Zəlimxan Yaqub:
Aşıq sənəti
bəşəriyyətə təqdim olunmalıdır
-
Artıq əməliyyatdan bir müddət keçib. İndi özünüzü necə
hiss edirsiniz?
- Mənim
səhhətimlə hamı
maraqlanırdı. Həmçinin “OLAYLAR” agentliyi məni diqqətdən qoymayıb.
Bu barədə məlumatım var. Buna görə
də çox sevinirəm. Bilirsiniz ki,
əməliyyatda sağ
böyrəyimi çıxarıblar.
30 il əvvəl
böyrəyimdə problem olub.
Böyrəyimdəki problemdən xəbərsiz
idim. 30 ildən
sonra sağ böyrəyimin altında
şiş əmələ
gəlib. Dedilər ki,
bunun ən yaxşı müalicəsi
İstanbulda amerikan xəstəxanasıdır. Bir saatlıq əməliyyat keçdi. Uğurlu oldu, böyük
ağrılar isə sonradan yarandı. Gərək özümü gözləyim.
Mən mübariz adamam. Ürəyim
dünya boydadı.
Dünya
ürəyimə yerləşə
bilər. Millətin istəyini,
dövlətin qayğısını
görürəm. Ağrılar tam keçməsə də,
işlərimi görməliyəm.
Bunları həyata keçirmək
lazımdır. Şükür ki, yüksək əhval-ruhiyyə var.
- Artıq
işə başlamısınız.
Burada hansı tədbirlər həyata keçirəcəksiniz?
- Əməliyyatdan əvvəl
burada hazırlıq işləri görmüşdük. Artıq işə başlayırıq.
Birinci növbədə neçə
minillik aşıq sənəti Azərbaycan dövlətinin diqqətində
olduğuna görə,
eyni zamanda xalqın çox böyük ümidlə baxdığına görə,
YUNESKO səviyyəsində dünya tərəfindən
təsdiq olunduğuna
görə, işlərimiz
çoxdu. Birinci növbədə
aşıq sənətini
dünya ölkələrində
təqdim etmək lazımdır. O bəşəriyyətə
təqdim olunmalıdır.
Planlarımız tək Azərbaycan
çərçivəsində deyil. Beynəlxalq arena üçün tədbirlər planı hazırlanır. Yubileylər, görüşlər, konsertlər,
xatirə gecələri,
yaşayan ustadların
yubiley gecələri keçiriləcək. Bu gün aşıq sənətinin çox güclü inkişaf etdiyi zonalar var-Borçalı, Gəncə,
Şirvan, Qazax, Tovuz. Amma bu gün faktiki olaraq Gədəbəy daha güclüdür. Həm rəhbərlik
tərəfindən çox
güclü diqqət
var, həm də ustadımız aşıq İsfəndiyar
onları qoruyur.
Onlara tək rəhbərlik etmir, sanki orduya
yol göstərir.
Azərbaycan telekanalları ilə
danışıqlarımız gedir. Bir gün Gədəbəy,
bir gün Kəlbəcər, bir gün Şirvan aşıqlarının televiziya
kanallarında, konsert salonlarında konsertləri
olacaq. Bütün zonaları əhatə
edəcəyik. “Lider” televiziyası ilə danışıqlarımız
olub. Aşıqlar müsabiqəsini növbəti dəfə təşkil edəcəyik.
Amma bu dəfə sms-siz olacaq. Yəni müsabiqədə təmənnasız
dövlətin və millətin istedadları parlayacaq. Onu da deyim ki, münsifləri diqqətlə seçəcəyik.
Keçən dəfə müəyyən
səhvlər olmuşdu,
bu dəfə onlar təkrarlanmayacaq.
Məsələn, Aşıq İsfəndiyar
deyə bilməz ki, ay gədəbəylilər,
bunu belə edin. Yerlibazlıq söhbəti olmayacaq.
Münsiflər heyəti dünyagörmüş
ağsaqllardan ibarət
olacaq. Artıq layihə hazırdır.
Böyük bir iş başlayırıq.
Qarşıda layihələrimiz çoxdur. Saz-söz bayramlarımız var. Bununla
yanaşı kitab nəşrləri də olacaq. Yəni bir alim dəvət edəcəyik
ki, hansısa ustad haqqında kitab yazsın. Həmin kitabda aşıqların həyat və yaradıcılığı əhatə
olunacaq.
- Aşıqlarımızda
hansı nöqsanlar var?
- Mən
bugünkü aşıqlarımızın
çoxundan narazıyam.
Bu yaxınlarda Heydər Əliyev Sarayında Təbriz aşıqları konsert verdilər. Çox bəyənildi. Bilirsiniz niyə? Çünki orda böyük
zəhmət, ritm var idi. Həm də möhkəm kollektiv gördüm.
Bizim gənclər isə dağılıb, ustadlar seyrəlib. 3-4 ağsaqqal aşığımız
qalıb. Ona görə
də heç olmasa qalanların təcrübəsindən istifadə
edək.
- Təbriz
aşıqlarının sevilməsinin
əsas səbəblərindən
biri də sintez idi.
- Düzdür.
Bu gün aşıq
sənəti dünyaya
yayılmaq ərəfəsindədir.
Mən aşıq sənətini
gözəl bilən adamam. Hər bir sözə
improvizə eləmək
olar. Klassika ilə müasirliyi
birləşdirmək təbii
ki, mümkündür.
Niyə aşıqlar tərəfindən
Bethoven, Motsart ifa olunmasın? Təbriz aşıqları məhz
incəsənətdəki yeniliyə
görə o qədər
alqışlandılar. Həm də onlar arasında
birlik var. İsfəndiyar
Gədəbəy aşıqlarını
yumruq kimi saxlayır. Başçı, ağsaqqalın olması yaxşıdır.
Bizim bu gün yaxşı
solo çalan gözəl
aşıqlarımız var. Amma dastanı, danışığı, divanı
yoxdur. Aşıqlar qaravəlli danışmalı,
atmaca deməyi bacarmalıdır. Bizim cavan
aşıqlar ustaddan deyil, diskdən gəlirlər. Ona görə
çalışacağam ki,
ustadlardan qalan ənənəni gənclərdə
yetişdirmək üçün
onların dastan danışığını bərpa edək. 75 yaşında aşıq Əmrahın yanında bir şeir dedim,
sabah məclislərdə
həmin şeiri deyirdi. Bu ənənəni
bərpa etmək üçün əzab-əziyyət
çəkmək lazımdır.
- Gəncləri
bu sənətə daha da yaxın
etmək üçün
sintezə ehtiyac var?
- Bu mütləq
lazımdır. Amma ağıllı
sintez. Hər şeyi bir-birinə
qatıb sonra da bunun adını
sintez qoymaq olmaz. Klassik ölçülü-biçili,
nizamı Allah tərəfindən
hamarlanmış, ustad
tərəfindən kamilləşmiş
havalarımız var. Onlara
əlavələri elə
etməlisən ki, ustadlar onu qəbul
etsin. Savadlı, ağıllı əlavələr olsun.
Elə aşıqlarımız var
adlarını aşıq
qoyublar, amma aləmi bir-birinə qatirlar. Bilmirsən nə çalır.
İndi bir xəstəlik başlayıb. Bir də
görürsən 20 dəqiqə
bir havanı çalırlar. Əslində 5 dəqiqədən artıq
saz havası çalmaq olmaz. 20 dədiqə ərzində
çevir tatı, vur tatı-bu qəbul olunmur. Ona görə bunlarla da məşğul olmalıyıq. Yəni həm
mənəvi, həm də texniki cəhətdən bu sənəti kamilləşdirməliyik
ki, dünya qarşısına çıxaq.
- Bir
müddət aşıq
sənəti dəbdə
deyildi. Daha dəqiq desək, bu sahə kiminsə
yadına düşmürdü...
- Maraq
ona görə yox idi ki,
marağı öldürmüşdülər.
20 ildə bir
qurumda dedi-qodu, məhkəmə çəkişməsi
olar? Mənim bir meyarım
var-istedad. Kimin dayısı,
əmisi oğludu-qəti
dəxli yoxdur. Kim istedadlıdır, bütün tədbirlərdə
iştirak edəcək,
səfərlərə gedəcək.
Fəxri
adlar, mükafatlar, Prezident təqaüdü alacaq. Həm də bunun başqa bir tərəfi də var. Siz dediyiniz vaxt
təbliğat yox idi. Gərək göstərəsən ki, camaat bilə
ki, bu nədir.
Sən danışma, mən nə bilim sən
kimsən? Qoymurdular aşıqları
danışmağa. İndi televiziya
kanalları, radiolar qapılarını bu sənətin üzünə
açıb. Elmi araşdırıcılar,
alimlər də bu sahəyə cəlb olunacaq. Sənəti
göstərmək, təbliğ
etmək lazımdır.
Sizi inandırım ki, bu dəqiqə aşıq sənətinə
böyük həvəs
və gəncliyin axını var. Mən geniş sevgi görürəm. Bu, azərbaycanlıların ana
musiqisidir. Ananı necə
sevməyə bilərsən?
Amma bu sənət təbliğ olunmayıb.
Sağ olsun
Prezidentimiz və Mehriban xanım. Bilirsinizmi, bu sənət YUNESKO-ya daxil olana
qədər nə qədər mübarizələr
oldu? Ermənilərin təzyiqi ilə
etirazlar olub. Ermənilər aşıq sənətini
də öz adlarına çıxmaq istəyirdilər. Bir
az da
ləngisəydik, ermənilər
qabağa düşüb
deyəcəkdilər ki,
sənət bizimdir. Aşıq sənəti bizim-Azərbaycan
xalqınındır. Ata-babalarımızın idi və indi övladlarımızın
olmalıdır.
- Dediniz
ki, aşıq sənəti televiziyalara yol açır. Sizcə, bu sənət şounu ekrandan sıxışdıra biləcək?
- Dediklərim
görəcəyimiz işlərimizin
mində biri deyil. Çox işlər görmək
istəyirik. Aşıq sənəti
ilə məşğul
olanlara uğurlar arzulayıram. Birləşib
buna da nail
olacağıq.
Bu dəqiqə primitiv şoular, əttökən
v erilişlər, ailə
intriqaları, söyüşlər,
dedi-qodular efirləri tutub. Bunu təmizləməyin yeganə yolu sənə+tdir. Ana sənət və ustad sözü ilə ekranları təmizləmək lazımdı.
Nə qədər dedi-qodular aləmi bir-birinə qatacaq? Bir-birindən gözəl alimlərimiz,
şairlərimiz, aşıqlarımız,
xanəndələrimiz var. Qoy onlar efirə
çıxıb danışsınlar.
Ər
İki sahil.- 2009.- 19 dekabr.- S. 12.