20 Yanvar tariximizin
şərəf
və qəhrəmanlıq
səhifəsidir
Azərbaycan
xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq
salnaməsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən
35 il ötür. Azadlıq uğrunda mübarizliyi təcəssüm
etdirən və müstəqilliyə qovuşmaq uğrunda
şəhidlik zirvəsinə qalxmağın bariz nümunəsi
olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü
kimi geniş qeyd edilir.
Keçmiş SSRİ rəhbərliyi Azərbaycan xalqına qarşı qərəzli
mövqe sərgiləyərək işğalçı Ermənistanın
əsassız ərazi iddialarına şərait
yaradırdı. Lakin Azərbaycan xalqı
qarşılaşdığı informasiya blokadasına,
ayrı-seçkiliyə, hər cür düşmənçiliyə
baxmayaraq ayağa qalxaraq öz hüquqlarını əzmlə
müdafiə edirdi.
1990-cı
ilin yanvarın 19-dan
20-nə keçən gecə birbaşa Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi
Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə
Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və
Daxili İşlər Nazirliyinin qoşun hissələri
fövqəladə vəziyyət elan edilmədən
Bakıya və Azərbaycanın bir neçə rayonuna
yeridildi və nəticədə 146 nəfər
öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər
qanunsuz həbs olundu. Sovet qoşunları tərəfindən
200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili
yardım maşınları, həmçinin
yandırıcı güllələrin törətdiyi
yanğın nəticəsində dövlət və şəxsi
əmlaklar məhv edildi. Həlak olanların arasında
qadınlar, uşaqlar və qocalar, eləcə də təcili
yardım işçiləri var idi.
Azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə qarşı olan bu cinayət və
yüzlərlə günahsız insanın qətlə
yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bir daha
bütün dünyaya göstərdi. Lakin totalitar rejim Azərbaycan
xalqının iradəsini və ruhunu qıra, qorxuda, müstəqillik
susuzluğunu boğa bilmədi. Tezliklə “Qara Yanvar” hadisələri
Şər İmperiyasının digər əsarət
altında olan ölkələrində müstəqillik hərəkatlarının
güclənməsinə təkan verdi.
O müdhiş günlərdə
Moskvada yaşayan Ümummilli Liderimiz Heydər
Əliyevin özünün və yaxınlarının həyatını
təhlükə altında qoyaraq, yanvarın 21-də Azərbaycanın
daimi nümayəndəliyinə gəldiyini, Qanlı
Yanvarı törədənləri pisləyən kəskin bəyanatla
çıxış etdiyini, xalqımızın
başına gətirilən müsibəti dünyaya
çatdırdığını vurğulamışdır.
Bununla da Ulu Öndərimiz cəsarətini, xalqının sədaqətli
oğlu olduğunu bir daha sübut etmişdir. 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymət də yalnız Ümummilli Lider Heydər
Əliyevin ölkə rəhbərliyinə yenidən
qayıdışından sonra verilmiş və cinayəti
törədənlərin adları ictimaiyyətə
çatdırılmışdır. Bu qanlı faciədən
20 il keçməsinə baxmayaraq, xalqımız o
müdhiş gecəni daim xatırlayır, onun
ağrısı ilə yaşayır, bu vəhşiliyi
törədənlərə öz dərin nifrətini
bildirir. Ümummilli Lider Heydər Əliyev demişdir: “Mən
bu faciəyə həmişə ürəkdən yanaraq həm
də vətəndaşlıq borcumu yerinə yetirməyə
çalışmışam və bu gün də həmin
mövqedəyəm, sabah da həmin mövqedə olacağam.
Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan
xalqının namusunu, şərəfini, milli mənliyini
qorumaq naminə”.
20 Yanvar şəhidlərinin
xatirəsini əbədiləşdirmək
məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə Şəhidlər xiyabanında Azərbaycanın
azadlığı uğrunda mübarizədə şəhid
olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi
ucaldılmışdır. Azərbaycan Prezidentinin 2000-ci il
yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı
il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar
Şəhidi” fəxri adı verilmişdir.
Prezident
İlham Əliyev də
20 Yanvar şəhidi ailələrinin və
yaralılarının qayğılarını daim diqqət mərkəzində
saxlayır. Dövlət başçısının fərmanlarına
əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil
olmuş şəxslərin və şəhid ailələri
üçün təqaüdlərinin artırılması
onların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması bu diqqət və
qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət
tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev bildirib: “Azərbaycan bu mübariz
oğul və qızlarının şücaətini daim
yüksək qiymətləndirir, onların ruhuna ehtiram
göstərir, xatirəsini hər zaman uca tutur”.
Bəli,
20 Yanvar yalnız
hüzn günü deyil, xalqımızın tarixində bir qəhrəmanlıq
səhifəsidir. Qan yaddaşımıza, Azərbaycan
tarixinin səhifələrinə əbədi həkk olunan 20
Yanvar, həm də xalqımzın sonrakı taleyində ciddi
dönüş oldu. O məşum gecə
xalqımızın yaddaşından heç vaxt silinməyəcək,
şəhid olmuş faciə qurbanlarının xatirəsi əbədi
yaşayacaq. Bu gün 20 Yanvar gecəsi şəhid
olanların ruhları şaddır. Azərbaycanın
torpaqları 30 illik işğaldan azad edilib, tarixi ədalət
bərpa olunub, respublikamızın ərazi
bütövlüyü və suvernliyi təmin olunub.
Zahid Rza
İki sahil.- 2025.- 18 yanvar, №10.- S.3.