İqtisad elminə
ağır itki
AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Ağasəlim Ələsgərov
vəfat etdi.
A.K.Ələsgərov 22 may 1928-ci ildə
Bakışəhərinin Balaxanı
qəsəbəsində fəhlə
ailəsində anadan olmuşdur. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatıİnstitutunu
bitirmişdir.
1958-ci ildə namizədlik,
1968-ci ildə doktorluq
dissertasiyasını müdafiə
etmiş, 1969-cu ildə
professor elmi adını
almış, 1989-cu ildə
isə AMEA-nın müxbir üzvü seçilmişdir.
A.K.Ələsgərov 1981-ci ildə
AMEA İqtisadiyyat İnstutunun
direktor müavini vəzifəsinə irəli
çəkilir. 1989-1990-cı illər ərzində isəİnstitutun direktoru
vəzifəsində çalışmışdır.
son illər
«Qloballaşma və
beynəlxalq iqtisadi münasibətlər»şöbəsinə rəhbərlik edirdi. Keçən
60 ildə elmi fəaliyyəti aqrar iqtisadi tədqiqatlar, siyasi-iqtisadi problemlər, bazar iqtisadiyyatı münasibətləri və
xarici iqtisadi əlaqələr istiqamətində
həyata keçirilmişdir.
A.K.Ələsgərovun iqtisad
elminin tədqiqi və respublikanın sosial-iqtisadi inkişafı
sahəsində maraq dairəsi çox genişdir. O, məşhur
aqrarçı alimlərlə
birlikdə ilk dəfə
iqtisadiyyat elmində kolxozlarda maya dəyərinin hesablanmasıüsulunun
mümkünlüyünü isbat etmiş və işləyib.
A.K.Ələsgərov 1960-1998-ci illərdə
AMEA İqtisadiyyat İnstitutunun
«İqtisadiyyat»üzrə doktorluq dissertasiyalarının
müdafiəşurasının üzvü və sədr müavini olmuşdur. 1970-1981-ci illər
ərzində«Azərbaycan EA Xəbərləri
İqtisadiyyat seriyası»
jurnalının redaksiya
heyətinin üzvü,
1981-1998-ci illərdə isə
baş redaktorun müavini olmuşdur.
1970-1990-cı illərdə«Azərbaycan xalq təsərrüfatı»
jurnalının redaksiya
heyətinin üzvü,
1999-cu ildən isə«Audit»
jurnalının baş
redaktorunun müavinidir.
1974-1978-ci illərdə Azərbaycan
Xalq Təsərrüfatıİnstitutunun
elmi işlər üzrə prorektoru və«Siyasi iqtisad» kafedrasının müdiri
vəzifələrindəçalışmışdır.
1979-1982-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun
partiya təşkilatının
katibi olub.
1986-2005-ci
illərdə ETT kompleks
proqramının işlənməsində
fəal iştirakına
görə SSRİ EA-nın,
SSRİ Dövlət Plan Komitəsinin
və SSRİ Dövlət
Tikinti Komitəsinin təşəkkürünə layiq görülüb.
1982-ci ildə«Əməkdar mədəniyyət
işçisi», 1986-cı ildə«Əmək
veteranı» medalı ilə təltif edilmişdir. 1990-cı ildə
Azərbaycan Milli Yaradıcılıq Akademiyasının
həqiqi üzvü seçilmiş,
1995-ci ildə Azərbaycan
Respublikası Prezidentinin
«Dövlət aqrar islahatı» və«Dövlət
əmlakının özəlləşdirilməsi»
komissiyalarının üzvü
kimi çalışmışdır.
2003-2008-ci illərdə AMEA-nın fəxri fərmanı, 2014-cü ildə
isə Rusiya EA-nın xüsusi medalı ilə təltif olunub.
A.K.Ələsgərovun elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi adı almışdır.
O, 39 namizdlik dissertasiyasının
elmi rəhbəri, 5 doktorluq dissertasiyasının
isə bilavasitə elmi məsləhətçisi
olunub.
60 illik yaradıcılıq dövründə 232 elmi əsərin, o cümlədən
başqa müəlliflərlə
birlikdə 36 monoqrafiya
və kitabçanın
müəllifidir. 8 elmi
əsəri isə xarici ölkələrdə
çap olunub.
Allah rəhmət eləsin.
İqtisadiyyat.- 2015.- 3-9 aprel.- S.8.