Orda bir
kənd var...
15 yanvar. Bu tarix təəssüf ki, hələ
də Naxçıvan
Muxtar Respublikası üçün çox ağır olan bir hadisə ilə yadda qalıb.
1990-cı ilin bu günü sonuncu sakin qədim oğuz-türk yurdundan, Naxçıvan Muxtar Respublikasının
əzəli-əbədi torpağının bir parçası olan Kərki kəndindən zorla çıxarıldı.
Nəticədə Naxçıvanın Ermənistan ərazisində
anklavı olan bir kəndi sovet hərbiçilərinin
köməyi ilə ermənilər tərəfindən işğala
məruz qaldı. Təəssüf ki, o zaman keçmiş
SSRİ rəhbərliyi buna soyuqqanlıqla göz yumdu.
Kərki
kəndi Sədərək
qəsəbəsindən təqribən
10 kilometr məsafədə
Ermənistan ərazisində
yerləşir.
Yaşayış məskəni
960 hektar ərazidədir.
Toponim olaraq kəndin kövşənlərində
"Dəlik daş",
"Sənəm zağası",
"Gavurqala", "Cəhənnəm
dərə", "Şırran",
"Qızıl daş"
və sair kimi qədim türk adları hələ də qalmaqdadır. Lakin 1990-cı ildə
ermənilərin bura nəzarət etməsindən
sonra bir çox adlar süni şəkildə erməniləşdirilib. Buna baxmayaraq
son illər, lap dəqiqi
44 günlük Vətən
müharibəsindən sonra
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin
ciddi səyi ilə Ermənistan tərəfindən 35 il əvvəl
işğal olunan anklav torpaqlarımız, kəndlərimiz ilə yanaşı Kərkinin də geri alınması
gündəmdə dayanan
mühüm məsələdir.
Bir az əvvələ XX əsrin 20-30-cu illərinə
geri dönək. Həmin illərdə xəyanət nəticəsində Kərki
ilə yanaşı qədim Azərbaycan torpaqlarının Ermənistana
verilməsinin kökündə Sovet İttifaqı rəhbərliyi
tərəfindən qəsdən imzalanan əsassız qərarlar xüsusi yer tutur. Belə ki, Zaqafqaziya
SFSR MİK Rəyasət heyətinin
18 fevral 1929-cu il tarixli
qərarı ilə Azərbaycanın
Naxçıvan MSSR ərazisindən 65 700 ha torpaq sahəsi Ermənistana verilib. Kərçivan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəç,
Almalı, Sultanbəy,
İtqıran və Kilit kəndinin bir hissəsi Ermənistan
ərazisinə qatılıb.
Bundan başqa Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin
5 may 1938-ci il tarixli qərarı
ilə Naxçıvan
Muxtar Respublikasının
Kərki kəndinin ətrafındakı torpaqların
xeyli hissəsi də Ermənistana verilib. Beləliklə, Kərki kəndi Azərbaycandan (Naxçıvan
MR ərazisindən) tam təcrid
olunaraq ada şəklinə düşüb.
O zaman yerli əhali buna etiraz etsə də heç bir nəticəsi olmayıb. Bundan sonra isə ermənilərin qərəzli idarəçiliyinə
dözməyən yerli türk əhali həmin əraziləri tərk etmək məcburiyyətində
qalıb. 1988-90-cı illərdə
Ermənistan rəhbərliyi
tərəfindən Moskvanın
dəstəyi ilə davam edən bu siyasət nəinki yüz minlərlə azərbaycanlını
doğma torpaqlarından
–Qərbi Azərbaycandan
köçməyə məcbur
etdi, həmçinin Kərki, Qarabağ kimi torpaqlarımızın
30 il işğal altında
qalmasına səbəb
oldu. Əslən Sədərəkdən
olan, tarix üzrə fəlsəfə
doktoru, mərhum şair Vaqif Məmmədov "Kərkinin
taleyi" adlı kitabında bu barədə geniş bəhs edib. Digər fakt isə Ermənistanın
1990-cı illərdə prezidenti
olan L. Ter-Petrosyanın
bu günlərdə yayılan arxiv videosundakı etnik təmizləmə, azərbaycanlıları
ata-baba torpaqlarından
zorla çıxarılması
ilə bağlı etiraflarıdır.
Amma bu günün reallığı tamam başqa həqiqətləri
diktə edir. Qafqazda ən güclü dövlət olan Azərbaycan Müzəffər Ali Baş
Komandan İlham Əliyevin
rəhbərliyi ilə
regionda öz sözünü istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan deyir. 44 günlük Vətən müharibəsindən sonra
hədəf Naxçıvana
“Zəngəzur dəhlizi”nin
açılması və bir zamanlar qanunsuz olaraq, beynəlxalq hüquqa zidd atılan addımlarla Ermənistan tərəfindən
işğal altında
saxlanan torpaqların hər qarışını
azad etməkdir. Sözsüz ki, bu torpaqların siyahısında
qədim oğuz-türk
yurdu Kərkinin də adı var. İnanırıqki, tezliklə
Kərki kəndində
yenidən Azərbaycanın
üç rəngli zəfər müjdəli
bayrağı dalğalanacaq.
Rza
Xudiyev,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı,
Xalq
Artisti
İki
sahil.- 2025.- 15 yanvar, №7.- S.6.