Konstitusion islahatlar ölkənin inkişafına xidmət
edir
Səbail rayon seçiciləri ümumxalq səsverməsinə
yüksək səviyyədə hazırlaşır
Ölkəmiz mühüm
kampaniyaya- “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
və dəyişikliklər edilməsi haqqında” Referendum
Aktına müvafiq olaraq ümumxalq səsverməsinə
hazırlaşır. İnsan hüquq və
azadlıqlarının qorunmasına, demokratiyanın
hüdudlarının genişləndirilməsinə, əhalinin
sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən,
zamanın tələbinə uyğunlaşdırılan Konstitusiyaya
olunacaq əlavə və dəyişikliklərin hər biri əhəmiyyətlidir.
“Konstitusiyaya əlavə və
dəyişikliklər zamanın tələbindən irəli
gəlir. Mahiyyət və keyfiyyət etibari ilə beynəlxalq
normalara və Konvensiyalara uyğun olan əlavə və dəyişikliklərdə
insan amilinə diqqət ön plana çəkilir.” Bu fikir
dünən Dənizcilərin Mədəniyyət evində
“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli
nümayəndələrinin və vəkil edilmiş şəxslərinin
dənizçilərlə keçirdiyi görüşdə
xüsusi vurğulandı.
Tədbiri giriş
sözü ilə açan YAP İdarə Heyətinin
üzvü, Səbail rayon təşkilatının sədri,
“Yeni Azərbayan” referendum üzrə təşviqat qrupunun vəkil
edilmiş şəxsi Zahid Qaralov bildirdi ki, MSK-da 9 təşviqat
qrupu qeydiyyatdan keçib. İlk qeydiyyatdan keçən Yeni
Azərbaycan Partiyasının yaratdığı “Yeni Azərbaycan”
təşviqat qrupudur.
Z.Qaralov Azərbaycanın
ötən müddətdə keçdiyi inkişaf yolundan
geniş bəhs etdi. Qeyd etdi ki, Azərbaycan bu gün həyata
keçirdiyi demokratik islahatların əhəmiyyətinə
görə nümunəvi ölkə kimi qeyd olunur. Son prezident
seçkilərində Azərbaycan dövləti bir daha
demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi.
Ölkəmizdə demokratiya institutu təkmilləşir,
müasirləşir, mütərrəqqi qanunların tətbiqinə
diqqət artırılır. Konstitusiyaya əlavə və dəyişikliklərdə
bu məqamlar öz əksini tapır. Ölkə vətəndaşlarının
şəxsi həyatına müdaxilələrin qanunla qəbul
olunmuş qaydalara uyğun müdafiəsinin təşkili
üçün nəzərdə tutulan maddələr, eyni
zamanda uşaq hüquqlarının qorunması, onların həyatına,
mənəviyyatına, sağlamlığına təsir edə
biləcək halların qarşısının
alınması üçün dövlət nəzarətinin
artırılması, vətəndaşların
hüquqlarının qorunması, insanların vəzifələrinin
yalnız Ali Qanunla müəyyənləşdirilməsi kimi
maddələr Konstitusiyaya əlavə və dəyişikliklərdə
öz əksini tapır. Dəyişikliklərdə bələdiyyələrə
səlahiyyətlərini həyata keçirməkdə
müstəqillik verilməsi, yerli özünüidarə
orqanlarının yerləşdikləri ərazidə
yaşayan vətəndaşlar qarşısında məsuliyyət
daşıdıqlarını təsdiqləyən maddələr
də dünya təcrübəsinə
uyğunlaşdırılır.
Z.Qaralov bildirdi ki, ilk
Konstitusiyamız ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə 1995-ci ildə qəbul olunub. Bu gün Milli Məclisin qərarı
ilə Milli Konstitusiyamıza əlavə və dəyişikliklərin
edilməsi zərurəti aydındır. Məlum olduğu
kimi dəyişikliklərlə bağlı ilk referendum 2002-ci
ilin avqustunda keçirilib. Həqiqət budur ki, Ali Qanuna əlavə
və dəyişikliklər xalqın istək və arzusunu
özündə birləşdirir.
Bu gün Azərbaycan dinamik
inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz son illərdə
iqtisadi artımın sürətinə görə dünyada
liderliyi ələ alıb. İqtisadi imkanların genişlənməsi
dövlətimizin siyasi mövqeyinin daha da möhkəmlənməsinə
zəmin yaradıb. Bu gün regionda Azərbaycanın
iştirakı olmadan hansısa iqtisadi və siyasi layihənin
həyata keçirilməsinin mümkünsüzlüyü
ölkəmizin artan nüfuzunun göstəricisidir.
Bu inkişaf, tərəqqi
sözsüz ki, Ali Qanunumuzda da öz əksini
tapmalıdır. Bu baxımdan martın 18-də keçiriləcək
ümumxalq səsverməsi ölkə ictimaiyyəti tərəfindən
yüksək dəyərləndirilir. Konstitusiyanın 29 maddəsinə
40-dan artıq əlavə və dəyişikliklər edilməsi
nəzərdə tutulub. Bu dəyişikliklərin hər
birinin mahiyyətini ictimaiyyətə olduğu kimi
çatırmalıyıq.Sıraları günbəgün
artan YAP-ın ölkədə keçirilən hər bir
seçki prosesindən uğurla
çıxdığını qeyd edən Z.Qaralov partiya
üzvlərinin ümumxalq səsverməsində də fəallıq
nümayiş etdirəcəyinə əminliyini ifadə etdi.
“Yeni Azərbaycan” referendum
üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi
Musa Quliyev qeyd etdi ki, qarşıda duran əsas vəzifə
Konstitusiyanın 29 maddəsinə edilən əlavə və
dəyişikliklərin hər bir birinin mahiyyətini
seçicilərə çatdırmaq, maarifləndirmə
işini yüksək səviyyədə həyata keçirməkdir.
Bu gün Azərbaycan
sosial-iqtisadi inkişafın yüksək mərhələsindədir.
Məhz Milli Məclis yeni dövrün tələblərinə
uyğun olaraq Konstitusiyaya əlavə və dəyişikliklərin
edilməsi ilə bağlı qərar qəbul etdi. Yəni bu
dəyişikliklər birdən-birə ortaya
çıxmadı. Ölkəmizin bu günkü
inkişafı, tərəqqisi həmin dəyişiklikləri
zəruri etdi.
M.Quliyev
çıxışını bir neçə tezis əsasında
qurdu. Bildirdi ki, hər bir dəyişiklik Azərbaycanın gələcək
inkişafına yönəlib. Bu dəyişikliklərdə
Azərbaycanın ictimai, siyasi, sosial uğurları öz əksini
tapıb. Demokratik cəmiyyətin varlığını təsdiqləyən
amillərin inkişafına xidmət edən müddəalar
da əsas yer tutur. Düşünürəm ki, bu dəyişikliklərin
hər biri seçicilər tərəfindən tam aydın
başa düşüləcək, ümumxalq səsverməsində
fəal iştirakları ilə bunu bir daha təsdiqləyəcəklər.
M.Quliyev müxalif qüvvələrin
Konstitusiyaya əlavə və dəyişikliklərin əhəmiyyətini
azaltmaq istiqamətində göstərdikləri cəhdlərə
diqqəti yönəldərək bildirdi ki, bu gün
qarşıda duran əsas vəzifələrdən biri də
onların apardığı bu təbliğatın əsassızlığını
sübut etmək, dəyişikliklərin mahiyyətini daha
dolğun şəkildə ictimaiyyətə
çatıdmaqdır. Bu gün müxalif qüvvələrin
Konstitusiyanın 29 maddəsinə olunan əlavə və dəyişikliklərdən
yalnız birinə, 101-ci maddədə edilən dəyişikliyə
daha çox diqqət yönəltmələri onların
maraqlarının nədən ibarət olduğunu
açıqlayır. Həmin maddədə edilən dəyişikliyə
diqqət yetirsək onların təbliğatının əsassızlığı
aydın şəkildə özünü büruzə verir.
Guya bu dəyişiklik demokratiyaya ziddir. “Demokratiya odur ki,
atılan addım cəmiyyətin inkişafına xidmət
edir. Demokratiya odur ki, xalq atılan addımı dəstəkləyir.
Demokratiya xalqın iradəsini əks etdirir.” Bu gün Azərbaycan
xalqı referenduma çıxarılan məsələləri
dəstəkləməklə müxalifətin
apardığı təbliğatın qərəzli
olduğunu bir daha təsdiqləyir.
M.Quliyev dənizçiləri
ümumxalq səsverməsində fəal olmağa
çağırdı.
Tədbirdə Azərbaycan
Dövlət Dəniz Akademiyasının əməkdaşı
Firəngiz Rzayeva, “Şah İsmayıl Xətai” gəmisinin
kapitanı Cabir Əsgərov çıxış edərək
bildirdilər ki, xalqımız 18 mart 2009 - cu il tarixdə
Referendum yolu ilə Azərbaycan Respublikası
Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərə
öz münasibətini bildirəcəkdir. Əlavə və
dəyişikliklərin insan hüquqlarının daha
etibarlı təminatına xidmət etməsi 17-ci maddədə
özünü aydın gostərir. Dövlətin sosial siyasətinin
mühüm prinsiplərindən biri ölkənin hər bir vətəndaşı
kimi cəmiyyətin gələcəyi olan uşaqların
qayğı ilə əhatə olunması, onların
hüquqlarının qorunmasıdır. “Azərbaycan son 5 ildə
çox böyük uğurlara nail olub. Xalqımızın
ümummilli lideri Heydər Əliyevin siyasi kursunu layiqincə
davam etdirən cənab İlham Əliyevin rəhbərliyi sayəsində
respublikamızda iqtisadiyyatın bütün sahələrində,
o cümlədən dəniz nəqliyyatındakı sürətli
inkişaf hər birimizi sevindirir və daha da yaxşı
işləməyə ruhlandırır.”
Ən müxtəlif sahələri əhatə edən bu dəyişikliklər və əlavələr dövlətimizin inkişafına xidmət edəcəkdir. İnsan hüquqlarının müdafiəsi, iqtisadi inkişaf, bərabərlik hüququ, vicdan azadlığı və s. sahələrdə nəzərdə tutulan alavə və dəyişikliklər öz demokratikliyi və humanistliyi ilə diqqəti cəlb edir. “Biz dənizçilər bu əlavə və dəyişiklikləri dəstəkləyir və onlara yekdilliklə səs verəcəyik.”
Yeganə Əliyeva
İki sahil.- 2009.- 21 fevral.- S. 6.