Əhalinin sosial müdafiəsinin

gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır

 

Azərbaycan dünyaya dayanıqlı iqtisadi inkişafla yanaşı, sosial rifah modelini təqdim edir. Bu mühüm məqamı xüsusi vurğulamaq lazımdır ki, ölkəmizin yeni iqtisadi sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi düşünülmüş siyasətin nəticəsidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər ƏliyevinNeft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü təkcə indiki nəslə deyil, həm gələcək nəsillərə mənsubdurçağırışı vətəndaş amilinin dövlət siyasətinin mərkəzində dayandığını təsdiqlədi. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafında əsas faktordur. Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi Azərbaycanın bu gününə gələcəyinə hesablanmış mühüm addım oldu. Azərbaycanın iştirakçısı təşəbbüsçüsü olduğu enerji layihələrindən dövlət büdcəsinə  milyardlarla dollar vəsait daxil oldu ki, bu da ölkəmizin hərtərəfli inkişafına yönələn sosial-iqtisadi  layihələrin həyata keçirilməsinə yönəldilir. Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu bu gün neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunmasını təmin edir.

Son 21 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın qarşısında dayanan vəzifələri açıqlayarkən daim bu çağırışı edir ki, bunun üçün iqtisadiyyat inkişaf etdirilməlidir. 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu icrası hazırda həm rəqəmlərdə, həm insanların gündəlik həyatında özünün aydın ifadəsini tapır. “Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlarsöyləyən Prezident İlham Əliyev onu da qeyd edir ki,   sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, sosial  sahəni diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bu hədəf açıqlanır ki, bundan sonra da sosial iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca  daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə  diqqət göstəriləcək.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, artıq cari ildən beşinci sosial paketin icrasına başlanılıb. Bu mühüm addımın əsasında dövlət başçısı İlham Əliyevin 23 dekabr 2024-cü il tarixliƏhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqındaSərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Yeni Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılır. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.   Dövlət başçısı İlham Əliyevin 7 yanvar 2025-ci il tarixliDövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqındaSərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha təsdiqləyir. Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər digər işçilərin aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılır. Dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş məmnunluğunun artırılması  prioritet məsələ kimi öndədir. Sosial xidmət sahəsində yeniləşmə, təkmilləşmə bu məmnunluğun artırılmasında əhəmiyyətli rol oynayır. Paytaxt Bakıda bölgələrdə DOST mərkəzlərinin yaradılması, onların coğrafiyasının genişləndirilməsi bir məqsədə - insanların rahatlığının təmin edilməsinə xidmət edir. Artıq bu yeniliklər azad edilmiş ərazilərimizdə tətbiq edilir. Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, 2024-cü ildə isə Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açıldı. 

Göründüyü kimi, azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində vətəndaş məmnunluğunun qorunması öndə dayanır. Bu ərazilərdə insanların özünüməşğulluğunun təmin edilməsi istiqamətində addımlar atılır.

Vüqar Rəhimzadə dövlət büdcəmizin sosialyönümlülüyündən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bu məsələyə xüsusi diqqət yönəltdi. Diqqətə çatdırdı ki, bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb.  Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bunun üçün dövlət büdcəsində təkcə sosialyönlü xərclərin artım dinamikasına diqqət yetirmək kifayətdir.  Bu xərclər 2021-ci ildəki 10,3 mlrd. manatdan 2024-cü il üçün  15,5 mlrd. manata çatıb 2025-ci ilin büdcə layihəsində 16,9 mlrd. manat nəzərdə tutulur. Beləliklə, həmin xərclərdə qısa müddətdə 6,6 mlrd. ya 1,6 dəfə artım olub. Sosialyönlü xərclərin çəkisinin büdcədə 41 faiz olması bir daha əhalinin sosial rifahının dövlət siyasətinin prioritet istiqaməti olduğunu göstərir. Bütün bu amillər təsdiqləyir ki, Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatıb. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən. İqtisadi imkanlar  sosial proqramları da daha fəal icra etməyə əsas verir. Bu reallığı da qeyd etməliyik ki, 2019-cu ilin sonlarında - həm dünyada, həm ölkəmizdə  koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi vaxtlarda dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki, insanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi islahatlar da dərinləşdirilməli, heç bir sosial layihə təxirə salınmamalıdır. Azərbaycanın mübarizə tədbirlərini kompleks həyata keçirməsi bu bəladan az itki ilə çıxmasını şərtləndirdi.

Milli Məclisin deputatı onu da qeyd edib ki, son dörd ildə əsas hədəf azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi olsa da, dövlətimiz heç bir bölgənin inkişafını diqqətdən kənarda saxlamır. Təbii ki, hər bir addımın  əsasında ölkəmizin daha da güclənməsi, insanların rifah halının yaxşılaşdırılması  dayanır. Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrin  ürəkaçan olması hər bir hədəfin reallığa çevriməsinin göstəricisidir. Tarixi Zəfərimizdən sonraAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərtəsdiqləndi. Bu sənəddə qeyd olunduğu kimi, Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf  yolunun ideoloji nüvəsini təşkil edir. Milli Prioritetlərdə əksini tapan 5 əsas hədəfdən biri dinamik, inklüziv sosial ədalətə əsaslanan cəmiyyətdir. O da qeyd edilir ki, davamlı yüksək iqtisadi artım dinamik inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər ədalətli olmalıdır.  Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi aşağı işsizlik səviyyəsi, eləcə ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların dayanıqlı sosial müdafiəsinə əlavə imkanlar yaradır.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, ölkəmizdə davamlı sosial islahatlar insanların yüksək rifahının təmin edilməsini şərtləndirir. Əməkhaqlarının, pensiyaların artırılması vətəndaşların sosial təminatını daha da gücləndirmək məqsədi daşıyır hər il ölkə Prezidentinin sərəncamları ilə bu tədbirlər həyata keçirilir.  Sosial islahatların bu qədər genişmiqyaslı şəkildə həyata keçirilməsi dövlətin sosial məsələlərə verdiyi önəmin vətəndaşlarının rifahını daha da artırmaq istiqamətindəki qətiyyətinin göstəricisidir. Bu islahatlar həm Azərbaycan cəmiyyətində daha ədalətli inklüziv sosial sistemin formalaşmasına xidmət edir.

 

Vüqar Rəhimzadə

 

İki sahil.- 2025.- 11 yanvar, №5.- S.4.