XOCALI: Bir gecədə yandırılan,
əhalisi qətlə
yetirilən şəhər
Dünya ermənilərin törətdikləri bu soyqırımını tanımalıdır
1992-ci il fevralın 26-na keçən gecə azərbaycanlılara qarşı törədilmiş soyqırımı, azğınlaşmış erməni millətçilərinin terror, şovinist siyasətinin nəticəsi olan bu qətliam əsrlər boyu yaddaşlarda yaşayacaq. Sumqayıt hadisələrindən, 20 Yanvar faciəsindən başlayan erməni vəhşiliyi Xocalı soyqırımında da özünü büruzə verdi. Rus ordusunun tərkibində olan erməni hərbçilərinin, daşnakların törətdikləri qətliamlar insanların qanlarını damarlarında donduracaq ər dəhşətlidir.
Ötən əsrdə Hitler faşizminin törətdiyi faciələrin ən acınacaqlısı olan Xatın, eyni zamanda bənzər Sonqmi qətliamının təkrarı olan Xocalı faciəsindən 17 il ötsə də soyqırımının yaraları sağalmır. Bir gecədə dağıdılan, yandırılan, silahsız, günahsız əhalisi qətlə yetirilən Xocalı faciəsi əsil soyqırımı idi. Həmin gecə bütov bir şəhər yerlə-yeksan edildi. 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın diri-diri yandırıldı, vəhşicəsinə öldürüldü. 487 sakin əlil oldu, 1257 Xocalı sakini ermənilər tərəfindən əsir alındı, tarixdə misli görünməmiş təhqirlərə, əzab-əziyyətlərə məruz qaldı. Ancaq erməni vəhşiliklərinin qurbanlarını təkcə Xocalı faciəsi ilə hesablasaq tarix bizi qınayar, şəhid olan soydaşlarımızın ruhları sızlayar.
Daşnaklar tərəfindən öldürülən azərbaycanlıların sayı bütünlükdə Ermənistanın əhalisi qədər, bəlkə də qat-qat artıqdır.
1992-ci ildə hakimiyyətdə olan iqtidarın xəyanətləri, mənfur ermənilərin qəddarlığı nəticəsində törədilən və 17 ili tamam olan Xocalı faciəsi tariximizə qanla yazılan səhifə oldu. Həmin dövrdə qətliamın tam mənada açıqlanmasına mane olanların günahı üzündən ağrı- acısı bu gün də bütün soydaşlarımızın qəlbini ağrıdan əsil dərdimizi dünya ictimaiyyətinə yetərincə, tam mənası ilə açıqlaya bilmədik. O dövrdə tək Xocalıda deyil, bütünlükdə Dağlıq Qarabağda baş verənlər, günahsız yerə öldürülənlər barədə məlumatların yayılmasını özlərinin süqutu kimi dərk edən kreslo hərisləri xalqa düzgün məlumat verməkdən çəkindilər. Milli heysiyyatı olmayan Kreml nökərlərinin yaratdıqları maneələr üzündən qətliam ölkə ictimaiyyətindən belə gizlədildi. Xocalı qırğınının səbəbkarlarının aşkara çıxarılması üçün yaradılan, araşdırmalara başlamamış fəaliyyətinə xitam verilən formal komissiyanın işi donduruldu.
Xocalı hadisələrinin soyqırımı kimi tanıdılması istiqamətində geniş təbliğat xarakterli aksiyalar başlandı. 26 fevral 1992-ci ildə törədilən qətliam zamanı vəhşiliklə öldürülən, yandırılan 600-dən artıq insanın qanına bais olan, heç kimə aman vermədən qətlə yetirən ermənilərə hər cür yardım göstərən 366-cı alayın keçmiş zabitləri, xarici ölkələrdən gəlmiş jurnalistlər etiraf etdilər ki, o gecə törədilənlər insan ağlına sağışmayan dəhşətlər idi.
Artıq formalaşmış və təşkilatlanmış diasporumuz Xocalıda baş verənlərin ermənilər tərəfindən törədilən əsil soyqırımı olduğunu dünya xalqlarına çatdırır. Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri önündə qara çadırlar qurulur, etiraz mitinqləri keçirilir, Xocalı soyqırımının tanıdılması ilə əlaqədar beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılır. Müxtəlif illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər barədə həqiqətlər sənədlərin dili ilə dünya xalqlarına çatdırılır.
Hələ
1905-1907, 1918-ci il qətliamlarında
ermənilər 2 milyondan
artıq azərbaycanlını
amansızcasına qətlə
yetirdilər. Ötən
iki əsrdə bir neçə dəfə qırğınlar
törədərək azərbaycanlıları
kütləvi surətdə
öldürən ermənilərin
tör-töküntüləri Dağlıq Qarabağ münaqişəsi
zamanı mənfur, lənətlənmiş babalarından
qalmış murdar ənənələrini bir
daha təkrarladılar.
Soydaşlarımızın ata-baba yurdu sayılan Qərbi Azərbaycandan
bir neçə dəfə təkrarlanan deportasiyalar zamanı
əzab-əziyyətlərə, vətən həsrətinə
dözməyərək dünyadan köçən insanlar da
bu siyahılara daxil edilsə, onda ermənilərin törətdikləri
soyqırımı qurbanlarının sayı deyilənlərdən
qat-qat çox olar. Ona görə də təkcə
Xocalıda yox, ötən əsrdə öldürülən
bütün soydaşlarımız soyqırımı
qurbanları kimi dünya ictimaiyyətinə
tanıdılır. Ancaq zaman gələcək arxalı
köpək olan ermənilər Türkiyədə, Azərbaycanda
törətdikləri soyqırımılarına görə
cavab verməli olacaq.
Prezident İlham Əliyevin türk dünyası xalqlarının birlik rəmzi olan qurultay və konfranslarda bəyan etdiyi kimi ümumi düşmənimiz olan erməni terrorçularına qarşı mübarizədə eyni mövqedən çıxış etməliyik. Artıq birgə fəaliyyət göstərən türk- Azərbaycan diasporu birləşərək ermənilər tərəfindən türk xalqlarına qarşı törədilmiş soyqırımılarının səbəbləri, tarixi barədə dünya xalqlarına məlumatlar çatdırırlar. İndi dünyanın bütün qitələrində formalaşan bu qüvvə erməni lobbisini susdurmağa qadir olduğunu sübut edir. Bu işdə daha fəal olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aparılan təbliğatın davamçıları artmaqdadır. Soydaşlarımız Xocalı faciəsini əks etdirən sənədli filmlər, foto-albomlar vasitəsi ilə erməni yalanlarını ifşa edir, qırğınların əsil səbəblərini beynəlxalq ictimaiyyətə açıqlayır.
Ermənilər Xocalıda tökdükləri nahaq qanlar üçün cavab verməli olacaqlar.
Xuraman İsmayılqızı
İki sahil.- 25 fevral.- 2009.- S. 7.