Naxçıvan polşalı tələbələrin gözü ilə

 

Naxçıvan Dövlət Universitetinin genişlənməkdə olan beynəlxalq əlaqələri sərhəd tanımır. Bu dəfə Polşanın Yaqellon Universitetinin tələbələri Tomas Muxa və hüquq ixtisası üzrə sonuncu kurs tələbəsi Maçey Xmeleçki Naxçıvanalmişlər. Universitetin müxtəlif bölmələrinin fəaliyyəti, elm və tədris sahəsindəki yeniliklərlə tanış olan tələbələr müasirliklə qədimliyi özündə yaşadan Naxçıvan şəhəri xüsusən xarici turistlərin böyük marağına səbəb olan Nuh peygəmbərin məzarüstü kompleksi, Heydər Əliyev muzeyi, Tarix muzeyi, Naxçıvanda yerləşən müxtəlif tarixi abidələrlə tanış olmuş və Naxçıvandan xoş təəssüratla ayrılmışlar. Polşaya yüksək təəssüratla qayıdan tələbələr orada Naxçıvanla bağlı konfrans təşkil etmişlər. Konfransda Naxçıvanın tarixi, zəngin mədəniyyəti, ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri fotoslaydların müşayiəti ilə universitetin geniş ictimaiyyətinə təqdim edilmişdir. Naxçıvanla bağlı hazırlanan məruzədən xülasə http://www. ekstrapodroze.pl/wiadomosjı/398-kra-cobraz-po-potopie-slacdo-wisko.html ünvanlı saytda yenişdirilmişdir.

Qeyd edək ki, Polşanın Krakov şəhərində yerləşən Yaqellon Universiteti Avropanın ən qədim universitetlərindən biridir. 12 may 1364-cü ildə III Kazimirin sərəncamı ilə yaradılan universitet 11 kafedra ilə aliyyətə başlamışdır. XV əsrin əvvəllərində kraliça Yadviq və Vladislav Yaqellonun qayğısı ilə öz inkişafının yeni mərhələsinə qədəm qoyan universitet bu dövrdən sonra sözün əsl mənasında universitet kimi formalaşma mərhələsini bitirmişdir. XIX əsrədək müxtəlif adlarla fəaliyyət göstərən universitet bu dövrdən sonra Yaqellonlar sülaləsinin şərəfinə Yaqellon Universiteti adlandırılmışdır. Hal-hazırda 15 fakültə, 46 istiqamət və 127 ixtisas üzrə fəaliyyətini davam etdirən universitetdə 50 mindən çox tələbə təhsil alır.

 

 

Seyid Surə

 

İki sahil.- 2009.- 14 noyabr.- S. 14.