Facebook istifadəçilərinin
sayı google-dan qat-qat çoxdur
Amerikanın HitWise analitik şirkətinin məlumatına
görə ötən
ayın göstəricilərinə
əsasən, Facebook.com sosial
şəbəkəsi Google.com axtarış sistemini qabaqlayaraq ABŞ-ın ən çox ziyarət olunan saytları siyahısında
ön cərgələrdədir. Əgər
Google.com-un öhdəsinə 7,03% amerikalı istifadəçilər düşürdüsə,
Facebook.com-da bu göstərici 7,07% təşkil
edib. Amerika İnterneti tarixində
Facebook.com liderliyi birinci
dəfə deyil ki, əldə edir. Yeni il və
Milad bayramı ərəfələrində sosial
şəbəkə dəfələrcə
istifadəçi çoxluğu
ilə Google.com-u üstələyib.
Amerikanın analitik şirkətinin sənədləşmiş materiallarında
göstərilən qrafikinə
əsasən bu trend davamlı olacaq. Son bir il ərzində
Facebook ziyarətçilərinin
sayı 185% artıb,
Google göstəricilərində isə bu rəqəm
yalnız 9% təşkil
edib.
Səbinə
İqtisadiyyat. -2010. – 23-29 aprel. – S.7.