“Sevil” qızlar ansamblı “Retro-Sevil” adı altında fəaliyyətə başlayıb
Azərbaycanın
görkəmli cazmeni Vaqif
Mustafazadənin vaxtilə
yaratdığı “Sevil” qızlar
ansamblının fəaliyyəti bərpa
olunub. “Retro- Sevil” adı altında yeni
yaradılan ansambl
istedadlı 6 ifaçı qızdan ibarətdir. Ansamblın bədii
rəhbəri, məşhur “Sevil” ansamblının solisti Rəna
Talıbova APA-ya verdiyi
açıqlamasında bu
ansamblı ilin əvvəlində
yaratdığını və bu zamana kimi təqdimat üçün repertuar hazırladıqlarını bildirib:
“ Mən məşhur “Sevil”
qızlar ansamblına
1975-ci ildə gəlmişəm. Müəyyən səbəblərə
görə bir nəfər
ansamblın sıralarını tərk etmişdi və mən də Bülbül
adına orta ixtisas musiqi məktəbindən bu ansambla gəldim. Ansamblda çalışdığım vaxtları çox böyük sevgi ilə
xatırlayıram, Vaqif müəllimlə
çalışmaq çox
maraqlı idi. Onunla işləmək böyük fəxarət hissi
idi. Onunla işləmək
mənə nağıl kimi gəlirdi. İlk növbədə Vaqif
müəllim çox
gözəl insan idi.
O rəftarı, davranışı ilə seçilirdi.
Ancaq işdə çox tələbkar idi”.
Rəna Talıbovanın sözlərinə
görə, “Sevil” qızlar ansamblını
“Retro-Sevil” adı ilə bərpa etmək onun ən böyük arzularından biri olub: “Mən özüm ixtisasca pianoçuyam. Uzun müddət idi “Sevil” qızlar ansamblını yaratmaq arzusunda idim və bunu etdim.
Ansamblı yaratmaqda məqsədim isə indiki gənclərə
retro mahnıları çatdırmaqdır”.
Ansamblın bədii rəhbəri onu da deyib ki,
yaratdığı bu
ansamblın Vaqif Mustafazadənin rəhbərlik
etdiyi “Sevil” ansamblı kimi məşhurlaşacağı barədə
heç nə deyə bilməz: “Əlbəttə ki, Vaqif Mustafazadənin yerini heç kəs tuta bilməz
və eləcə də bu ansamblın
onun rəhbərlik etdiyi vaxtlardakı kimi uğur qazanacağına inanmıram.
Axı o vaxt bu ansamblı Vaqif Mustafazadə
yaratmışdı. Ancaq uğur qazanacağına
inanıram, bunu zaman keçdikcə hamımız görəcəyik”.
İki
sahil.- 2009.- 18 dekabr.- S. 12.