Kitabxana mənəviyyat, bilik, zəka mənbəyidir

 

Milli Kitabxananın direktoru bildirdi ki, dövrü mətbuatın elektron variantı 2009-cu ildə oxucularımıza təqdim edilən ən yeni xidmət üsuludur

 

Ulu öndər Heydər Əliyevin kitabxana işinə böyük qayğısının təzahürü olaraq 1998-ci ildə "Kitabxana isi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmisdir. Bu qanun Azərbaycan kitabxana işinin əsas hüquqi bazasını təmin edərək bu sahədə dövlət siyasətinin əsas prinsiplərini vəzifələrini müəyyənləsdirdi, bu mühüm işin demokratik əsaslar üzərində qurulması inkişaf etdirilməsi üçün perspektiv imkanlar acdi.

Hazırda respublikamızda kitabxana işinin modernləşdirilməsi Prezident İlham Əliyevin fəaliyyət proqramı çərçivəsində həyata keçirilir. Cənab İlham Əliyevin kitabxana işinə qaygısının bariz nümunəsi olaraq onun 2007-ci il aprel ayının 20-də "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncam imzalamasi daha böyük aktuallıq kəsb etmisdir. Bu sərəncama əsasən "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cu illərdə inkişafı üzrə Dövlət Proqramı"nın hazırlanıb həyata keçirilməsi tələb edilir.

M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov Dövlət Proqramının yerinə yetirilməsindən irəli gələrək kitabxana işinin modernləşməsi günün tələblərinə cavab verməsindən danışdı:

- M.F.Axundov adına kitabxanada bu gun 4,5 milyondan artıq kitab mühafizə olunur. Təbii ki, bunların hamısının elektron variantını yaratmaq mümkün deyil, ancaq dünya praktikasında ən çox oxunan tarixi əhəmiyyəti olan kitabların elektron variantı yaradılır. Bu prosesə artıq başlamısıq. Kitabxanamızın saytında elektron kitabxana bölməsi var. Orada bütün elektron variantı yaradılan kitabların bütun tam mətnləri öz əksini tapır. Mindən artıq kitabın elektron variantı hazırlanıb, elektron kitabxanasına daxil edilib ki, oxucular artıq ondan istifadə edirlər. Hal-hazırda qiymətli kitabların da elektron variantı işlənir. Milli Kitabxanada Qafqaz Arxeologiya Komissiyasının 1866-1904-cü ildə çap elədiyi 12 cilddən ibarət çox qiymətli aktlar var ki, bu, Qafqazda yeganə olaraq bizim kitabxanadadır. Onların 6 cildinin elektron variantı hazırlanıb. Bu kitabların yalnız elektron variantı oxuculara verilir, əslini isə mühafizə edib gələcək nəsillərə saxlayırıq. Kitabxanada iki istiqamətdə gedir, həm qiymətli kitabların, qiymətli arxiv materiallarının elektron variantı hazırlanır, eyni zamanda oxucular tərəfindən  çox istifadə olunan kitabların elektron variantının yaradılması prosesi  davam edir.

-Avropa elektron kitabxanasına daxil olmagın üstünlükləri barədə məlumat verərdiniz...                                                                                

- Avropa kitabxanasına biz keçən ildən üzv olmuşuq. Burada əsas üstünlük ondan ibarətdir ki, Avropa kitabxanasına daxll olan 43 ölkənin milli kitabxanalarının oxucuları bizim milli kitabxananın fondundan sərbəst şəkildə, heç bir  ünvan yıgmadan, əlavə linqə müraciət etmədən birbaşa bəhrələnə bilirlər. Həm kitabxanamızın elektron katoloqundan, elektron kitabxanasından, digər elektron məlumat bazalarımızdan birbaşa istifadə edirlər. eyni zamanda bizim Milli Kitabxananın oxucuları da Avropa elektron kitabxanasına daxil olan 43 ölkənin milli kitabxanasının fond katoloqundan maneəsiz olaraq birbaşa istifadə edə bilirlər. Bu, Azərbaycan həqiqətlərinin dunyaya yayılmasına imkan yaradan bir informasiya pəncərəsidir.

- Milli kitabxanaların qarşısında duran vəzifələr, onların avtomatlaşdırılması kitab fondlarının elektron daşıyıcılarına köçürülməsi  məsələlərinə aydınlıq gətirməyinizi xahiş edirik...

- Prezident İlham Əliyevin sərəncami ilə 2010-cu ildən Milli Kitabxanada yenidənqurma, avtomatlaşdırma texnologiyalarının yüksək səviyyədə tətbiqi kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər həyata keçiriləcək. Milli Kitabxanamız 2-3 il ərzində dunyanın ən modern kitabxanası səviyyəsinə qalxacaqdır. Oxuculara xidməti optimallasdırmaq , operativləsdirmək üçün ən yeni texnologiyalardan istifadə olunacaq. Bu istiqamətdə artıq layihələndirmə işləri başa çatıb. Mədəniyyət Turizm Nazirliyinin göstərişi ilə Almaniyadan, Belarusdan, Avstriyadan mütəxəssislər dəvət olunub, layihə işləri həyata keçirilib, son texnologiyaların tətbiqi ilə Milli Kitabxana yenidən qurulacaq. Tamamilə yeni modern kitabxana yaradilacaq.

- Milli Kitabxana cari ilin ötən dövründə hansı yeniliklərə nail olub?

- Dovrü mətbuatın elektron variantı 2009-cu ildə oxucularımıza təqdim etdiyimiz ən yeni xidmət üsuludur. Bu gun respublikada dərc olunan 100 qəzet Milli Kitabxananın elektron bazasına daxil olur. Artıq regionlarda yaşayan insanlar bizim saytımız vasitəsilə qəzetləri gündəlik oxuya bilərlər. Demək olar ki, sayt Azərbaycanın regionlarında, şəhərlərində, kəndlərində eləcə xarici ölkələrdə Azərbaycan mətbuatını əldə etmək çətinliyini aradan qaldırdı.

Milli Kitabxana Bakı şəhər Mədəniyyət Turizm idarəsi ilə birlikdə Bakı şəhərinin kitabxanalarında informasiya mərkəzlərinin acılmasma başlayb. 2009-cu ilin mart ayında Qorki adına Mərkəzi Şəhər Kitabxanasında informasiya mərkəzi açılıb. Hal-hazırda Yeni Günəşli yaşayış massivində kitabxana-klubda informasiya mərkəzi yaradılır. Bu mərkəzlər birbaşa lokal şəbəkədə kitabxananın bütün kommunikasiya xidmətlərinə qoşulur. Yeni Günəşli qəsəbəsində yaşayan hər bir oxucu Milli Kitabxanaya gəlmədən birbaşa lokal şəbəkə vasitəsilə onun bütün xidmətlərindən istifadə edə bilər. Gələcəkdə bu proses bütün kitabxanalara şamil ediləcək. Daha uzaq məsafədə yaşayan əhalinin Milli Kitabxanaya gəlməsinə ehtiyac olmayacaq. Onlar istənilən kitabxana vasitəsilə elektron katoloq, elektron kitabxana, virtual sifarişdən istifadə edəcəklər. Respublikamızda kitabxana quruculugu sahəsində Dövlət Proqramına uygun olaraq son vaxtlar kitabxana işinin səmərəlilik meyarına təsir edə biləcək amillərə uygun əməli tədbirlər həyata keçirilir.

 

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2009.- 2 iyul.- S. 8.