Orta ixtisas
təhsili-yeniləşmə, modernləşmə mərhələsində
Respublikamızda son illər baş verən iqtisadi yüksəliş və tərəqqi dalğası
bütün sahələrin,
o cümlədən təhsilin
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymasına səbəb
olmuşdur. Dövlət Proqramlarının uğurla icrası sosial həyatın bütün sahələrində
böyük canlanma yaratmış, illərlə
yığılıb qalan
bir sıra problemlərin aradan qaldırılmasına real imkanlar
açmışdır. Ayrı-ayrı mənbələrdən ayrılan maliyyə vəsaitləri hesabına
təhsil müəssisələrinin
maddi-texniki bazasının
əsaslı şəkildə
yenidən qurulması,
yeni məktəb binalarının və infrastruktur obyektlərinin yaradılması istiqamətində
onilliklərlə bərabər
nəhəng işlər
görülmüş, irimiqyaslı
lahiyələr reallaşmışdır.
Bu sahədə işlər səngimək
bilmədən bu gün davam etdirilir. Özü də hər bir iş konkret
planlar və proqramlar əsasında mərhələlərlə aparılır.
İndi əsas diqqət ona yönəlmişdir ki, təhsilin bütün pillələrində
müasir texnologiyaların
tətbiqinə nail olunsun,
məktəbəqədər və ibtidai təhsildən başlayaraq
yuxarı pillələrədək
dünyanın ən qabaqcıl təcrübələri
Azərbaycana gətirilsin.
Dövlətimiz təhsil sahəsində
strateji hədəfi budur. Qarşıya qoyulan vəzifələrin
həlli istiqamətində
görülmüş müsbət
işlərdən yüzlərlə
örnək gətirmək
olar. Bununla belə hələ
görüləcək işlər
də çoxdur.
Elə götürək orta ixtisas təhsili sistemini. Bu sahədə
yeniləşməyə, modernləşməyə
böyük ehtiyac duyulur. Məhz bunları nəzərə
alaraq Azərbaycan hökuməti sözügedən
təhsil müəssisələrinin
müasir tələblərə
uyğun şəkildə
təkmilləşdirilməsi və yenidən qurulmasını prioritet məsələ kimi önə çəkmişdir.
Belə ki, Azərbaycan Respublikası
Nazirlər Kabineti 13 yanvar 2010-cu il
tarixli qərarı ilə "2010-2013-cü illərdə
Azərbaycan Respublikasının
orta ixtisas təhsili sistemində islahatlar üzrə Proqramını" təsdiq
etmişdir. Bu sənəddə orta oxtisas təhsilinin keyfiyyətcə tamamilə
yenidən qurulması
istiqamətində konkret
vəzifələr müəyyən
edilmiş və onların icra mexanizmləri göstərilmişdir.
Açığını etiraf etmək lazımdır ki, sovetlər dönəmində belə təhsil ocaqlarının bir çoxu, bir neçə ixtisası (tibb, mədəni-maarif, musiqi və s.) istisna etməklə lazımi səviyyədə kadrlar hazırlaya bilmirdilər. O vaxtki texnikumların tələbə kontingenti, adətən ali məktəblərə daxil ola bilməyən abituriyentlər hesabına formalaşırdı. İndinin özündə də müəyyən dərəcədə bu tendensiya hökm sürməkdədir. Hökumətin təsdiq etdiyi proqram da elə bu sahədə mövcud boşluqları doldurmağa yönəldilmiş və çox vaxtında irəli sürülmüş addımdır.
Bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Yeni iqtisadi münasibətlər sisteminin öz qanunları var. Hər şey, o cümlədən təhsil də əmək bazarının tələblərinə uyğunlaşmalıdır. Hamı ali təhsilli ola bilməz. Heç buna ehtiyac da yoxdur. İnkişaf etmiş dövlətlərə diqqət yönəltsək görərik ki, real sektorda çalışanların böyük bir qismi orta ixtisas təhsilli, yəni kollecləri bitirmiş insanlardır. Belə təhsil müəssisələrinin spesifik xüsusiyyətlərindən biri də odur ki, onların şəbəkəsi ərazi baxımdan çox genişdir. Onlar təkcə paytaxtda yox, eyni zamanda bölgələrdə fəaliyyət göstərirlər. Bölgələrdə kolleclərin inkişafına önəm verilməsi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının tələblərinə də uyğundur. Belə ki, yerlərdə qısa müddət ərzində müxtəlif sahələr üzrə orta ixtisaslı kadrlar hazırlamaqla bir sıra məsələləri operativ şəkildə həll etmək, eyni zamanda məşğulluğu təmin etmək olar.
Bu deyilənlər Gəncə
Texniki Kollecinin direktoru Eldar Əsgərovun da ürəyincədir. O, uzun illərdir ki, adıçəkilən təhsil
ocağına rəhbərlik
edir. Mövcud problemlərə yaxşı
bələddir və onlardan çıxış
yolarını bilir. Ondan rəhbərlik etdiyi kollecin bu günki durumu
və gələcək
perspektivləri fonunda
hökumətin qəbul
etdiyi yeni proqramın əsas müddəalarından aydınlıq
gətirməsini xahiş
etdik. O, söhbətinə
nikbin notlarla başladı:
- İlk öncə, onu demək lazımdır ki, Nazirlər Kabinetinin müvafiq qərarı çox vaxtında verilmiş qərar olmaqla, bu sahədə çalışan bütün təhsil ictimaiyyətinin hədsiz sevincinə səbəb olmuşdur. Proqramda qarşıya qoyulan vəzifələrin icrası nəticəsində orta ixtisas təhsili verən təhsil müəssislərinin-kolleclərin inkişafında keyfiyyətcə yeni mərhələ başlanacaqdır. Sirr deyil ki, bu tipli məktəblərin çoxu hələ lazımi səviyyədə fəaliyyət göstərə bilmirlər. Elə götürək Gəncə Texniki Kollecini.
Maddi -texniki bazanı möhkəmlətmək üçün daxili imkanlar hesabına xeyli tədbirlər görülsə də, bunlar yetərincə deyil. Kollecimiz regionda bu sahədə kadr hazırlayan ən böyük təhsil müəssəsidir. Burada 9 ixtisas: mühasibat uçotu, nəqliyyata daşımaların təşkili, yol hərəkətinin təşkili, rabitə, elektrik təchizatı, nəqliyyat vasitələrinin texniki istismarı, nəqliyyat vasitələrinin təmiri və servisi, baytarlıq, dövlət yol polisində inzibati hüquq fəaliyyəti kimi ixtisaslar fəaliyyət göstərir. Kollecdə 9 və 11-ci siniflərin bazası əsasında 410 nəfər tələbə təhsil alır və onların təlim-tərbiyəsi ilə 68 nəfər müəllim məşğul olur. Avtomobil ixtisasları üzrə kolleci bitirən məzunlara sürücülük vəsiqəsi verilir. Kollecdə idman zalı, kitabxana, kompüter otağı, avtomobillərin yığılması, təmiri və texniki xidmət laboratoriyası fəaliyyət göstərir. Həyət-baca abadlaşdırılıb, ağaclar və gül kolları əkilib, səliqə-səhmana söz ola bilməz. Bütün bunlar öz yerində. Lakin kolleci daha da müasir görkəmdə, təkmil texniki təchizatda, modern simada görmək hər kəsin arzusudur. Uzun illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, təhsil ocağı nə gədər gözəl, cəlbedici olarsa, təhsil üçün yaxşı imkanlar yaradılarsa, müəllim kontingentinin səviyyəsi yüksək standartlara cavab verərsə, orada daha böyük uğurlar qazanmaq olar. Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq proqram bütün yuxarıda deyilən meyarları özündə ehtiva edən çox mükəmməl və əhatəli bir sənəddir. Bunu bütövlükdə maddə-maddə şərh etmək çox vaxt aparar. Burada orta ixtisas məktəblərinin hamısı üçün səciyyəvi olan əsas müddəalara toxunmaq istəyirəm. İlk öncə, onu demək lazımdır ki, proqramın icrasını təmin etmək məqsədilə kordinasiya şurası yaradılmış, orta ixtisas təhsili müəssisələri üzrə normativ hüquqi baza müəyyən olunmuşdur. Proqramda, həmçinin orta istisas təhsili müəssisələrin nümunəvi ştat normativlərinin hazırlanması nəzərdə tutulur. Bundan başqa, sözügedən, təhsil müəssisələri üzrə ixtisasların (proqramların) təsnifatı və tədqiqi, ixtisaslar və proqramlar üzrə Avropada tətbiq olunan Kredit Transferi sisteminin tələblərinə uyğunlaşdırılmış yeni dövlət təhsil standartlarının hazırlanması da nəzərdə tutulur.
Proqramda bir sıra kompleks tədbirlərin, o cümlədən
tədris prosesində
yeni informasiya texnologiyalarının tətbiqi
üçün metodiki
bazanın hazırlanması,
məsafədən (distant) təhsilin təşkili, müasir informasiya və metodiki təminatın-xüsusi veb-portalların,
dərslik, dərs və elmi-metodiki vəsaitlərin yaradılması
kimi tədbirlərin həyata keçirilməsi
təxirəsalınmaz vəzifə
kimi qarşıya qoyulur. Proqramda müasir fənn
proqramlarının hazırlanması,
təhsil müəssisələrində
mövcud olan ştat vahidləri çərçivəsində qiymətləndirmə mexanizmlərinin
yaradılması, ayrı-ayrı
sahələr üzrə
kadr hazırlığı
proqramlarının əmək
bazarının tələblərinə
uyğunlaşdırılması məsələləri
də geniş əksini tapmışdır.
Burada sağlamlığı
məhdud olan şəxslərin orta ixtisas təhsilinə cəlb edilməsi üçün bir sıra konkret tədbirlərin görülməsi
müəyyən edilmişdir.
Proqramda diqqəti çəkən məqamlardan
biri də kadr hazırlığının
Azərbaycanın sosial-iqtisadi
inkişaf perspektivlərinə
uyğunlaşdırılmasıdır. Başqa bir cəhət isə ortaya ixtisas təhsili müəssisələrinin
inkişafına yardım
edən ictimai təsisatların-himayadarlar şurasının,
məzun assosiasiyalarının
inkişaf fondlarının
yaradılması zərurətidir.
Proqramda direktorlar şurasının fəaliyyətinin
gücləndiriməsi, təhsil
müəssisələrinin idarə edilməsində tələbə özünüidarəetmə
qurumlarının geniş
iştirakına şəraitin
yaradılması sahəsində
konkret vəzifələr
müəyyən edilmişdir.
Orta ixtisas təhsilində elektron idarəetmə sisteminin qurulması, işədüzəlmə-karyera mərkəzlərinin yaradılması,
təhsil müəssisələrinin
maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi
kimi məsələlər
də prioritet istiqamətlər kimi önə çəkilmişdir.
Bir sözlə, proqram çox dolğundur, əhatəlidir
və genişmiqyaslıdır.
Doğma Azərbaycanımızın
gələcək nəsillərini
çağdaş dünyanın
modern təhsil sisteminə qovuşduracaq belə möhtəşəm
tədbirlərin iştirakçısı
və icraçısı
olmaqdan böyük məmnunluq hissləri keçiririk...
Başqa cür də ola bilməz. Axı, yeniləşmə, modernləşmə, çağlaşma insanın xislətinə hakim kəsilən təbii duyğulardır.
İlyasov Zülfü
İqtisadiyyat.
-2010. – 23-29 aprel. – S.7.