Uğurlarımıza kölgə salmaq istəyənlərə tərs şillə...

 

Qalib Azərbaycan ekoloji iqlim siyasətində lider, eləcə qlobal səhnənin mühüm aktoru kimi öz mövqeyini möhkəmləndirib

 

Millət vəkili: Anti-COP29 kampaniyası uzun illər ərzində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının davamı, onun tərkib hissəsi idi

Genişmiqyaslı böhtan qarayaxma kampaniyasına baxmayaraq, 2024-cü ilin ən yadda qalan ən mötəbər tədbiri olan COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Azərbaycan çoxvektorlu xarici siyasətini uğurla davam etdirdi, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək regional qlobal məkanda önəmli tərəfdaşa çevrildi. Beləliklə, Bakının ev sahibliyi etdiyi bu tədbir, Azərbaycan üçün beynəlxalq səviyyədə diqqət mərkəzinə çevrilmək üçün unikal bir fürsət idi.

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində çətinliklərə baxmayaraq, COP29-a hazırlığın müvəffəqiyyətlə həyata keçirildiyini, boykot cəhdlərinin uğursuz olduğunu tədbirin nəticələrinə təsirsiz ötüşdüyünü vurğulayıb: ”Mən bunu bir daha çox böyük uğur adlandırardım. Bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Mənim görüşdüyüm ölkəmizə ilk dəfə səfər edənlərin hamısı gördüklərinin onlarda dərin təəssürat yaratdığını söyləyirdilər. Çünki Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır. Beləliklə, biz müxtəlif hədəflərə çatmışıq bu, Azərbaycanın növbəti uğurudur”.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlıİki sahil”ə özəl açıqlamasında diqqətə çatdırdı ki, 2024-cü ilin iyul ayından etibarən media sosial şəbəkələr üzərindən erməni əsilli ermənipərəst şəxslər tərəfindən sistemli şəkildə Azərbaycanın COP29-a ev sahibliyi əleyhinə siyasi motivli boykot kampaniyasına çağırışlar eşidilməyə başladı. Bu kampaniyanın məqsədi Azərbaycanın uğurlarına beynəlxalq nüfuzunu kölgə salmaq, onun daxili xarici siyasətinə dair faktları təhrif etməklə ölkəyə təziq göstərmək idi. Azərbaycana qarşı siyasi təzyiq həm öz gündəliklərini irəlilətmək üçün edilirdi. Anti-COP29 kampaniyası öncədən müəyyən edilmiş saatlarda, hazırlanmış materiallarla, verilən həştəqlər, tezislər üzrə mütəmadi  aparılırdı. Bu da sistemli şəbəkələşmiş yanaşmanın əsas sübutu kimi qəbul edilə bilər. Ümumiyyətlə, anti-COP29 kampaniyası uzun illər ərzində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının davamı, onun tərkib hissəsi idi. Anti-Azərbaycan kampaniyalarında fəal iştirak edən şəxslərin, eyni zamanda, anti-semitist, ultra-milliyətçi meyillərə malik olması da təsadüfi deyildi. Bu kampaniyada iştirak edənlər əsasən Yelisey Sarayından yönləndirilirdi. Bütün bunlar araşdırılmış, məlumatlar təhlil edilmiş aşkara çıxarılmışdır.

Deputat vurğuladı ki, media kampaniyalarından əlavə, ölkəmiz Qərb dövlətləri təşkilatları tərəfindən boykot kampaniyasına da məruz qaldı. COP29-a ev sahibliyimiz dövründə ABŞ senatorları, Avropa Parlamenti, Luksemburq Deputatlar Palatası, Belçikanın Federal, Flaman, Valon Brüssel parlamentlərinin üzvləri COP29 Azərbaycanda keçirilməsin, boykot edilsin deyə təşəbbüslərlə çıxış edərək ölkəmizin nüfuzuna qəsdən zərər verməyə çalışırdılar. Bu xüsusda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan əleyhinə bəyanat qətnamələrə qarşı bəyanatlarla öz mövqeyini ortaya qoymuşdur. Qərb dövlətləri onların korrupsioner institutları, qeyri-hökumət təşkilatları, eləcə Qərb mediası beynəlxalq ictimaiyyəti manipulyasiya etmək iddiası ilə çıxış edərək, konfransda dövlət, hökumət başçılarının iştirakının qarşısını almaq konfransı absurd ittihamlarla siyasiləşdirmək məqsədi güdürdülər. Qərb ölkələri tərəfindən maliyyələşdirilən lobbiçilər öz ölkələrinin iqlim öhdəliklərini yerinə yetirmədikləri halda, inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyini təmin etmək əvəzinə BMT-in iqlim konfransından fürsət kimi istifadə etməklə məsələni siyasiləşdirmiş COP29 sədrliyini ittiham etmişdilər.

Pərvanə Vəliyeva qeyd etdi ki, cənab Prezident yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin COP29-da iştirakdan son anda imtina etməsini diqqətə çatdırdı. Lakin Avropa Komissiyası bundan öncəki COP-larda hər zaman iştirak edib vacib rol oynayıb. Çünki Avropa İttifaqı (Aİ) iqlim maliyyələşməsində ən böyük donordur, hətta ABŞ-dan digər Qərb ölkələrindən daha çox maliyyə dəstəyi bu təşkilatdan gəlir. Həmçinin yaşıl enerjiyə keçid istiqamətindəaparıcı rola malikdir. Avropa İttifaqında ən vacib struktur Avropa Komissiyasıdır ki, bütün ciddi qərarlar da Komissiya tərəfindən qəbul edilir. Komissiya rəhbərliyi bundan öncəki COP-larda konfransa hər cür dəstək verirdi. Amma Ursula xanım Fon der Lyayen Azərbaycana gəlməkdən imtina etdi. Bu, əlbəttə ki, siyasi səbəblərlə əlaqəlidir. Von Der Leyen COP29-a qarşı aparılan qeyri-rəsmibaykot siyasətininqurbanı oldu. Onun hətta panel sessiyasında iştirakı təsdiq edilmidi. Bununla belə, Azərbaycan davamlı inkişaf prinsipləri üzrə öhdəliklərə nail olmaq qabiliyyətini hər şəkildə nümayiş etdirib, bunu uğurlu COP29 konfransının keçirilməsi sübut etdi.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, COP29-da Yeni İqlim Maliyyə Məqsədinin qəbulu iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə transformativ bir addımdır. Bu iddialı hədəfin dünyanın iqlim böhranını həll etmək üçün resursları səfərbər etməsi ilə bağlı çevik geniş təsirləri olacaqdır. İtki Zərər Fondu işlək vəziyyətə gəldi COP 2025-ci ildən bu Fondun tam təşəkküllü fəaliyyətə başlaması üçün konsensus əldə etdi. COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Ölkəmiz enerji səmərəliliyini artırır beynəlxalq arenada məsuliyyətli etibarlı tərəfdaş kimi nüfuzunu möhkəmləndirir. Azərbaycan ekoloji iqlim siyasətində lider, eləcə qlobal səhnənin mühüm aktoru kimi öz mövqeyini möhkəmləndirib.

 

Yaqut Ağaşahqızı

 

İki sahilİki sahil.-2025.- 10 yanvar, №4.- S.6.