YAP bələdiyyə üzvlüyünə namizədlər üçün treninqlər keçirir

 

 Qəbələ

 

Dünən Qəbələ rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlər üçün seminar treninq keçirildi.

YAP Qəbələ rayon təşkilatının sədri Qüdrət Səmədov partiya tərəfindən Qəbələ rayonunda bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərin tərkibi haqqında məlumat verdi.

Milli Məclisin deputatı, YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Fəttah Heydərov partiya tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərin təşviqat kampaniyalarını necə qurmaları barədə məsləhətlərini verdi. Namizədlərə gələcək işlərində uğurlar arzulayan F. Heydərov onlara seçiləcəkləri tədqirdəXalqa xidmət naminədevizi altında çalışmağı tövsiyə etdi.

Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Elşən Musayev qeyd etdi ki, cəmiyyətimiz inkişaf etdikcə, istənilən məsələ həllini tapır. E. Musayev namizədlərə seçkilərdə uğurlar arzuladı.

Sonda səlahiyyətli nümayəndələr namizədlərin çoxsaylı suallarını cavablandırdı. Tədbirdə YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov da iştirak edirdi.

 

Oğuz

 

Dünən Oğuz rayonu üzrə YAP tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülən şəxslərin maarifləndirilməsi məqsədilə treninq keçirildi.

Treninqi giriş sözü ilə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq bələdiyyə seçkilərinə hazırlıqla bağlı rayonda aparılan işlər haqqında ətraflı məlumat verdi.

Hər bir seçkinin sınaq olduğunu xatırladan Milli Məclisin deputatı, YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Fəttah Heydərov Yeni Azərbaycan Partiyasının indiyə qədər keçirilən seçkilərdən böyük qalibiyyətlə çıxdığını və bələdiyyə seçkilərində də böyük üstünlük əldə edərək qalib gələcəyinə əminliyini bildirdi.

 

Qobustan

 

Dünən Qobustan şəhəri mədəniyyət evində bələdiyyə üzvlüyünə namizədlərlə seminar-treninq keçirildi. Treninqdə 16 bələdiyyə üzrə YAP Qobustan rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş 142 nəfər və bələdiyyə seçkiləri üzrə Milli Məclisin deputatları, YAP-ın səlahiyyətli nümayəndələri Gülər Əhmədova, Ərəstun Cavadov və YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edirdilər.

Treninqi giriş sözü ilə YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev açaraq bu ilin dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlərdən danışdı. Bildirdi ki, təqvim planına uyğun olaraq bələdiyyə seçkiləri ilə əlaqədar birinci mərhələdə nəzərdə tutulmuş bütün işlər, YAP tərəfindən namizədliyi irəli sürülən nümayəndələr müəyyənləşdirilib. “Siyahı 50 saylı Qobustan-Xızı-Quba Dairə Seçki Komissiyasına təqdim olunmuş, seçici imzaları vaxtında və keyfiyyətlə toplanaraq Dairə Seçki Komissiyasına verilib. Beləliklə, 142 namizədin hər birinin namizədliyi Dairə Seçki Komissiyası tərəfindən qeydiyyata alınıb. Bugünkü treninqin keçirilməsində əsas məqsəd bizim 25 noyabrdan başlayacaq təbliğat-təşviqat kampaniyası dövründə qarşımızda duran vəzifələri, fəaliyyət proqramımızı müəyyənləşdirməkdir.”

Bələdiyyə seçkiləri üzrə YAP-ın səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Ərəstun Cavadov qeyd etdi ki, bələdiyyələrlə ictimaiyyətin birgə fəaliyyəti təmin olunmalı, insanların təklif və arzuları daim nəzərə alınmalı, ərazilərdə abadlıq və yenidənqurma işlərinin aparılması əsas vəzifə kimi qarşıda durmalıdır.” Ə.Cavadov bələdiyyə üzvlüyünə namizədlərə növbəti seçkilərdə uğurlar arzulamaqla onlara seçiləcəkləri təqdirdə əhalinin sosial problemləri ilə ciddi məşğul olmağı tövsiyə etdi.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, bələdiyyə seçkiləri üzrə YAP-ın səlahiyyətli nümayəndəsi Vüqar Rəhimzadə çıxışında qarşıdan gələn bələdiyyə seçkilərində qələbə qazanmaq üzün ciddi hazırlığın vacibliyini önə çəkərək bildirdi ki, deviziXalqa xidmət naminəolan Yeni Azərbaycan Partiyası bu seçkilərdə yüksək fəallıq göstərəcək. Çıxışının sonunda Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi V.Rəhimzadə namizədlərə qarşıdan gələn bələdiyyə seçkilərində uğurlar arzuladı.

Milli Məclisin deputatı, YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Gülər Əhmədova çıxış edərək bildirdi ki, bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olmalıdılar. “Qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi ana diqqətinin, ana ədalətinin bu quruma gətirilməsi deməkdir. İnsanların sosial problemlərini qadınlarımız hamıdan yaxşı duyur dərk edir. Övladlarımızın gələcəyi, cəmiyyətimizin tərəqqisi də qadınların fəallığından çox asılıdır. Qadınların bələdiyyələrdə təmsilciliyinin artması ümumi işin xeyrinə olacaq. Bunu nəzərə alsaq partiyamızın bu qərarının nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini görərik bu addım yüksək qiymətləndirilməlidir.

 

Şamaxı

 

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı bələdiyyə seçkilərinə ciddi hazırlıq görür. Bu münasibətlə dünən YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndələri Şamaxıda treninq keçirdilər.

Bələdiyyələrə namizədlərin və təbliğatçıların iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov bildirdi ki, bir sıra siyasi partiyaların iştirak edəcəyi bələdiyyə seçkilərinə YAP rayon təşkilatı mütəşəkkilliklə hazırlaşır. B.Abbasov Şamaxı rayon ərazisində 37 bələdiyyələr üzrə 301 yerə, 301 nəfər YAP namizədinin 85 saylı Şamaxı dairə seçki komissiyası tərəfindən qeydiyyata alınmasını vurğuladı. YAP Şamaxı rayon təşkilatının sədri qeyd etdi ki, respublika ərazisində müxtəlif rayonlarda bu kimi treninqlər keçirilir. lSeminar-treninqlərin keçirilməsində məqsəd bələdiyyə üzvlüyünə irəli sürülən şəxslərin namizəd kimi səriştələrini artırmaqdır. Eyni zamanda, onların təşviqat kampaniyası zamanı nə kimi addımlar atacağını, seçicilərlə təmas qurması və s. məsələlər izah olunacaq

Millli Məclisin deputatı, YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Gülər Əhmədova bələdiyyə seçkilərində gənclərin rolundan danışaraq bildirdi ki, gənclər cəmiyyətmizin ən aktiv üzvləridir. Bu gün dövlətimizin yaratdığı əlverişli şərait nəticəsində gənclərimiz yüksək səviyyədə təhsil alır və əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək üçün onların qarşısında geniş imkanlar açılmalıdır. Bələdiyyələrdə iştirak da bu imkanlardan biridir. Bu baxımdan dekabrda keçiriləcək bələdiyyə seçkilərində namizədlərimizin arasında gənclər 30-35 faiz təşkil edir.

Bələdiyyə seçkiləri üzrə YAP-ın səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Ərəstun Cavadov dedi ki, Yeni Azərbaycan Partiyası tərəfindən təbliğat və təşviqat fəaliyyəti ilə bağlı istiqamətlər müəyyənləşdirilib.Bu istiqamətlərdən bələdiyyələrin təkmilləşdirilməsi, demokratikləşdirilməsi, hüquqi islahatlar məsələsi, bələdiyyələrin sayının azaldılmasını göstərmək olar. Yerlərdə yerli resurslardan, biznes mühitindən, yerli turizm potensialından, yerli istehsalın artırılmasından, istifadə etməklə bələdiyyə büdcəsinin daha da artırılması məsələsi və digərləri bu istiqamətlərə aiddir.” Millət vəkili ümidvar olduğunu bildirdi ki, YAP-ın namizədləri ölkəmizdə keçirilən digər seçkilərdə olduğu kimi dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də qələbə qazanacaqlar.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahilqəzetinin baş redaktoru, YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi Vüqar Rəhimzadə bildirdi ki, Yeni Azərbaycan Partiyası yeni seçki texnologiyası və cəmiyyətin tələblərini özündə əks etdirən şüarla bələdiyyə seçkilərinə hazırlaşır. Bələdiyyələr yerləşdikləri ərazilər üzrə insanların sosial problemləri ilə maraqlanmalı və həllinə çalışmalıdırlar.

Sonda V.Rəhimzadə Azərbaycanda bələdiyyələrin yerli özünüidarəetmə orqanları kimi fəaliyyətinin təkmilləşmdirilməsi ilə bağlı fikirlərini söyləyərək namizədlərə seçkilərdə qələbə arzuladı.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2009.- 20 noyabr.-S. 5.