TƏRLAN
QULİYEVİN 21 YAŞINA HƏDİYYƏSİ
2000 – ci il
yanvarın 26-da anadan olub Quliyev Tərlan
Mehman oğlu. Astarada Ərçivan qəsəbəsində. Ərçivandakı
4 nömrəli tam orta məktəbin məzunudu. 3 qardaşdan ikincisidi Tərlan. Şəkillərinə, video
görüntülərinə baxdım. O qədər
gülərüzdü ki.
Şən, dəcəl,
mehriban – belə gördüm Tərlanı.
"Eləydi”-deyir onu oğlu kimi
böyüdən, 4 nömrəli
məktəbin dil-ədəbiyyat
müəllimi olan xalası Xəyalə xanım.”Çox şən, zarafatcıl, mehriban idi. Hədsiz qayğıkeş
idi”.
Yaşının, təbiətinin çılğınlığına
baxmayaraq böyüdükcə
doğum günündə
ürəkdən sevinə
bilmirdi Tərlan. 26 tarixi iri, qara
gözlərinə kədər
salırdı: 26 - sınd
Bəlkə də hər il yanvarın 26 – da təkcə özü böyüməyib,
Xocalı dərdi də, Vətən ağrıları da böyüyüb onunla birlikdə? Ona görə arada "Xocalını da azad edəcəyik, Şuşaya gedəcəyik
biz”- deyib tez-tez.
Həyat həmişə
üzə gülmür.
Birdən elə şillə çəkər
ki, səndələyərsən,
güclə ayaqda qalarsan. Bir dayağın,
tutacağın olmasa,
yıxılarsan... Şəxsi
həyatı alınmayan
Xəyalə müəllimə
üçün də
Tərlan yaşamaq səbəbi idi.Bütün
həyatını ona
bağlayıb. "Sən
mənim xalam yox, anamsan, mən
xoşbəxtəm-iki anam
var” deyərdi Tərlan. "Həmişə
ona naz edərdim
”mənim yaraşıqlım,
gözəlgözlüm” deyərdim.
O mənim oğlum idi. Onun iki
anası vardı: bacım Vüsalə, bir də mən.
Çox vaxt yanımda qalırdı. Hər gün səhər tezdən onun görüşünə
gedirəm indi. Yenə əzizləyib, oxşayıram. Çoxlu
güllər əkmişəm
məzarına, gülləri
çox sevirdi, deyirəm güllərin ətrinə oyanar bəlkə... Hər yerdə onu axtarıram. Şair deyiləm, onun üçün şeirlər
yazıram:
Bu axşam
yenə də ürəyim dolub,
Gözlərim yol çəkir, gələsən bəlkə...
həsrətli baxışlar yollara qonub
Mənim həsrətimi
görəsən bəlkə...”
"Mənim övladımdı. Tək
mənim yox, hamının sevimlisi idi. O qədər dostu vardı ki. Mən Tərlan haqqında nə deyim ki?
Hansı
söz bəs edər onu bəzəməyə?
Vətən sevdalısıydı. Könüllü getdi müharibəyə.
"Getmə” də deyə bilməzdik. Özü də
fərqliydi. Ölümü də fərqli oldu. Bir ana üçün övlad itgisindən ağır nə ola bilər?
Amma oğlum Vətəni üçün Şəhid
olmaq istəyirdi.
Həmişəki kimi qürur
yaşatdı bizə”
– söylədi Vüsalə
anası.
Övlad itgisinə təsəlliverici
söz tapmaq olmur. Nə Vüsalə xanımın,
nə də "onsuz yenə tək qaldım” deyən Xəyalə xanımın göz yaşlı səsinə cavab verə bilmirdim.
"Nə gizlədim, dedim, bəlkə getməyəsən, qala bilərsən. Atası Bələdiyyə sədridi, düşündüm
ki, saxlada bilər”. ”Nə
danışırsan? Nə özümə,
nə sizə, nə də atama bunu yaraşdırmaram.
Ömrümü ”atası saxlatdırdı”
sözü ilə yaşaya bilmərəm. Atam da etməz bunu. Mən alçaq deyiləm.
Siz məni belə böyütməmisiz
axı... Şəhid olmaq alçaq
kimi yaşamaqdan min dəfə, milyon dəfə şərəflidir.
Nə fərqi var nə vaxt öləcəm?
Necə ölməyin
fərqi var”- deyib üzümə elə baxdı ki... Hələ də o baxışları
unuda bilmirəm.
Tərlan istədiyi kimi Şəhid olub, mənsə hələ də dediyim sözün peşmanlığın çəkirəm...
Ömrün elə çağındaydı
ki, Tərlan hər saat, hər gün arzularına sarılırdı,
ilk sevginin şirinliyində
xumarlanırdı, bütün
həqiqətlərin gözəlliyinə
inanırdı... Uçurdu. Uçurdu Tərlan elə tərlan kimi. Yaş o yaşdı – xəyallardan
qanad taxıb uçarsan. Amma bütün
bunlardan daha üstün, daha möhtəşəm arzusu
vardı Tərlanın.
Düşünəndə gözəlliyindən qürür
duyduğu, inandığı,
güvəndiyi həqiqəti
vardı Tərlanın:
Qarabağ Azad olacaq! Xocalı qisası alınacaq.
Döyüş yoldaşları
da bunu təsdiq etdilər: O qədər əmin idi ki,
qələbəyə. Başımıza
güllə yağanda,
sağ qalacağımıza
ümid etməyəndə
belə Ali Baş Komandan kimi yumruğunu
qaldırıb şən
səslə ”Qarabağ Azərbaycandır
və nida” deyirdi. Kiminsə üzündə azca tutqunluq görən kimi "Gül, sevin, Zəngilana gedirik, Qubadlıya, Şuşaya, Xankəndinə
gedirik - deyə ruh verirdi adama
–dedi Emil. Bir də dedi ki,
" Bir sinifdə oxumuşuq, illərlə bir yerdə olmuşuq, bir-birimizi bu qədər tanımamışıq.
Döyüşdə 3 gün də
bir yerdə olsan, adamı daha yaxından tanıyırsan. Tərlanı qəhrəman kimi tanıdım. Ona baxıb
fəxr edirdim”.
Fizuli, Ağdərə, Cəbrayılda
ən ağır döyüşlərdə olub
ilk gündən Tərlanımız.
Cəbrayıl uğrunda döyüşlərdə
snayper gülləsinə
tuş gəlib İkinci Qarabağ Savaşının könüllüsü
Tərlan Mehman oğlu Quliyev.
Döyüş yoldaşı Şamxalın
söylədiklərindən: Cəbrayıl istiqamətində
irəliləməliydi bölüyümüz.
3 taqıma bölünmüşdük.
Tərlan ilk taqımda idi.Yəni
həmişə irəlidə
olmaq istəyirdi.
Orda strateji əhəmiyyətli
yüksəkliklər var,
onları ələ keçirməliydik. 4 saatdan artıq yüksəkliyə qalxdıq,
5 saat döyüş
oldu. Yüksəkliyə qalxanda ağırlıq
etməsin deyə, ərzaq, su ehtiyatlarını götürmürdük.
O döyüşdə Tərlan
yaralandı və şəhid oldu. Biz də geri
addım atmadıq.
Nə yaxşı ki, Vətən qarşısında
da, şəhid olan döyüş yoldaşlarımız
qarşısında da borclu
qalmadıq”.
İkinci Qarabağ Savaşı başlayanda Tərlan Həqiqi Hərbi Xidmətini 8 ay idi qayıtmışdı. Savaş başlayan
kimi döyüşə
yollandı Tərlan.
Atası
Meman Quliyev rayonun, qəsəbənin
hörmətli insanlarındandır.
Oğlunu "gizlədə” bilərdi. ”Mən
bunu oğluma necə qıyardım?
Valideynlər övladlarının arzularını yerinə yetirmək üçün
çalışır ömür
boyu. Mən qürurlu, vicdanlı
oğul böyütmüşdüm.
"Bilirəm ki, qələbə bizimdir. İstəyirəm
torpaqlarımızın azadlığında
mənim də payım olsun” . Mən oğlumun bu
müqəddəs arzusuna
qarşı necə çıxardım? Nə
mən, nə də Tərlan bu utancla yaşaya
bilməzdik” – dedi Mehman bəy.
Torpaq hamıya
Vətən olmur. Onu sadəcə
yaşayış yeri
sayanlar gizlənər.
Onların Vətəni olmur.
Torpaq Vətən adını yaşadanlarındı - Tərlan
kimi tərlanlarındı.
26 yanvar 2021- ci ildə
21 yaşı oldu. 21 yaşına "Cəbrayılın
azadlığı uğrunda”,
"Vətən uğrunda”
medallarını, Azərbaycana
isə Qələbə
sevincini yaşadan oğul hədiyyə etdi Tərlan.
İndi doğma Astaranın
5 nömrəli tam orta
məktəbində 9 b sinfi
Tərlan Quliyevin adını daşıyır. Sinif Rəhbəri
İradə Qaçayeva
ömrünün 40 ilini
gənc nəslin təlim-tərbiyəsinə həsr
edib. Biliyi, məsuliyyəti, vətənsevərliyi
ilə seçilib: Astara Birinci və İkinci Qarabağ savaşında xeyli şəhid verib. Cəsurluğu ilə seçilir
cavanlarımız. Biz də onları yaşatmalıyıq. Böyüyən nəsil öz qəhrəmanlarını tanımalı,
onlar kimi vətənsevər olmalıdır.
Düşündüm ki, ən azı sinfimiz onlardan birinin adını daşıya bilər. Şagirdlərim bu təklifə
o qədər sevindilər
ki. İndi sinfimiz Tərlan Quliyevin adını daşıyır. Ailəsilə görüşürük. Doğum günündə də ziyarətinə getdik.”
Məncə təqdirə layiq addımdır. Bütün məktəblər nümunə götürə
bilər.
Düşündüm ki, Tərlan bəlkə də ən çox bu doğum günündə
sevindi. Göylərə baxdım. Göylər tutqun, hava soyuq
olsa da Qələbə
günəşini gördüm.
Bir də doğma yurdun başı üstündə qanad çalan Tərlanı.
30 illik yaralarımızı
sarıyan tərlanları
gördüm.
Kamalə Abiyeva
İqtisadiyyat.- 2021.- 26 avqust.- S.8.