İpək yolu yeni minilliyə gedən yoldur

 

- Bizim maraqlı söhbətimizi yekunlaşdıraraq deyə bilərsiniz?

- Gənc, müstəqil Azərbaycan öz xalqının xeyrinə, dünya tərəqqisinin xeyrinə, qarşılıqlı surətdə faydalı əməkdaşlığın xeyrinə əlverişli nəqliyyat şəraitindən, coğrafi mövqeyindən istifadə etmək üçün real imkan əldə edibdir.

Ümumilli lider Heydər Əliyev bu mötəbər sammitin keçirilməsinin fəal təşəbbüsçüsü olmaqla nəinki son dərəcə düzgün tarixi addım atmışdır, həm dünya birliyini, Avropanın, Qafqazın, Asiyanın bir çox dövlətlərini, beynəlxalq təşkilatlarını inandırmışdır ki, Azərbaycan yeni iqtisadi sistemin yaradılmasında islahatlar yolu ilə inamla irəliləyir, dünya inteqrasiya proseslərində fəal iştirak edir. Bu isə Azərbaycanın gələcəyi haqqında nikbin proqnozlar üçün etibarlı amildir.

Ulu Öndər Heydər Əliyev 1998-ci ilin fevral ayında Yaponiyada ilk rəsmi səfərdə olarkənEn-Eyc-Key” telekanalının müxbirinə demişdir: “İpək yolu müasir infrastruktur yaradılmasını nəzərdə tutur. Buna görə Yaponiya bir infrastrukturun yaradılmasına öz maliyyə imkanları ilə, əlbəttə, böyük töhfə verə bilər. Məsələn, Bakı dəniz limanını, Türkmənistanda Türkmənbaşı limanını inkişaf etdirmək olar. Gürcüstanda Qara dəniz sahilindəki Poti limanını inkişaf etdirmək lazımdır...”

Ulu Öndər Avropa İttifaqı ilə apardığı danışıqlarda Azərbaycanın strateji mövqedə yerləşməsini, Şərqlə Qərb arasında iqtisadi əlaqələrin genişləndirilməsində müstəsna rol oynadığını bildirir, Bakı dəniz limanının, Xəzər Gəmiçilik İdarəsinin bu baxımdan böyük potensiala malik olduğunu xüsusi olaraq vurğulayırdı. Qeyd edək ki, bütün beynəlxalq qurumlar, dövlət başçıları ilə apardığımız bu danışıqlar Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, Avropa İttifaqının Azərbaycana bir müstəqil dövlət kimi marağını əhəmiyyətli dərəcədə artırdı.

Avropa İttifaqıİpək yolulayihəsi ilə bağlı beynəlxalq səviyyəli bir tədbirin Azərbaycanda keçirilməsinə razılıq verdi. 1998-ci il sentyabrın 20-də Bakı şəhərindəİpək yolulayihəsi ilə bağlı Azərbaycanın ev sahibliyi etdiyi geniş yüksək səviyyəli beynəlxalq konfrans keçirildi.

Belə bir yüksək səviyyəli toplantının baş tutmasında da, heç şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xidmətləri müstəsna idi. Tədbir Heydər Əliyevin parlaq, əhatəli, son dərəcədə məzmunlu, gələcəyə hesablanmış giriş yekun çıxışları ilə yaddaşlarda qaldı. Konfrans müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, siyasi nüfuzunun artmasına xidmət edən Heydər Əliyev strategiyasının düzgünlüyünü, reallığını bir daha təsdiq etdi. Bakı Sammitinin ölkəmiz üçün, onun sülh, əməkdaşlıq, təhlükəsizlik şəraitində yaşaması üçün qədər vacib olduğu barədə Heydər Əliyev demişdir:

Konfransın Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi bir hadisədir. Biz tariximizi yaxşı bilirik ona görə cəsarətlə demək olar ki, Azərbaycanın çoxəsrlik tarixində belə böyük beynəlxalq konfransın keçirilməsi ilk hadisədir. Doğrudur, keçmiş illərdə, xüsusən 60-70-80-ci illərdə Azərbaycanda bir çox böyük tədbirlər keçirilibdir. Onların əksəriyyəti Sovet İttifaqı respublikaları çərçivəsində olubdur. Respublikamızda bəzi beynəlxalq tədbirlər keçirilibdir. Onlar da ya bəzi sosialist ölkələrinin iştirakı ilə, ya da bəzi beynəlxalq fəhlə hərəkatı, yaxud kommunist hərəkatı təşkilatlarının iştirakı ilə keçirilibdir. Onların heç biri yüksək dövlət səviyyəsində olmayıbdır. Mən bir deyirəm qətiyyətlə, cəsarətlə deyirəm ki, tarixə nəzər salarkən Azərbaycan Respublikasının, dövlətinin, ölkəsinin tarixində bu, ilk böyük beynəlxalq konfransdır. Biz bunu yüksək qiymətləndirməliyik bu, Azərbaycan xalqının, dövlətinin böyük nailiyyəti kimi qiymətləndirilməlidir. Beynəlxalq konfransın Azərbaycanda keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsini, inkişaf etməsini beynəlxalq aləmdə tamamilə tanınmasını nümayiş etdirir. Bu bizim müstəqilliyimizin, suverenliyimizin rəmzidir. Bu, böyük tarixi hadisədir. Vətənini, torpağını, millətini, ölkəsini sevən hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının bu hadisə ilə fəxr etməyə əsası vardır bununla hər bir adam fəxr edə bilər. Çünki bu, bizim millətimizin, ölkəmizin, dövlətimizin adıdır. Biz müstəqil dövlət kimi Bakı Sammitində 32 dövlətin nüfuzlu beynəlxalq təşkilatların iştirakı ilə nümayəndə heyətlərini qəbul etdik dünyanın böyük bir hissəsini əhatə edən əraziyə məxsus böyük bir proqramın - tarixi İpək yolunun bərpası proqramının əsasını qoyduq”.

Konfransda çıxış edən nüfuzlu dövlət hökumət başçıları tərəfindən Brüssel Bəyannaməsinə geniş şəkildə toxunuldu. Bakı Sammitinin açılışı zamanı Heydər Əliyev dedi:

Konfransımız yeni müstəqil dövlətlərə kömək edilməsi sahəsində Avropa İttifaqının göstərdiyi səmərəli səylərin nəticəsidir.

Brüssel Bəyannaməsi Avropa-Qaf­qaz-Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini, onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma mexanizmlərini müəyyənləşdirmiş ilk beynəlxalq sənəd olubdur. TRASEKA proqramının uğurla həyata keçirilməsi, Avropa İttifaqı Komissiyasının iştirakçı ölkələrin gördükləri böyük , əməkdaşlığımızın konkret müsbət nəticələri daha geniş miqyaslı layihələrin işlənib hazırlanmasına təkan veribdir. Tarixi Böyük İpək yolunun bərpası bu layihələr arasında başlıca yer tutur.

O vaxtdan 5 il keçibdir. Bu gün biz şahidi oluruq ki, həmin zəmin çox dəyərli, etibarlı olmuş böyük beynəlxalq təşkilata çevrilibdir. Bu gün Azərbaycanda, bəlkə , onun tarixində, daha dəqiq desək, dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfə olaraq, belə bir beynəlxalq konfrans keçirilib, 32 ölkənin 13 beynəlxalq təşkilatın nümayəndələri burada, Bakıda toplaşıblar. Biz bunu müstəqil, suveren Azərbaycana, ölkəmizə böyük hörmət kimi qəbul edirik bu etimada, hörmətə layiq olmaq üçün bütün tədbirləri görəcəyik”.

Ulu Öndər çıxışının sonunda bildirdi ki, Bakı konfransı bizləri daha da yaxınlaşdırır, daha çox əməkdaşlığa, qarşılıqlı anlaşmaya, dostluğa çağırır.

TRASEKA proqramında iştirak edən ölkələrin, şübhəsiz ki, hər biri belə bir konfransın öz ölkəsində keçirilməsinin arzusunda olub namizədliyini veribdir. Azərbaycan da konfransın Bakıda keçirilməsi təklifini irəli sürübdür. Bununla bağlı Heydər Əliyev qeyd edirdi ki, bu, çox məsuliyyətli, çətin işdir: “Ermənistan - Azərbaycan münaqişəsi mövcud olduğu zaman belə böyük beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bizim üzərimizə həm böyük vəzifələr həm məsuliyyət qoyur. Ancaq həm Avropa Birliyinin Komissiyası, həm TRASEKA proqramında iştirak edən ölkələrin əksəriyyəti bu konfransın Azərbaycanda keçirilməsinə razılıq verib bu tədbirlə bağlı qərar qəbul ediblər”.

TRASEKA proqramının reallaşmasında Azərbaycan dövlətinin qurucusu memarı, böyük öndər Heydər Əliyevin xidmətləri müstəsnadır, əvəzedilməzdir. Məhz onun qətiyyəti böyük, yenilməz iradəsi sayəsində bir sıra önəmli layihələr kimi, bu layihə gerçəkliyə çevrilə bildi.

Heydər Əliyev çıxışında demişdir:

Tarixi İpək yolunun bərpası, yeni-yeni ölkələrin regionların ona cəlb edilməsi, xalqlarımızın yaxınlaşması qarşılıqlı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin suverenliyinin möhkəmlənməsi bu dövlətlərdə demokratik islahatların, bazar iqti­sadiyyatı islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin təhlükəsizliyin təmin olunmasına kömək göstərəcək. Böyük İpək yolu keçmişdə başlansa da, gələcəyə doğru gedən yoldur. Mən inanıram ki, əgər biz əməkdaşlıq edə-edə, bir-birimizə hörmət bəsləyərək bir-birimizi dəstəkləyərək bu yolla birlikdə getsək, o, xalqlarımızı firavanlığa tərəqqiyə gətirib çıxaracaq”. Heydər Əliyev bu sözləri ilə konfransın bütövlükdə hədəflərinin nədən ibarət olduğuna tam aydınlıq gətirdi perspektivlər, gələcək əməkdaşlıq üçün biryol xəritəsicızmış oldu...

Konfransda digər ölkələrin dövlət hökumət başçıları, bir sıra beynəlxalq qurumların, ən əsası Avropa İttifaqının nümayəndəsi çıxış edərək, önəmli mesajlar verdilər... Həqiqətən , Bakı konfransı çox tarixi, çox unikal, illərlə deyil, bəlkə əsrlərlə xatırlanacaq, üzərinə qayıdılacaq, tez-tez istinad olunacaq bir konfrans idi.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Xəzərin statusunun qəbul edilməsi, Yeni Bakı limanının, Bakı Gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Xəzər Dənizçilik Donanmasının müasir gəmilərlə təminatının ildən-ilə yaxşılaşması, Ələt Xüsusi İqtisadi Zonasının yaradılması, eləcə nəqliyyat kompleksinin inkişafına xidmət edən mühüm tədbirlərin həyata keçirilməsi təkcə Azərbaycanın deyil, Türk dövlətlərinin iqtisadi gücünü, beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artıracaq.

 

Ramid İbrahimov

 

İqtisadiyyat.- 2023.- 27 iyul-9 avqust.- S.5.