Qədim diyar Naxçıvanda gözəl
quruculuq işləri görülür
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ YARADILMASININ 85
İLLİYİ TAMAM OLMUŞDUR
Bakı, (AzərTAc).
Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyi
tamam olmuşdur.
Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə
və çoxəsrlik
dövlətçilik ənənələrinə
malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq
inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq
aləminin elmi-mədəni
mərkəzlərindən biri kimi şöhrət
tapan bu diyar neçə-neçə
görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetirmişdir.
Müasir Müstəqil Azərbaycan
Respublikası kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının mövcudluğu və bugünkü inkişafı
ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Muxtar respublikanın əhalisi müstəqil dövlətçiliyimizin
qurulması və möhkəmləndirilməsi, Vətənimizin
ərazi bütövlüyünün
qorunması, ölkədə
demokratik dəyərlərin
bərqərar olması
kimi ali
amallara qovuşmaq üçün ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı
uğrunda mübarizənin
ön sıralarında
getmişdir. 1991-ci il sentyabrın 3-də
Muxtar Respublika Ali Məclisinin fövqəladə
sessiyasında qədim
diyarın sakinlərinin
təkidli tələbi
və arzusu ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini öhdəsinə
götürmüşdür.
1992-ci ilin noyabrında Naxçıvan şəhərində
Heydər Əliyevin yaradıcısı olduğu
Yeni Azərbaycan Partiyasının əsası
qoyulmuşdur. Həmin dövrdə Naxçıvan
bütün ölkədə
milli-demokratik hərəkatın
mərkəzi, möhkəm
dövlətçiliyin, siyasi
sabitliyin mövcud olduğu bir bölgə idi.
XX əsrin 90-cı illərinin
əvvəlində, SSRİ-nin süqutu ərəfəsində yaranmış
şəraitdən istifadə
edən Ermənistan Azərbaycana qarşı açıq silahlı təcavüzə başlayanda
Naxçıvan Muxtar
Respublikası da çətin sınaq qarşısında qaldı. Diyarı Azərbaycanın
əsas ərazisi ilə birləşdirən
yollar bağlandı, Naxçıvan blokada şəraitində yaşamağa
başladı. Azərbaycan o vaxtkı rəhbərliyinin
muxtar respublikanın taleyinə laqeyd münasibəti vəziyyəti
daha da çətinləşdirdi.
Belə ağır şəraitdə
Naxçıvan əhalisi
böyük mərdlik
və yenilməzlik nümayiş etdirərək,
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu qədim torpağını
erməni işğalı
təhlükəsindən xilas
etdi.
O zaman muxtar respublika rəhbərliyinin milli müstəqillik yolunda atdığı cəsarətli
addımlar bütün
Azərbaycan xalqı tərəfindən rəğbətlə
qarşılanmış, respublikada
cərəyan edən
ictimai-siyasi proseslərə
öz müsbət və həlledici təsirini göstərmişdir.
1993-2003-cü illərdə də ulu öndər Heydər Əliyev bu diyardan qayğısını
əsirgəmədi. Onun Azərbaycana
ikinci dəfə rəhbərliyi dövründə
muxtar respublikanın sosial-iqtisadi inkişafı
ilə bağlı dövlət səviyyəsində
qərarlar qəbul olundu.
Ümummilli lider tərəfindən əsası qoyulan bu işlərin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi Naxçıvan
diyarını yeni inkişaf mərhələsinə
çıxarmışdır. İndi Naxçıvan
Muxtar Respublikası milli dövlət quruculuğu prosesinin fəal iştirakçısıdır,
ölkəmizin iqtisadi
qüdrətinin artırılmasına
və intellektual potensialının gücləndirilməsinə
dəyərli töhfələr
verir. Bir sıra göstəricilərə
görə muxtar respublika ölkənin başqa regionlarından öndə gedir. Prezident İlham Əliyev qədim diyara səfərlərinin
birində vurğulamışdır
ki, mən hər dəfə Naxçıvana gələndə,
yeni obyektlərin açılışında iştirak
edəndə çox
sevinir, qürur hissi keçirirəm ki, Azərbaycanın qədim torpağı olan Naxçıvanda belə gözəl işlər görülür.
Naxçıvan Muxtar Respublikasının 85 illik
yubileyi ilə bağlı Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli
Sərəncamına əsasən
ölkəmizdə keçiriləcək
çoxsaylı tədbirlərdə
yurdumuzun bu qədim diyarının keçmişinə, bu gününə, onun ölkəmizin tarixindəki
roluna və yerinə bir daha nəzər salınacaq, gələcək
inkişaf perspektivlərindən
söhbət açılacaqdır.
İki
sahil.- 2009.- 10 fevral.- S. 4.