Sahibkarlığın inkişafında
innovativ texnologiyanın tətbiqi önəmlidir
Artıq dünya iqtisadiyyatında bir çox yeni rəqabət sahələri yaranmışdır. Heç şübhəsiz ki, XXI əsrdə rəqabətə tab gətirmək üçün şirkət və müəssisələr yeni, müasir, innovativ texnologiyaların tətbiqində daha maraqlı olmağa başladılar. Bazar iqtisadiyyatının formalaşmadığı zamanlarda insanlar geniş seçim imkanına malik olmadıqlarından və nə istehsal olunmasından asılı olmayaraq, almaq zərurətində qalırdılar. Məhz belə bir iqtisadi mühitdə müəssisə və şirkətlər öz texnoloji avadanlıqlarını yeniləmək məcburiyyətində deyildilər. Lakin XX əsrin sonları, XXI əsrin əvvəlləri bütünlükdə bu fikrin yalnış olduğunu subut etdi. İnsanlar məhsul və xidmətlər sahəsində daha çox bilik sahibi olmağa başladılar, dünya təcrübəsini öyrənərək bir növ öz ətrafında daha müasir və modern tələb və təklif balansını qurmağa çalışdılar. Artıq istehsalçının “nə istehsal etsəm, onsuz da alacaqlar” anlayışı “görəsən nə istehsal edim ki, satılsın” anlayışına çevrilməkdə idi. Bunun tək bir səbəbi var idi: insanların sürətlə maariflənməsi.
Bəs, insanların maariflənməsi, bazarda öz istəklərini axtarmaları necə baş verdi? Nəyə görə son zamanlara kimi insanlar bu qədər araşdırmaçı bir mövqe tutmurdular? Səbəb isə birdir: yüksək elm tutumlu texnologiyaların son zamanlardakı kimi heç vaxt inkişaf etməməsi. Bir mənalı olaraq deyə bilərik ki, yeni minillikdə dünya iqtisadiyyatının inkişaf bazasını yüksək texnologiyalar təşkil etməkdədir. Bu gün yüksək texnologiyalar inkişaf etmiş ölkələrin iqtisadiyyatının, demək olar ki, bütün sahələrini əhatə edərək informasiya cəmiyyətinin yeni mərhələsinin - biliyin generasiyası, yayılması və istifadəsi əsasında qurulmuş iqtisadiyyatın formalaşmasını təmin edir. Yüksək texnologiyalar, innovativ yeniliklər, texnoloji inkişaf ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərində, inşaat, səhiyyə, elm-təhsil o cümlədən də müdafiə qabiliyyətinin yüksəldilməsində geniş istifadə olunan rəqabətə davamlı məhsul istehsal etməyə imkan verir. Bunlara biotexnologiyalar, müxtəlif istehsal texnologiyaları, aviasiya, kosmik tədqiqatlar, kimya, telekommunikasiya və informasiya texnologiyaları aid edilir. Bu günlərdə hər birimizin səsləndirdiyi Hi-tek (ingiliscə hi-tech, high technology - yüksək texnologiya) öz təməlini 1970-ci illərdə modernizm ideyalarının geniş yayıldığı bir vaxtdan götürərək inkişaf etməyə başladı. Zaman keçdikcə biz hi-tekləri öz həyatımızda daha çox hiss etməyə başladıq və bir növ bu texnoji inkişafın vərdişkarlarına çevrildik.
Kiçik və orta biznesin inkişaf etdirilməsi dünyanın aparıcı ölkələrinin diqqət mərkəzindədir. Elmi potensialı ilə innovasiya təyinatlı kiçik və orta biznesin imkanlarının inteqrasiya olunmasının və elmi nəticələrin kapitallaşdırılmasının ən səmərəli üsullarından biri innovasiya təyinatlı texnoloji mərkəzlərin, texnoparkların yaradılmasıdır. Artıq gündəlik həyatımıza siraət etmiş innovativ yenilikləri, yüksək texnoloji standartlarla istehsal olunaraq təklif olunan mal və xidmətləri digər sahələrdə də axtarmağa başladıq.
Təsadüfi deyil ki, bu gün milli iqtisadiyyatın inkişaf bazasının yüksək texnologiyalar əsasında qurulması istiqamətində ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu siyasət həyata keçirilir. Yüksək texnologiyalar, biliyə söykənən iqtisadiyyatın yaranması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Eləcə də biznes struktur rəhbərləri də istehsalın intensivləşməsi və elmi-texniki tərəqqinin nəticələrindən istifadə olunmasında daha ciddi maraqlı oldular. Çünki innovasiya və texnoloji yeniliklər məhsulun istehsalı və onun realizasiya tsiklinin sürətlənməsinə səbəb olurdu. Beləliklə, innovasiya anlayışı bütün fəaliyyət sektorlarına yayıldı və günümüzdə geniş istifadə olunmaqla nəticələndi. İnnovasiya və yüksək texnoloji avadanlıqlardan istifadə edən müəssisənin təklif etdiyi məhsul və ya xidmətlər bazarda daha rəqabətqabiliyyətli olmaqla öz istehsalçısının daha çox uğur və daha çox qazanc əldə etməsinə səbəb oldu.
Sevindirici haldır ki, bu gün ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərən müəssisələrimiz də müasir texnolgiyaların istifadəsinə üstünlük verir. Bu texnologiyalar sayəsində istehsal olunan məhsullar dünya standartlarına uyğun olmaqla yanaşı, istehlakçıların da yerli məhsullara olan inam və rəğbətinin formalaşmasına dəstək olur. Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə elmi-texniki tərəqinin inkişafı innovasiya sahibkarlığı ilə bağlıdır. Məhz elmi-texniki nəaliyyətlərin istehsala tətbiqi innovasiya adlanır. İnnovasiya sahibkarlığı yeniliklərin tapılması və reallaşdırılmasıdır ki, burada da istehsalın təşkil olunmasında yeni texnologiyaların tətbiq olunması, məhsulların təkmilləşdirilməsi kimi fəaliyyətlər nəzərdə tutulur. Nəticə olaraq, biz istehsal səmərəliliyi əldə etməklə sosial imicin formalaşmasını əldə etmiş oluruq.
Lakin innovasiya sahibkarlığı böyük məbləğdə vəsait tələb etdiyindən adətən iri müəssisə və təşkilatlar innovasiya sahibkarlığı ilə məşğul ola bilirlər. Elmi tədqiqatların aparılması və yeniliklərin cəmiyyətə mənimsədilməsi öz-özlüyündə böyük məbləğlər tələb etməkdədir ki, bu məbləğləri isə yalnız böyük şirkətlər ödəyə bilər. Hal-hazırda respublikamızda innovasiya sahibkarlığından bir çox iri müəssisələr geniş istifadə edir. “Mətanət A” şirkəti də inşaat sektorunda qabaqcıl yerlərdən birini tutmaqla istehlakçıların rəğbətini qazanmış və bir çox uğurlar əldə etmişdir. İnşaat materiallarının istehsalı sektorunda 16 ildir uğurla fəaliyyət göstərən “Mətanət A” şirkəti öz fəaliyyəti müddətində hər zaman innovatorluq ənənəsi ilə fərqlənmiş və öndə olmuşdur. Bu gün təkcə Azərbaycanda deyil, yaxın qonşu ölkərdə - Rusiyada, Gürcüstanda, Türkmənistanda, Qazaxstanda, Ukraynada, İranda, Türkiyədə özünə auditoriya toplamış şirkətin əldə etmiş olduğu uğurların təməlində innovasiyalar və müasir texnoloji liderlik hədəfləri durmaqdadır. Çünki şirkət fəaliyyətə başlayarkən bütün sahələrdə uğur əldə etməyi qarşısına məqsəd qoyub. İstehsalda, satışda, insan resurslarının idarə olunmasında, avadanlıqların müasirliyində, müasir marketinq və menecment strategiyasının qurulmasında qarşıya qoyulmuş hədəflər buna misal ola bilər. Ən başlıca amilllərdən biri də, xalqımıza yeni-yeni innovativ məhsullar təklif etməklə köhnə inşaat və təmir texnologiyası anlayışında yeniliklər etmək idi.
“Mətanət
A”-ya hər zaman etibar etmisiniz, boyada da güvənin!
Bu gün dünyada təmir zamanı xarici məkanlarda
müasir görünüş əldə etmək
üçün gözoxşayan boya rənglərindən
istifadə edilməsi artıq trendə çevrilmişdir. ROKOL yeni nəsil
boyaları ən son alman texnologiyası əsasında tam
avtomatlaşdırılmış zavodda, insan əli dəymədən
istehsal olunur. Bu texnologiya məhsulun
yüksək keyfiyyətdə istehsal olunmasına zəmin
yaradır. Belə ki, bütün xammal və
qatqılar avtomatik olaraq
dozajlanır və istehsal avadanlıqlarına
ötürülür.
Boyanın hazırlanmasında insan müdaxiləsinin
minimuma endirilməsi, keyfiyyətli məhsulun əldə olunması deməkdir. ROKOL ilk
dəfə olaraq öz istehsal texnologiyasını
açıq şəkildə ictimaiyyətə göstərərək
bir ilkə imza atdı və fərqini ortaya qoydu. Boya sektorunda yeni
bir səhifə açan ROKOL boyaları yeni nəsil xammallar əsasında
hazırlanır. ROKOL
boyaları fərqli istehsal texnologiyasına əsaslanaraq
alıcıları geniş məhsul çeşidi ilə təmin
edir. Məhz
bu səbəblərə görə ROKOL yeni nəsil
boyaları adlanır.
Hər bir insan üçün doğma,
rahatlığını təmin edən məkan onun öz
evidir.
Yaşadığımız mənzillərin interyeri - evin hər
bir divarı, döşəməsi, qapısı, tavanı və
s. bizim zövqümüzün təcəssümüdür. Ona görə də
ev təmir etdirən insanlar hər zaman gözoxşayan
elementlərdən istifadə etməyə
çalışırlar. Əvvəllər evlərimizin
divarlarını yalnız divar kağızı ilə
örtürdük. Bu da otaqlarda monotonluq
yaradırdı. Bu gün Avropada meydana gəlmiş
boya trendi artıq sürətlə bütün dünyaya
yayılır. Belə ki, mənzillərin
daxili divarlarını müxtəlif rənglərlə
boyamaqla, rənglərin müxtəlif harmoniyası ilə
gözoxşayan interyer əldə etmək olur. Həm ucuz, həm keyfiyyətli, həm də gözəl
görünüşün təminatı olan boyadan istifadə
etmək yeniliyi artıq ölkəmizdə də geniş tətbiq
olunur. Həm daxili, həm də xarici məkanlarda
istifadə olunan boyalar müasir dizaynların ayrılmaz hissəsinə
çevrilib.
Dünyada
olduğu kimi, ölkəmizdə də interyer və eksteryerdə
boyadan geniş istifadə boya sənayesinin inkişafına təkan
verdi. “Mətanət
A”şirkətinin müasir avadanlıqlarla təchiz edilmiş
ROKOL boya zavodunda istehsal olunan məhsullar
istehlakçıların marağına səbəb oldu.
Belə ki, “Sözdə yox, işdə alman
texnologiyası” ilə istehsal olunan ROKOL yeni nəsil
boyaları böyük rəğbət qazanmış,
ustaların sevimli boya brendinə çevrilmişdir. ROKOL boyaları təkcə istehsalatda yeniliklə
kifayətlənmədi, həm də interyer və eksteryerə
yeni nəfəs gətirdi. Belə ki, uzun
zamandır Avropa dizaynerləri tərəfindən istifadə
olunan boya harmoniyası, daxili məkanların hər
divarının müxtəlif çalarda boyanması trendi
ölkəmizə də gəldi. Ev təmir
etdirən insanlar köhnə ənənələrə son
deyərək, həm ucuz, həm keyfiyyətli, həm də
gözoxşayan rənglərə sahib boyalardan istifadə etməyə
başladılar.
İstehlakçılarının məmnuniyyətini
daim rəhbər tutan ROKOL boyaları məhsul çeşidlərini
şaxələndirərək evlərimizin, ofislərimizin və
digər məkanlarımızın hər yerində istifadə
etmək üçün müxtəlif boyaların
istehsalına başladı. ROKOL boyaları
emulsiya, sintetik, sellülozik, epoksid və polüretan,
izolyasiya, lak və dolğu olmaqla altı əsas istiqamətdə
alıcılarına müxtəlif rənglərdə boya təklif
edir. Təbii ki, hər bir boya öz istifadə
sahəsinə uyğun olaraq bütün rəng
çalarlarında istehsal olunur. Keyfiyyətə
kompromis etməyən ROKOL boyaları bir çox
üstünlükləri ilə də istehlakçı rəğbətini
qazandı. Belə ki, bu boyalar səthə
mükəmməl yapışır, çatlamır və
qopmur. Yağışa, nəmə və
günəş şüalarına və fiziki-kimyəvi təsirlərə,
o cümlədən zərbəyə davamlıdır. Hətta ROKOL izolyasiya boyaları nəmə,
yağışa və qara davamlıdır, evinizi rütubətə
qarşı izolyasiya edir.
ROKOL
boyaları evlərimizdə və ofislərimizdə
rahatlıqla istifadə edə biləcəyimiz daxili emulsiya
boyalarını geniş alıcı auditoriyasına təqdim edir. ROKOL daxili emulsiya boyalarının müxtəlif
çeşidləri və canlı təbiət rəngləri
vardır. ROKOL brendinin daxili məkanlar
üçün ROKOL PLUS boya, PLASTİK boya və digər
çeşidləri vardır. “Mətanət
A” şirkətlər qrupuna daxil olan ROKOL boya zavodunda istehsal
olunan bu boyalara etibar edə bilərsiniz. Çünki
adi boyalarla müqayisədə çatlamır, rəngi
solmur, asan tətbiq olunur, tərkibindəki xüsusi piqment və
bağlayıcılar sayəsində yüksək
yapışma qabiliyyətinə malikdir. ROKOL
boyaları ekoloji cəhətdən təmiz və ətraf
mühit üçün zərərsizdir. Daxili boyalarla yanaşı, zavodda akrilik sopolimer əsaslı
fasad boyaları da istehsal olunur. Bu boyalar
fasadda teksturalı və dekorativ görünüş əldə
etmək üçün əvəzedilməz məhsuldur.
Fasad boyalarının ROKOL teksturalı boya, ROKOL
fasad boyası, ROKOL silikon boya çeşidləri vardır.
Bu boyalar səthə mükəmməl
yapışır, çatlamır, qopmur, rəngi solmur.
Güclü örtmə qabiliyyətlidir,
antibakterialdır və ekoloji təmizdir. Eyni
zamanda yağışa, nəmə və günəş
şüalarına davamlıdır.
ROKOL boyalarının digər bir üstünlüyü onun təbiət rənglərini evinizə gətirməsidir. Belə ki, ev təmir etdirən insanlar istədikləri rəngin müxtəlif çalarlarını seçərək sifariş verir və o rəngdə məhsul əldə edə bilirlər. Təbiətdən gələn müxtəlif rəng çalarları evlərinizdə göz oxşayan dizaynların yaradılmasında əvəzsiz rol oynayacaq. ROKOL yeni nəsil boyaları ilə ilin hər fəslində sağlam mühit, pozitiv ab-hava əldə edəcək, həyatınızı təbiətdən gələn təbii rəng çalarları ilə rəngləndirəcəksiniz. ROKOL ilə boyamaqdan zövq alacaqsınız.
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan “Mətanət A” şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq, innovativ texnologiyalar sayəsində yüksək inkşaf səviyyəsinə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq, şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001-2008 “Keyfiyyətin İdarə Olunması” beynəlxalq standartını almışdır.
Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-ə yaxın məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir. Belə ki, “Mətanət A” şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ” zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək “AĞDAĞ” məhsulunun istehsalına başlamışdır. Bu gün AĞDAĞ suvağı kütləvi istehlakçı ordusunun dərin rəğbətini qazanmışdır. Bundan başqa, şirkətin Mətanət A, FasNatural, Qraniyap, PARAKONTAKT, İzoLatex, FasMazaik, Parmaket, Fasmatik və s. məhsullarına çoxsaylı istehlakçılar ordusu tərəfindən tələbat daim artmaqdadır. Hazırda Rusiya, Qazaxstan, Gürcüstan, Türkmənistan, İran və Ukranyaya daha çox tikinti materialı ixrac edilməsi istiqamətində “Mətanət A” şirkətində sistemli işlər həyata keçirilir. Həyata keçirilən bütün işlərdə əsas prinsip milli iqtisadiyyatımızın inkişafına daha çox töhfə vermək, Azərbaycan brendini bütün dünyaya tanıtmaqdır.
Nailə CABBAROVA
İqtisadiyyat.-2016.-14-23.-iyun.-S.3.