ARDNŞ-nin idarə
və müəssisələrində iməcilik
keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin hər yerində genişmiqyaslı ekoloji tədbirlər həyata keçirilir. Prezidentin
28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair
2006-2010-cu illər üçün
Kompleks Tədbirlər
Planı”nda ARDNŞ-nin üzərinə mühüm vəzifələr qoyulmuşdur.
Dövlət Neft Şirkəti həmin vəzifələrin yerinə
yetirilməsi üçün məqsədyönlü iş aparır. Şirkətin Ekoloji Siyasət
konsepsiyasında nəzərdə
tutulan tədbirlər
müvəffəqiyyətlə həyata keçirilir. Mədən torpaqlarının neftdən çirklənmədən tam həcmdə
təmizlənməsi, mədən
ərazilərində yaşıllıq
zolaqlarının salınması ekoloji tədbirlər sırasında mühüm yer tutur. ARDNŞ-də artıq
ənənə halını
almış iməcilik tədbirlərinin davam etdirilməsi məqsədi
ilə noyabrın 14-də
Şirkətin idarə və müəssisələrində
iməcilik keçirilmişdir.
Məlum
olduğu kimi, ARDNŞ Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərində ekoloji
tarazlığın bərpası, rekultivasiya və reabilitasiya məqsədilə
kompleks tədbirlər
həyata keçirir.
Bibiheybət mədən sahəsinin
təmizlənməsi də
bu baxımdan prioritet sahələrdəndir.
Təsadüfi deyil ki, bu dəfəki
iməcilikdə ARDNŞ Baş
ofisinin, “Azneft” İstehsalat Birliyinin, Sərmayələr İdarəsinin,
Qazma İşləri Trestinin və Ekologiya İdarəsinin əməkçiləri Bibiheybətdəki
neftdən təmizlənmiş
ərazilərdə 7 mindən
çox ağac əkmişlər. Burada şam, sərv, eldar şamı,
zeytun və Abşeron iqliminə uyğunlaşa bilən başqa növ ağaclar
əkmişlər. ARDNŞ prezidenti Rövnəq Abdullayev, Şirkət rəhbərliyinin digər
nümayəndələri iməcilikdə
iştirak etmiş, ağac əkmişlər. ARDNŞ prezidentinə məruzə edilmişdir ki, Bibiheybət ərazisində indiyədək
əkilmiş ağacların sayı 50 minə çatmışdır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il
4 fevral tarixli Sərəncamına əsasən,
Bibiheybətdə çirklənmədən
təmizlənmiş və
yaşıllığa bürünmüş 45 hektarlıq ərazidə ARDNŞ
tərəfindən Neft
Muzeyi yaradılacaqdır. Muzeyin konsepsiyasına görə, onun ərazisinin böyük bir hissəsini
parklar təşkil etməlidir. 2007-ci ildən etibarən Bibiheybət ərazisində
aparılan irimiqyaslı abadlıq işləri həm də bu məqsədə xidmət edir. ARDNŞ prezidenti Rövnəq Abdullayev, Şirkətin digər rəhbərləri
noyabrın 14-də həmçinin
Heydər Əliyev adına Bakı
Dərin Özüllər Zavodunun və Qaz Emalı Zavodunun
kollektivlərinin müəssisələrin
yerləşdiyi Qaradağ rayonu ərazisindən keçən Salyan şossesinin kənarlarında keçirdikləri yaşıllaşdırma və abadlaşdırma işləri ilə də
Nail Rəhimzadə
İki sahil.- 2009.- 17 noyabr.- S. 5.