Ziyad Səmədzadə: Xəzər sülh,
təhlükəsizlik
dənizi olacaq
Oxu.Az-ın
suallarını akademik, Milli Məclisin (MM) İqtisadi siyasət
komitəsinin sədri Ziyad Səmədzadə
cavablandırır:
- Ziyad müəllim, bildiyiniz
kimi, dünən tarixi
hadisə baş verdi,
Qazaxıstanın Aktau şəhərində
Xəzəryanı ölkələrin dövlət
başçılarının V Zirvə toplantısında Xəzər
dənizinin hüquqi statusuna
dair Konvensiya
imzalandı. İllərdir ki, bu məsələdə heç
cür razılığa gəlmək mümkün
olmurdu, bəzi dövlətlər əsaslı-əsassız
iddialar irəli sürürdü,
nəhayət, razılığa gəlmək mümkün
oldu və məlum Konvensiya
ortaya qoyuldu. Bu hadisəni və onun gələcək
perspektivlərini necə dəyərləndirirsiniz?
- Doğrudan da, bu, çox böyük tarixi siyasi və iqtisadi hadisədir. Beş nüfuzlu dövlət başçısının bu məsələdə razılığa və bir araya gəlməsi, Konvensiyanı imzalaması nəinki Xəzəryanı dövlətlərin, bütövlükdə regionun və dünyanın xeyrinə, onun təhlükəsizliyinə və əmin-amanlığına doğru atılan nəcib bir addım, töhfədir.
Çünki bu gün dünyada
çox ciddi hadisələr,
siyasi, iqtisadi, hərbi,
diplomatik qarşıdurmalar, kataklizmlər
yaşanır. Bir
problem başa çatmamış,
digər və daha ciddi, təhlükəli
problem, proses yaşanır.
Bəzən olub-bitənləri belə
ərtaflı düşünməyə,
anlamağa, təhlil etməyə imkan, fürsət olmur. Odur ki, dünyanın qarışıq dönəmində
beş nüfuzlu
dövlətin və onların liderlərinin belə bir addım
atması, dünyaya xoşməramlı mesaj verməsi çox önəmli və çox təqdirəlayiqdir.
Bildiyiniz kimi, sənədin imzalanmasından sonra dövlət başçıları
bəyanatlarla çıxış
etdilər və bir daha region, dünya üçün önəmli mesajlar səsləndirdilər.
Azərbaycan prezidenti cənab İlham Əliyev də bəyanatında sənədin önəminə
diqqət çəkərək
vurğuladı ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir.
O bəyan etdi ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün
mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr
kimi, bu sənədin imzalanmasına
öz töhfəsini
verib.
Onun qeyd etdiyinə görə, Konvensiya imzalanana qədər də qurulan ikitərəfli və çoxtərəfli
münasibətlər Xəzərin
təhlükəsizlik, sabitlik
dənizinə çevrilməsinə
nail olunmasına gətirib-çıxarıb
və Xəzərdə
sabitliyin, təhlükəsizliyin
qarantı olub.
“Xəzəryanı ölkələr
arasında yüksək
səviyyədə əməkdaşlıq,
etimad və qarşılıqlı fəaliyyət
mövcuddur və bu da təhlükəsizliyin
və sabitliyin başlıca qarantıdır”,
- deyərək, fikirlərini
tamamladı.
Həmçinin, İran prezidenti
Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan
prezidenti Nursultan Nazarbayev Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının əhəmiyyətinə
toxunaraq onun ölkələr arasında
gələcək əməkdaşlığa
daha mühüm töhfələr verəcəyini
bildirdilər.
Yəni,
bunlar onu deməyə imkan verir ki, bu
Konvensiya beş
Xəzəryanı dövlətin
təhlükəsizliyinə, sabitliyinə, inkişafına,
birgə əməkdaşlığına
töhfə olmaqla yanaşı, dünyanın
qarşılıqlı şəkildə
bir-birini anlamasına,
dünyanın təhlükəsizliyinə
də töhfə olacaq.
Maraqlı bir məqam kimi onu da
nəzərə çatdırım
ki, Xəzər Konvensiyasının imzalanması
avqustun 12-ə təsadüf
edən Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşüb. Bunu özü də,
elə bilirəm ki, xoş bir
təsadüfdür və
anlamlıdır.
- Dövlət başçısının da
qeyd etdiyi kimi, Azərbaycan məlum Konvensiyanın hazırlanmasının bütün
mərhələlərində konstruktiv rol oynayıb və digər Xəzəryanı
ölkələr kimi,
bu sənədin imzalanmasına öz töhfəsini verib. Odur ki, bir
iqtisadçı, Xəzərlə
bağlı məsələlərdə
iştirakı olmuş
bir şəxs kimi, Azərbaycanın bu prosesdə rolunu necə qiymətləndirərdiniz?
Xatırladım ki, Azərbaycan
tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq
hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü
və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr, əngəllər
yekun statusla bağalı razılaşma
əldə edilməsinə
imkan verməyib.
Sənəd üzərində iş
1996-cı ildən aparılıb.
2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt
üzrə milli sektorlara bölünməsi,
su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli
saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair
yekun razılığa
imza atıb.
Həmçinin, 2010-cu ildə Xəzəryanı
ölkələrin dövlət
başçılarının Bakıda keçirilmiş
III Zirvə toplantısı
ölkələrimiz arasında
sıx əməkdaşlığın
möhkəmləndirilməsi işinə mühüm töhfə verib.
Həmin Zirvə toplantısında
regionda təhlükəsizliyin
və sabitliyin qorunub-saxlanması baxımından
mühüm əhəmiyyət
daşıyan “Xəzər
dənizində təhlükəsizlik
sahəsində əməkdaşlıq
haqqında Saziş” imzalanıb.
Orada ilk dəfə
konseptual olaraq suverenlik və balıqçılıq zonaları
yüksək səviyyədə
razılaşdırılıb. Sammitdə Xəzəryanı
dövlətlərin Xəzər
dənizində əməkdaşlığının
əsas prinsipləri müəyyənləşdirilib.
Bu prinsiplər dövlətlərin
suverenliyi, müstəqilliyi
və ərazi bütövlüyünə hörməti,
Xəzərin sülh,
mehriban qonşuluq və dostluq zonasına çevrilməsini
ehtiva edir. Qeyd edilməlidir
ki, həmin prinsiplər imzalanmış
“Xəzər dənizinin
hüquqi statusu haqqında Konvensiya”da da öz əksini
tapıb.
Ümumiyyətlə, Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin
4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.
Eyni zamanda, 2018-ci ilin il martın sonunda İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər
dənizində müvafiq
blokların birgə işlənilməsi haqqında
Anlaşma Memorandumu bugünkü konvensiyanın
razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd
olub.
Odur ki, bu Konvensiyanın
imzalanmasında digər
Xəzəryanı dövlətlərin,
onların rəhbərlərinin
yüksək rolunu qeyd etməklə bərabər, eyni zamanda, bu prosesin
bu cür məntiqi sonucla yekunlaşmasında Azərbaycanın,
o cümlədən, ölkə
prezidenti cənab İlham Əliyevin böyük rolunu, qətiyyətini, iradəsini
də vurğulamaq gərəkdir.
Bəlkə də, Azərbaycan
bu prosesdə fəal və aktiv, eyni zamanda,
səmimi və konstruktiv rol almasaydı, bu proses hələ bundan sonra da
uzun illər davam edər, uzanar, yekun nəticə
əldə olunmazdı.
Məhz Azərbaycanın və ölkə prezidentinin bu prosesə töhfəsi məlum Konvensiyanın imzalanmasına
gətirib-çıxardı.
Azərbaycan bununla bir daha
dünyaya nümayiş
etdirdi ki, o, bütün səmimi, konstruktiv əməkdaşlıq,
tərəfdaşlıq əlaqələrinə,
münasibətlərinə açıqdır, şəffafdır,
onunla zor, təhdid dilində danışmaq işə yaramır və yaramayacaq.
Çünki artıq Azərbaycan
90-cı illərinin əvvəllərinin
zəif, gücsüz
Azərbaycanı deyil,
Azərbaycan dünyada
sözü və nüfuzu olan güclü, çəkili
bir dövlətdir.
- Rusiya prezidenti
Vladimir Putin öz bəyanatında
bildirdi ki, yaxın gələcəkdə
Xəzər İqtisadi
Forumu yaranacaq...
- Bu, hələlik bir ideyadır və onun baş tutub-tutmayacağı
gələcək proseslərdən
asılı olacaq. Ancaq hesab edirəm ki, bu, xoşməramlı
bir ideyadır və burada qorxulu, təhlükəli,
Xəzəryanı dövlətlərin
iqtisadi, siyasi təhlükəsizliyinə toxunacaq
bir məqam yoxdur.
Bəzən hansısa bir ideya səsləndirilərkən,
düşünmədən bəziləri çox səbatsız şəkildə
onu başqa yerə yozmağa cəhd edirlər ki, bu da
nəticə etibarilə
proseslərə mənfi
təsir göstərir.
Yadınıza gəlirsə, MDB ilə
bağlı məsələdə
əsassız hay-küylər,
ajiotajlar yaradılmşıdı,
guya ki, bu qurum başqa
çətir, ad altında
keçmiş SSRİ-nin
bərpasıdır və
sairə... Amma ötən 27 il
bunun heç də belə olmadığını göstərdi.
Kimlərinsə hansısa niyyətləri,
məqsədləri ola bilər, bu, istisna deyil,
amma əsas nəticədir. Nəticə
də ondan ibarətdir ki, digər MDB ölkələri
kimi, Azərbaycan da ötən 27 il ərzində müstəqil dövlətçilik
və müstəqil inkişaf yolundadır, dünyanın lider dövlətləri sırasında
öncül mövqelərdədir.
Odur ki, hər hansı bir ideyaya, hər
hansı bir məsələyə, əməkdaşlıq
təklifinə tələm-tələsik,
qeyri-praqmatik münasibət
bildirmək olmaz. Hər şeyi
zamana və axarına buraxmaq lazımdır. Vacib olan
odur ki, regionumuzda, bütövlükdə
dünyamızda təhlükəsizlik,
sabitlik olmalıdır
və hər bir dövlət bu prosesə əməli töhfə verməlidir.
Azərbaycan müstəqil dövlət
kimi hər zaman dünyanın təhlükəsizliyinə və
sabitliyinə töhfələrini
verib və verməkdədir. Bu siyasət
bundan sonra da davam etdiriləcək,
heç bir qüvvə Azərbaycanı
bu yoldan döndərə bilməyəcək.
Bu, mümkünsüzdür.
Kamil
İqtisadiyyat.- 2018.- 16-29 avqust.- S.3.