ARDNŞ
milli-mənəvi dəyərlərin inkişafına dəstək
verir
Səttar Bəhlulzadənin 100 illik
yubileyinə həsr olunmuş tədbir keçirildi
Dünən
ARDNŞ-nin təşkilatçılığı ilə Azərbaycanın
xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi
münasibətilə tədbir keçirildi. Öncə mərasim
iştirakçıları xalq rəssamının Əmircandakı
qəbirüstü abidəsini ziyarət edərək gül
dəstələri qoydular.
Sonra
ARDNŞ Sosial İnkişaf idarəsi mədəniyyət və
istirahət işləri Departamentinin Səttar Bəhlulzadə
adına mədəniyyət sarayında davam etdirilən tədbirdə
rəssam Səttar Bəhlulzadənin həyat və
yaradıcılığından bəhs edən film
nümayiş olundu. Azərbaycan Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov
çıxış edərək xalq rəssamının
yaradıcılığından danışdı. O bildirdi
ki, Səttar Bəhlulzadənin adı ölkəmizin
hüdudlarından kənarda da yaxşı tanınır. S.Bəhlulzadə
Avropada fərdi sərgisi olan ilk Azərbaycan rəssamıdı.
Onun əsərləri müxtəlif illərdə fərdi sərgilər
çərçivəsində bir çox xarici ölkələrdə
nümayiş etdirilmişdir. O əsl təbiət aşiqi
idi və əsərlərindən də hiss olunur ki, təbiətə
vurğunluğu rəssama ciddi uğurlar gətirb.
S.Bəhlulzadənin
rəsmlərində Azərbaycan
mədəniyyətinin qədim ənənələri və müasirliyin sintezi olduğunu bildirən əməkdar incəsənət
xadimi Ziyadxan Əliyev sənətkarın əsərlərinin
hər zaman yüksək
zövq verdiyini
vurğuladı.
Şair Musa Ələkbərli Səttar Bəhlulzadə ilə bağlı
xatirələrini bölüşərək sənətkarın
incə qəlbə sahib olduğunu
vurğuladı. Onun yaratmış
olduğu rəsm əsərlərinin əsrlər
böyu yaşayacağını
bildirən şair rəssama həsr etdiyi şerini söylədi.
Sənətkarın yaxın qohumu Rəfael Abdinov mərasimin təşkilatçıları-ARDNŞ-yə,
Suraxanı RİH-ə, Azərbaycan Rəssamlar
Akademiyasına, Rəssamlar İttifaqına və tədbir
iştirakçılarına minnətdarlığını bildirdi. R. Abidinov S.Bəhlulzadənin həyatı, ondan
miras qalan əsərlərin
yaranış tarixi, Səttar
Bəhlulzadənin zəngin həyat və
yaradıcılığının öyrənilməsində
onun gündəliklərinin
əhəmiyyətini xüsusi
vurğuladı.Qeyd etdi ki, hələ
tələbəlik illərində yazmağa başladığı gündəliklərində
rəssam öz düşüncələrini
qeyd etmiş, gündəliyin səhifələrində
eskizlər çəkmişdir.
Daha sonra sənətkarın
100 illik yubileyi münasibətilə keçirilmiş
rəsm sərgisinin
qaliblərinə mükafatlar təqdim olundu. 17 nəfər
ARDNŞ Sosial İnkişaf
idarəsi, 3 nəfər Azərbaycan Rəssamlar
İttifaqı, 1 nəfər Rəssamlar Akademiyası tərəfindən
mükafatlardırıldı.
ARDNŞ-in Sosial İnkişaf
İdarəsinin rəis müavini Vasif İmanov qalibləri
təbrik etdi və onlara uğurlar
arzuladı. Bildirdi ki,
müsabiqədə məqsəd
gənclər arasında Səttar Bəhlulzadə
yaradıcılığının və bədii irsinin geniş təbliğ edilməsi və öyrənilməsdir. Həmçinin
Azərbaycan təsviri sənətinə, mədəniyyətinə
və incəsənətinə marağın
artırılması, təsviri sənət sahəsində yeni istedadların aşkar edilməsi, gənc rəssamların
yaradıcılıq fəaliyyətlərinin inkişaf
etdirilməsi və
onların yeni yaradıcılıq axtarışlarının
stimullaşdırılmasıdır.
Tədbir maraqlı konsert
proqramı ilə
yekunlaşdı.
Aynurə Şirinova
İki sahil.- 2009.- 11 dekabr.- S. 5.