ARDNŞ-in korporativ şəbəkəsi quraşdırılıb

 

İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ötən il ARDNŞ-in beynəlxalq standartlara cavab verən mərkəzləşdirilmiş “Elektron-Poçt” (Mail), internet, WEB və Fayl sistemini yaradıb

ARDNŞ-in strukturlarında kompyuter texnikası və sistem təminatının, iqtisadi idarəetmə sistemində maliyyə və uçot məsələlərinin, sənəd dövriyyəsinin və informasiya mübadiləsinin təşkili, texnoloji proseslərə nəzarət, informasiya təhlükəsizliyinin təmin edilməsi, həmçinin şirkətin bütün müəssisə və təşkilatlarını əlaqələndirən rabitə-kompyuter-informasiya şəbəkə texnologiyalarını inteqrasiya etmək İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən həyata keçirilən ən önəmli məsələlərdəndir.

Belə ki, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (İTRİ) informasiya sistemlərinin inzibatçılığı 2008-ci il ərzində ARDNŞ-in tabeliyində olan 18 idarədə Lokal kompyuter şəbəkəsi quraşdırıb və onu korporativ şəbəkəyə qoşub. Şirkətin tabeçiliyində olan idarə və müəssisələrdə lokal şəbəkənin daimi işləməsinə nəzarət olunub və yaranan nasazlıqlar aradan qaldırılıb.

İdarə tərəfindən 2008-ci ilin yanvar ayından başlayaraq SAP Produktiv serveri yaradılmışdır və istifadəçilərə istifadəyə verilmişdir. 2008-ci ilin axırlarında HR modul tətbiq olunmuşdur. Hal-hazırda MM və SD modullarının tətbiqi ilə işlər gedir.

İTRİ-də SAP sisteminin normal işləməsi üçün bir sıra inzibatçılıq işləri yerinə yetirilir. Bunlardan informasiyanın arxivləşdirilməsi və bərpasıdır ki, bu istiqamətdə gündəlik, həftəlik, yarım aylıq və aylıq arxivləşmə aparılır. Digər inzibatçılıq işi, istifadəçi hüquqlarının idarəedilməsi istiqamətində mühüm işlər görülüb. Belə ki, 951 ədəd istifadəçi kodu yaradılmışdır və 336 ədəd isə pozulmuşdur. Nəticədə hal-hazırda PRD sistemində 615 ədəd istifadəçi kodu vardır. İstifadəçi parollarının səhv yığılması nəticəsində 297 dəfə qeydə alınıb və bərpa olunmuşdur. İstifadəçilərə əlavə olunmuş istifadəçi profillərinin sayı 9957 həmin istifadəçilərdən ləğv olunmuş istifadəçi profillərinin sayı 2750-dir. SAP və əməliyyat sitemlərinin monitorinqi inzibatçılığı üzrə gündəlik sistemdə gedən hər bir işlərə nəzarət olunur və həmin nasazlıqların qarşısını almaq üçün tədbirlər görülür. Sorğuların transport sisteminin inzibatçılığı işi nəticəsində transport olunmuş sorğuların sayı 2613 olub.

ARDNŞ-in və tabeliyində olan bütün idarələrdə “Elektron-Poçt” (Mail), internetdən, WEB və Fayl serverlərdən istifadə etmək üçün 19 ədəd HP Blade Serverlər alınmışdır.

İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2008-ci il ərzində ARDNŞ-in beynəlxalq standartlara cavab verən mərkəzləşdirilmiş “Elektron-Poçt” (Mail), internet, WEB və Fayl sistemini yaradıb. Şirkət və onun tabeliyində olan idarələrdə tələb olunan bütün istifadəçilər üçün “socar.az” domenində “Elektron-Poçt” ünvanı ayrılmışdır. İstifadəçilərin internet şəbəkəsinə çıxışı təmin olunmuş, onların kompyuterlərini viruslardan qorumaq məqsədilə Antivirus proqram-paketlərinin mərkəzləşdilrilmiş tədbiqinə başlanılmışdır.

Yerlərdə istifadəçilərin kompyuterlərində “Elektron-Poçt”dan və internetdən istifadə üçün müəyyən olunmuş qaydada, dəyişikliklər aparılmış, antivirus proqram-paketləri yüklənilmiş və internetə çıxışları təmin olunmuşdur. ARDNŞ-də və tabeliyində olan idarələrində 2130 nəfər istifadəçi “Elektron-Poçt”-dan və internetdən istifadə edir.

İTRİ tərəfindən Sistemlərin təhlükəsizliyi məqsədilə şəbəkədə 2 xüsusi DMZ (demilitarized zone) zona yaradılmışdır. Hər bir DMZ zonanın girişinə xüsusi qurğu Firewall nəzarət edir.

Kompyuterlərə və təşkilatı texnikaya texniki xidmət sahəsində ARDNŞ və onun tabeliyində olan 43 idarə və təşkilatların 1790 kompyuter və 1971 təşkilati texnikasına xidmət işləri göstərilmişdir. Əvvəlki ilə nisbətən xidmət göstərilən kompyuterlərin və təşkilati texnikanın sayı 828 ədəd, təşkilati texnikanın sayı 1211 ədəd artmışdır.

Azərbaycan Respublikasının “Mühasibat Uçotu haqqında” Qanununa uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tapşırığı əsasında 2007-ci ildən İTRİ-də Biznes Resurslarının Planlaşdırılması (BRP) sisteminin inzibatçılıq, tənzimləmə və inkişafı üzrə işlərə başlanmış, Beynəlxalq Uçot Sisteminə keçidin təmin edilməsi və standart uçot və konsolidasiya mexanizminin hazırlanması məqsədilə nüfuzlu beynəlxalq təsisatlarla uzunmüddətli razılaşmalar əldə olunmuş və 1 yanvar 2008-ci il tarixdən SAP ERP sisteminin FI modulu istifadəyə verilmişdir. SAP ERP sisteminin FI modulu üzrə istifadəçi interfeysinin Azərbaycan dilinə tərcümə edilməsi işləri yerinə yetirilmişdir. Hal-hazırda SAP ERP sisteminin MM, SD, modullarının tətbiqinə başlanmışdır və 2009-cu ildə başa çatdırılacaqdır. Yaxın gələcəkdə SAP ERP sisteminin neft-qaz sənayesinə aid digər modullarının da tətbiqi planlaşdırılır.

Hazırda idarə tərəfindən SAP ERP sistemində 615 istifadəçi kodu qeydiyyatdan keçirilərək istifadəyə verilmişdir. Bundan əlavə bu sistemdə ARDNŞ tərəfindən təsdiq edilmiş “Səlahiyyətlər Matrisi” təyin edilmiş və tələb edilən səlahiyyət dəyişiklikləri, həmçinin yeni istifadəçilərin yaradılması işləri SAP ERP sistemində müvəffəqiyyətlə yerinə yetirilir.

İTRİ-də yataqların işlənməsinin optimallaşdırılması və planlaşdırılması üzrə tədqiqatlar üçün nəzərdə tutulmuş dünya səviyyəli yataqların modelləşdirilməsi mərkəzi uzun müddətdir ki, fəaliyyət göstərir. Mərkəzdə aparılan tədqiqatların səmərəliliyinin artırılmasını və neft-mədən informasiya resurlarına olan tələbatın artmasını əsas götürərək hazırda ARDNŞ üzrə beynəlxalq standartlara cavab verən vahid neft-mədən “Verilənlər Bazası”nın və onun idarəetmə sisteminin seçilməsi, informasiya resurslarının yığılması, saxlanması və mühafizəsinin təmin edilməsi istiqamətində işlər həyata keçirilməkdədir.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2009.- 21 fevral.- S. 8.