Prezidentin əhalinin rifahının

yaxşılaşdırılması istiqamətində atdığı addımlar

 

Azərbaycanın sosial islahat strategiyası

 

Azərbaycanın dinamik inkişafını təmin edən ölkəni tarixi Zəfər zirvəsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi güclü ardıcıl sosial siyasət vətəndaş rifahının yaxşılaşdırılmasında mühüm rol oynayıb. Dövlətimizin başçısının sosial siyasəti yalnız ölkənin iqtisadi inkişafını deyil, həm vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini hədəfləyir.

AZƏRTAC 2018-2024-cü illəri əhatə edən, milyonlarla insanın sosial təminatında böyük irəliləyişlərə səbəb olan islahatlar paketini təhlil edir.

Ötən 6 il ərzində həyata keçirilən dörd sosial islahat paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlər əldə edilib. Xüsusilə minimum pensiyanın 2,5 dəfə, orta aylıq pensiyanın 2,4 dəfə, müavinət təqaüd ödənişlərinin isə 5 dəfəyə qədər artırılması Prezidentin sosial rifaha yönəlmiş siyasətinin yüksək səmərəliliyini göstərir. Bununla yanaşı, əmək müqavilələrinin sayının son 6 ildə 600 mindən çox (50 faizədək) artması işçi hüquqlarının qorunması, formal məşğulluğun genişləndirilməsi əmək bazarında şəffaflığın artırılması baxımından mühüm nailiyyətdir. Bu rəqəmlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin Azərbaycanı rifah cəmiyyətinə çevirmək istiqamətində uğurlarını nümayiş etdirir.

 

Sosial rifahın gücləndirilməsinə yönəlmiş siyasət

 

Azərbaycanda əhalinin sosial rifahının təmin olunması istiqamətində dövlət siyasətinin əsas prioritetlərindən biri sosialyönümlü xərclərin artırılmasıdır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əməli nəticəsi olaraq özünü büdcə göstəricilərində aydın şəkildə büruzə verir. Məsələn, 2021-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclər 10,3 milyard manat təşkil edirdisə, 2024-cü il üçün bu məbləğ 15,5 milyard manata çatdırılıb, 2025-ci ilin büdcə layihəsində isə 16,9 milyard manat nəzərdə tutulur. Bu göstəricilər qısa müddətdə sosial xərclərin 6,6 milyard manat ya 1,6 dəfə artdığını göstərir.

Sosialyönümlü xərclərin dövlət büdcəsində çəkisinin 41 faizə çatması isə sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. Bu artım, həmçinin vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması, sosial təminat sisteminin gücləndirilməsi əhalinin həssas təbəqələrinin dəstək alması istiqamətində görülən tədbirlərin əhəmiyyətini vurğulayır. Bu yanaşma Azərbaycan dövlətinin sosial sahəyə xüsusi önəm verdiyini iqtisadi inkişafın insan amilinə xidmət etdiyini aydın şəkildə ortaya qoyur.

 

Azərbaycanın sosial islahatlar strategiyası:

Əhalinin rifahının yüksəldilməsi

 

Azərbaycanın sosial inkişafını təmin edən Prezident İlham Əliyevin ardıcıl məqsədyönlü siyasəti çərçivəsində 2018-ci ildən başlayaraq həyata keçirilən sosial islahat paketlərinə 2025-ci ilin əvvəlindən beşinci paketin reallaşdırılması da əlavə olunub. Bu istiqamətdə mühüm addım dövlətimizin başçısının 2024-cü il 23 dekabr tarixli Sərəncamı ilə atılıb. Belə ki, 2025-ci ilin yanvarından başlayaraq minimum əməkhaqqının 345 manatdan 16 faiz artırılaraq 400 manata çatdırılıb. Fevralın 1-dən isə minimum pensiyanın məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata qaldırılacaq.

Beləliklə, 2018-ci ildən bəri minimum əməkhaqqında 3,1 dəfə, minimum pensiyada isə 3 dəfəyədək artıma nail olunub ki, bu da əhalinin sosial rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Həmçinin 2018-2024-cü illər ərzində müavinət təqaüd ödənişlərində 5 dəfə artım qeydə alınıb 2024-cü ilin sonundakı Sərəncama əsasən, bu artım dinamikası 2025-ci ildə davam etdiriləcək. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının 2025-ci ilin yanvarından etibarən orta hesabla 15 faiz artırılması da bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Bunlarla yanaşı, 2025-ci il üçün təsdiq edilən qanunlarla yaşayış minimumu ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması da sosial təminat sisteminin daha da gücləndirilməsi məqsədi daşıyır. Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində yeni sosial islahat paketinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın həm sosial sahədə, həm iqtisadi inkişafda tarazlı yanaşma sərgilədiyini ifadə edib. Qeyd edib ki, Qarabağın bərpası kimi strateji əhəmiyyətli vəzifələri həyata keçirən ölkənin vətəndaşlarının rifahına bu qədər diqqət yetirilməsi dövlət siyasətinin mahiyyətini nümayiş etdirir. “Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar”, - deyən Prezident son illər ərzində dörd sosial paketin həyata keçirildiyini bu məqsədlər üçün 7 milyard manatdan çox vəsaitin xərcləndiyini vurğulayıb. Bununla yanaşı, iqtisadi imkanların artması fonunda sosial məsələlərin - minimum əməkhaqqı, pensiya sosial müavinətlərin artırılması kimi məsələlərin həllinə hər zaman diqqət yetiriləcəyini bəyan edib. Bu yanaşma sosial siyasətin dövlət idarəetməsində əsas prioritetlərdən olduğunu bir daha təsdiqləyir.

 

Əhalinin sosial təminatın gücləndirilməsinə yönəlmiş yeni islahat paketi

 

Göründüyü kimi, cari ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi Azərbaycanın sosial inkişafı vətəndaşlarının rifahının artırılması məqsədi daşıyır. Bu paket pensiyaların indeksləşdirilərək artırılması da daxil olmaqla, ümumilikdə 3 milyon insanı əhatə edəcək. Həmin şəxslərə yönələn əməkhaqqı, pensiya, müavinət təqaüdlərin artırılması üçün əlavə olaraq 1,4 milyard manat ayrılıb. Bu islahat paketi ölkənin sosial sahədəki ən mühüm addımlarından biri olmaqla, geniş əhali təbəqəsinin maddi təminatını yaxşılaşdırmağa yönəlib.

Sosial islahatlar çərçivəsində, 2018-2025-ci illər ərzində sosial ödənişlərin artırılması məqsədilə ayrılan əlavə illik vəsaitin həcmi 7,6 milyard manata çatıb.

Bu vəsait vətəndaşların sosial təminatının daha da gücləndirilməsi ölkədəki sosial rifah modelinin davamlı inkişafı üçün mühüm mənbə təşkil edir. Dövlətin sosial siyasətində bu cür vəsait ayrılması, iqtisadi inkişafın paralel olaraq sosial sahənin inkişafına da xidmət etməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycan Hökumətinin iqtisadi sosial siyasətdə balanslı uzunmüddətli inkişafı təmin etməyə çalışdığını göstərir.

Sosial islahatların bu qədər genişmiqyaslı şəkildə həyata keçirilməsi, dövlətin sosial məsələlərə verdiyi önəmin vətəndaşlarının rifahını daha da artırmaq istiqamətindəki qətiyyətinin göstəricisidir. Bu islahatlar həm Azərbaycan cəmiyyətində daha ədalətli inklüziv sosial sistemin formalaşmasına xidmət edir.

 

Azərbaycanda minimum əməkhaqqının

artırılması əmək bazarı islahatları

 

Minimum əməkhaqqının artırılması yalnız aşağıgəlirli vətəndaşların maddi vəziyyətini yaxşılaşdırmaqla kifayətlənməyib, eyni zamanda, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan bütün işçilərin əməkhaqqılarının artmasına səbəb olub. Nazirlər Kabinetinin təsdiqlədiyi dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin vəzifə maaşlarının müəyyən edildiyi Vahid Tarif Cədvəli çərçivəsində 19 pillənin ilk pilləsi üzrə əməkhaqqı 345 manatdan 400 manata çatdırılıb. Bu artım digər pillələrdə maaşların orta hesabla 16 faizədək artırılmasına imkan yaradıb. Beləliklə, yalnız minimum əməkhaqqı artımına uyğun olaraq 700 min nəfərə qədər işçinin maaşında artım baş verib.

Eyni zamanda, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri artırılıb. Bu artımlar əməkhaqqı səviyyəsi müxtəlif olan işçilərin həyat şəraitinin yaxşılaşdırılmasına daha ədalətli əmək bazarının formalaşmasına yönəlib. Beləliklə, minimum əməkhaqqının artırılması yalnız aşağıgəlirli təbəqənin maddi rifahını yüksəltməkdən daha geniş təsirə malik olub.

Bu islahatlar, həmçinin dövlətin sosial siyasətinin geniş əhatəli inklüziv xarakter daşıdığını göstərir. Əməkhaqqı artımları, vətəndaşların sosial rifahının təmin olunmasında, iqtisadi sosial tərəqqinin qarşılıqlı əlaqəsini gücləndirməkdə mühüm rol oynayır. Minimum əməkhaqqı artımının digər sahələrdəki maaş artımları ilə əlaqələndirilməsi, həmçinin işçilərin əmək hüquqlarının qorunması daha yüksək həyat səviyyəsinə nail olunması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilir.

 

Minimum əməkhaqqı pozuntularına

qarşı qətiyyətli inzibati tədbirlər

 

2025-ci ilin yanvarın 1-dən etibarən, aylıq vaxtı normasını işləyən əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı minimum əməkhaqqından az ola bilməz. Bu dəyişiklik, işçilərin sosial müdafiəsinin gücləndirilməsi onların maddi rifahının artırılması məqsədini daşıyır. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı verilməsi hallarını izləmək qarşısını almaq üçün müvafiq tədbirlər görür. Bu məqsədlə işəgötürənlərəƏmək Məşğulluqaltsistemi vasitəsilə müraciət edilib əmək müqavilələrindəki uyğunlaşmaların qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi təmin edilir. Nəzarət isə “e-sistemüzərindən həyata keçirilir, beləliklə, hər bir işçinin əməkhaqqı ilə bağlı qanun pozuntuları dərhal aşkarlanır.

Əməkhaqqı ilə bağlı yaranan qanun pozuntularının qarşısını almaq üçün ciddi hüquqi tədbirlər nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur. Bu məsuliyyət işəgötürənlər üçün ciddi nəticələrə gətirib çıxara bilər, çünki belə hallarda dövlət tərəfindən cərimələr digər hüquqi tədbirlər tətbiq olunur. Həmçinin minimum əməkhaqqının artırılması ilə əlaqədar işçilərin hüquqlarının qorunması işəgötürənlərin qanunvericiliyə riayət etmələri təkcə sosial ədalət prinsipini deyil, həm ölkə iqtisadiyyatının daha şəffaf dayanıqlı olmasını təmin edir. Azərbaycan dövləti əmək bazarında daha ədalətli şəraitin yaradılması işçilərin hüquqlarının qorunması istiqamətində mühüm addımlar atır, bu da ümumilikdə sosial rifahın artmasına xidmət edir. Bu tədbirlər, həmçinin işçilərin hüquqi təminatlarını gücləndirərək əmək bazarında daha sağlam dürüst münasibətlərin yaranmasına şərait yaradır.

 

Pensiyaların artırılması sosial rifaha töhfə

 

Pensiyaların artırılması dövlətin vətəndaşlarının sosial təminatını daha da gücləndirmək məqsədi daşıyır hər il ölkə Prezidentinin sərəncamları ilə həyata keçirilir. Pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, əvvəlki ilin orta aylıq əməkhaqqı artımına uyğun olaraq indeksləşdirilərək artırılır. Bu, pensiyaçıların maddi rifahının yüksəldilməsi onların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm addımdır. 2025-ci ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması nəzərdə tutulub bu artım, minimum pensiyanın artırılmasının təmin edilməsi ilə yanaşı, pensiyaçıların rifahını daha da yaxşılaşdıracaq.

Son illərdəki təcrübə göstərir ki, orta aylıq əməkhaqqında davamlı ciddi artımlar pensiyaların indeksləşdirilərək artırılması göstəricisinin daha yüksək olmasına imkan yaradıb. 2023-cü ildə pensiyaların artımı 14,7 faiz, 2024-cü ildə isə 11,2 faiz təşkil edib. Bu artımlar pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm rol oynayıb gələcəkdə bu artım tendensiyasının davam edəcəyi gözlənilir. Həmçinin pensiya artımlarının həyata keçirilməsi zamanı vətəndaşların müxtəlif sosial ehtiyacları nəzərə alınır bu artımlar onların gündəlik həyatına müsbət təsir göstərir.

Mühüm bir yenilik odur ki, 2023-cü ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilib. Bu metod hər ilin əvvəlində vahid yanaşma ilə bütün kateqoriyalardan olan pensiyaçıların (1,1 milyon pensiyaçının) pensiyalarının indeksləşdirilərək artırılmasına imkan verir. Bu yanaşma pensiyaçıların haqlarının qorunması daha ədalətli şəkildə artımın həyata keçirilməsi üçün çox mühüm bir addım olub.

Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəkildə həyata keçirilir. Bu, pensiyaçıların heç bir sənəd təqdim etməsinə müraciət etməsinə ehtiyac qalmadan onların pensiyalarının artırılmasını təmin edir. Elektron sistemin tətbiqi prosesin daha sürətli şəffaf olmasına imkan verir, həmçinin bürokratik maneələri aradan qaldırır. Bu yenilik dövlətin sosial siyasətində müasir yanaşmaları vətəndaşların rahatlığını ön planda tutduğunu göstərir. Bu şəkildə pensiyaçıların hüquqlarının daha səmərəli şəkildə qorunması onların sosial rifahının davamlı olaraq artırılması təmin edilir.

 

Pensiya ödənişlərinə ayrılan vəsaitin əhəmiyyəti

 

Aparılan islahatlar çərçivəsində pensiya artımlarının davamlı xarakter alması pensiya təminatı üzrə ödənilən vəsaitlərin mütəmadi artımına gətirib çıxarıb. Bu artım vətəndaşların sosial rifahının yüksəldilməsi pensiyaçıların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədini daşıyır. 2025-ci ildə əmək pensiyalarının ödənilməsi üçün 7 milyard 210 milyon 530 min manat vəsait ayrılması nəzərdə tutulub. Bu, keçən il müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 milyon manat ya 11 faiz daha çoxdur, yəni, dövlət pensiyaçıların ehtiyaclarını qarşılamağa daha böyük diqqət yetirir.

Ümumilikdə pensiyalar üzrə ayrılan illik vəsait 2018-ci ildən bəri 2 dəfə artıb. Bu artım ölkənin sosial siyasətinin qədər uğurla həyata keçirildiyini dövlətin pensiyaçıların rifahını daim artırmaq üçün böyük səy göstərdiyini göstərir. Dövlətin pensiya ödənişlərinə ayırdığı vəsaitin artması gələcəkdə sosial təminatın gücləndirilməsinə ölkə üzrə rifah səviyyəsinin yüksəlməsinə xidmət edəcək.

Əminliklə deyə bilərik ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar ölkənin iqtisadiyyatını gücləndirərkən vətəndaşların sosial təminatını da mütəmadi olaraq yaxşılaşdırmağa yönəlib. Bu addımlar sosial rifahın davamlı artımını təmin etməklə ölkənin ümumi inkişafına mühüm töhfə verir.

 

İki sahil.- 2025.- 10 yanvar, №4.- S.5.