PİANOÇU TƏLƏBƏLƏRİN
UĞURLU SINAĞI
Naxçıvan
Dövlət Universitetinin İncəsənət
fakültəsində ənənəvi olaraq müxtəlif kafedraların hesabat konserti keçirilir. Bu günlərdə isə növbəti - “Fortepiano”
kafedrasının hesabat
konserti dinlənildi. Konsertdən
öncə çıxış edən universitetin
rektoru, akademik İsa Həbibbəyli belə konsertlərin kafedraların illik fəaliyyətlərinin
yekunu olmaqla
yanaşı, istedadlı gənclərin aşkara
çıxarılması, onlarda peşəkarlıq,
səhnə mədəniyyəti formalaşdırmaq
baxımından əhəmiyyətindən danışdı.
Kafedra müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət
işçisi, Prezident
təqaüdçüsü, dosent Səidə Məmmədovanın
məhsuldar yaradıcılığından, təşkilatçılıq
səriştəsindən söz açan rektor, belə
konsertlər zamanı tələbələrin seçilərək
universitetdə keçirilən çoxsaylı mədəni-kütləvi
tədbirlərə, daha böyük
səhnələrə
hazırlanmasını tövsiyə etdi.
Konsertdə
Ü.Hacıbəyov, F.Əmirov, C.Hacıyev, Niyazi, A.Məlikov, T.Quliyev kimi məşhur Azərbaycan bəstəkarlarının, F.Şopen, İ.Brams, A.Rubinşteyn kimi dünya klassiklərinin əsərləri səsləndirildi. Tələbələrdən Günay Heydərovanın, Ülviyyə Kazımovanın, Nuray və Aynur Əliyevaların, Səriyyə Əhmədovanın professional ifaları maraqla qarşılandı.
Hesabat konsertinin müzakirəsi zamanı akademik İsa Həbibbəyli, Ərzurum Atatürk Universitetinin Baytarlıq
fakültəsinin dekanı Mustafa
Atasevər və digər müəllimlər milli və dünya musiqisinin müxtəlif janrlarda olan nümunələrinin məharətlə ifa olunmasının
sənətkar tələbələrin geniş yaradıcılıq
ampulasından xəbər
verdiyini, bu istedadların daha da inkişaf etdiriləcəyini və layiqincə dəyərləndiriləcəyini qeyd etdilər. Tələbələr üzərində
ciddi çalışan
müəllimlərin - sənətşünaslıq
namizədi Natəvan Qədimovanın, Nərminə Qədimovanın,
Vidadi Heydərovun, Nazilə Qardaşbəyovanın
əməyi yüksək qiymətləndirildi.
Mehriban
SULTAN
İki
sahil.- 2009.- 22 dekabr.- S. 8.