Gənclərin diaspor quruculuğunda fəallığı təmin edilir

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov keçirdiyi mətbuat konfransında bildirdi ki, 2010-cu ildə Bakıda Dünya Azərbaycanlı Gənclərin I Konqresi keçiriləcək

 

Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov cari ildə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Bildirdi ki, 2009-cu ildə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafıəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirib.

Bir neçə il əvvəl Azərbaycan diasporunun formalaşma dövrü idi. İkinci dövr təşkilatlanmanın tam başa çatmasıdır. İndi praktiki işlər görmək dövrü gəlib çatıb. Azərbaycan diasporunun bütün dünyada olan təşkilatları artıq müasir iş üslubları ilə çalışmağa başlayıb. Azərbaycanın haqq səsinin daha geniş və əhatəli eşidilməsində, ölkəmizin qarşılaşdığı problemlərin tez bir zamanda dünya ictimaiyyətinə çatdırılmasında diasporun rolu böyükdür. Azərbaycan dövlətinin dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində göstərdiyi səylər diasporumuza öz fəaliyyətlərini daha da genişləndirmələrinə stimul verir. Dövlət başçısı İlham Əliyevin “Biz artıq müdafidən hücuma keçməliyik” çağırışı ideoloji sahədə mübarizənin daha da möhkəmləndirilməsini tələb edir. Dünyanın xəritəsinin əhatə etdiyi bütün dövlətlərdə Azərbaycan diasporu çox geniş təsir imkanlarına malikdir. Həmin ölkələrlə yaşayan azərbaycanlılar onların ictimai-siyasi həyatında, seçkili orqanlarda iştirak edirlər. Bu iştirak da Azərbaycan haqqında daha ətraflı məlumatların əldə olunmasında mühüm rol oynayır.”

O da bildirildi ki, Azərbaycan regionda çox önəmli dövlət kimi dünyanın maraq dairəsindədir. Ölkəmizin enerji mərkəzinə, tranzit ölkəyə çevrilməsini, dünya siyasətində Azərbaycana çox böyük ehtiyac duyulduğunu nəzərə alsaq, dünyada respublikamız haqqında səslənən fikirlərdə diasporumuzun böyük rolu var. Dünya azərbaycanlıları hər bir dövlətdə fəaliyyət göstərir, həmin ölkənin mətbuatında, toplantılarında, konfranslarda səsləndirdikləri fikirlər diasporumuzun ideoloji mübarizədə hazırlıqlı olduğunu təsdiqləyir.

Nbrahimov cari ildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərdən geniş bəhs etdi. Bildirdi ki, l20 Yanvar» faciəsinin 19-cu, Xocalı soyqırımının 17-ci ildönümü, 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar İsveç, Finlandiya, Norveç, Niderland Krallığı, Böyük Britaniya, Rusiya Federasiyası, Ukrayna, Belarus, Bolqarıstan, Türkiyə, Özbəkistan, Gürcüstan, ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Cənubi Koreya, Almaniya, Fransa, Rumıniya və digər ölkələrdə müxtəlif tədbirlər təşkil edilib. Ölkəmizin taleyüklü problemlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində mühüm işlər görən Heydər Əliyev Fondu Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar xarici ölkələrdəki Azərbaycan icma və birliklərini müvafiq məlumatlar və sənədlərlə təmin etmişdir. Fondıın məqsədi Almaniya, Fransa, İsveçrə, Belçika, Çexiya, Macarıstan, Rumıniya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdə Xocalı soyqırımının növbəti ildönümünün yüksək səviyyədə qeyd olunması və faciənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması olmuşdıır. 2009-cu ildə Estoniyada işıq üzü görmüş lAzərbaycanlılar» kitabının təqdimat mərasimi keçirildi. Həmçinin İsveçrənin Sürix şəhərinin mərkəzi küçəsində Azərbaycanın təbliğatı məqsədilə lAzərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi» lAzərbaycana səyahət» mövzusunda informasiya xarakterli tədbir keçirdi. Tədbirdə iştirakçılara Azərbaycan haqqında ətraflı məlumat verilmiş, respublikamızın iqtisadi potensialı, turizm imkanları barədə əyani materiallar nümayiş etdirilmişdir.

Komitə sədri bildirdi ki, cari ildə xarici ölkələrdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi, təşkilatlanması istiqamətində işlər davam etdirilmişdir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının 2008-ci il dekabrında Bakıda keçirilən iclasında təklif edilən əlavə və düzəlişlər nəzərə alnmaqla 2009-cu ildə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası üzərində iş başa çatdırılmışdır. Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarının müdafıəsində dünya azərbaycanlılarının fəal iştirakını təmin etməyi qarşıya məqsəd qoyan, xarici ölkələrdə yaşayan azərbaycanlıların tarixi vətənin mənafeləri naminə vahid amal ətrafında birləşmək əzmini və iradəsini ifadə edən, bu birliyin ideoloji, sosial-fəlsəfi, siyasi və mənəvi aspektlərini müəyyənləşdirən, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyllərini özündə birləşdirən ideoloji konsepsiyadır.

Bildirildi ki, bu il Almaniyada yeni diaspor təşkilatı-lAzərbaycanlı Tələbələr və Elmi İşçiləri Birliyi» təsis edilmişdir. Birliyin yaranmasının məqsədi Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirmək və onlarla birgə layihələr həyata keçirməkdir. Birliyin bir neçə şəhərdə bölmələri fəaliyyət göstərir.

Bu il Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransı keçirildi. Konfransda Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubu və təşəbbüs qrupundan 300-dək nümayəndə, habelə Bakıdan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi şəxsləri iştirak etmişlər. Toplantıda gənclərimizin qarşısında duran vəzifələr, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması zərurəti, gənclərin diaspor quruculuğu işində daha fəal iştirakının vacibliyi ilə bağlı fıkir mübadiləsi aparılmışdır.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva yekdilliklə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri seçilmişdir.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqi sahədə qarşılaşdıqları problemin həlli, onların hüquq və azadlıqlarının qorunması, ictimai-siyasi fəallığının artırılması işinə yardım göstərilməsi Dövlət Komitəsinin əsas fəaliyyət sahələrindən biri olmuşdursöyləyən Nazim İbrahimov bildirdi ki, xaricdəki soydaşlarımızın insan hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində hüquqi maarifləndirmə işlərinin aparılmasını davam etdirmişdir. Dövlət Komitəsi soydaşlarımızın daha çox yaşadığı ölkələrin miqrasiya məsələləri və əcnəbilərlə bağlı, habelə vətəndaşlıq statusu haqqında qanunvericilik aktları barədə soydaşlarımızın məlumatlandırılması istiqamətində də müvafıq iş aparır. Hazırda Komitə “Xarici ölkələrdə yaşayan azərbaycanlılar nələri bilməlidir?” hüquqi-normativ aktlar toplusunun nəşri istiqamətində iş aparır.

Mətbuat konfransında o da qeyd edildi ki, dünyanm müxtəlif ölkələrinin parlament və hökumət nümayəndələri, ictimai xadimlər, ziyalılar, mətbuat nümayəndələri, siyasi partiyaları ilə Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin qurulması diaspor və lobbi quruculuğu sahəsində prioritet vəzifələrdəndir. Bu məqsədlə ötən müddət ərzində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərdiyi ölkələrin siyasi və dövlət xadimləri ilə əlaqələr qurmuş, qeyri-hökumət təşkilatları, dövlət orqanları ilə əməkdaşlıq yaradılmasına çalışmışdır.

Bu gün Azərbaycan diasporu milli və dövlətçilik maraqlarının müdafıəsi işində də fəal iştirak edir. Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfındən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları dərhal kəskin etirazlarını bildirirlər. Belə ki, 2009-cu il ərzində regionda baş vermiş bir sıra mühüm hadisələr, xüsusilə də Türkiyə və Ermənistan arasında “Diplomatik münasibətlərin qurulmasına” və lİkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair» protokolların imzalanması Azərbaycan və Türk diaspor təşkilatları tərəfındən ciddi narahatlıq və etirazla qarşılandı. Bununla əlaqədar diaspor təşkilatlarından Dövlət Komitəsinə çoxsaylı müraciətlər daxil oldu. Diaspor təşkilatları birmənalı şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğunu və bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirdilər.

Bu günlərdə “Freedom Housebeynəlxalq hüquq müdafıə təşkilatının illik hesabatında Azərbaycanla bağlı qərəzli, qeyri-obyektiv fıkirlərin yer alması, habelə təşkilatın hazırladığı xəritədə Dağlıq Qarabağın lmübahisəli ərazi» kimi göstərilməsi Azərbaycan diaspor təşkilatlarının ciddi etirazına səbəb olmuşdur. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları bununla əlaqədar lFreedom House» təşkilatının ünvanına etiraz məktubları göndərmişlər.

ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində yardım ayırması da Azərbaycan diaspor təşkilatlarının narazılığına səbəb olub. Artıq dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılar bu məsələ ilə bağlı öz etirazlarını ifadə ediblər.

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan diasporu ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan məsələlərə daim ciddi, operativ reaksiya verir. Xaricdə yaşayan azərbaycanlılar doğma vətəninin milli mənafelərinə xələl gətirə bilən bütün təşəbbüs və cəhdlərə qarşı öz etiraz səslərini ucaldırlar.

Nbrahimov 2010-cu ildə Komitənin qarşısında duran vəzifələr barədə də ətraflı məlumat verdi. Bildirdi ki, ötən hər bir il daspor təşkilatlarının qarısında daha fəal olmağı, səyləri artırmağı bir tələb kimi qoyur. Komitə də bu işlərin yüksək səviyyədə görülməsi üçün onlara dəsək verir.

Komitə sədri 2010-cu ildə həyata keçiriləcək əsas tədbirlərdən biri kimi Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Bakıda keçiriləcəyini bildirdi.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2009.- 19  dekabr.- S. 6.