Ekoloji tarazlığın qorunması diqqət mərkəzindədir
Ətraf mühitin
mühafizəsi, ekoloji tarazlığın qorunması daim
dövlət siyasətinin vacib istiqamətlərindən biri
olub. Prezident İlham Əliyev yaşıllaşdırma
işlərinin genişləndirilməsini, ekoloji mühitin
sağlamlaşdırılmasını öz fəaliyyətinin
əsas istiqamətlərindən birinə çevirməklə
bu sahədə mühüm tədbirlər həyata
keçirir. Məhz bu zərurəti nəzərə alaraq
dövlət başçısı 28 sentyabr 2006-cı ildə
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı”nı təsdiqlədi
və icrasına başlandı. Bununla da cənab İlham Əliyevin
ölkədə ekoloji vəziyyətin
sağlamlaşdırılması, yeni
yaşıllıqların salınması ilə bağlı
verdiyi tapşırıqların yerinə yetirilməsi sürətləndi.
Ölkə
iqtisadiyyatının inkişafına öz töhfələrini
verən neftçilər bu prosesdə də fəal
iştirak edirlər. Belə ki, ARDNŞ-in idarə və
müəssisələrində ekoloji tarazlığın,
sağlamlığın qorunmasına xidmət edən tədbirlər
daha da genişləndirilir.
ARDNŞ-in strukturlarından
biri olan “Kompleks Qazma İşləri” Tresti “Qobustan”
KQİİ bu işlərə xüsusi önəm verir.
Ölkənin iqtisadi inkişafı, bunun nəticəsində
respublikada aparılan geniş quruculuq və abadlıq işləri
idarədə çalışan kollektivin əzmini daha da
artırıb.
Qeyd edildiyi kimi, ətraf
mühitin qorunması çirkləndirmə prosesinin zəifləməsinə
yönəldilən bir sıra kompleks tədbirlər əhatə
edir. Kompleks Tədbirlər Planında da bu fikir qeyd olunur ki,
böyük neft-qaz yataqlarına malik olan Azərbaycanın ərazisində
karbohidrogen ehtiyatlarının intensiv mənimsənilməsi
zamanı ekoloji vəziyyətin
yaxşılaşdırılması əsas diqqət göstərilən
məsələlərdəndir. Dövlət
başçısının bu fikirləri ekoloji məsələlərə
daha diqqətlə və məsuliyyətlə
yanaşmağı tələb edir. Proqramdan irəli gələn
vəzifələrin yüksək səviyyədə yerinə
yetirilməsində ARDNŞ və onun strukturlarının da
üzərinə böyük məsuliyyət
düşür. Belə ki, şirkətin strukturları neft və
neft məhsulları ilə çirklənmiş ərazilərin
təmizlənməsi, münbit torpaqla örtülməsi və
yaşıllaşdırma işlərinin görülməsi
istiqamətində nəzərdə tutulan tədbirlər
planını lazımi səviyyədə yerinə yetirməyə
çalışırlar.
2008-ci ildə Qobustan Kəşfiyyat
Qazma İşləri İdarəsində ekologiya və ətraf
mühitin mühafizəsi sahəsində bir çox işlər
görülüb. Müvafiq intervallarda “Kimyəvi işlənmiş
qazma məhlulu ilə qazma” gedişi zamanı 119 ton qazma
xıltı (şlam) yaranıb. Yaranmış qazma
xıltı mütəmadı olaraq, Ekologiya İdarəsinin
“Tullantı Mərkəzi”nə təhvil verilib, tullantıya
görə isə 14.818 manat ödəniş aparılıb.
Bakı şəhər
Ərazi Ekologiya Departamentinin 8 may 2008-ci il tarixli yoxlaması
sahəsində həmin idarəyə “çirkləndirici
maddələr”in normadaxili atılmasına görə 1818
manat ödəniş aparılıb.
Mart və aprel
aylarında tədbirlər planına uyğun olaraq idarənin
inzibati binası ətrafında, sex və sahələrində
ekoloji şəraiti yaxşılaşdırmaq məqsədi
ilə yaşıllaşdırma işləri aparılıb
və müxtəlif dekorativ ağaclar əkilib.
Qeyd edək ki, Qobustan
KQİİ-nin “Ekoloji pasportu” və “Yol verilən atmosferə
atılma həddi” normativ sənədi mövcud və sənəd
2010-cu ilə qədər qüvvədədir. Bütün
ekoloji hesabatlar, Bakı şəhər Ekolgiya və Təbii
Sərvətlər Departamenti ilə
razılaşdırılaraq Kompleks Qazma İşləri»
Trestinə təqdim olunub.
Həmçinin keyfiyyətə
nəzarət məqsədilə İSO 9000 seriyalı Beynəlxalq
Standartlar sisteminin tələblərinə uyğun olaraq
“Kompleks Qazma İşləri” Trestinin “Keyfiyyət Əl
Kitabı” və digər sənədlər artırılaraq
idarənin müvafıq struktur bölmələrinə
paylanılıb. Keyfiyyətə nəzarət məqsədilə
2008-ci ildə İSO 9000 seriyalı beynəlxalq sistemi idarəmizdə
tam tətbiq edilib. Belə ki, xidmət sahələrində
daxili audit keçirilib. Daxili auditin nəticələri rəhbərlik
yanında müzakirə edilərək lazımi tədbirlər
görülüb.
Məmmədağa Gözəlov
İki sahil.- 2009.- 11 fevral.- S. 5.