Bütün infrastruktur layihələri daha böyük sayda
insanları öz dədə-baba
torpaqlarına qaytarmağa
imkan verir
2025-ci il üçün
Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin
qayıdışı nəzərdə
tutulub
Ötən il yanvarın 10-da dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edərək əldə olunan nəticələri belə əsaslandırmışdı ki, bütün infrastruktur layihələri imkan verir ki, biz daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq.
Ötən il üçün sakinlərinə qovuşacaq ünvanlar sırasında Xankəndi, Xocalı, Kəlbəcər, Şuşa və Cəbrayıl şəhərlərinin adları var idi. Prezident İlham Əliyev Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıdışının 2025-ci il üçün nəzərdə tutulduğu bildirilmişdi. Ötən il Şuşa, Xocalı və Cəbrayıl şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirildi.
Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində, həmçinin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış Proqramının icrasından və uğurlu nəticələrdən qısa bəhs edərək diqqəti bu ilin dövlət büdcəsindən ayırmalara yönəltdi. Bildirdi ki, hərbi xərclərimiz 8,4 milyard manat müəyyən edilib, Qarabağa və Şərqi Zəngəzura isə 4 milyard manat vəsait ayrılıb. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran, onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir. Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb. Onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir. 2025-ci ildə oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Bu statistik rəqəm də açıqlandı ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb. Bundan sonra da Böyük Qayıdış Proqramının icra edilməsi prioritet məsələ olacaq.
Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri daim yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bunun üçün təkcə ötən il bu istiqamətdə atılan addımların miqyasına diqqət yetirmək kifayətdir. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpasından ötən qısa müddətdə, ötən ilin 28 May-Müstəqillik Günündə dövlətimizin başçısı İlham Əliyev Xocalıda bu şəhərə köçən ilk sakinlərlə görüşdü və onlara evlərin açarlarını təqdim etdi. Bu, qürurverici hadisə qısa müddətdə Xocalı şəhərində görülən genişmiqyaslı bərpa işlərinin təqdimatı oldu. Bunu qeyd etməkdə məqsədimiz budur ki, Azərbaycan 30 il işğal altında qalan torpaqlarının qısa müddətdə dirçəldilməsinə, sakinlərin doğma yurd-yuvalarına qayıdışına səy göstərir. Bu sırada Zəngilan rayonunun Ağalı kəndinin ilk pilot layihənin-«ağıllı kənd»in iştirakçısı olmasını, qısa müddətdə sakinlərinə qovuşmasını da qeyd edə bilərik. Füzulinin və Zəngilanın qısa zamanda hava qapılarını dünyaya açmasında böyük qürur hissi ilə qeyd edə bilərik. Hazırda bu ərazilərimiz türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatında öz sözünü deyir. Türk dövlətlərinin bərpa işlərinə töhfələri təqdir olunan məqamlar sırasındadır. Yeni avtomobil, dəmir yolları çəkilir. Görülən işlərin miqyası olduqca genişdir. Yeni-yeni yaşayış komplekslərinin tikintisi, həmçinin kəndlərin, qəsəbələrin təməlinin qoyulması və sair kimi sadalamaqla bitməyən işlər dövlətimizin uğurlu iqtisadi siyasətinin göstəriciləridir. Bütün işlər sıfırdan daxili imkanlar hesabına həyata keçirilir.
Cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, bu il üçün planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar: «Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Amma yenə də əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib.»
Strateji mövqeyinə
görə Qarabağın
giriş qapısı
hesab edilən Ağdam rayonunda müasir tələblərə
cavab verən bərpa-quruculuq işlərinin
miqyası da olduqca genişdir. Bircə faktı qeyd etmək kifayətdir ki, birinci Azərbaycan Milli Şəhərsalma Forumu 2022-ci ildə Ağdam şəhərində
keçirildi. Dövlətimizin
başçısı İlham
Əliyev həmin Forumdakı çıxışında
bildirdi ki, Azərbaycan Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin
bir zamanlar yerləşdiyi məkanda
təşkil edirik. İndi görə bilərsiniz ki, bir zamanlar həyat
dolu olan şəhərdən heç
nə qalmayıb. O, Birinci Qarabağ müharibəsi dövründə
dağılmamışdı: «O, sonradan, demək olar ki, 30 il
ərzində daşları
bir-bir sökülməklə
dağıdılıb, bütün
binalar viran qoyulub və sökülüb, daşlar
oğurlanıb və
satılıb. Görə
bilərsiniz ki, yarıdağılmış yeganə
tikili Cümə məscidinin binası olub. Lakin onun
keçmiş işğal
altında olan ərazilərdə Ermənistanın
dağıtdığı digər məscidlərlə
birlikdə dağıdılmamasının
səbəbi odur ki, onlar minarələrdən
müşahidə üçün,
Azərbaycan Silahlı
Qüvvələrinin potensial
hərəkətini görmək
üçün istifadə
edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video
sübutlar var. Ermənilər məsciddə
donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən
ümumilikdə 67 məsciddən
65-i tamamilə dağılıb.
Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq
sökülüb və
təhqir olunub. Burada - Ağdamda gördüklərinizi Qarabağ
ərazisində hər
bir kənddə görə bilərsiniz.» Cənab İlham Əliyev həmin tədbirdə bu çağırışı da etdi ki,
bu, Ağdamın beynəlxalq əlaqələrinin
başlanğıcıdır. Ağdam və dünyanın bir çox şəhərləri
qardaş şəhərlər
olacaqdır. Sovet İttifaqının vaxtında
Ağdam Qarabağda ən böyük şəhər idi, həyatla coşub-daşan
şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri
işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə
doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi: «Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının
partlaması nəticəsində
baş verməmişdir,
bu, qonşularımızın
vandalizmi və barbarlığı nəticəsində
olmuşdur. Lakin indi
biz qayıtmışıq, biz güc yolu ilə
geri qayıtdıq,
biz beynəlxalq hüquq
normalarından istifadə
edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa
geri qayıtdıq.»
Bu gün işğaldan azad edilmiş ərazilərdə şəhərlərin
və kəndlərin
bərpası sürətlə
davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirilir. Böyük Qayıdışa
dair I Dövlət Proqramı çərçivəsində
Qarabağa və Şərqi Zəngəzura
140 min insanın köçürülməsi
planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani
göstəricisidir. Əminliklə
deyə bilərik ki, əvvəlki illərdə
olduğu kimi, 2025-ci ildə də Prezident İlham Əliyevin
rəhbərliyi altında
Azərbaycanın uğurları
artmaqda davam edəcək.
Yuxarıda da qeyd etdiyimiz kimi, bu il sakinlərinə
qovuşacaq şəhərlər
sırasında Ağdam
da var. Hazırda Sarıcalı
kəndində 203, Kəngərli
kəndində 292, Xıdırlı
kəndində isə
719 fərdi yaşayış
evi inşa edilir. Qeyd edilən
hər 3 kənddə
fərdi yaşayış
evləri ilə yanaşı, məktəblər,
uşaq bağçaları,
klub icma mərkəzləri, bayraq
meydanı, bazar kompleksləri,
məişət xidməti
obyektləri, Ailə Sağlamlıq mərkəzləri,
emalatxanalar, çoxfunksiyalı
binalar və digər iaşə obyektləri də tikilir. Bu 3 kəndə yaxın vaxtlarda ilk köç planlaşdırılır.
Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında
qeyd etdiyi kimi, bu gün
Azərbaycan xalqının
əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura
qayıdan soydaşlarımızın
timsalında görürük.
O torpaqları heç
vaxt görməyən
Qarabağdan, Şərqi
Zəngəzurdan olan soydaşlarımız həvəslə,
səbirsizliklə o qayıdış
gününü, Böyük
Qayıdış Proqramının
icrasını
gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç
vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar
bu gün Qarabağa qayıdırlar.
Cənab İlham Əliyev
bugünümüzün reallıqları
fonunda bu gerçəkliyi də diqqətə çatdırır
ki, hər şey bizim əlimizdədir. Həm İkinci Qarabağ müharibəsi, həm
antiterror əməliyyatı və ondan sonrakı
dövr göstərdi
ki, güclü iradə,
xalq-iqtidar birliyi, xalqımızın əyilməz
ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında
dura bilməz. Biz hər
dəfə qarşıya
hədəflər qoymalıyıq.
Bu hədəflər həm
stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm
uzunmüddətlidir. Amma hədəflər
düzgün seçilməsə,
heç bir nəticəyə nail olmaq
mümkün olmayacaq.
Hədəflər həm
həqiqəti, ədaləti
və həm də real vəziyyəti,
real gücümüzü əks
etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz
eşidiləcək.
Bu gün harada yaşamasından asılı
olmayaraq hər bir azərbaycanlı qürurludur. Azad edilmiş
bütün torpqlarımızda
Azərbaycan Bayrağı
dalağalanır, genişmiqyaslı
bərpa-quruculuq işləri
həyata keçirilir,
soydaşlarımız mərhələ-mərhələ
doğma yurd-yuvalarına
qayıdırlar. Qarabağımız
və Şərqi Zəngəzurumuz dünyaya
dirçəlişin müasir
təcrübəsini təqdim
edir.
Yeganə Əliyeva
İki sahil.- 2025.- 25 yanvar, №14.- S.2.