Azərbaycan
Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu
Müstəqil
Azərbaycan bank sisteminin təşəkkül prosesi
qısamüddətli xarakter daşısa da, bu müddət
Azərbaycan Mərkəzi
Bank sisteminin formalaşması
üçün heç də asan olmamışdır. Bank sektoru
kommersiya təşkilatlarının iqtisadi həyatının
formalaşma, yaşamağa canatma, müflisləşmə,
birləşmə kimi fazalarından keçmişdir. Tarixi
baxımından 10 il böyük deyil. Amma bu, ölkədə,
o cümlədən bank sistemində görülən işlərdən
əldə olunan nailiyyətlərin miqyası
baxımından böyük tarixi inkişaf
dövrüdür. Azərbaycan banklarının xarici ölkələrin
banklarından, beynəlxalq maliyyə institutlarından kreditlər
cəlb etməsi, eləcə də Azərbaycanının
bank kapitalının xarici bank bazarında iştirak etməsi
Mərkəzi Bank sisteminin beynəlxalq
aləmdə də nüfuz və inam qazanmağa
başladığını göstərir. Mən, bu məqaləmdə məhz
AMB-nin son 20 ildə AR-da olan xidmətlərindən
danışacam. Hər bir şəxs
üçün maraq oyada bilər ki, AMB son 20 ildə
hansı fəaliyyətləri
həyata keçirmək üçün lazımlı
şərtlər üzərində dayanmış və
müasirləşmə müddətində həll edilməsi
lazım olan aktual problemləri nəzərdən
keçirmişdir.
Gəlin bir qədər
geniş baxaq:
“Azacıq
tərcübə çox nəzəriyyədən dəyərlidir”,
bir qədər təhlükəli olsa da, yarı həqiqətdir. Sağlam nəzəriyyə
qədər pratiki olan heç nə yoxdur.
Hökumətin kənd
təsərrüfatına subsidiyaları siyasəti fonunda fermerə bu
qədər böyük məbləğdə kredit verilməsi
ağıllı işdirmi ?
Bank meneceri soruşur: “ Şosse yolunun çəkilməsi
yaxınlıqda yerləşən müxtəlif evlərin dəyərinə
necə təsir göstərər ?
Mülk alqı
–satqısı ilə məşğul olan agent soruşa bilər:
Mühasib üçün maraqlı ola
bilər, görəsən “hökumət növbəti ildə
gəlir vergisini və ya mənfəət vergisini
artıracaqmı”?
Firmanın
katibi maraqlanır. Firmanın gəliri harada daha sərfəli olaraq
investisiya edilə bilər?
Hər kəs bu
suallara fərqli yanaşa bilər, lakin iqtisadçılar və
bank sektorunda çalışanlar bu suallara daha geniş fikir
söyləyə bilər. Çünki
onların həm pratiki, həm də nəzəri olaraq bu sahədə
təcrübələri çoxdur. Mən bir
iqtisadçı kimi aşağıdakı suallara qısaca
olaraq belə cavab verirəm.Yazdığım bu məqaləni
3 sual əsasında izah edəcəm .
İqtisadiyyatda
mərkəzi bankin rolu nədən ibarətdir?
Cavab: Xalqın, ,dövlətin Mərkəzi bankı olaraq, Mərkəzi
bank əsasən 3 işi görür:
O, bank, maliyyə və
ödəniş sistemlərinin
təhlükəsiz, möhkəm və stabil
saxlanması üçün işləyir.
O necə fəaliyyət
göstərir?
Cavab: Eyni zamanda o
dövlətə və bank sisteminə maliyyə xidmətləri
göstərir.
O iqtisadiyyat
üçün nə edə bilər?
Cavab: Sonda və ən
önəmli, Mərkəzi Bankın pul siyasətinin idarəetməsi
maksimum sabit iş məşğulluğunu və stabil qiymətləri
təmin etməklə iqtisadiyyatın uzun müddət
sağlam qalmasını təmin edir.
Gəlin bir qədər
geniş baxaq:
İqtisadiyyatda
mərkəzi bankin rolu nədən ibarətdir?
Ümumiyyətlə hər
bir ölkənin maliyyə sistemini təşkil edən
dörd əsas meyar mövcuddur:
1) Mərkəzi Bank 2) Maliyyə
vasitəçiləri 3) İş adamları d) İnvestisiya qoymaq istəyənlər.
Bunlar
arasında ən önəmli rolu daşıyan Mərkəzi
Bankdır. Bunlara
baxmayaraq Mərkəzi Bankın spesifik funksiyalarını tam
olaraq söyləmək çox çətindir. Mərkəzi bankın reklamı onun üzərinə
düşən funksiyalarla qarşılıqlı əlaqədədir.
Bu funksiyalar isə zamana, ehtiyaclara və ölkənin
maliyyə sisteminin strukturuna görə dəyişdirilə
bilər. Mərkəzi Bankın tarixi iki əsr
əvvələ gedib çıxır. Müasir
dövrümüzdəki Mərkəzi Bankın strukturu isə
tam olaraq yeni bir formaya gəlib çıxmışdır.
Elektrik enerjisi və avtomobil kimi mərkəzi
banklar da 20 əsrin məhsuludur. Ancaq onu da qeyd etmək
lazımdır ki , 20-ci əsrin əvvəlində
qərb dünyasında da heç bir Mərkəzi Bank fəaliyyət
göstərməmişdir. Qeyd edək ki, Mərkəzi Bankların ümumi
xarakterikasına baxsaq, bütün ölkələrin bank
sistemlərinin əsas hissəsini mərkəzi banklar etdiyini
görərik. Ayrı-ayrı ölkələrdə isə
bu banklar müxtəlif cür adlandırılır: Milli Bank,
Xalq Bank, Dövlət Bankı, Ehtiyat Bankı, Emissiya
Bankı, Federal Ehtiyat Sistemi, bəzi
ölkələrdə isə sadəcə ölkələrin
adı ilə bağlı olaraq, məsələn, İtaliya
Bankı, Yaponiya Bankı və s. adlandırılır. Müxtəlif ölkələrdə
mərkəzi banklar müxtəlif illərdə
yaranmışdır. Ümumiyyətlə,
onlardan ən birincisi təqribən üç əsr əvvəl
İsveçrədə 1668-ci ildə yaranmışdır.
İngiltərədə Mərkəzi Bank 1694-cü ildə , Fransada 1880-ci ildə, Almaniyada Reyxsbank
1875-ci ildə, İtaliyada 1893-cü ildə, Norveçdə
1816-cı ildə,ABŞ –da Federal Ehtiyat Sistemi 1913-cü ildə,
Rusiya Dövlət Bankı 1860-cı ildə, Azərbaycan
Milli (Mərkəzi ) bankı 1992-ci ildə
yaranmışdır.
Müasir
maddi sistemin əsasını təşkil edən Mərkəzi
Bank, ölkə iqtisadiyyatının şəffaf eləcə
də ölkənin maliyyə işlərini yerinə yetirilməsində
önəmli rola malikdir. Mərkəzi
bankın funksiyalarının ölkədən ölkəyə
dəyişməsinə baxmayaraq, müasir mərkəzi
bankın 3 vacib funksiyası mövcuddur:
1) Ölkənin pul bazarında şəffaflığın
qorunması;
2) Banknotların və
istiqrazların mənbəyi olaraq xidmət göstərməsi;
3) Ölkənin bank
funksiyasının öz üzərinə götürməsi.
Dünya maliyyə
bazarlarında ən vacib iştirakçılar arasında Mərkəzi
Banklar pul
siyasətini həyata keçirən dövlət
orqanlarıdır. Mərkəzi Bankların fəaliyyəti
faiz dərəcələrinə kredit məbləğinə,
pul kütləsinə təsir göstərir və o,
bütün maliyyə bazarlarına birbaşa təsir
göstərə bilmir, lakin ümumi məhsula və
inflyasiyaya öz təsirini göstərə bilir. Mərkəzi Bankın maliyyə
bazarlarında oynadığı rolu başa düşmək
üçün ən azından ümumi iqtisadiyyatı
başa düşməyə ehtiyac duyulur ki, bu təşkilatlar necə
işləyir. Mərkəzi Bank ölkənin
bank sisteminə nəzarət edir və bank sistemlərinə
görə məsuliyyət daşıyır. Onlar
kommersiya bankından informasiyanı toplayır və zəruri qərarlar qəbul
edirlər:
1. Bank tədqiqatı (yoxlaması) aparmaq;
2. Bank tənzimlənməsini icra
etmək.
Ölkə
İqtisadiyyatında və maliyyə sistemində Mərkəzi
Bankların rolları
Maliyyə sistemində
mərkəzi banklar tərəfindən adətən oynanan
rollar aşağıdakılardır:
a) Bazarın sabitləşdirilməsi; b) Pul
kütləsinə nəzarət; c) Son kreditor instansiyası;
(borc üçün alınacaq son yer); d) Bank sisteminin fəaliyyətinə
nəzarət; e) Ödənişlərin axınını
qorumaq və yaxşılaşdırmaq.
Mərkəzi
bankın məqsəd və kanallar, onun ölkə
iqtisadiyyatında apardığı işlər:
1. Ehtiyatlarının
tam məşğulluğu; 2. Bütün mal və xidmətlərin
ümumi qiymət səviyyəsinə münasib şəkildə
stabillik etməsi. 3. Sabit şəkildə iqtisadi artım; 4. Ölkənin ödəniş
balansının (tədiyyə balansının ) stabil
saxlanması.
Dünyada Mərkəzi
Bankın əsas
məqsədləri:
a) müvafiq qiymət sabitliyi
(inflyasiyanın aradan
qaldırılması; b) tam məşğulluq; c) Davamlı
iqtisadi artım ödəniş balansında və ya tədiyyə
balansında tarazlıq.
Dünyada Mərkəzi banklar tərəfindən
istifadə edilən valyuta siyasətinin kanalları
Azərbaycan mərkəzi
bankinin iqtisadiyyatda rolu nədən ibarətdir ?
Əvvəlcə
qeyd etdiyimiz kimi iqtisadiyyatda Mərkəzi Bankın rolu nədən
ibarətdir? Bu suala qısa olsa da cavab
vermişdik, ümumi bir halda, lakin indi isə son 20 ildə AMB
–nin maliyyə və ödəniş sistemlərini təhlükəsiz
, möhkəm və stabil saxlamaq üçün hansı
strategiyaları həyata keçirdiyinə nəzər salsaq.
Azərbaycan mərkəzi bankinin bank sisteminin nəzarətində fəaliyyətləri
və inkişafi
Bank sisteminə nəzarət və
bu öhdəlikləri
həyata keçirməklə Mərkəzi
Bank aşağıdakı
mühüm məqsədlərini reallaşdırır:
Bütövlükdə
ölkənin maliyyə sistemində sabitliyin təmin edilməsi;
Bankların ictimai vəsaitlərindən
səmərəli istifadəsinin təmin edilməsi;
Əhaliyə məxsus
vəsaitlərin qorunması, saxlanması və sığorta
olunmasının təmin edilməsi;
Banklar
iqtisadiyyatın xüsusi özünəməxsus subyektidir. Onların fəaliyyətində əmtəə
rolunda pulun
çıxış etməsi.
Bank fəaliyyətinə
nəzarəti təşkil etdiyindən və həyata
keçirildiyindən əmanətçilərin
maraqlarının pozulmasına görə Mərkəzi
Bankın məsuliyyət daşıdığı güman
oluna bilər. Lakin mövcud qanunvericiliyə uyğun olaraq Kommersiya
bankları müstəqil hüquqi şəxsdir və
müştərilərlə qarşılıqlı əlaqələrin
seçilməsində sərbəstdir. Ona
görə də kredit təşkilatlarının fəaliyyətində
məsuliyyəti Mərkəzi Bankın üzərinə
atmaq, fikrimizcə, düzgün olmaz. Söhbət
onun məsuliyyətindən deyil, nəzarət sisteminin keyfiyyətinin
yaxşılaşdırılmasından, səmərəliliyinin
artırılmasından, həmçinin nəzarətin
metodlarından gedə bilər. AMB Bank nəzarətinin
avtomatlaşdırılması çərçivəsində
avtomatlaşdırılmış prudensial nəzarət
hesabat sisteminin tətbiqi istiqamətində əhəmiyyətli
işlər görülmüşdür. Bank
nəzarətinin normativ bazasının Əsas Bazel prinsiplərinə
uyğunlaşdırılması davam etdirilmişdir. Eyni zamanda yeni valyuta qanunvericiliyi əsasında
valyuta tənzimlənməsi daha da təkmilləşdirilmiş,
çirkli pulların maliyyə sektoru vasitəsilə
yuyulmasının qarşısının alınması
üzrə dünya təcrübəsi öyrənilmişdir.
Qeyd edək ki, bank nəzarətinin keyfiyyətcə
təkmilləşdirilməsi davam etdirilmişdir. İl ərzində ABŞ-ın Beynəlxalq
İnkişaf Agentliyinin geniş texniki yardımından istifadə
etməklə ayrı-ayrı bank risklərini tənzimləyən
metodoloji baza, habelə Milli Bankın nəzarət
funksiyası təkmilləşdirilmişdir. Bu günlərdə
AMB Bazel sisteminin hesablama və idarə
sisteminin yeni standartlarını qismən həyata keçirməyə
başladı. Hal-hazırda AMB-da yeni idarə
sistemi təyin olunmuşdur. Hər bank
üçün 18 aylıq müddət təyin
edilmişdir. Bu müddət ərzində bank bir dəfə
nəzarət
edilməyə "Bankın həcminə görə" tutulur və müəyyən normalara görə
maliyyə analizi edən xarici nəzarət sistemi vardır. Bəzi
beynəlxalq təşkilatlar və mərkəzi banklar Bazel-2
keçiddə AMB-a kömək etməkdədirlər. Bazel-2 yalnız bank sektorunun deyil, eyni zamanda bank
müştərilərinin istəklərinə cavab verir və
əlbəttə, Azərbaycanın bank sektoru fəaliyyətlərini
artıraraq xidmət alanını genişləndirəcək
və keyfiyyətini yüksəldərək inkişaf edəcək.
Bank nəzarəti üzrə formalaşan
Bazel-III standartlarını nəzərə alaraq Mərkəzi
Bank özünün makroprudensial çərçivəsini
təkmilləşdirmişdir. Prudensial tədbirlər
sistem risklərinin minimallaşdırılması, bankların
sabit fəaliyyətinin təmin edilməsi və etimadın
saxlanılmasına yönəldilmişdir. Kapital, likvidlik və makroprudensial nəzarət alətləri
üzrə yeni Bazel-III konsepsiyasına əsasən maliyyə
sektoruna yeni dayanıqlıq normativlərinin tətbiqi
tövsiyə olunmuşdur. Bu normativlər
bütövlükdə, bank sektorunun protsiklik
davranışlarını məhdudlaşdıraraq onları
iqtisadi şokların mənfi təsirlərindən daha
etibarlı şəkildə qorumalıdır. Bunları
nəzərə alaraq, AMB aşağıdakı tədbirləri
həyata keçirmişdir:
Bankların idarəetmə
potensialı və risk menecment sistemləri gücləndirilmişdir;
Maliyyə ehtiyatlanması səviyyəsi
daha da artırılmışdır;
Aktivlərin
sağlamlaşdırılması tədbirləri davam etdirilmişdir;
Kapitalizasiya
proqramları qəbul edilmiş və həyata keçirilməyə
başlanmışdır;
Likvidliyin
idarə edilməsinin yeni çərçivəsi qəbul
edilmiş, yeni normativlərin tətbiqi üçün
hazırlıq işlərinə
başlanılmışdır.
Mərkəzi Bankın çirkli
pullarin yuyulmasına qarşı tədbirlər
Yeni bank
qanunvericiliyinin qüvvəyə minməsi ilə əlaqədar
olaraq, AMB tərəfindən mühüm təşkilati dəyişikliklər
həyata keçirilmişdir. Bu prosesin çərçivəsində,
bank sektorunda pulların yuyulması (PY) və terrorizmin maliyyələşdirilməsinə
(TM) yol verilməməsi üçün bankın nəzarət
departamentinin nəzdində çirkli pulların yuyulması
üzrə yeni bölmə yaradılmışdır. Bu bölmə lazımi səviyyədə personalla
və resurslarla təchiz olunacaqdır. Onların
səlahiyyətlərdən kənar bir məsələ
yaranarsa, onlara səviyyəli texniki köməyinin cəlb
edilməsinə imkan yaranacaqdır. Bölmənin əsas
funksiyaları aşağıdakılardan ibarətdir:
Kredit təşkilatlarından
şübhəli əməliyyatlar barəsində məlumatların
alınması və təhlil edilməsi;
Azərbaycan Respublikası
qanunvericiliyi çərçivəsində fiziki şəxslər
tərəfindən 50.000 ABŞ dollarından çox həcmdə
aparılan əməliyyatlar barədə məlumatların
alınması və təhlil edilməsi və onlarla
bağlı şübhə yarandıqda hüquq-mühafizə
orqanlarına məlumat verilməsi;
Azərbaycan
Respublikasının yurisdiksiyasından kənarda olan 10.000
ABŞ dollarından yuxarı olan fiziki şəxslər tərəfindən
həyata keçirilən köçürmələr
haqqında məlumatların alınması və təhlil
edilməsi;
Xarici maliyyə məlumat bölmələri
və ya müvafiq xarici hökumət strukturları ilə
praktiki əməkdaşlığın yaradılması;
PY/TM-də şübhəli şəxslər
üzrə elektron məlumatlar bazasının təzələnməsi;
Banklar
üçün yeni tələblərin inkişafı (yeni
qaydalarının hazırlanması);
PY/TM sahəsində
yeni təcrübələrin öyrənilməsi və
AMB-nin rəhbərliyi üçün təkliflərin
hazırlanması.
AMB PY
sahəsində fəaliyyətini davam edərək PY/TM
çərçivəsində hüquqi-institusional
islahatları həyata keçirir. Bu cəhdlərin nəticəsində 2006-cı il
mayın 12-də Cinayət Məcəlləsinə əlavələr
qüvvəyə minmiş, beynəlxalq standartlarla “pulun
yuyulması” ifadəsinin uyğunlaşdırılması və
bütün kriminal proseslərə dair məcburi müsadirə
tələbi ilə “ümumi kriminal yanaşma” nöqteyi-nəzərindən
pulların yuyulması kriminal pozulmalara yeni maddə əlavə
olunmuşdur. USAİD ilə sıx əlaqədə
inspektorlardan digər əməliyyatlar arasında potensial PY-na
xüsusi diqqət verərək bankların PY/TM siyasətlərini
yoxlanması və təhlil etməyi tələb edən yeni
bank nəzarəti metodologiyası hazırlanmış və
təsdiq edilmişdir. 2005-ci ildə AMB-yə
kommersiya bankları tərəfindən 543 şübhəli
tranzaksiyalar haqqında hesabatlar təqdim olunmuşdur. Həmçinin 95 hesabat yerində inspeksiyalar
zamanı əsaslı şəkildə istintaq edilmişdir.
Bu inspeksiyaların nəticəsində yalnız 8 inzibati
qaydanın pozulması aşkar olunub, o cümlədən 2 banka qarşı inzibati sanksiyalarla nəticələnmişdir.
Hazırda 17 hesabat istintaq üçün
hüquq-mühafizə orqanlara göndərilmişdir.
Azərbaycan bank
sisteminin hal-hazirdaki vəziyyəti
Azərbaycan Mərkəzi
Bankının səmərəli
fəaliyyətində bankların maliyyə sabitliyinin təmin
edilməsi
Pərakəndə
bank xidmətlərinin inkişafının
stimullaşdırılmasında Mərkəzi Bankın rolunu
xüsusilə qeyd etmək lazımdır. Mərkəzi
Bankın bu sahədə fəaliyyətinin istiqamətlərindən
biri normativ bazanın təkmilləşdirilməsi
olmuşdur. Son illər ölkəmizdə
bank sisteminin inkişafı sahəsində Mərkəzi Bank tərəfindən
həyata keçirilən tədbirlər nəticəsində
bankların aktivləri və kapitalı yüksək templə
artmış, resurs bazası isə xeyli genişlənmişdir.
Belə ki, 2006-cı ilin əvvəlinə banklarda kreditlərin
ÜDM-ə nisbəti 2004-cü ilin müvafiq dövründəki
8,3%-dən 11,8%-ə, cəlb edilmiş depozitlərin nisbəti
isə uyğun olaraq 10,5%-dən 12,1%-ə
çatmışdır. Onu da qeyd edək ki,
2004-cü ildə 2003-cü ilə nisbətən bank aktivlərinin
artım tempi ÜDM-in artım tempini 5-6 dəfə üstələdiyinə
görə, bank aktivlərinin ÜDM-də xüsusi çəkisi
14,2%-dən 19,9%-ə qalxmışdır. 2005-ci ildə isə
bank aktivlərinin artım tempi 2004-cü illə müqayisədə
bir qədər zəifləmiş və nəticədə
2006-cı ilin əvvəlinə onun ÜDM-ə nisbəti
19,0% təşkil etmişdir. 2005-ci ildə bank sisteminin
kapitalının ÜDM-ə nisbəti isə 2004-cü illə
müqayisədə 0,1faiz bəndi artaraq 2,9%-ə
çatmışdır. Respublikanın bank
sisteminin inkişafında baş verən müsbət meyillər
son illərdə bankların kapitallaşma dərəcəsinin,
apardıqları əməliyyat növlərinin və həcminin
artırılması və s. hesabına daha da güclənmiş,
ölkə iqtisadiyyatında bankların vasitəçilik
rolu xeyli artmışdır. AR Milli Bankının hesabat
məlumatlarına görə, 2005-ci ildə bank aktivləri
2004-cü illə müqayisədə 577 milyon manat və ya
34,5% artaraq 2006- cı ilin əvvəlinə 2252 milyon manata
çatmışdır. Araşdırmalar göstərir ki,
bankların kredit əməliyyatlarının
inkişafında mühüm meyil istehlak kreditlərinin həcminin
kəskin artımı olmuşdur. Belə ki, 2004-cü ildə
fiziki şəxslərə verilmiş kreditlərin həcmi
81,7% artaraq 274,4 mln. manat, 2005-ci ildə isə 44,7% artaraq 369,5
mln. manat təşkil etmişdir. Qeyd edilənlərdən
göründüyü kimi, son vaxtlar əhalinin kreditləşməsi
bank xidmətlərinin mühüm hissəsinə çevrilməkdədir.
Belə ki, 2004-2005-ci illərdə bu kreditlər cəmi kredit
portfelinin 26-28 faizi civarındadır. Bank
sisteminin inkişafının digər mühüm istiqamətlərindən
biri ticarət və xidmət sektoru ilə əlaqələrin
xeyli güclənməsidir. 2005-ci ildə bu kreditlərin həcmi
66,4 faiz artaraq 2006-cı ilin əvvəlinə 361,2 mln. manat təşkil
etmişdir ki, bunun da nəticəsində cəmi bank
kreditlərində ticarət və xidmət sektoruna
verilmiş kreditlərin payı müvafiq olaraq 24%-dən
25,8%-dək artmışdır. Son vaxtlar banklar tərəfindən
real sektora yönəldilmiş kreditlərin həcmi də əhəmiyyətli
dərəcədə artmışdır. Belə ki, təkcə
2005-ci ildə energetika, kimya və təbii ehtiyatlar sektoruna
verilmiş kreditlərin məbləği təxminən 8 dəfə
artaraq 2006-cı ilin əvvəlinə 181,4 mln. manat təşkil
etmişdir. Həmin kreditlərin cəmi kredit
qoyuluşlarında xüsusi çəkisi isə müvafiq
olaraq 2,5%-dən 12,9%-dək artmışdır. Aqrar sahəyə yönəldilmiş kreditlərin
həcmi 2004-cü illə müqayisədə 2 dəfəyə
yaxın artmaqla 94,8 mln. manat təşkil etmişdir. 2009- cu il
AMB-ın məlumatına görə, may ayında ölkə
iqtisadiyatına qoyulan kreditlərin həcmi 78 milyon manat artaraq
6 milyard 356 milyon manata çatıb. Ötən
ay əksər sahələrə verilən kreditlərin həcmi
artıb. Ən çox artım ticarət və xidmət sahəsinə
verilən kreditlərdəndir - 33 milyon manat və ya ümumi
artımın az qala yarısı. Sənaye və istehsal sahələrinə
verilən kreditlərin həcmində
10 milyon manat artım var. 15 milyon manat artım isə nəqliyyat
və rabitə sahələrinə verilən kreditlərdə
müşahidə olunub. Onu da qeyd edək ki, bankların və
bütövlükdə maliyyə sisteminin mövcudluğunun əsasını
bankların likvidlik göstəricisi, onların hansı səviyyədə
ödəmə qabiliyyətli olması sayılır. Likvidlik
bankın passivlər üzrə pul fîrmasında
öz öhdəliklərinin yerinə yetirilməsini təmin
etmək qabliyyətidir. İqtisadi ədəbiyyatda likvidlik
anlayışına fərqli baxışlar mövcuddur. Bəziləri
likvidliyi hesablaşmalar və depîzitlər
üzrə cari əməliyyatları həyata keçirmək
üçün zəruri îlan pul ehtiyatı, bəziləri az
likvidli aktivlərin daha likvidli aktivlərin çevrilməsini
təmin edən pul axınları, digərləri isə
bankın aktiv əməliyyatlarının riskli dərəcəsi
üzrə qiymətləndirilmiş axınlar kimi şərh
edirlər. Bankın maliyyə sabitliyinin idarə edilməsi
pul axınlarının likvidliyi və înların
yerləşdirilməsi, gəlirliliyin idarə edilməsi ilə
bağlıdır. Təcrübədə bankın maliyyə
sabitliyinin idarə edilməsi dörd nəzəriyyəyə,
daha doğrusu, kîmmersiya bîrcu, yerləşdirmə,
gözlənilən gəlir və passivlərin idarə edilməsi
nəzəriyyəsinə əsaslanır. Təhlil göstərir
ki, Mərkəzi Bank tərəfindən sîn illər
ölkədə həyata keçirilən iqtisadi islahatlar
maliyyə - bank sistemində də sabitliyin təmin
îlunmasında və eləcə də dövlətin maliyyə
sisteminin əsas elementlərindən biri îlan dövlət
büdcəsinin gəlir və xərclərinin artımına
öz əhəmiyyətli təsirini göstərmişdir.
Belə ki, 2006-cı ildə büdcənin gəlirləri
1995-ci illə müqayisədə 12,2 dəfə, 2000-ci ilə
nisbətən 5,4 dəfə, 2002-ci ilə nisbətən 4,3
dəfə artmışdır. Nəticədə
dövlət büdcəsi gəlirlərinin ÜDM-də
xüsusi çəkisi 1995-ci ildəki 14,9%-dən 2006-cı
ildə 21,4%-ə çıxmışdır. 2006-cı ildə
büdcə xərcləri 1995-ci ilə nisbətən 3,8 dəfə
artaraq ÜDM-in 18,0%-ni təşkil etmişdir. Înu da qeyd edək ki, sîsial müdafiə və
sîsial təminat xərcləri 2006-cı ildə 1995-ci ilə
nisbətən 9,4 dəfə, 2000-ci ilə nisbətən 2,5
dəfə, 2002-ci ilə nisbətən isə 1,8 dəfə
artmışdır. 2008-ci ildə bütövlükdə
büdcə xərclərinin 11,3%-i əhalinin sîsial
müdafiəsinə və sîsial təminatına sərf edilməsi
nəzərdə tutulur. Ölkədə İqtisadi təhlükəsizlik
sisteminin fîrmalaşması nöqteyi-nəzərindən
büdcə xərclərinin 3.3%-ə qədərinin (1246,9
milyon manat) ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə
yönəldilməsi təqdirəlayiq hal kimi qədul edilməlidir.
Son illərdə
Azərbaycanın bank sektoru hiss edilən dərəcədə
inkişaf etdiyi görülməkdədir. Bank
sistemlərinin sağlamlaşdırılmasının birləşmə
müddətlərinin effektli vasitələri, yeni quruluşla
və minimum sərmayəyə olan tələblərlə
kapitalın kafi olması ilə əlaqədar tədbirlər
görüldü. Mərkəzi
Bankın normativ tələblərinə uyğun olaraq, 1 iyul 2007-ci il tarixindən etibarən bankların sərmayə
məbləği qanunlara görə 10 milyon manat olaraq təsbit
edilmişdir. Ölkədəki bankların aktivlərinin ümumi həcmi 1 yanvar 2010-cu il
tarixinə olan məlumatlarına görə 13,9 milyard
dollara yaxınlaşmışdır. İllik artım 8,6%
olmuşdur. Cəmi aktivləri içində
müştəri kreditlərinin nisbəti 72%-ə
çıxmışdır. 2006-cı ildə xarici
bankların bankçılıq sektorunda aktivlərin payı
25%, 2007-ci ildə 28,6%, 2008-ci
ildə 29,9%, 2009-cu ildə isə 28% olmuşdur.
Ardı var
İbrahim
Abbasov, iqtisadçı, Xəzər
Universitəsinin İqtisadiyyat və Menecment fakültəsinin “Maliyyə Kredit” ixtisası üzrə təhsil
alıb.
İqtisadiyyat.- 2011.- 9-15 dekabr.- S. 6.