“The Culture Trip”: Azərbaycana səyahət etmək üçün 11 səbəb

 

Dünya ölkələrinin mədəniyyətlərindən yazan “The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb.

Məqalələrdə ölkəmizin görməli yerləri turizm potensialı barədə ətraflı məlumat verilib.

Müəllif Sam Bedford təqdim etdiyi reportajlarında Azərbaycanın təbiəti, paytaxt Bakının simvolu olan Qız qalası, “Alov qüllələrikompleksi, Atəşgah məbədi barədə ətraflı söz açır. O, Azərbaycanda turistlərin diqqətini cəlb edə biləcək kifayət qədər gözəl məkanların olduğunu vurğulayır.

"Azərbaycana gəlmək üçün 11 səbəb" adlı məqalədə Bakının tarixi yerləri, qədim tikililəri müasir binaları haqqında məlumatlar yer alıb. Dünyanın böyük şəhərlərində təmizliyin problem olduğunu deyən müəllif Bakının indiyədək gördüyü ən təmiz şəhərlərdən biri olduğunu vurğulayır: “Bakı bulvarı Bayraq Azadlıq meydanları daxil olmaqla bir neçə kilometr uzanır. “ Şəhər”dən başlayaraqAlov qüllələri”nədək olan istiqamətdə bulvar boyunca alış-veriş mərkəzləri, kafe restoranlar yerləşir. Digər paytaxt şəhərlərlə müqayisədə Bakı təhlükəsiz məkandır. Burada gecələr rahat gəzib istirahət etmək mümkündür”.

MüəllifinAzərbaycanda 24 saatı necə keçirmək olar”, “Azərbaycana 2 həftəlik səyahət marşrutu”, “Azərbaycana ən yaxşı turlar”, “Bakıda 20 görməli yer”, “5 ən yaxşı çimərlikbaşlıqlı yazılarında qədim İçərişəhər, Şirvanşahlar sarayı, Azərbaycan Xalça Muzeyi, məşhur Nizami küçəsi, Bakı Venesiyası digər məkanlardan söz açılır. Sam Bedford bu məkanları dünyanın bir çox məşhur yerləri ilə müqayisə edir. Həmçinin müəllif Şəki, Gəncə, Quba, Lənkəran, Şamaxı, Qəbələ Qazax haqqında da turizm həvəskarlarına məlumat verir. Yazılarda Azərbaycanda “ASAN Vizasisteminin tətbiqindən bəhs edilir.

MüəllifAzərbaycanda turistlərə lazım olacaq 21 ifadəyazısında ölkədə rus dilinin ikinci ən çox işlənən dil olduğunu bildirir. O, “salam”, “bəli”, “xeyr”, “buyur”, “sağ”, “sol”, “hələlik daxil olmaqla 21 ifadənin ingiliscə qarşılığını göstərərək səyahətə gələnlərin bu sözləri diqqətlə öyrənmələrini tövsiyə edir.

Sam Bedford, həmçinin Azərbaycan musiqisi barədə məlumat verir. “Azərbaycanın ən yaxşı pop musiqiləribaşlıqlı məqaləsində müəllif tanınmış estrada pop ifaçılarına diqqət çəkir. 2011-ci ildə keçirilənAvroviziyamahnı müsabiqəsindən sonra Azərbaycanın daha çox məşhurlaşdığını bildirən müəllif muğamlarımıza meyxana janrına da diqqət çəkir.

 

İqtisadiyyat.- 2018.- 11-17 yanvar.- S.8.