Azərbaycanda iqtisadi-problemlərin

həllinə yeni elmi yanaşma üsulu

 

İqtisadi problemlərin həlli ilk növbədə, ona elmi yanaşmanı tələb edir. Yaxşı işlənilmiş elmi yanaşma üsulu olmasa, istənilən problemin həlli təcrübi cəhətdən əhəmiyyətli ola bilməz.

Mövcud ədəbiyyatlarda elmi yanaşma üsulları adətən idarəetməyə aid edilir. Bu yanaşmalar eyni zamanda iqtisadi strateji problemlərin həllinə aiddir. Odur ki, strateji problemlər həll edilərkən elmi yanaşmalardan geniş istifadə edilməlidir.

Strateji yanaşma üsullarının sayı 10-dan çoxdur.

İlk dəfə tanınmış alim R.A.Fatxutdinov tərəfindən 13 elmi yanaşmanın təsnifatı verilmişdir. Təsnifata aid olan elmi yanaşma üsulları aşağıdakılardır: sistemli yanaşma; marketinq yanaşması; funksional yanaşma; geniş təkrar istehsal baxımından yanaşma; normativ yanaşması; kompleks yanaşma; inzibati yanaşma, davranış yanaşması; situasiyalı (vəziyyət) yanaşma.

Yeri gəlmişkən qeyd edək ki, bu yanaşmaların 4-5-dən geniş istifadə olunur. Təcrübədə qeyd edilən yanaşmalardan fərqli olan elmi yanaşma üsullarından da istifadə edilir.

Buna misal olaraq – “bir strateji problemin həllinin digər strateji problemin (problemlərin) həllinə dəstək verməsiyanaşmasını göstərmək olar.

Bu yanaşmadan Sumqayıt Karbamid Zavodunun yaradılmasının planlaşdırılmasında müvafiq plan təşkilatlarımız uğurla istifadə etmişlər. Burada biz qeyd edilən elmi yanaşmanın açıqlamasını verəcəyik.

Karbamid Zavodunun məhsulu kənd təsərrüfatında istifadə edilən gübrədir. Əvvəllər bu məhsul xaricdən idxal olunurdu. Zavod işə salındıqdan sonra artıq gübrə istehsalına olan tələbatımız öz yerli istehsalımız hesabına ödənilir. Yəni, ölkəmizə idxal olunan məhsul yerli istehsalla əzəv edilir.

Ölkəmiz regionda ən çox təbii qaz ixrac edəndir. Məlumdur ki, xammal hesab edilən qazın ixracına Azərbaycan hökuməti respublikamızın ağır günlərində məcbur olmuşdur.

Azərbaycanın strateji problemlərindən biri – “xammal-material ixrac edən ölkədən, bu xammalın emalı nəticəsində alınan məhsulların ixracatçısına keçməkdir”.

Karbamid istehsalının əsas xammalı təbii qazdır. Bu zavodun istehsalının xaricə ixracı təxminən onun istehsal gücünün 70%-dən çoxdur. Bu isə yuxarıda qeyd etdiyimiz problemin həllinə qismən dəstək verir.

Eyni zamanda respublikamızın idxal-ixrac balansı ölkəmizin xeyrinə yaxşılaşır.

Azərbaycanda həll edilən dünyəvi problemlərdən biriərzaq təhlükəsizliyi”dir. Məlumdur ki, ölkəmizdə tütünçülüyün, pambıqçılığın, üzümçülüyün digər bitkiçilik sahələrinin inkişaf etdirilməsilə əlaqədar olaraq ərzaq məhsulları istehsalı altında olan torpaq sahələri nisbətən azalacaqdır. Yuxarıda qeyd etdiyimiz problemin həlli ərzaq məhsulları istehsalı altında olan torpaqların məhsuldarlığının yüksəldilməsidir. Buna dəstək isə Karbamid Zavodunun istehsal etdiyi gübrədir. Məhz bunun hesabına ölkəmizin ərzaq təhlükəsizliyi qismən həll ediləcəkdir.

Ölkəmizdə həll edilən strateji problemlərdən digəriregionların qeyri-bərabər inkişafının aradan qaldırılması”dır.

İstifadəyə verilən Karbamid Zavodu Abşeron rayonunda bu problemin həllinə qismən dəstək verəcəkdir. Respublikamızdaişsizliyin aradan qaldırılmasıən vacib problemlərindəndir. Yuxarıda biz Sumqayıt Karbamid Zavodunun yaradılmasının planlaşdırılmasında – “bir strateji problemin həllinin digər strateji problemlərin həllinə dəstək verməsielmi yanaşmasından istifadə edilməsinin vacibliyini, üstünlüyünü əhəmiyyətliliyini qeyd etdik.

Yüksək səviyyəli mühəndis-texniki işçilər öz sahələrində deyil, başqa sahələrdə işləməyə məcbur olmuşlar, bir qismi isə işsizliyə məruz qalmışlar. Onların əksər hissəsinin işlə təmin olunmasına Karbamid Zavodunun işə salınması dəstək vermişdir.Sumqayıt şəhərində yerləşən zavodların əksəriyyəti sabiq SSRİ dağıldığı dövrdə fəaliyyətlərini dayandırmışlar. Zavodların bağlanması ilə əlaqədar olaraq Sumqayıt şəhərində yaşayan əhalinin işsizlik problemi yaranmışdır.

Azərbaycanda öz həllini gözləyən olduqca əhəmiyyətli, tərəfimizdən təklif edilən dörd problemin həllində qeyd edilən elmi yanaşmadan istifadənin üstünlüklərini göstərək:

1. Kür çayı yağmurlu mövsümdə öz məcrasından çıxaraq bir sıra fəsadlar törədir: ətrafındakı tarlaları məhv edir, körpüləri dağıdır, bataqlıqlar yaradır s. Fəsadlar əsasən ölkəmizin Aran rayonlarını tutur. Bu fəsadların qarşısını almaq üçün Aran rayonlarında Kür çayı boyunca müəyyən su anbarları tikmək lazımdır. Çayın daşmasının baş verməsi proqnozlarına uyğun olaraq çayın su tutumundan artıq ola biləcək suları həmin su anbarlarına yönəltmək lazımdır. Bu problemin həlli eyni bir mərkəzdən idarə edilməlidir.

Fəsadların qarşısının alınması başqa bir problemin həllinə - Aran rayonlarında suvarmaya olan ehtiyacın ödənilməsinə dəstək verəcəkdir.

2. Respublikamızda alternativ enerji mənbələrindən istifadə edilməsi ən vacib problemlərdəndir.

Xəzər dənizi ətrafında külək günəş enerjisindən istifadə etməyə geniş imkanlar vardır. İqlim şəraiti buna yol verir. Eyni zamanda Xəzərətrafı yerlərdə istifadə edilməyən torpaq sahələri kifayət qədər çoxdur kənd təsərrüfatı üçün yararlı deyildir. Bu torpaqların kənd təsərrüfatı üçün yararlı olmamasının əsas səbəbləri torpaq sahələrinin şoran olması su təchizatının aşağı səviyyədə olmasıdır.

Torpağın şoransızlaşdırılması (deqradasiyası) olduqca investisiya tutumludur. Bu əməliyyatı aparmadan belə Xəzəryanı torpaq sahələrindən istifadə etmək olar. Bağçılıq sahəsində nisbətən şoranlığı olan torpaqlarda zeytun bağlarının salınması mümkün ola bilər. Yeni salınmış bağlar təxminən beş ildən sonra meyvə verir. Bu meyvələrdən isə Azərbaycanda zeytun yağının istehsalının genişləndirilməsində istifadə edilə bilər. Zeytun yağı dünya bazarlarına çıxarılaraq ölkəmizin ixrac məhsullarının artırılmasına səbəb olar. Digər tərəfdən, ölkəmizin ərzaq probleminin həllinə qismən dəstək verə bilər.

Burada verilən ideyanın zəncirvari təsviri aşağıdakı sxemdə göstərilmişdir (sxem 1).

Qeyd edilən ideyanın mərhələlərinin həyata keçirilməsinin bəzi məqamlarını izah edək.

Xəzəryanı torpaqların müəyyən hissəsində günəş külək enerjisindən elektrik enerjisi istehsal etmək üçün xüsusi qurğuların, günəş batareyalarının küləklə işləyən mühərriklərin yerləşdirilməsi; bu məntəqələrə yaxın yerlərdə su quyularının qazılması suyun kənd təsərrüfatında suvarmaya yararlı olmasının yoxlanılması; quyulardan suyun üzə çıxarılması üçün su nasoslarının qurulması alınmış enerjidən bu nasosların işləməsi üçün istifadə edilməsi; üzə çıxarılan suların xüsusi su tutarlarında (çənlərdə) yerləşdirilməsi; yığılmış su ehtiyatlarından zeytun bağlarının becərilməsində istifadə edilməsi.

Suvarma işi İsraildə geniş tətbiq edilən damcı üsulu ilə aparılmalı bu avtomatlaşdırılmalıdır.

Biz burada ideyanın konturlarını izah etdik.

3. İri zavodların çirkab suları texnologiyadan çıxan sular qismən təmizlənir su hövzələrinə axıdılır. Bu isə ətraf mühitin mühafizəsinə ciddi ziyan vurur. Bu ekoloji problemin həlli üçün zavodlarda çirkli suların su tutarlarına (çay, dəniz s.) axıdılmaması üçün dövrü axınları təşkil edilməlidir.

Qabaqcıl dünya ölkələrində (məsələn, Almaniyada) zavodlardan kənara çıxan sular işlənilmiş yüksək innovasiya texnologiyaları əsasında içməli su səviyyəsində təmizlənir.

Bəzi kimya məhsullarının istehsal texnologiyasından kənara atılan sularda texnoloji prosesdə istifadə edilən inqrediyentlərin müəyyən hissəsi qalır. Məsələn, yuyucu toz istehsalını götürək. Onun təkrar texnologiyaya qaytarılması texnoloji prosesdə istifadə olunan xammal-materiala qənaət etməyə, nəticədə məhsulun maya dəyərinin aşağı salınmasına səbəb olur. Deməli, ekoloji problemin həlli müəssisənin səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına dəstək verir.

İkinci bir tərəfdən, dövrü suların kənara buraxılan hissəsi təmizlənərək kənd təsərrüfatında suvarma işlərinin genişləndirilməsinə dəstək verir.

4. Azərbaycanda şəkər istehsalının artırılması ölkənin iqtisadiyyatı üçün olduqca əhəmiyyətlidir.

Şəkər istehsalının əsas xammalı şəkər çuğundurudur. Şəkər çuğunduru nisbətən şoran torpaqlarda becərilə bilir. Bu bitkinin elə xüsusiyyəti vardır ki, torpağın şoransızlaşdırılmasına təsir edir. Bu isə növbəli əkin sisteminin səmərəliliyinin yüksəldilməsinə ciddi təsir edəcəkdir. Deməli, ölkədə şəkər istehsalının genişləndirilməsi aqrar sahədə torpağın şoransızlaşdırılmasına dəstək verir.

Bu məsələlərin sayını artırmaq da olar. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən yeni elmi yanaşmadan Azərbaycanın plan təşkilatları müvəffəqiyyətlə istifadə etmişlər.

 

Tağıyev Albert Həmid oğlu

Türk Dünyası Araşdırmaları Uluslararası

Elmlər Akademiyasının akademiki

 

İqtisadiyyat.- 2019.- 5-11 sentyabr.- S.3.