Dövlət müstəqilliyi Milli
sərvətimizdir
Xalqımızın çoxəsrlik tarixinin ən parlaq günlərindən
biri olan Dövlət Müstəqilliyi gününü
qeyd edərkən
respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş insanların ruhu qarşısında baş əyir,
Tanrıdan onlara rəhmət
diləyirik!
Xalqımız
bir əsrdən də çox müddətdə milli azadlıq, müstəqillik
qazanmaq arzusunda olmuşdur. Ancaq təəssüflər olsun ki, xalqın,
ölkənin gələcəyi barədə düşünə bilməyən
insanlar 1991-ci ildə belə bir fürsət yarandığı zaman ulu öndərin
sözləri ilə desək, lbundan nəinki istifadə etməmişdilər,
hətta istifadə etməkdən imtina etmişdilər.»
O
dövrə qısa bir nəzər yetirək. 1991-ci ildə SSRİ
dağılanda bir sıra respublikalar öz müstəqilliklərini elan edəndə
Azərbaycan hakimiyyəti referendum keçirərək xalqın guya 76
faizinin Sovet İttifaqının saxlanması tərəfdarı olduğunu bildirdi. Bununla
belə, müstəqillik, azadlıq!- hayqırtıları ilə meydanlara axışan
xalqın ağzını yummaq üçün sentyabrın 8-də Ali Sovetin sessiyasında Azərbaycanın
dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə
qəbul edildi. Həmin bəyannamə iki həftə ərzində
dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini
nəzərdə tutsa da hakimiyyətin səriştəsizliyi
üzündən 48 gün, yəni oktyabrın 18-nə qədər, onun dərc
olunması isə 20 gün yubadıldı.
Bütün
bunlar göstərir ki, respublikanın o zamankı rəhbərləri dövlət
müstəqilliyinə var gücü ilə müqavimət göstərir və
onun artıq dağılmış SSRİ-dən çıxmasına hər vəchlə mane
olurdu. Məlum həqiqətdir ki, müstəqilliyin ilk illərində
Azərbaycanın başına gələn ağır bəlaların, o cümlədən,
torpaqlarımızın Ermənistan tərəfindən işğalının əsas səbəbi,
hətta dövlət müstəqilliyinin uçurum ağzına çatdırılması məhz
Vəzirov, Mütəllibov kimi lrəhbərlərin», AXC-Müsavat
başçılarının ölkənin, xalqın taleyinə biganəliyi, səriştəsizliyi,
səriştəsiz fəaliyyətlərinin məntiqi nəticəsi
idi. Xalq belə vəziyyətdən yeganə çıxış yolunu görkəmli
siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə
gördü. Ulu öndər Heydər Əliyev xalqın tələbinə, dövlət
müstəqilliyinin qorunub saxlanmasına biganə qalmayaraq 1993-cü ilin
iyun ayında Bakıya gəldi. İyunun 15-də onun respublika rəhbəri
seçilməsi ilə müstəqil dövlətçilik tarixinin yeni dövrü
başlandı. Lakin dövlət müstəqilliyini gözü götürməyən,
hakimiyyətə silah gücünə can atan qüvvələr Azərbaycanın
azad, müstəqil şəraitdə yaşaması üçün Heydər Əliyevin
göstərdiyi səylərə hər vəchlə mane
olurdular. Bununla belə, ulu öndər iqtisadiyyatın inkişafına, xarici
şirkətlərin Azərbaycana cəlb olunmasına, ordu quruculuğuna
böyük diqqət yetirirdi. Belə ardıcıl səylər nəticəsini
verdi. Dünyanın tanınmış şirkətləri ilə neft müqavilələri
imzalandı, müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul
edildi, prezident və parlament seçkiləri keçirildi, hüquqi dövlət
quruculuğunu sürətləndirmək üçün qanunlar təsdiq olundu. Bütün
bunlar ölkəmizin beynəlxalq nüfuzunu gücləndirdi, Azərbaycan
dünyanın nüfuzlu təşkilatlarına üzv qəbul edildi.
Ulu
öndərin dediyi bir fikir o illəri göz önünə gətirir 1991-ci
ildə tarixi zərurətdən qazanılmış dövlət müstəqilliyi
Azərbaycan xalqı üçün tarixi hadisə idi. Müstəqilliyin qorunub
saxlanmasını onun əldə edilməsindən daha çətin
olduğunu dəfələrlə bəyan etmiş ulu öndərv Heydər
Əliyev deyirdi: lBiz bütün bu çətinliklərdən keçdik, bütün
maneələrin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə
layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini
qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik.
Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan
sonra da yaşadacağıq!»
Dövlət
müstəqilliyinin qorunub möhkəmləndirilməsi üçün ulu öndərin
göstərdiyi fəaliyyət bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoyub. Neft-qaz
layihələrinin uğurla icrası, hakimiyyətin bacarıqlı əllərdə
olması, ölkəmizin sülhsevər siyasətə sadiqliyi,
iqtisadiyyatın inkişafına görə Azərbaycanın dünyada ön mövqeyə
çıxması ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz
qazandırıb.
Son
5 ildə Azərbaycanın dünyada mövqeyi möhkəmlənmiş, nüfuzlu
xarici dövlətlərin ölkəmizlə iş birliyi qurmaq istəyi
artmışdır. ABŞ Prezidenti Barak Obamanın iki gün əvvəl 18 oktyabr
ÜDövlət Müstəqilliyi günü münasibətilə Azərbaycan
Prezidenti İlham Əliyevə göndərdiyi təbrik teleqramında
deyilən fikir məhz ölkəmizlə əməkdaşlığı davam
etdirmək istəyinin ifadəsidir. Digər dövlətlərin
başçılarından gələn təbrik teleqramlarında da bu istək
xüsusi vurğulanır.
Hər
bir Azərbaycan vətəndaşı üçün əziz olan dövlət müstəqilliyi
bütövlükdə xalqımızın ən böyük milli sərvətidir. Əsrlər
boyu müstəqillik həsrətində olan xalqımız milli azadlığını
görüb sevinir, özünü dünyanın xoşbəxt xalqlarından biri hesab edir.
Müstəqillik
günün mübarək, Azərbaycan!
Telman Qafar
İki sahil.- 2009.- 17 oktyabr.- S. 4.