GəncədəYeni Azərbaycantəşviqat qrupunun seminar-məşğələsi keçirilib

 

Fevralın 7-də Gəncə Dövlət Universitetində 18 martda keçiriləcək ümumxalq səsverməsi-referendum ilə bağlıYeni Azərbaycantəşviqat qrupunun Gəncə bölgəsi üzrə seminar-məşğələsi keçirildi. Seminarda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının Yeni Azərbaycantəşviqat qrupunun Gəncə şöbəsinin sədri İsrafil İsmayılov, “Yeni Azərbaycantəşviqat qrupunun nümayəndəsi, millət vəkili, akademik Nizami Cəfərov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Rafiq Məmmədhəsənov, “Yeni Azərbaycantəşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Dövlət hüquq siyasəti komissiyasının sədr müavini Rövşən Rzayev, millət vəkili Aydın Abbasov, YAP Mərkəzi Aparatının məsul işçisi Rafayıl Gülməmmədov YAP Naftalan, Samux, Kəlbəcər rayon təşkilatının sədrləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov açaraq Gəncə şəhərində referenduma ciddi hazırlıq işlərinin aparıldığını bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası artıqYeni Azərbaycan” referendum üzrə təşviqat qrupunu qeydə almışdır. Demək olar ki, 18 mart 2009-cu ildəAzərbaycan Respublikası Konstitusiyasına əlavə dəyişikliklər edilməsi haqqındakeçiriləcək referendum xalqın öz arzu istəyinin nəticəsidir. Onun sözlərinə görə referenduma hazırlıq işləri YAP icra katibliyinin bütün tövsiyə tapşırıqlarına əsasən nəzərdə tutulmuş qaydada yerinə yetirilir.

Yeni Azərbaycantəşviqat qrupunun nümayəndəsi, millət vəkili, akademik Nizami Cəfərov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı iləAzərbaycan Respublikası Konstitusiyasına əlavə dəyişikliklər edilməsi haqqında” Referendum layihəsinin 18 mart 2009-cu ildə ümumxalq səsverməsinə - referenduma çıxarılmasını tamamilə qanunauyğun bir proses kimi qarşılamaq lazımdır. Demokratik hüquqi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycan bu gün dünyada özünə layiqli yer tutmuşdur.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Rafiq Məmmədhəsənov çıxışında Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinə olunmuş əlavə ilə əlaqədar olaraq bildirdi ki, ölkəmizdə azad sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, dövlətimizin sahibkarlara yaratdığı münbit şərait, iqtisadiyyatımızın bazar münasibətləri əsasında sürətli inkişafı deməkdir. Dövlətimizin həyata keçirdiyi bu siyasət qəbul olunan qərarlar yekunda ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsinə, hərtərəfli inkişafına gətirib çıxartmışdır.

Sonra çıxış edən Milli Məclisin Dövlət hüquq siyasəti komissiyasının sədr müavini Rövşən Rzayev qeyd etdi ki, müasir dövrdə hər bir dövlətin demokratik hüquqi cəmiyyət quruculuğu onun insan hüquq azadlıqlarına münasibəti əsasında müəyyən olunur. Ölkə Konstitusiyasına təklif olunan əlavə dəyişikliklər insan hüquqlarının qorunub saxlanmasına, dövlətin konstitusion əsaslarının daha da möhkəmlənməsinə xidmət edir.

Millət vəkili Aydın Abbasov bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinə ediləcək əlavə dəyişikliklərin hər biri dövlətimizin istər siyasi, istərsə iqtisadi inkişafı üçün xüsusilə vacibdir. Bu gün biz bütün dünyaya sübut etməliyik ki, Azərbaycan demokratik bir dövlətdir.

Seminar geniş fikir mübadiləsi ilə yekunlaşdı.

 

 

Fazil İsmayılov

 

İki sahil.- 2009.- 10 fevral.- S. 2.