AZƏRBAYCAN
QÜDRƏTLİ DƏNİZ DÖVLƏTİNƏ
ÇEVRİLMƏKDƏDİR
Dünən Yeni Azərbaycan
Partiyasının mərkəzi qərargahında mətbuat
konfransı keçirən Dövlət Dəniz
Administrasiyasının rəisi Qüdrət Qurbanov cari ildə
görülən işlər və qarşıda duran vəzifələr
barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası əsası
21 aprel 2001-ci il tarixdə ümummilli lider Heydər Əliyev tərəfındən
qoyulmuş və bu siyasətin məntiqi davamı olaraq,
Prezident İlham Əliyevin 20 aprel 2006-cı il tarixli fərmanı
ilə təsdiqlənmiş “Əsasnamə”yə əsasən
ölkə ərazisində dəniz nəqliyyatı sahəsində
dövlət siyasətini və tənzimlənməsini həyata
keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq
fəaliyyət göstərməkdədir.
“Dünya ticarət məhsullarının
80 faizdən artıq hissəsinin daşınması təhlükəsiz,
maddi cəhətdən sərfəli və ətraf mühitə
daha az mənfi təsir göstərməklə məhz dəniz
nəqliyyatı vasitəsilə həyata keçirilir. Bu səbəbdən
bütün dünya dövlətləri tərəfındən
qəbul olunan və riayət edilən dənizçilik
münasibətlərini tənzimləyən tələblərə
və normalara daim ehtiyac yaranmışdır. Bu normaların
effektiv fəaliyyət göstərən yalnız bir təşkilatda
müzakirə olunaraq qəbul edilməsinin vacibliyi nəzərə
alınaraq 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının
strukturuna daxil olan Beynəlxalq Dəniz Təşkilatı
yaradılıb. Azərbaycan da məhz ümummilli lider Heydər
Əliyevin səyi ilə 1995-ci ildən Beynəlxalq Dəniz
Təşkilatının tam səlahiyyətli
üzvüdür.”
Bildirildi ki, hazırda
respublikamız dünyanın 182 dövlətinin üzvü
olduğu BDT-nın dənizçilik sahəsində 20-dən
artıq beynəlxalq dəniz konvensiyalarına qoşulub. Bu
konvensiyaların tələblərinin gəmiçilik sahəsində
fəaliyyət göstərən müəssisə, təşkilatlar
və Azərbaycan bayrağı altında üzən gəmilər
tərəfindən yerinə yetirilməsinə nəzarəti
Dövlət Dəniz Administrasiyası həyata keçirir.
Q.Qurbanov ümummilli
lider Heydər Əliyevin bütün sahələrdə
olduğu kimi, dəniz nəqliyyatı kompleksinin
inkişafı sahəsində də müstəsna rolu
olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, dəniz
donanmasına malik keçmiş Sovet İttifaqı
respublikalarının bir çoxunda donanmalar yox səviyyəsinə
çatdırılmışdır. Ölkəmizdə isə
ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində
iqtisadiyyatımızın strateji cəhətdən
mühüm sahəsindən biri olan dəniz nəqliyyatı
üzərində nəzarət saxlanmış və bu
gün də qeyd edilən sahəyə diqqət və
qayğı ulu öndərin layiqli davamçısı
Prezident İlham Əliyev tərəfındən uğurla
davam etdirilir. Bu diqqətin nəticəsidir ki, hazırda
donanmada sərnişin bərələri, neft tankerləri,
quru yük gəmiləri, boru kəməri çəkən,
elmi-tədqiqat, qəza-xilasetmə, yedək və
dalğıc gəmiləri, torpaqqazan və həmçinin
analoqu olmayan iritonajlı kran gəmiləri mövcuddur. Bu da
Azərbaycanı qüdrətli dəniz dövləti hesab etməyə
əsas verir.
“Ümumiyyətlə,
hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri
ilə yanaşı dəniz nəqliyyatı sahəsinin də
sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat
dəhlizlərinin formalaşmasında iştirak etməsi
Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsi
kimi qiymətləndirilməlidir” söyləyən Q.Qurbanov
bildirdi ki, cənab İlham Əliyevin müvafıq sərəncamına
əsasən yeni, müasir standartlara cavab verən Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının tikilməsi ilə ölkəmizin
beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm məntəqəsi
kimi əhəmiyyətli rolu daha da artacaq.
Qeyd edildi ki, Bakı
şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi
üzrə Tədbirlər Planı öndə olmaqla
paytaxtın müxtəlif növ nəqliyyat vasitələri
ilə yüklənməsinin qarşısının
alınması və ən vacib məsələlərdən
biri, şəhərin ekoloji vəziyyətinin diqqətdə
saxlanılmasıdır. lBununla əlaqədar dövlət
başçısı İlham Əliyev tərəfindən
verilmiş tapşırıq əsasında nəzərdə
tutulmuş böyük İpək yolunun üstündə
yerləşən Ələt qəsəbəsində
müasir tələblərə cavab verən və Xəzəryanı
dövlətlər arasında analoqu olmayan yeni liman kompleksinin
tikilməsi üçün bir neçə xarici dövlətlərin
mütəxəssisləri ilə birgə ciddi hazırlıq
tədbirləri həyata keçirilib. Düşünürəm
ki, öz strukturuna görə Avropanın tanınmış dəniz
limanlarından geri qalmayan müasir liman kompleksi
lazımdır. Qarşıda olan perspektivdə bu,
Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsində
əsas rollardan birini oynayan bir kompleks və Böyük İpək
Yolunun əsas hissəsidir.”
Dövlət Dəniz
Administrasiyasının rəisi söylədi ki, Prezident
İlham Əliyevin tapşınğına uyğun olaraq
müasir standartlar səviyyəsində gəmiqayırma
zavodunun inşası da dəniz nəqliyyatı sahəsinin
inkişafına yönəlmiş layihələrdəndir:
“Zavodun tikintisi yeni sənaye sahələrinin
yaradılmasında, mövcud sahələrin inkişafında
əhəmiyyətli olacaq, Azərbaycanda mövcud infrastrukturun
inkişafı və ölkənin ixrac potensialının
artınlmasında da xüsusi önəm kəsb edəcək.”
Zavodun inşası
üçün Dövlət Neft Şirkəti və Azərbaycan
İnvestisiya Şirkətinin birgə yaradacağı
müştərək müəssisə həm
sifarişçi, həm də zavodun mülkiyyətçisi
qismində çıxış edəcək. Bildirildi ki,
ilkin hesablamalara əsasən, layihənin dəyəri təxminən
300-350 milyon dollar təşkil edəcək. Heydər Əliyev
adına Bakı Dərin Özüllər Zavodunun ərazisində
inşa olunacaq zavodun təxminən 2 - 3 ilə istismara verilməsi
nəzərdə tutulur. Regionda ilk belə müasir zavodun
yaranması Azərbaycanda və digər Xəzəryanı
ölkələrdə yeni gəmilərin tikintisində, eləcə
də mövcud gəmilərin təmirində xüsusi əhəmiyyətə
malik olacaq. Zavodun tikintisinin ilkin mərhələsində 1400
-1700 yeni iş yerinin açılması nəzərdə
tutulub.
O da bildirildi ki,
Dövlət Dəniz Administrasiyası öz fəaliyyətində
qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində
təcrübəsinin öyrənilməsinə və
respubilkamızda tətbiqi məsələlərinə
xüsusi diqqət yetirir. “Administrasiya çoxtərəfli əməkdaşlıq
fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı
ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı,
Avropa İttifaqının Avropa Dəniz Təhlükəsizliyi
Agentliyi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
və s. kimi beynəlxalq qurumlarla inkişaf etdirməkdədir.
2009-cu ilin aprelində Bakıda Dövlət dəniz
Administrasiyasının və Beynəlxalq Dəniz Təşkilatının
birgə təşkilatçılığı ilə ballast
sularının idarə edilməsinə dair beynəlxalq
seminar keçirildi. Seminarda Beynəlxalq Dəniz Təşkilatının
ekspertləri ilə yanaşı Xəzəryanı dövlətlər
olan Qazaxıstan, Türkmənistan, İran İslam
Respublikası və Rusiya Federasiyasından nümayəndələr
iştirak etdilər. Əsas məqsəd beynəlxalq dəniz
daşımaları zamanı dəniz ətraf mühitinin
mühafizəsi, gəmilər tərəfındən dənizin
çirklənməsinin qarşısının
alınması və dəniz bioloji mühitinin qorunub
saxlanılması üzrə təcrübə mübadiləsinin
aparılması, mövcud təcrübə bazasının təkmilləşdirilməsidir.”
Dövlət Dəniz
Administrasiyasının rəisi hazırda bütün
dünya dövlətlərini ciddi narahat edən dəniz
quldurluğu ilə mübarizə sahəsində görülən
işlər barədə də məlumat verdi. Bildirdi ki, BMT,
BDT, NATO və digər təşkilatlarla əməkdaşlığı
xüsusi vurğulamaq lazımdır. Dövlət Dəniz
Administrasiyası daim bu sahədə normativ sənədlərin
layihələrinin hazırlanmasında aktiv iştirak edir.
Sonda Dövlət Dəniz
Administrasiyasının rəisi Q.Qurbanov media nümayəndələrini
maraqlandıran sualları cavablandırdı.
Yeganə
Əliyeva
İki
sahil.- 2009.- 26 dekabr.- S. 6.