Fransa
Respublikasının Dövlət Maliyyə Baş
Direktorluğunun nümayəndə heyəti Vergilər
Nazirliyində olmuşdur
Josaine Lanteri: "Mən
səfər müddətində Vergilər Nazirliyinin
böyük və məsuliyyətli işin öhdəsindən
necə uğurla gəldiyini gördüm"
Bu günlərdə Fransa
Respublikasının Dövlət Maliyyə Baş
Direktorluğunun nümayəndə heyəti Vergilər
Nazirliyində olmuşdur. Nümayəndə
heyətinə Dövlət Maliyyə Baş Direktorluğunun
Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi
xanım Josaine Lanteri və həmin idarənin rəis
müavini Francois Plessieri daxil idi. Qeyd edək ki, səfər
Azərbaycan Respublikasının Vergilər Nazirliyi və
Fransa Respublikasının Dövlət Büdcəsi,
Mühasibatı, Qulluğu və İslahatı Nazirliyinin
Dövlət maliyyə Baş İdarəsi (hazırda
Dövlət Maliyyə Baş Direktorluğu) arasında
imzalanmış texniki əməkdaşlıq sazişi
çərçivəsində həyata
keçirilmişdir. Səfərin əsas məqsədi
iki ölkənin vergi orqanları arasında
qarşılıqlı tanışlıq və vergitutma sahəsində
təcrübə mübadiləsinin aparılması
olmuşdur.
Səfərin
birinci günü nümayəndə heyətinə Azərbaycanın
vergi sistemi və nazirlikdə həyata keçirilən
elektron xidmətlər barədə ətraflı məlumat
vermək üçün təqdimat keçirilmişdir. Təqdimatda vergilər
nazirinin müşaviri, baş vergi xidməti müşaviri Asəf
Əsədov, Kommersiya hüquqi şəxslərin dövlət
qeydiyyatının təşkili və iqtisadi təhlil Baş
İdarəsinin rəis əvəzi, vergi xidməti
müşaviri Rauf Namazov, Vergi ödəyicilərinə xidmət
idarəsinin rəisi, baş vergi xidməti müşaviri
Elçin Məmmədov, Beynəlxalq münasibətlər
idarəsinin rəisi, baş vergi xidməti müşaviri
İlqar Əkbərli və qonaqlar iştirak etmişlər.
Təqdimat
zamanı Vergilər Nazirliyində tətbiq olunan elektron xidmətlər
barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki,
2006-cı ildən etibarən Vergilər Nazirliyində tətbiq
olunan Avtomatlaşdırılmış Vergi İnformasiya
Sisteminin (AVİS) tətbiqi vergi
inzibatçılığında əsaslı dəyişikliklərə
gətirmiş, vergi sistemində sənəd dövriyyəsinin
elektron formata keçirilməsinə, məlumatların
işlənməsi sürətinin dəfələrlə
artmasına, operativ və çevik vergi nəzarətinin
qurulmasına, digər qurumlarla inteqrasiyaya yol
açmışdır. Sonra Vergilər Nazirliyi
tərəfindən ƏDV depozit hesabının və elektron
vergi hesab-fakturalarının tətbiqindən
danışılmış və bu sistemlərin üstün
cəhətləri barədə qonaqlara məlumat
verilmişdir. Görüşdə həmçinin
Vergilər Nazirliyində fəaliyyətin və işçilərin
qiymətləndirilməsi sistemi barədə də ətraflı
məlumat verilmişdir. Qeyd olunmuşdur
ki, bu sistem vasitəsilə Vergilər Nazirliyinin rəhbərliyi
üçün həm nazirliyin strukturları, həm də
işçilərin qiymətləndirməsinə imkan
yaranmışdır.
Tədbirdə
qonaqlara Azərbaycanda tətbiq olunan vergilər, Vergilər
Nazirliyinin strukturu və fəaliyyəti, vergi ödəyicilərinə
göstərilən xidmətlər, nazirlikdə tətbiq
olunan son nəaliyyətlər barədə təqdimatlarla ətraflı
məlumat verilmişdir. Vergilər Nazirliyində struktur
islahatlarından danışılarkən Bakı Şəhər
Vergilər Departamentinin strukturuna edilmiş son dəyişikliklərin
əhəmiyyəti vurğulanmışdır. Bununla bərabər, vergi ödəyicilərinə
göstərilən müasir xidmətlər ətraflı
qeyd olunmuşdur. Vergilər Nazirliyinin
"195" telefon məlumat xidməti barədə məlumat
verilmiş və qeyd edilmişdir ki, ötən ilin sentyabr
ayında bu telefon məlumat xidmətinə İqtisadi
İnkişaf Nazirliyi də qoşulmuşdur. Gələcəkdə "195" telefon məlumat
xidmətinin bütün dövlət orqanlarını əhatə
etməklə vahid "
Sonra nümayəndə
heyətini maraqlandıran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Günün
ikinci yarısında Azərbaycan Respublikasının Vergilər
Nazirliyi və Fransa Respublikasının Dövlət Maliyyə
Baş Direktorluğu arasında imzalanmış texniki əməkdaşlıq
sazişində nəzərdə tutulmuş məsələlər
və hər iki ölkənin vergi orqanlarının əməkdaşlığının
gələcək perspektivləri müzakirə olunmuşdur. Görüş zamanı
Dövlət Maliyyə Baş Direktorluğunun Beynəlxalq əməkdaşlıq
idarəsinin rəisi Josaine Lanteri Vergilər Nazirliyində tətbiq
olunan elektron layihələrin onlarda böyük maraq
doğurduğunu və bununla əlaqədar vergi orqanları
arasında fikir mübadiləsinin aparılması, həmçinin
təcrübənin öyrənilməsi məqsədilə
qarşılıqlı səfərlərin təşkil edilməsinin
böyük əhəmiyyət
daşıdığını qeyd etmişdir.
Vergilər nazirinin
müşaviri Asəf Əsədov Vergilər Nazirliyində həyata
keçirilən islahatlardan danışmış və
informasiya texnologiyalarının son nailiyyətlərinin vergi
inzibatçılığına tətbiqinin bir çox beynəlxalq
təşkilatların, o cümlədən Dünya Bankı,
Beynəlxalq Valyuta Fondu, Avropa Birliyinin böyük
marağına səbəb olduğunu nümayəndə heyətinin
diqqətinə çatdırmışdır. Bildirilmişdir
ki, bu yaxınlarda Şamaxı rayonunda Vergilər Nazirliyinin Tədris
Mərkəzinin yeni inzibati binası istifadəyə veriləcək.
Asəf Əsədov Tədris Mərkəzinin
yeni inzibati binasında ildə 400-500 nəfərin
iştirakı ilə müxtəlif mövzularda treninqlərin
keçiriləcəyini vurğulamışdır. İstifadəyə veriləcək Tədris Mərkəzində
Vergilər Nazirliyi və Dövlət Maliyyə Baş
Direktorluğu tərəfindən hər iki ölkənin
vergi orqanlarını maraqlandıran mövzular ətrafında
müzakirələrin aparılması üçün birgə
treninqlərin keçirilməsinin mümkünlüyü də
bildirilmişdir.
Səfərin
ikinci günü Dövlət Maliyyə Baş
Direktorluğunun nümayəndə heyəti Vergilər
Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentində
və Bakı Şəhər Vergilər Departamentinin Kommersiya
hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində
olmuşlar. Burada
qonaqlara kommersiya hüquqi şəxslərin dövlət
qeydiyyatının "bir pəncərə" prinsipi ilə
aparılması, Vergilər Nazirliyi tərəfindən iri
vergi ödəyiciləri ilə işlərin qurulması və
onlara göstərilən xidmətlər barədə məlumat
verilmişdir. Qeyd olunmuşdur ki, 2008-ci ilin yanvar ayının
1-dən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin müvafiq sərəncamına uyğun
olaraq kommersiya hüquqi şəxslərin dövlət
qeydiyyatının "bir pəncərə" prinsipi ilə
aparılmasına başlanmışdır.
Sonra nümayəndə
heyətinə kommersiya hüquqi şəxslərin
qeydiyyatı prosedurları əyani surətdə göstərilmişdir.
Həmin gün fransalı
nümayəndə heyəti Vergilər Nazirliyi yanında
Xüsusi Rejimli Vergi Xidməti Departamentinin fəaliyyəti ilə
də yaxından
Qeyd edək ki, səfər
müddətində nümayəndə heyəti
Bakının görməli yerlərini gəzmiş, "Azəriilmə"
müəssisəsində Azərbaycanın qədim
xalçaçılıq sənəti ilə yaxından
Nümayəndə heyətinin
görüşləri başa çatdıqdan sonra səfər
təəssüratları barədə məlumat almaq
üçün bizi maraqlandıran suallarla Fransa
Respublikasının Dövlət Maliyyə Baş
Direktorluğunun Beynəlxalq əməkdaşlıq idarəsinin
rəisi xanım Josaine Lanteriyə müraciət etdik:
- Xanım Lanteri, səfərinizin
məqsədi və Azərbaycan Respublikasının Vergilər
Nazirliyi ilə Fransa Respublikasının Dövlət Maliyyə
Baş Direktorluğu arasındakı əlaqələr barədə
nə deyə bilərsiniz?
- Hələ bir neçə
il öncə Vergilər Nazirliyinin
nümayəndələri ilə görüşümüz
zamanı fikir mübadiləsi aparmış və
razılığa gəlmişdik ki, iki ölkənin vergi
orqanları arasında saziş imzalansın. Həmin
saziş ötən ilin dekabr ayında imzalandı və biz də
öz növbəmizdə çalışırıq ki,
sazişdən irəli gələn vəzifələri yerinə
yetirək. Qeyd etmək istərdim ki,
ölkələrimizin vergi orqanları arasındakı əlaqələr
hazırda çox yüksək səviyyədədir və
çalışacağıq ki, əməkdaşlığımızı
daha da inkişaf etdirək. Hesab edirəm
ki, maliyyə və vergi orqanlarının əməkdaşlıq
etməsi təcrübə mübadiləsi aparılması
baxımından vacibdir. Bu baxımdan
Dövlət Maliyyə Baş Direktorluğu ilə Vergilər
Nazirliyi arasında əməkdaşlıq edilməsi və təcrübə
mübadiləsinin aparılması böyük əhəmiyyət
kəsb edir. Səfər çərçivəsində
keçirilən görüşlərdə həm bizim, həm
də Vergilər Nazirliyi üçün bir neçə
maraqlı məsələ oldu ki, gələcəkdə
bununla əlaqədar müzakirələrimizin davam etdirilməsi
qərara alındı. Azərbaycanda Vergilər Nazirliyi
tərəfindən tətbiq olunan ƏDV-nin depozit hesabı və
elektron vergi hesab-fakturalarının tətbiqi, işçilərin
və menecerlərin fəaliyyətinin qiymətləndirilməsi
sistemi ilə yaxından
- Azərbaycan
Respublikasının Vergilər Nazirlyində həyata
keçirilən islahatlar və yeniliklər Sizdə hansı
təəssürat yaratdı?
- Mən bu səfər müddətində Vergilər Nazirliyinin böyük və məsuliyyətli bir işin öhdəsindən necə uğurla gəldiyini gördüm. Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin yüksək səviyyədə təşkil olunduğunun şahidi olduq və biz də bütün dövlətlər kimi, göstərilən xidmətlərin səviyyəsinin daim artırılmasına çalışırıq. Xüsusilə kommersiya hüquqi şəxslərin qeydiyyatının "bir pəncərə" prinsipi ilə aparılması, "195" telefon məlumat xidməti vasitəsilə Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətləri qeyd etmək vacibdir. Vurğulamaq istərdim ki, Vergilər Nazirliyi vergi ödəyicilərinə yüksək səviyyədə xidmət göstərməklə bərabər, vergi qanunvericiliyinin pozulması halları ilə də ciddi mübarizə aparır. Eyni zamanda, Vergilər Nazirliyində əməkdaşların və menecerlərin qiymətləndirmə sisteminin yüksək səviyyədə təşkil olunduğunu müşahidə etdik. Vergilər Nazirliyi tərəfindən görülən bütün işlər həqiqətən də yüksək qiymətləndirilməlidir.
- Vergilər
Nazirliyi ilə Fransa Respublikasının Dövlət Maliyyə
Baş Direktorluğu arasındakı əməkdaşlığın
gələcək perspektivləri barədə nə deyə
bilərsiniz?
Eyni zamanda, müsbət təcrubə sahəsində əməkdaşlıq
imkanlarını necə qiymətləndirirsiniz?
- Yaxın zamanlarda vergi əməkdaşlarının tədrisi ilə bağlı müzakirələrə başlamağı nəzərdə tuturuq. Eyni zamanda, Vergilər Nazirliyi tərəfindən tətbiq olunan ƏDV-nin depozit hesabı və elektron vergi hesab-fakturalarının tətbiqi, həmçinin işçilərin və menecerlənin qiymətləndirilməsi və təkmilləşdirilməsi, iri vergi ödəyicilərinə göstərilən xidmətlər bizim böyük marağımıza səbəb olmuşdur. Bununla əlaqədar, ölkələrimizin vergi orqanları əməkdaşlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsi nəzərdə tutulur. Biz də öz növbəmizdə Vergilər Nazirliyinin nümayəndələrini Fransada görməkdən məmnun olardıq.
- Xanım Lanteri, Bakı
haqqında təəssüratlarınız…
- Azərbaycanın
paytaxtı bizi çox valeh etdi, xüsusilə şəhərin
qədim yerlərini vurğulamaq istərdim. Biz səfərimiz
müddətində Azərbaycanın qədim tarixini
özündə əks etdirən Bakının qədim Qala
divarları, İçərişəhər, Karvansarada olduq
və bu zaman özümüzü Azərbaycanın qədim
dövründə hiss etdik. Azərbaycan
xalçalarını isə xüsusilə vurğulamaq istərdim.
Səfər çərçivəsində imkan tapıb
"Azəriilmə" müəssisəsində Azərbaycanın
qədim xalçaçılıq sənəti ilə
yaxından tanış olduq. Bu tanışlıq məndə
Azərbaycan haqqında çox gözəl təəssüratlar
yaratdı.
Sonda bir daha qeyd etmək istərdim ki, Azərbaycanın paytaxtı çox gözəldir və mən Bakıya bir daha səfər etmək, şəhərlə daha yaxından tanış olmaq istərdim.
Əliyev Toğrul
İqtisadiyyat. -2010. – 23-29 aprel. –
S.3.