HİKMƏTLİ SÖZLƏR
* Ən
insani davranış bir insanın utanılacaq bir duruma
düşməsinin qarşısını almaqdır.
*
Böyük adamların xətaları günəş
tutulmasına bənzəyir.
Onları hamı görür.
*
Boş zaman yoxdur, boşa keçən zaman var.
*
Keçmişimizə daş atmayaq ki, gələcəyimiz
bizi topa tutmasın.
*
Böyük insanlar hadisələri, dahi insanlar isə nəticələri
düşünür.
*
Dünyanı dəyişdirmək istəyirsinizsə,
özünüzü dəyişdirin.
* Nə
qədər az yüksəkdən uçsan,
düşdüyün zaman az inciyərsən.
*
Allahın gülü yaratdığına heyrət etdiyiniz yerdə,
tikanlar arasında gül yaratdığına heyrətlənin.
* Dil
sümükdən olmasa da çox sümükləri
sındırır.
*
Ağzından bal axan hər bir arının unutma ki,
quyruğunda iynəsi vardır.
*
Axmaq qabaqda durur ki, hamı onu görsün, ağıllı
arxada durur ki, o hamını görsün.
*
Ömür stansiyasız bir qatardır, nə vaxt
dayanacağını heç kəs bilmir.
*
Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə
dost olma:
* Sənin
arxanca gülsələr, üzülmə... Təki, arxanca,
ağlamasınlar..
* Bu
qısa ömrü əbədi həyatmış kimi
yaşamaq lazımdır.
*
Böyük işlər görmək üçün elə
yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən.
*
Maddi və mənəvi problemləri özünə dərd
eləməyən insanın həyatı xoş keçər.
* Bir
düşməni bağışlamaq bir dostu
bağışlamaqdan daha asandır.
* Bir
qadının üzündəki ifadə, əyninə
geyindiyi paltardan daha önəmlidir.
* Bir davada birinci
sən vur və sərt olsun.
* Biri şəni qucaqladığında ilk olaraq
onun qollarını boşaltmasını gözlə.
* Kiməsə heç vaxt səni sevirəm demək fürsətini hes
vaxt qaçırma.
* Heç vaxt özünüzə yaxşı
deməyin, inanmazlar, heç vaxt pis deməyin, şişirdərlər.
* Bu qün həll edə bilmədiyiniz bir problemin səbəbi,
dünən onu doğru etmək üçün vaxt ayırmamağınızdadır.
* Böcək olmağı qəbul edənlər, əziləndə şikayət
etməməlidirlər.
* Böyük xoşbəxtliklər,
böyük əziyyətlərin
başı üstündədir.
* Çarəsiz qaldığınızda
bilin ki, yenə tək çarə özünüzsünüz!
* Cəsarət ölməklə
yox, yaşamaqla ölçülür.
* Cəsur ol. Olmasan da elə görün.
Heç
kəs aradakı fərqi anlamaz.
* Nəhənglər kimi əsər vermək üçün qarışqalar
kimi çalışmaq
lazımdır.
* Dinləməyi öyrən.
Bəzi fürsətlər qapını
yavaşca tıqqıldadar.
* Dostu da sevərəm,
düşməni də.
Çünki dost gücüm,
düşmən isə
tapşırığımdır.
* Düşmənlərin ən
böyüyü düşmənliyini
gizlədəndir.
* Düşüncəniz nədirsə,
həyatınız da
odur, həyatınızın
gedişini dəyişdirmək
istəyirsinizsə, düşüncələrinizi
dəyişdirin.
* Düşünmədən öyrənmək
vaxt itirməkdir.
İmpuls.- 2011.- 14 yanvar.- S.16.