Gənclər milli mənəvi ruhda böyüməli, mədəni irsimizi bilməlidirlər

 

Müsahibimiz Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradovdur

 

- Fuad müəllim, Gənclər Təşkilatları Milli Şurası haqqında məlumat verərdiniz....

- Milli Şura 21 noyabr 1995-ci il tarixdə 11 gənclər təşkilatı tərəfindən təsis olunmuş 31 yanvar 1996-cı ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Şuranın məqsədi gənclərin bilik bacarığını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltmək, gənclər üçün bərabər yararlı imkanların yaradılması ilə onların hüquqlarını təmin etmək, gənclərin gənclər təşkilatlarının cəmiyyətdə gedən proseslərdə, xüsusən qərarqəbuletmə prosesində iştirakını yüksəltməkdir. Bundan başqa, gənclər gənclər təşkilatları ilə bağlı siyasətin formalaşdırılmasına müsbət təsir göstərmək üçün milli səviyyədə müstəqil davamlı gənclər təşkilatlarının formalaşdırılması ilə gənclərin təşkilatlanmasına nail olmaq bizim əsas prioritetimizdir.

Milli Şuranın fəaliyyət strategiyası bura üzv təşkilatlar arasındakı əlaqənin möhkəmləndirilməsi, onların birgə əməkdaşlığının stimullaşdırılması, üzv təşkilatlar arasında səmərəli informasiya mübadiləsi şəbəkəsinin gücləndirilməsi, fəaliyyət istiqamətlərinə uyğun olan qısa uzunmüddətli proqram layihələrin hazırlanması həyata keçirilməsidir.

Ölkəmizdə fəaliyyət göstərən hökumət, qeyri-hökumət, ictimai, humanitar, kommersiya təşkilatları, respublika daxilində akkreditə olunmuş xarici ölkə səfirliklərinin Azərbaycanda fəaliyyət göstərən nümayəndələri ilə əlaqələrin inkişaf etdirilməsi gənclər işinin dəstəklənməsi yönümündə lobbiçilik işinin aparılması bizim işimizin tərkib hissəsidir.

- 2009-cu il sizin təşkilat üçün dərəcədə uğurlu olub?

- Biz hər altı aydan bir Milli Şurada baş verən dəyişikliklər, həyata keçirilən layihələr barədə hesabat dərc edirik. Hesab edirəm ki, cari ildə təşkilatımız çox səmərəli fəaliyyət göstərib. İyirmiyə yaxın layihə proqram, 30 müxtəlif aksiya, seminar konfranslar həyata keçirilib. Ən önəmli təbdirlərimizdən biri bu yay ərzində sağlam həyat tərzi ilə bağlı keçirdiyimiz təlim kurslarıdır. Bu il sevindirici məqamlardan biri o oldu ki, biz yeni təmir olunmuş qərargaha yerləşdik. Hazırda böyük bir proqrama start verilib. Bu, gənclər arasında rəy sorğusudur. Artıq 3 rayonda sorğu yekunlaşıb daha 15 rayonda bunun həyata keçirilməsi davam etdiriləcək. Bu isə bizə gələcəkdə gənclərlə əlaqəli layihələrin həyata keçirilməsində yardımçı olacaqdır. Həmçinin, KİV nümayəndələri üçün təlim - düşərgənin təşkil olunması daha bir uğurumuzdur. Oktyabr ayının 27-də Avropa gənclər təşkilatı konsorsimu çərçivəsində 18 gənc ölkəmizə gələcək Avropada miqrasiya problemləri mövzusunda tədbir keçiriləcəkdir. Bu, 3 illik bir layihədir. Layihədə bizim tərəfdaşlarımız Avropa Gənclər Forumu, Avropa Komissiyası, Gənclər İdman Nazirliyidir.

- Milli Şurada birləşən gənclər təşkilatları ilə beynəlxalq əlaqələrin yaradılması istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Azərbaycan gənclərinin müasir dünyaya inteqrasiyasını təmin edən beynəlxalq layihələr-mübadilə, təlim, konfrans, seminar, debat, simpozium, festival, dəyirmi masa, dil kursları, təcrübə kursları, tanışlıq səfərləri s. bu qəbildən olan proqramların həyata keçirilməsi, ölkəmizin ərazi bütövlüyünün tanınması istiqamətində işlərin aparılması, müxtəlif beynəlxalq səviyyələrdə bu məsələnin qaldırılması bizim apardığımız işlər sırasındadır.

2007-ci ildə Avropa Gənclər Forumunun ölkəmizdə tədbiri oldu. İlk dəfə idi ki, bu təşkilat Avropa Birliyinə üzv olmayan ölkədə öz tədbirini keçirirdi. Burada bizim gənclər təşkilatları da iştirak edirdi. Onların bu tədbir çərçivəsində beynəlxalq əlaqələr qurması üçün şərait yaradıldı. Həmçinin biz gənclərimizi Avropada keçirilən tədbirlərə göndəririk. Bu yaxınlarda bizim təşkilatın üzvləri Belçikada oldular. Biz çalışırıq ki, mövcud beynəlxalq təşkilatlarla əlaqələrin intensivləşdirilməsini təmin edək. Elm, təhsil, din, mədəniyyət, idman, mənəviyyat hərbi-vətənpərvərlik sahəsində fəaliyyətlərin inkişaf etdirilməsi, gənclərin sülh quruculuğu konfliktlərin həlli istiqamətində fəaliyyətinə yönəlmiş işin aparılması, mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində gənclər işinin təşkil edilməsi, gənclərin sağlamlığı ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində işlərin aparılması, xüsusilə narkomaniya, AİDS kimi problemlərə qarşı gənclərin mübarizə strategiyasının müəyyənləşdirilməsi, gənclərin işsizlik probleminin aradan qaldırılması, gənc sahibkarların dəstəklənməsi istiqamətində beynəlxalq əlaqələr qururuq.

- Gənc millət vəkili Fuad Muradov Milli Məclisdə gənclərlə bağlı kimi təkliflər verir?

- Biz hazırda gənclərin sağlamlığı istiqamətində aparırırq. Parlamentdə gənc millət vəkillərinin qrupu var. Biz çalışırıq ki, gənclərin sosial müdafiəsi, sağlamlıq məsələləri istiqamətində işləri həyata keçirək. Bu iki problem qanun şəklində öz əksini tapmalıdır. Bu həm gənclərin səhiyyə ilə bağlı problemləri - HİV, narkomaniya, alkaqol kimi zərərli vərdişlərin aradan qaldırılması həm onların sosial müdafiəsidir. Burada əsas məqsəd gənclərin ilkin olaraq yerləri tapmalarına qədər onlar üçün stimulverici layihələri həyata keçirtməkdir.

- Qarşıdan bələdiyyə seçkiləri gəlir. Gənclərin bu seçkilərdə fəal iştirakını təmin etmək üçün işlər görürsünüz?

- Cari ildə keçirilən referendum ərəfəsində Milli Şuranın ilk dəfə səs verən gənclərlə bağlı bir layihəsi oldu. Bu çox yaxşı nəticə verdi. Bu seçkilərdə bizim layihələrimiz var. Burda biz böyük bir müşahidəçi qrupu yaratmaq niyyətindəyik.

- Akademik Ramiz Mehdiyevin televiziyalarla bağlı məqaləsi cəmiyyətdə müsbət qarşılandı. Televiziyaların gənclərə təsiri böyükdür....

- Mən əvvəlcə bu məqaləyə görə akademik Ramiz müəllimə Azərbaycan gəncləri, Milli Şura adından öz təşəkkürümü bildirirəm. Mən bu məqələni diqqətlə oxumuşam gənclərə oxumağı tövsiyə etmişəm. Bugünkü Azərbaycan gənclərinə təhlükə yarada biləcək məsələlər bu məqalədə tənqid olunur. Mənəviyyata xidmət etməyən yalnız şoudan ibarət olan proqramların yayımlanması yolverilməzdir. Məqalədə çox gözəl vurğulanmışdır ki, gənclər milli-mənəvi ruhda böyüməli, mədəni irsimizi bilməlidirlər. Artıq bəzi nəticələr var. Kanallar bu istiqamətdə işlər aparır. Bu proses davam etdirilməli, kanallar yeni strategiya ortaya qoymalıdır.

 

 

Orxan Əli

 

İki sahil.- 2009.- 15 oktyabr.- S. 7.