paris Sazişinin
6-cı maddəsi üzrə
razılığın əldə
edilməsi olmaqla, Prezident İlham Əliyevin Lider qətiyyətinin beynəlxalq
səviyyədə dəsətəklənməsi
və təsdiqi idi. Yəni,
on il ərzində razılaşdırılmayan
qlobal problem Bakıda həllini tapdı. Azərbaycanın Yaşıl
gündəliyinə maraq
artdı. «Bizim regionda hələ buna bənzər, bu qədər qonağın
iştirak etdiyi ikinci belə tədbir keçirilməyib.
Bu, ölkənin təqdimatı
idi» söyləyən
dövlət başçımız
sualları cavablandırmaqla
Azərbaycana qarşı
aparılan məqsədyönlü
dezinformasiyaların əsassız
olduğunu dövlətçilik
təcrübəsi, peşəkarlığı
ilə sübuta yetirdi.
Ötən ilin sonlarında
Azərbaycanın İslam həmrəyliyinin
birlik rəmzi olan, Türkiyənin təşəbbüsü ilə
yaradılan D-8-ə üzvlüyə
qəbulunu respublikamızın
dünyaya açılan
növbəti pəncərəsi
kimi xarakterizə edən Prezident İlham Əliyev bu təmsilçiliyi ölkəmizin
beynəlxalq aləmdə
artan nüfuzu, genişlənən rolu kimi dəyərləndirdi:
« D-8 müsəlman ölkələrini
birləşdirən ən
böyük təşkilatdır.
Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının
60 faizini təşkil
edən bir təşkilatdır. Əgər
biz bu təşkilatın
ümumi daxili məhsulunu götürsək,
bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi
var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə
ki, bu, bizim üçün həm böyük şərəfdir,
həm də böyük məsuliyyətdir.
Artıq bütün göstərişlər verilib
ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz
töhfəsini verə
bilsin.»
Xarici siyasətinə uyğun ehtiyacı olan ölkələrə humanitar
yardımlar göstərən
Azərbaycan Suriyada yaranan gərginlikdən əziyyət çəkən
yeni hökumətin formalaşmasına
dəstək göstərən
Türkiyədən sonra
ikinci ölkə oldu. «Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o
qədər geniş olacaq» sözləri ilə yeni dünya nizamının formalaşdığı
mürəkkəb proseslərdə
ölkəmizin öz
sözünü qətiyyətlə
deyəcəyini əminliklə
bildirdi: «Çünki
bu sistem artıq tükənib. Bunu mən demirəm.
Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək
və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir.
Məsələn, biz hesab
edirik ki, Türk Dövlətləri Təşkilatı
dünya miqyasında ciddi güc mərkəzinə çevrilə
bilər. Çünki
burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya
xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu
doldura bilər və bu ölkələrdə
yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır.
Müsəlman ölkələrinin
iqtisadiyyatının 60 faizi
D-8-dədir, əhalinin 60 faizi
yenə də D-8 ölkələrindədir. Ona görə
bu, bir fürsətdir.
Bu fürsəti qaçırmaq
olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm
ki, bizim fikirlərimiz
və təkliflərimiz
diqqətlə nəzərə
alınacaqdır.» Prezident İlham Əliyev bildirir ki, xalqlar arasında həmrəyliyin möhkəmlənməsinə
önəmli töhfələr
verən Azərbaycan bu istiqamətdə siyasətini daha qətiyyətlə davam etdirəcək.
ABŞ,
Aİ ilə münasibətlərə
aid suala aydınlıq
gətirən dövlət
başçımız Bayden Administrasiyasının hakimiyyəti
dövründə ikili
standartların tətbiqi
ilə xəfifləşən
Amerika-Azərbaycan münasibətlərinin
qarşılıqlı anlaşma
prinsipləri əsasında
davamı üçün
səylərin artırılacağını
bildirdi : «Məsələn,
elə Əfqanıstan
məsələsinə qayıtsaq,
Azərbaycan birinci ölkələrdən idi
ki, Əfqanıstandakı missiyaya
qoşulmuşdu və
həm hərbi kontingent göndərmişdi
və dəfələrlə
onu artırmışdı,
həm də Amerika üçün çox vacib olan nəqliyyat-logistika
məsələlərini də
həll etmişdi. Biz onlara lazım
olana qədər
907-ci düzəliş - sanksiya
qaldırılırdı, biz
ki, lazım olmadıq, tətbiq etdilər. Yəni, bu nədir? Bunun bir adı
var: nankorluq. Bu, nankorluqdur və hansı inamdan söhbət gedə bilər? Hansı uzunmüddətli
əməkdaşlıqdan söhbət
gedə bilər? Bayaq dediyim kimi,
Sorosun bu yüksək mükafatla təltif edilməsi bütün maskaları yırtdı. Yəni, bu, Soros iqtidarı
idi, həm Bayden dönəmində, həm Trampa qədər olan səkkiz il ərzində və məhz buna görə bizim münasibətlərimizdə heç
bir irəliləyiş
olmamışdır. Biz
Amerika ilə əsas ciddi əməkdaşlıq platformasını
Klinton və Corc Buş dönəmində
yaratdıq və Tramp dönəmində bu davam etdi.
Ona görə ümidlər var.»
Beynəlxalq münasibətlər sistemində
hadisələrə, dövlətlərə
öz maraqları baxından yanaşan, hadisələri qeyri-obyektiv
dəyərləndirən Avropa
İttifaqını , Avropa
Komissiyası kimi digər təşkilatların
Azərbaycana qarşı
planlaşdırdıqları təxribatların əlaqələrə
xələl gətirdiyini
faktlar əsasında diqqətə çatdıran,
Aİ-nin Mülki Müşahidə Missiyasının
« binokl diplomatiyası»nı
beynəlxalq hüquq normalarına hörmətsizlik
adlandıran Prezident İlham Əliyev məsələ ilə bağlı sualı aydın və müşahidə olunan narahatlıq əsasında
cavablandırdı: «Avropa
Komissiyası ilə münasibətlərimizin necə
inkişaf edəcəyini
söyləmək çətindir.
Amma deməliyəm ki, ötən il məyusluqla dolu bir il
oldu. Belə ki, məhz keçən
il Avropa İttifaqı normallaşma
prosesində birmənalı
olaraq Ermənistanın
tərəfini tutdu… Sonra, necə deyərlər, bu binoklla rüsvayçı
nümayişlər, onlar
yarıhərbi geyim və çəkmələr
geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək
istəmirəm, əgər
kimsə təsadüfən
Azərbaycan ərazisinə
soxularsa, onda sadəcə görəcəklər
ki, əllər necə qaşınır.
Ona görə də biz onlara
çatdırdıq ki,
binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər.»
Ermənistanın silahlandırılmasına adekvat
cavab veriləcəyini
bildirən , Avropa Parlamentinin
rüsvayçı davranışını
tənqiq edən Prezident İlham Əliyev qətiyyətlə
söylədi ki, Azərbaycan normal şəraitlər çərçivəsində
əməkdaşlığa hər zaman hazırdır. Suveren Azərbaycanı asılı
vəziyyətdə saxlamaq,
bizə mühazirə
oxumaq istəyənlərə
də xəbərdarlıqlar
səsləndirildi: «Gəlin,
normal, ikitərəfli
əməkdaşlıq edək.
Biz sizdən asılı deyilik, sizdən heç nə gözləmirik, sizin ailənizə üzv olmağa can atmırıq, açığını desək,
siz heç vaxt müsəlman əhalisi olan ölkəni qəbul etməyəcəksiniz. Elə
isə gəlin, yaxşı qonşular olaq, əməkdaşlıq
edək, buyurun, ticarət edək, sataq, alaq, texnologiyalar
əldə edək. Təəssüf ki, bunların bütün fəaliyyəti bizim Avropa İttifaqı ilə proqramların hamısını dayandırmağımıza
gətirib çıxardı.»
Yəni, yaxşılığa
yaxşılıqla, pisliyə
isə adekvat cavab veriləcək. Artıq inkaredilməz faktdır ki, Prezident İlham Əliyevin qətiyyəti
sayəsində Azərbaycan
yalnız regionumuzda yox, bütün dünyada sarsılmaz gücə çevrilib.
«Bu, ilk
dəfə idi ki, Rusiya dövləti
digər dövlətdən
üzr istəyirdi. Çoxları buna inanmırdı, amma bu, baş verdi
və bütün bunlar onun göstəricisidir
ki, Azərbaycan güclü dövlətdir,
onunla hesablaşmalı
olduqlarını anlayırlar,
başa düşürlər.
Coğrafi cəhətdən
kiçik, amma qalib və güclü
bir dövlətin Prezidenti olmaq necə hissdir?» sualını «Necə deyim sizə, birincisi, böyük məsuliyyətdir. İlk
növbədə, mən
öz vəzifəmə
bax, belə yanaşıram, hər gün, hər saat, gecə-gündüz.
İkincisi, böyük
şərəfdir» sözləri
ilə cavablandıran
Prezident İlham Əliyev bir daha qürurlu, ədalətli bir xalqın sarsılmaz gücə malik dövlət başçısı
olduğunu təsdiqlədi.
Əlavə olaraq bildirdi ki, ən
böyük ədalətsizlik
elə ədalətsizlikdir.
«Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki,
mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin
ki, bir çoxları
yaşamayıb. Xüsusilə
hər iki dövrdə ölkəyə
rəhbərlik edən
şəxs kimi bəlkə də bu, unikal təcrübədir.
Dörd il keçməsinə baxmayaraq,
hələ ki, bunu tam anlamaq
çətindir. Mən
azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən
çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm.
Sanki birinci dəfə gəlmişəm
oraya. Yəni, siz necə, mən də elə. Əlbəttə ki, məsuliyyət və qürur hissi. Biz elə
ölkədə yaşayırıq
ki, doğrudan da ilk növbədə
ölkəmizlə, xalqımızla
fəxr edə bilərik.»
Dövlət başçımızın ənənəvi
olaraq yerli televiziya kanallarının
əməkdaşları ilə
görüşü, dünyada
baş verən hadisələrə verilən
suallara dövlətçilik
təcrübəsi əsasında
aydınlıq gətirməsi,
Azərbaycanın demokratik,
sağlam cəmiyyət
kimi, mövqeyini ortaya qoyması, Bakı Təşəbbüs
Qrupunu yaratmaqla tükənmiş ümidləri
alovlandırmaq təşəbbüsləri
ölkəmizin dəstəklənən
diplomatiyasının uğuru,
Cənubi Qafqaz xəyalına düşənlərin
iflasa məhkumluğudur.
Xuraman İsmayılqızı
İki sahil.- 2025.- 9 yanvar, №3.-S.3.