Jurnalistlər üçün master kurs keçirildi
Dünən Mətbuat
Şurası və “Azercell Telekom”
MMC-nin təşkilatçılığı ilə “Biznes xəbərlərin yazılması və redaktəsi: master
kurs” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə
açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu kimi tədbir-seminarların
keçirilməsinin, beynəlxalq
təcrübənin tətbiq
olunmasının vacibliyini vurğuladı. Ə.Amaşov bundan sonra tez-tez jurnalistlərlə bağlı analoji layihələrin
həyata keçiriləcəyini
bildirdi. Onun sözlərinə
görə, bu layihələr ölkəmizdə
jurnalistlərin peşəkarlıq
səviyyəsinin artmasına
xidmət göstərir.
“Azercell Telekom”
MMC-nin Korporativ ünsiyət və korporativ sosial məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə qeyd etdi ki, KİV nümayəndələri
ilə daim sıx əlaqədə olan “Azercell” indiyədək jurnalistlərin
inkişafına yardım edən müxtəlif layihələrə imza atıb. Bu tədbirlər
şirkətin İnkişafı Paylaşmaq Platforması çərçivəsində həyata
keçirilir. Ü.Həsənzadə vurğuladı ki, Azercell
Telekom MMC çalışacaq ki, bundan sonra da
jurnalistlərimizin Qərb
texnologiyası ilə tanışlığında körpü rolunu oynasın.
“Biznes xəbərlərin yazılması
və redaktəsi” mövzusunda təşkil edilən master kurs Kommunikasiya sahəsində
ekspert Aleksandr Straunik tərəfindən
keçirildi. Aleksandr Straunik Avropanın
bir neçə ölkəsində həm jurnalist, həmçinin də kommunikasiya sahəsində müşavir və məsləhətçi
kimi uzun illər çalışıb. Onun keçdiyi seminarın məqsədi biznes xəbərlərin, xəbər
başlıqların yazılması, fakt və rəy
mənbələrin göstərilməsi,
faktın yoxlanılması, o cümlədən internetdən
istifadə edərək,
tədqiqat üsulların əsaslarını tədris etmək üçün məlumatlandırıcı kursun təşkil olunmasından ibarətdir. Kursda həmçinin
korporativ xəbərlərin
yazılması, gündəliyin tərtibatı və korporativ mesajın yerləşdirilməsi kimi mövzular ümumi şəkildə nəzərdən
keçirildi.
Sonda master kurs iştirakçılarına sertifikat və “Azercell” Telekom MMC tərəfindən
xatirə hədiyyəsi
verildi.
Orxan Vahidoğlu
İki sahil.- 2009.- 10 noyabr.- S. 7.