Duz bazarının «duzu» özünə qayıdacaq?

 

Kimyada natrium xlor olaraq bilinən, insan digər canlıların qida qaynaqlarından olan duz, ticarət baxımdan da əsrlər boyu əhəmiyyətli bir maddə olmuşdur. Duz üstündə dünyada müharibələr olmuş, bir çox dövürlərdə əsgərlər işçilərin maaşları əvəzinə duz verilmişdir. Bu gün isə duzun dərman istehsalından, buz tutan yolların açılmasından, suyun yumşadılmasından, sabun istehsalına qədər 14 min növ istifadə sahəsi vardır.

Ölkəmizdə duza olan tələbat isə daxili istehsal idxal hesabına ödənilir. Yerli duz kimi Naxçıvanda Duz dağından Abşeron yarımadasında olan göllərdən yığılan duzlardan istifadə olunur. Xairicdən isə duz əsasən Ukrayna, Rusiya Türkiyədən gətirilir.

Azərbaycanın yodlaşdırılmış duza illik tələbatı 35-40 min ton təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2008-ci ildə ölkəmizdə 4,5 min ton yodlaşdırılmış duz istehsal olunub. Buradan aydın görünür ki, illik tələbatın böyük əksəriyyəti idxal saxta duz istehsalı hesabına ödənilib.

Aparılan yoxlamalar sübut edib ki, satışda olan duzların əksəriyyəti yodlaşdırılmamış şəkildə əhaliyə təklif olunur. Xüsusilə, saxta duz məhsulları bazarda "ayaq açıb yeriyir". Yodlaşdırılmamasından əlavə, adi sanitar tələblərə cavab verməyən bu məhsullar, əsasən xarici brendlərin təqlidi yolu ilə qablaşdırılaraq satışa çıxarılır.

Yodlaşdırılmamış şəkildə istehsal olunan duzlar insan sağlamlığı üçün böyük təhlükələr yaradır. Duzda yodun olmaması zob, cinsi zəiflik, uşaqlarda uşaqların əqli fiziki inkişafdan qalması, hamilə qadınlar arasında erkən doğuş xəstəliyinin yaranmasına səbəb ola bilər. Təhlükənin böyüklüyü dövləti bir sıra addımlar atmağa vadar etdi. İlk dəfə "Ərzaq təhlükəsizliyi proqramı"nda yodlaşdırılmamış duzdan istifadənin zob xəstəliyinin yayılmasına səbəb olduğu göstərildi Səhiyyə Nazirliyinə yod çatışmazlığı ilə bağlı xəstəliklərin qarşısının alınmasına dair milli standartın işlənməsi, xörək duzunun yodlaşdırılması yodlaşdırılmış duzun idxalı üzərində nəzarətin digər tədbirlərin həyata keçirilməsi tapşırıldı. 2001-ci ildə isə "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunu" qəbul olunmuşdur. Həmçinin normativ-texniki sənədlərlə duzda yodun miqdarı müəyyənləşdirilib. Həmin sənədlərə əsasən, 1 qram duzda 30-50 mikro qram yod olmalıdır. Duzun gündəlik istehlakının optimal miqdarı isə 6 qr-dan artıq olmamalıdır. Qeyd edək ki, insanlar tərəfindən istehlak olunan duzun 80%-i hazır məhsullar vasitəsi ilə qəbul edilir.

Qanunvericiliyin təkmilləşdirilməsi, normaların müəyyən olunması problemin həllinə elə böyük təsir etmədi. Aşkarlanan gizli sexlər, saxta məhsul istehsalı sahələri göstərir ki, keyfiyyətsiz duz istehsal etməyə hələ maraq böyükdür. Xaricdən gətirilən xörək duzlarının qiymətinin yüksək olması saxtakarlığa stimul verən amillərdəndir. Həmçinin, ölkəmizdə müasir avadanlıqlarla təchiz olunmuş istehsal müəssisəsinin olmaması, bazarın xarici keyfiyyətsiz saxta məhsullar tərəfindən zəbt olunmasında böyük rol oynamışdır.

Deyəsən, 5 min ildən artıq duzçıxarma mədəniyyəti olan Azərbaycan xalqının bu gün yodlaşdırılmamış, saxta duz istehsalından can qurtaracağı günün sonu görünür. Vətəndaşların yodlaşdırılmış, keyfiyyətli duz ilə təminatını yaxşılaşdırmaq məqsədilə Abşeron rayonunun Masazır qəsəbəsində yodlaşdırılmış rafinadlaşdırılmış qida duzu zavodu inşa olunur. "Azərbaycan İnvestisiya Şirkəti" ASC "Azərsun Holdinq" MMC-nin birgə əməkdaşlığı ilə tikilən müəssisə ildə 60 min tona yaxın duz istehsal edə biləcək. 2010-cu ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılan zavod Azərbaycanda yodlaşdırılmış duza olan tələbatın ödənilməsinə imkan yaradacaqdır.

Dünya miqyasında istehsal olunan 200 milyon ton duzun 7 %-i mətbəxtlərdə tükədilir. İstifadə edilən bu az miqdar belə, sağlamlığımız üçün olduqca önəmlidir. Buna görə, istehsal olunduğu gündən sonra 9 ay yararlılıq müddəti olan, quru, sərin qaranlıq yerdə qorunacaq duzu həm alarkən, həm saxlayarkən diqqətli olmalıyıq.

 

 

Seymur Yunusov

 

İqtisadiyyat. -2010. – 23-29 aprel. – S.6.