Qərbi Azərbaycan bütöv

Azərbaycanın bir parçasıdır

 

Azərbaycan xalqı ötən iki əsrdə Ermənistan tərəfindən məruz qaldığı silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə soyqırımlarından böyük əziyyət çəkmiş, həm yüz, min illərlə babalarımızın o torpaqlarda yaratdıqları tarixi abidələr, adət-ənənələr vandalizmin qurbanı olmuşdur.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, diplomatik gücü hərbi sərkərdəlik bacarığı nəticəsində  2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə tariximizə ən böyük qəhrəmanlıq salnaməsi kimi həkk olundu. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Qarabağ Şərqi Zəngəzur azad olundu. Nəticədə müasir müstəqil Azərbaycanın ərazi bütövlüyü suverenliyi bərpa edildi. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli əbədi torpaqları olan Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına geri qaytarılması, onların hüquqlarının bərpasıdır. 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyev tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən birinin məhz Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsi olduğunu vurğulayaraq deyib: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir onlar öz doğma torpaqlarına qayıtmalıdırlar”.

Ümumiyyətlə, nəinki Ermənistan, bir sıra hallarda hətta beynəlxalq ictimaiyyət azərbaycanlıların ermənilərin qayıdış hüququna bərabər yanaşmırlar. Belə ki, ermənilərin Qarabağa qayıdış məsələsi qabardıldığı halda, azərbaycanlıların perspektivdə Qərbi Azərbaycana - tarixi torpaqlarına qayıtması barədə bir kəlmə deyilmir. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tamamilə beynəlxalq hüquqa uyğun olmaqla həm tarixi ədalətin bərpasıdır. Üstəlik, Qərbi Azərbaycan, o cümlədən Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan yerləşdiriliblər. Bu ərazilərdəki toponimlərdə heç bir erməni izinə rast gəlmək mümkün deyildir. Hətta antropoloqlar arxeoloji araşdırmalar zamanı ermənilərin qalıqlarının iki əsrdən artıq bir zamanı əhatə etmədiyini vurğulayırlar. İrəvan xanlığı işğal edildikdən sonra Çar Rusiyası ilə Qacarlar arasında 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, İran Osmanlı ərazisindən minlərlə erməni ailələri İrəvan, Qarabağ, Naxçıvan, Borçalı ərazilərində münbit torpaqlarda məskunlaşdılar. Onlar 6 il ərzində vergi mükəlləfiyyətlərdən azad oldular. Çar Rusiyasının bu köçürmə siyasətinin məqsədi Osmanlı ilə Azərbaycan arasında bufer zona yaratmaq idi bu məkrli plan baş tutduqdan sonra onun istiqamətləri daha da genişləndirildi. İstər Gülüstan, istərsə Türkmənçay müqavilələri həm Qərbi, həm Cənubi azərbaycanlılara qarşı xəyanətkarlıq  aksiyaları idi. Qafqazda azərbaycanlılara qarşı aparılan məqsədyönlü soyqırımı siyasəti xalqımızın tarixində silinməz izlər qoydu. Bu, bir həqiqətdir ki, Qərbi Azərbaycan bütöv Azərbaycanın bir parçasıdır.

Sevindirici haldır ki, Prezident İlham Əliyevin uzaqgörən uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə çıxarılıb. Dövlətimizin başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib edir. Bu gün Ermənistanın havadarları etnik ermənilərin qayıdış hüququndan danışanda Qərbi Azərbaycandan olan soydaşlarımızın vəziyyətini gözardı etməyə çalışırlar. Amma Prezident İlham Əliyevin söylədiyi kimi, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən Qərbi azərbaycanlılara da şamil edilməlidir.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibsəində xatırlatdı ki,  bu məsələ artıq beynəlxalq gündəliyə beynəlxalq leksikona salınmışdır. Bundan sonra əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər orada yaşasınlar. Bu, bütün beynəlxalq norma prinsiplərə uyğun olan bir tələbdir.

Dövlətimizin başçısı müsahibəsində qeyd etdi ki, indiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur.  Ölkə başçısı onu da xatırlatdı ki, XIX əsr rus imperiyasının xəritələrində, eləcə rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrində bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada  Sevan gölüadlı bir göl görmək mümkün deyil. Orada Göyçə gölü yazılıb. Həqiqət odur ki, həmin ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Prezident İlham Əliyev vurğuladı ki, bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi.

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2025.- 14 yanvar, №6.- S.2.