Andına sadiq Prezident

 

Azərbaycan Prezidenti İlham Əliyevin 48 yaşı tamam olur

 

İlham Əliyev: “İnsan üçün başlıcası budur ki, öz xalqının gözünə dik baxa bilsin və öz əməllərinə görə heç vaxt xəcalət çəkməsin”

 

Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi Prezidenti var- Dünyanın nüfuzlu siyasi xadimlərinin, iqtisadi və siyasi şərhçilərinin dəfələrlə dilə gətirdikləri bu ifadənin arxasında ölkəmizin son illərdə əldə etdiyi böyük uğurlar, əhalinin həyat səviyyəsinin yüksəlməsi, beynəlxalq aləmə inteqrasiya, ölkədə sabitlik, əminamanlıq şəraitinin daha da möhkəmlənməsi kimi mühüm amillər dayanır. Nəhayət dünyada İlham Əliyevin Azərbaycan naminə göstərdiyi fəaliyyətə yüksək qiymət verilməsi onun ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi kursa, demokratik dünyaya qovuşmağa, ölkəni inamla irəli aparmağa yönəlmiş siyasətinin böyük uğurla davam etdirildiyinin təsdiqidir.

İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərində xarici müxbirlərdən birinin “iş və həyat təcrübənizə istinadən nə deyə bilərsiniz” sualına cavabı ibrətamizdir:

“İnsan çox işləyəndə nəticəsini tezliklə görür. Mənim iş təcrübəm, həmkarlarımın çoxunun iş təcrübəsi yalnız bunu deyir: biz hər şeyə müvəffəq olacağıq.”

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 6 ildə ölkəni iqtisadi inkişaf cəhətdən dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevirdiyini görəndə tam əminliklə təsdiq edirsən ki, o, sözündə bütöv, fəaliyyətində qətiyyətli və ardıcıldır.

Fikrin davamı olaraq Prezidentin daha bir fikri:

“Biz heç zaman unutmamalıyıq: həyatımızın mahiyyəti-məğzi özünü ləyaqətlə aparmaqdır. Mən həyatda həmişə bunu əsas tuturam.”

Ölkə rəhbəri üçün bu keyfiyyətlərin demək olduğunun sübuta ehtiyacı yoxdur.

İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 6 ilin ən mühüm istiqamətlərinə diqqət yetirək. Əvvəlcə belə bir məsələni qeyd edək ki, həyat İlham Əliyevə ölkənin ali dövlət rəhbəri olmaq kimi yüksək vəzifəni Azərbaycan üçün son dərəcə çətin bir dövrdə qismət etmişdir. Doğrudur, ulu öndər Heydər Əliyev Ermənistan -Azərbaycan döyüş cəbhəsində atəşkəsə nail olmuş, ölkənin iqtisadi inkişafı üçün zəmin hazırlamışdı. Lakin qarşıda həllini gözləyən o qədər problem vardı ki... Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasının, ölkəmizin ərazi bütövlüyünün beynəlxalq aləmdə qəbul edilməsinin qarşısına çıxarılan süni maneələrin aradan qaldırılması Prezidentin fəaliyyətinin ana xəttini təşkil etmiş, bu istiqamətdə Ermənistanın onun havadarlarının təqsiri ucbatından əsaslı nəticə əldə olunmasa da bir sıra diplomatik uğurlar Azərbaycanın daha geniş miqyasda dəstəklənməsinə imkan yaratmışdır.

Ölkədə ictimai-siyasi sabitliyin qorunub möhkəmləndirilməsi Prezidentin ən böyük xidmətlərindən biri kimi qiymətləndirilir. Məhz bu amilin nəticəsidir ki, beynəlxalq neft-qaz sazişlərinin icrası uğurla başa çatmış, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması reallaşmış, bununla da ulu öndərin neft strategiyası xalqın mənafeyinə işləməyə başlamışdır. Bu iqtisadi siyasətin parlaq nəticəsi göz qabağındadır: son 6 ildə Azərbaycan iqtisadiyyatına 30 milyard dollardan çox sərmayə qoyulmuş, iqtisadiyyatımız təqribən 4 dəfə, büdcə xərcləri 12 dəfə artmış, yoxsulluğun işsizliyin səviyyəsi minimum həddə düşmüşdür. Dünyanı bürümüş böhranlı 2009-cu ilin 11 ayında ümumi daxili məhsulun 9 faizdən çox, əhalinin real gəlirlərinin 8 faiz artması iqtisadi inkişafın yüksək səviyyədə olduğunun təsdiqidir. Hazırda qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının 85 faizi ötməsi Prezident İlham Əliyevin iqtisadi siyasətinin parlaq nəticəsi kimi qiymətləndirilir.

Prezidentin uğurlu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bölgəsinin iqtisadi siyasi mərkəzinə çevrilmiş, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynmağa başlamışdır.

Dövlət başçısını xalqın nəzərində ucaldan onun andiçmə zamanı verdiyi vədlərə sadiq qalmasıdır. Bu mənada, İlham Əliyevin 2008-ci il oktyabrın 15-də keçirilmiş seçkilərdə qalib gəldikdən sonra ölkənin hər bir vətəndaşı üçün yaxşı Prezident olacağı, humanizm ideyalarına, demokratik dəyərlərə, Konstitusiya müddəalarına sadiq qalacağı, insan hüquq azadlıqlarını qoruyacağı barədə içdiyi anda şərəflə əməl etdiyi inkarolunmaz həqiqətdir. Prezidentin son illərdə imzaladığı əfv fərmanları ilə minlərlə məhkumun azadlığa qovuşması onun insanpərvərliyinə ən bariz misaldır.

Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istisna olmaqla Azərbaycanın qarşısında heç bir ağır problem yoxdur. Hadisələrin gedişi göstərir ki, bu məsələnin həlli artıq uzaqda deyil. Prezident İlham Əliyevin son vaxtlar verdiyi qətiyyətli bəyanatlar Ermənistanı onun havadarlarını ciddi düşünməyə vadar edib. Dalana dirənmiş Ermənistanın işğal etdiyi torpaqların danışıqlar yolu ilə, bu baş tutmasa Azərbaycan Ordusunun gücü ilə azad ediləcəyi gün uzaqda deyil.

Xalqımız öz Prezidentinin ad gününü 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü, yeni təqvim ilinin başlanması ərəfəsində qeyd edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi hər il əvvəlki ildən daha uğurlu olması ilə fərqlənir. Bu mənada, Prezidentin rəhbərliyi altında 2010-cu ildə Azərbaycanın daha böyük uğurlar qazanacağı şəksizdir. Prezident İlham Əliyevin məşhur bir fikrini xatırladaq: “Biz hər şeyə müvəffəq qalacağıq!”

Elə bu istək inamla da Azərbaycan Prezidenti İlham Əliyevi anadan olmasının 48-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkənin problemlərinin həlli, xalqın həyat səviyyəsinin daha da yüksəlməsi üçün göstərdiyi fəaliyyətdə yeni uğurlar arzulayırıq.

 

 

Telman Qafar

 

İki sahil.- 2009.- 24 dekabr.- S. 2.